Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili


Azərbaycan  həmkarlar  ittifaqları



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81857
1   ...   23   24   25   26   27   28   29   30   31
Covid-19-az

Azərbaycan  həmkarlar  ittifaqları

  təkcə  ölkənin  mərhələli  inkişafının  şahidi  deyil,  həm  də 

çoxsaylı  infrastruktur,  sosial  və  enerji  layihələrinin  həyata  keçirilməsi,  biznes  və  investisiya 

mühitinin  dayanıqlı  inkişaf    inkişafı,  sahibkarlığın  təkmilləşməsi  (xüsusən  özəl  və  orta  ölçülü 

müəssisələr  sektorunda),  regional  inkişaf  strategiyasının  uğurla  həyata  keçirilməsi  prosesinin 

birbaşa iştirakçılarıdır. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) həmkarlar ittifaqlarını, əksəriyyətində 

əsas problemlərin (xüsusilə hədəf 8) təşkilatın məqsəd və vəzifələri ilə üst-üstə düşdüyü ölkənin 

bütün  inkişaf  proqramlarına  cəlb  etmək  ideyasını  fəal  şəkildə  təbliğ  edir,.  Bu  inkişaf 

proqramlarına  tam və məhsuldar məşğulluq və layiqli əmək, cinsindən asılı olmayaraq bərabər 

iş üçün bərabər ödəniş, gənclər arasında işsizlik, bütün növ uşaq əməyinin ləğv edilməsi, qeyri-

formal  iqtisadiyyatı  formal  iqtisadiyyata  çevirmək,  sahibkarlığın  inkişaf  etdirilməsi  və  mikro, 

kiçik  və  orta  müəssisələrin  inkişafı,  əmək  hüquqlarının  qorunması,  təhlükəsiz  iş  şəraitinin 

yaradılması, əmək miqrasiyası və s. daxildir. 




32 

 

AHİK  hökuməti  və  işəgötürənləri  bir  sıra  vacib  tələbləri  yerinə  yetirməyə  çağırır.  Bunlara 



aşağıdakılar  daxildir:  təlim-tədris  proqramlarının  genişləndirilməsi,  təhsil  prosesinin  şərtlərinin 

müasir  istehsalın  tələblərinə  uyğunlaşdırılması;  milli  və  regional  səviyyədə  müvafiq  inkişaf 

proqnozlarının  hazırlanması;  insan  resurslarının  idarəedilməsi  sahəsində  yüksək  ixtisaslı 

mütəxəssislərin  hazırlanmasının  təşkili.  Məşğulluq  baxımından ən  həssas  işçilər kateqoriyasına 

yardım  göstərmək  və  tətbiq  olunan  yeni  texnologiyalar  növlərinin  məşğulluğa  mənfi  təsirini 

aradan qaldırmaq üçün hazırlanmış profilaktik tədbirlərin genişləndirilməsi məqsədi ilə tədbirlər 

görülməsi.

 

Burada sənayə, müəssisə səviyyəsində sosial  dialoq mühüm əhəmiyyət kəsb edir, belə ki,  işçilər 

məlumatlandırılmalı,  həm  məşğulluq  şərtlərinə  təsir  edən,  həm  də  özlərinin  mühafizəsi  üçün 

görüləcək tədbirlər barədə konsultasiyalar aparılmalı  və məlumatlandırılmalıdır. Bunları ardıcıl 

həll etmək üçün yalnız son 5 ildə AHİK Hökümət və  Sahibkarlar (İşəgötürənlər) təşkilatı ilə 3 

Baş Saziş bağlamağa nail olmuşdur. Hər il orta hesabla 110 sektorlar arası kollektiv müqavilə və 

12000 tarif razılaşması  imzalanmışdır.  

Sosial  əməkdaşlıq  prinsipi  əsasında  həyata  keçirilən  işlər  dayanıqlı  iqtisadi  inkişaf  və  ölkə 

vətəndaşlarının əmək hüquqlarının qorunması üçün möhkəm zəmin yaratmış, 2016-2020-ci illər  

üzrə ölkənin layiqli əmək  proqramının reallaşdırılması  və işçilərin sosial müdafiəsi sahəsində 

siyasətin  həyata  keçirilməsi  üçün  ilkin  şərtlər  müəyyənləşdimişdir.  İş  sferasında    baş  verən 

problemli  məsələlər  və  dəyişikliklər  AHİK  tərəfindən  Sosial  və  Əmək  Münasibətlərinin 

Tənzimlənməsi  üzrə  Milli  Üçtərəfli  Komissiya  və  Əmək  Münasibətlərinin  Tənzimlənməsi  və 

Koordinasiya Komissiyası iclaslarının gündəliyinə daxil edilir. 

Ölkə  həmçinin  standartlarını  yeniləməyə,  onları  etibarlı  və  aktual  etməyə  hazırdır  və  buna 

qadirdir. İş sferasında  olan digər dəyişikliklər kimi bu proses də güclərin birləşməsini  tələb edir. 

Konkret  işlər  görülmüş,  konseptual  əlaqələr  və  həyata  keçiriləcək  cavab  tədbirlərinin  dövrləri 

müəyyən  edilmişdir.  Burada  söhbət,,  təhlükələrin  nəticələrinin  qarşısını  almağa  imkan  verən 

fəlakətlərin  aradan  qaldırılması    tədbirlərinin  işlənib  hazırlanması,  sabitlik  və  dayanıqlı  inkişaf  

imkanlarının  əldə  edilməsindən  gedir.  əldə  etmək.  Hazırda,  AHİK  dialoq  tərəfdaşları  ilə  birgə 

aşağıdakı fəaliyyət sahələri ilə bağlı yanaşmalar üzərində işləyir: 

 



sosial dialoq və həmkarlar ittifaqlarının böyük rolu; 

 



 COVID-19  koronavirus  pandemiyasının  nəticələri  ilə  bağlı  tədbirlər  görmək. 

Xəbərdarlıq, nəticələrin yumşaldılması və  hazırlığın təmin olunması. 

 

Dəyişiklik, vaxtında və səmərəli bərpa; 



 

ədalətli keçidlər və lazımi tədbirlilik. Həssas təbəqələrə diqqət göstərmək; 




33 

 



 

məşğulluğun qorunub saxlanılması və genişləndirilməsi məsələsinin milli iqtisadiyyat və 

sosial siyasətin əsas məqsədi kimi təqdim edilməsi; 

 



kollektiv  danışıqlar  prosesində  həmkarlar  ittifaqlarının  mövqelərinin  gücləndirilməsi, 

müasir əmək haqqı sistemi barədə məlumatların verilməsi

 

sərbəst birləşmə hüququ; 



 

Əmək  miqrasiyası.  Qəbul  edən  ölkənin  həmkarlar  ittifaqları  ilə  təşəbbüskarlar  arasında 



əməkdaşlıq  ideyasını  təşviq  edərək  miqrant  işçilərin  qorunması  və  onlara  dəstəyin 

təşviqi; 

 

sosial təminat; 



 

güclü gender bərabərliyi və qadınların həmkarlar ittifaqlarında rolu; 



 

əməkdaşların potensialının artırılması və ölkənin işçi qüvvəsinin məşğulluq imkanlarının 



genişləndirilməsinə yönəldilmiş   siyasət və proqramların işlənib hazırlanması; 

 



gənclərin  məşğulluğunun  təşviqinə  yönəldilmiş  proqramların  hazırlanması  və  həyata 

keçirilməsi; 

 

sahibkarlığın inkişaf yolları ilə  yeni iş yerlərinin açılmasının təşviqi; 



 

hüquqlar, bərabərlik və diskriminasiyaya  yolverilməməsi  



 

beynəlxalq  əməkdaşlıq.  BMT-nin  2030-cu  ilə  qədər    Dayanıqlı  İnkişaf  Məqsədlərinin 



icrası  çərçivəsində  BƏT  ilə  sıx  əməkdaşlığın  davam  etdirilməsi  və  genişləndirilməsi. 

Başqa ölkələrin təcrübəsinin öyrənilməsi, məlumat mübadiləsinin aparılması, məlumat və 

tövsiyələrin təyinatı üzrə istifadəsi. 

 

 AHİK-yə  üzv  olan  bütün  təşkilatlar    təşəbbüs  və  tədbirlər  prosesində  fəal  iştirak  edirlər. 



Pandemiyanın  yayılma  yollarının  birgə  səylərlə  qarşısını  alınm  as  və  fəlakətin  nəticələrinin 

aradan  qaldırılması  vacibdir.  Tədbirlər  planının  işlənib  hazırlanması  və  həyata  keçirilməsi 

məqsədilə  sosial-iqtisadi  məsələlər  üzrə  üçtərəfli  komissiyanın  gündəliyinə  daxil  etmək; 

həmkərlar  təşkilatlarının    virtual  şəbəkələrinin  yaradılması  və  sosial  şəbəkə  vasitəsilə 

pandemiyaya  qarşı  potensialın  təmin  olunması  məsələləri  barədə  açıq  onlayn  kursların 

keçirilməsi; həmkərlar təşkilatı hərəkatını   inkişaf etdirmək və davam etdirmək üçün  P205-dən 

bir vasitə olaraq istifadə etmək . 

AHİK  hökumətin  sosial  tərəfdaşı  olaraq,  qeyri-rəsmi  məşğulluqla  mübarizədə  səy  göstərir.  Bu 

sahədə  geniş  məlumatlandırma  işləri  aparılır.  Bura,  cari  ilin    dörd  ayı  daxil  olmaqla  ,  8-i 

respublikanın müxtəlif bölgələrində keçirilən, 4000  həmkarlar ittifaqı təşkilatçısı və aktivistlərin 

iştirakı ilə təşkil edilən 60-dan çox tədbir daxildir. Həmkarlar ittifaqlarının mövqeyini əks etdirən 

prioritet  məsələlər  müəyyənləşdirilmiş,  tövsiyələr  və  onların  həyata  keçirilmə  yolları  qəbul 




34 

 

edilmiş və üç komponent olan iqtisadi, sosial və ətraf mühit arasında  vahid əlaqələndirmə təmin 



edilmişdir.  

 “Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya”nın iclası zamanı qeyri-formal sektor və 

qeyri-formal  məşğulluqda,  məşğulluq  statistikası  ilə  bağlı  problemlər,  ölçü    metodologiyaları, 

məlumatların  qiymətləndirilməsinə  yanaşmalar,  onların  nəticələri  və  s.  müzakirə  edilmişdir  

Qeyd  olunan  problemlərin    hər  birinin  ayrı-ayrılıqda  ölçülməsi  və  təhlil  edilməsi  məsələsi  

müzakirəyə çıxarılmış, belə ki, onların hər biri üçün milli siyasətin  işlənib hazırlanmasına dair 

fərdi yanaşmaya ehtiyac vardır.  

Kollektiv  müqavilələr  və  sazişlərin  işlənib  hazırlanmasında  xüsusi  diqqət  kadrların  hazırlığı  və 

onların  ixtisas  uyğunluğu  göstəricilərinin  artırılması,  işçilərin  peşəkar  inkişafı  üçün  müvafiq 

şəraitin təmin edilməsi; , əmək bazarında tələb olunan əlaqəli peşələrə yiyələnmə imkanları;, ailə 

həyatının  sosial-iqtisadi  şərtləri,  ailə,  ana  və  uşağın  sağlamlığının  qorunması;  ailənin  asudə 

vaxtının və istirahətinin təşkili . 

 

Möhkəm və sağlam bir ailənin yaradılmasına, gənc nəslin təlim-



tərbiyəsinə    qoyulan  investisiyalar  dövlətin  və  millətin  gələcəyini  formalaşdırır.  Üzvlərinin 

mənəvi hüquqvə mənafelərini qorumaq və müdafiə etmək, sosial həyatdakı xəstəliklərin aradan 

qaldırılması;  cinayət,  alkoqolizm,  narkomaniya,  yoxsulluq,  korrupsiya,  yad  əcnəbi  idxal 

nümunələrinin  kütləvi  informasiya  vasitələri  ilə  genişləndirilməsi,  təhsil  müəssisələrinin  təhsil 

sistemləri və proqramlar, mədəniyyət sarayları və həmkarlar ittifaqı klubları, idman qurumları və 

cəmiyyətləri  vasitəsilə  vətəndaş-vətənpərvərin  formalaşması  istiqamətində  işlərin  nəticələrini 

görmək lazımdır.  

AHİK  Azərbaycan Respublikası da daxil olmaqla ölkələrin qarşısına qoyulan Dayanıqlı İnkişaf 

Məqsədlərinin layiqincə həyata keçirilməsini vacib hesab edir.   Əminik ki, Hökumət və ölkənin 

İşəgötürənlər Konfederasiyası ilə bağlanan Baş Sazişin uğurla həyata keçirilməsi və “2019-2030-

cu  illər  üçün  Azərbaycan  Respublikasının  Məşğulluq  Strategiyasının  məqsədlərinə  nail  olma  

nəinki işsizlik səviyyəsinin artımının qarşısını alacaq, eləcə də  qeyri-formal  məşğulluğa qarşı 

mübarizə  aparacaq,  habelə  ölkədə  işsizliyi  4%-ə  qədər  azaldacaq;  formal  məşğulluğu 

(aqrosənaye kompleksi istisna olmaqla) 80%  -ə çatdıracaq; əmək bazarında və təhsil sahəsində 

fəal  olmayan  gənclərin  (15-24  yaş)  nisbətini  15%  -ə  endirəcək,  regional  peşə  təhsili 

mərkəzlərinin  sayını  10-a  çatdıracaq  və  daha  çox  ailəni  əhatə  edəcək  özünüməşğulluq 

proqramları və aktiv əmək bazarı proqramlarının maliyyələşdirilməsini artıracaq.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə