Cinayət yolu iLƏ ƏLDƏ ediLMİŞ pul vəSAİTLƏRİNİn və



Yüklə 127,28 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü127,28 Kb.
#38285


 

 

 



AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU 

 

 

CİNAYƏT  YOLU  İLƏ  ƏLDƏ  EDİLMİŞ  PUL  VƏSAİTLƏRİNİN  VƏ 

YA  DİGƏR  ƏMLAKIN  LEQALLAŞDIRILMASINA  VƏ 

TERRORÇULUĞUN  MALİYYƏLƏŞDİRİLMƏSİNƏ  QARŞI   

MÜBARİZƏNİN  GÜCLƏNDİRİLMƏSİ  MƏQSƏDİLƏ  AZƏRBAYCAN  

RESPUBLİKASININ  BƏZİ  QANUNVERİCİLİK  AKTLARINA  

DƏYİŞİKLİKLƏR  VƏ  ƏLAVƏLƏR  EDİLMƏSİ  HAQQINDA 

 

 



 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:  

 

I.  “Terrorçuluğa  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikasının 



Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 

8, maddə 475; 2001-ci il, № 11, maddə 676; 2002-ci il, № 5, maddə 258; 2004-cü 

il, № 3, maddə 133; 2005-ci il, № 10, maddə 871; 2009-cu il, № 2, maddə 46) 1-

ci maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:  

1. 11-ci abzas aşağıdakı redaksiyada verilsin:  

“terrorçuluğun  maliyyələşdirilməsi  -  əldə  olunma  mənbəyindən  asılı 

olmayaraq  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  tamamilə  və  yaxud  qismən, 

bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 

214,  215,  219,  219-1,  277,  278,  279,  280  və  282-ci  maddələrində  nəzərdə 

tutulmuş  əməllərin  şəxs  və  ya  qrup  (dəstə,  təşkilat)  tərəfindən  hazırlanmasının, 

təşkil  olunmasının  və  ya  törədilməsinin  maliyyələşdirilməsi  üçün,  yaxud 

göstərilən  cinayətlərin  törədilməsi  məqsədilə  şəxsin  və  ya  həmin  məqsədlə 

yaradılan  qrupun  (dəstənin,  təşkilatın)  təmin  edilməsi  üçün  istifadə  olunacağını 

bilərək  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  qəsdən  toplanılması  və  ya 

verilməsidir;”;  

2. aşağıdakı məzmunda 12-ci abzas əlavə edilsin:  

“pul vəsaitləri və ya digər əmlak - əldə edilmə üsulundan asılı olmayaraq, 

istənilən  növ  maddi  və  qeyri-maddi  əmlak  nemətləri,  daşınar  və  ya  daşınmaz 

əmlak,  həmçinin  bank  kreditləri,  yol  çekləri,  bank  çekləri,  poçt  göndərişləri, 

səhmlər  və  qiymətli  kağızlar,  istiqrazlar,  veksellər,  akkreditivlər  də  daxil 

olmaqla,  bu  cür  aktivlərə  olan  hüquqları  təsdiq  edən  elektron  və  ya  hər  hansı 

digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlar.”  




 

II.  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinə  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 

5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 

2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, 

maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, 

I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 

321,  №  8,  maddə  598,  №  10,  maddə  762,  №  11,  maddə  900;  2005-ci  il,  №  1, 

maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 

994;  2006-cı  il,  №  2,  maddələr  71,  72,  75,  №  5,  maddə  390,  №  12,  maddələr 

1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 

560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 

1080, 1090, №12, maddə 1221; 2008-ci il, № 6, maddələr 454, 461, № 7, maddə 

602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009-cu il, №5, maddə 315, 

№7, maddə 517, Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-

IIIQD  nömrəli  və  4  dekabr  tarixli  924-IIIQD  nömrəli  Qanunları)  aşağıdakı 

dəyişikliklər və əlavələr edilsin:  

1.  32.5-ci  maddədə  “alətləri  gizlətməyi,  belə  alətləri  almağı  və  yaxud 

satmağı”  sözləri  “pul  vəsaitlərini  və  ya  digər  əmlakı  gizlətməyi,  belə  pul 

vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə 

etməyi, yaxud sərəncam verməyi” sözləri ilə əvəz edilsin;  

2. 193-1.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:  

“193-1.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı 

leqallaşdırma, yəni:  

193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər 

əmlakın  əldə  edilməsinin  həqiqi  mənbəyini  gizlətmək  və  ya  cinayət  törətmiş 

şəxsin  məsuliyyətdən  yayınması  üçün  ona  kömək  etmək  məqsədilə  belə  pul 

vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin 

məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan 

istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;  

193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər 

əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, 

onların  yerdəyişməsinin, belə pul vəsaitləri və  ya  digər  əmlaka  olan hüquqların 

və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi -”;  

3. 194-cü maddədə:  

3.1.  maddənin  adı  aşağıdakı  redaksiyada  verilsin:  “Maddə  194.  Cinayət 

yolu  ilə  əldə  edildiyini  bilə-bilə  pul  vəsaitlərini  və  ya  digər  əmlakı  əldə  etmə, 

onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə ”;  

3.2. 194.1-ci maddə aşağıdakı redaksiyada verilsin:  

“194.1. Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə 

xeyli miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya 

onlardan  istifadə  etmə,  yaxud  onların  əldə  edilməsinin  həqiqi  mənbəyini 

gizlətmədən onlara sərəncam vermə -  

min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək 

müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  əmlakı  müsadirə  edilməklə  dörd 

ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;  




 

4. aşağıdakı məzmunda 202-2-ci və 203-1-ci maddələr əlavə edilsin:  

“Maddə 202-2. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə  

202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və 

yaxud  işinə  görə  ona  məlum  olan  xidməti  istifadə  üçün  nəzərdə  tutulmuş 

məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi 

və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan 

vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -  

iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 

məşğul  olma  hüququndan  məhrum  edilməklə  səkkiz  min  manatdan  on  min 

manatadək  miqdarda  cərimə  və  ya  min  manatdan  üç  min  manatadək  miqdarda 

cərimə  edilməklə  üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  iki 

ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 

hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla 

altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

202-2.2. Eyni əməllər:  

202-2.2.1. təkrar törədildikdə;  

202-2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 

tərəfindən törədildikdə -  

üç  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  edilməklə  üç 

ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən 

vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 

edilməklə  və  ya  edilməməklə,  əmlakı  müsadirə  olunmaqla  dörd  ildən  səkkiz 

ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

Qeyd:  Bu  Məcəllənin  202-2.1-ci  maddəsində  “insayder”  dedikdə 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  1078-46.2  və  1078-47-ci 

maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.”  

 

“Maddə 203-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya  



203-1.1.  Qiymətli  kağızlar  bazarının  stabilliyinin  pozulmasına  səbəb  ola 

bilən,  qiymətli kağızlar  bazarının  iştirakçılarının qiymətli kağızlarla  əqdlər  üzrə 

qiymətli  kağızların  bazar  qiymətinin  hər  hansı  bir  üsulla  əvvəlcədən 

razılaşdırılmış  və  qəsdən  edilmiş  əməllər  ilə  süni  olaraq  dəyişdirilməsi,  külli 

miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə -  

iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 

məşğul  olma  hüququndan  məhrum  edilməklə  beş  min  manatdan  yeddi  min 

manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  azadlığın 

məhdudlaşdırılması  və  ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 

müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 

edilməməklə,  əmlakı  müsadirə  olunmaqla  iki  ildən  altı  ilədək  müddətə 

azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

203-1.2. Eyni əməllər:  

203-1.2.1. təkrar törədildikdə;  

203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;  

203-1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan 

informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə -  



 

üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 

məşğul  olma  hüququndan  məhrum  edilməklə  yeddi  min  manatdan  on  min 

manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və 

ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 

edilməməklə, əmlakı müsadirə olunmaqla altı ildən on ilədək müddətə azadlıqdan 

məhrum etmə ilə cəzalandırılır.”;  

 

5. 214-1-ci maddə aşağıdakı redaksiyada verilsin:  



“Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə  

Əldə  olunma  mənbəyindən  asılı  olmayaraq  pul  vəsaitlərinin  və  ya  digər 

əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 

102,  214,  215,  219,  219-1,  277,  278,  279,  280  və  282-ci  maddələrində  nəzərdə 

tutulmuş  əməllərin  şəxs  və  ya  qrup  (dəstə,  təşkilat)  tərəfindən  hazırlanmasının, 

təşkil  olunmasının  və  ya  törədilməsinin  maliyyələşdirilməsi  üçün,  yaxud 

göstərilən  cinayətlərin  törədilməsi  məqsədilə  şəxsin  və  ya  həmin  məqsədlə 

yaradılan  qrupun  (dəstənin,  təşkilatın)  təmin  edilməsi  üçün  istifadə  olunacağını 

bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi 

-  


əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan 

məhrum etmə ilə cəzalandırılır.  

Qeyd:  

1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aksiyalarının törədilməsində 



və  ya  törədilməsinə  cəhddə  faktiki  istifadə  olunmaması  və  ya  konkret  terror 

aksiyası  ilə  əlaqədar  olmaması  əmələ  görə  cinayət  məsuliyyətini  aradan 

qaldırmır.  

2. Bu Məcəllənin 214-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs 

hakimiyyət  orqanlarını  vaxtında  xəbərdar  etməklə  və  ya  başqa  üsulla  bu  cür 

terrorçuluq  əməlinin  qarşısının  alınmasına  yardım  etdikdə  və  onun  əməlində 

başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.”.  

 

 



III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2000-ci  il,  №  8,  I  kitab,  maddə  584; 

2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 

680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, 

№ 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 

692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 

228,  №  6,  maddələr  257,  276,  279,  №  8,  maddələr  407,  425,  №  12,  I  kitab, 

maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 

10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321,  № 6, 

maddə 397, №  8,  maddələr  596,  597,  №  10,  maddələr 762, 779, № 11,  maddə 

900,  № 12,  maddə  973;  2005-ci il, №  1, maddələr 5,  6,  № 2, maddə 61, №  4, 

maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, 

maddələr  691,  692,  №  10,  maddələr  875,  877,  904,  №  11,  maddələr  993,  994, 

995,  №12,  maddələr  1083,  1085;  2006-cı  il,  №  2,  maddələr  64,  68,  №  3, 




 

maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 

923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, 

№ 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 

561,  562,  579,  №  8,  maddə  757,  №  10,  maddələr  935,  936,  938,  940,  №  11, 

maddələr  1048,  1049,  1053,  1070,  1077,  1080,  1089,  1091,  №  12,  maddələr 

1195, 1211, 1217, 1218,  1221;  2008-ci  il, №  2,  maddə  47, №  3,  maddələr  146, 

152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, 

№ 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, № 10, maddələr 884, 885, 

№ 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, 

maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 

7, maddələr 517, 518, 519, № 8, maddə 611, Azərbaycan Respublikasının 2009-

cu  il  20  oktyabr  tarixli  896-IIIQD,  897-IIIQD,  26  noyabr  tarixli  923-IIIQD,  4 

dekabr  tarixli  924-IIIQD,  929-IIIQD  və  15  dekabr  tarixli  931-IIIQD  nömrəli 

Qanunları) aşağıdakı dəyişikliklər və əlavə edilsin:  

1. 212-ci maddə aşağıdakı redaksiyada verilsin:  

“Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə  

İnsayder  tərəfindən  ona  etibar  edilmiş  və ya  xidməti  vəzifəsinə  və  yaxud 

işinə  görə ona  məlum  olan xidməti istifadə üçün nəzərdə tutulmuş  məlumatdan 

tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin 

bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az 

miqdarda gəlir əldə etməklə törədildikdə -  

fiziki  şəxslər  yüz  manatdan  iki  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər 

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.  

Qeyd:  

1.  Bu  Məcəllənin  212-ci  maddəsində  “insayder”  dedikdə  Azərbaycan 



Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə 

tutulmuş şəxslər başa düşülür.  

2.  Bu  Məcəllənin  212-ci  maddəsində  “az  miqdarda”  dedikdə  yeddi  min 

manatadək olan məbləğ başa düşülür.”;  

2. 234-cü maddə aşağıdakı redaksiyada verilsin:  

“Maddə 234. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya 

digər  əmlakı  əldə  etmə,  onlara  sahiblik  və  ya  onlardan  istifadə  etmə,  yaxud 

sərəncam vermə  

Cinayət  yolu ilə əldə edildiyini bilə-bilə az  miqdarda pul vəsaitləri və ya 

digər əmlakı əldə etməyə, onlara sahiblik və ya onlardan istifadə etməyə, yaxud 

onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə 

görə -  


inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə yüz 

manatdan beş yüz manatadək miqdarda cərimə edilir.  

Qeyd:  Bu  Məcəllənin  234-cü  maddəsində  “az  miqdarda”  dedikdə  min 

manatadək olan məbləğ başa düşülür.”;  

3.  360.1-ci  maddədə  “348-3”  rəqəmindən  sonra  “(monitorinqdə  iştirak 

edən digər şəxslərə münasibətdə)” sözləri əlavə edilsin.  

 



 

IV.  Azərbaysan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinin 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab), 

maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 

233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, 

№ 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; № 11, maddə 890; 2005-ci 

il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, 

maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64; № 5, 

maddə 390; № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007-ci il, 

№ 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008-ci il, № 6, maddə 

462,  №  7,  maddələr  606,  607;  №  12,  maddələr  1045,  1049;  2009-cu  il,  №  5, 

maddə 315, № 7, maddə 517, Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr 

tarixli  923-IIIQD  nömrəli  Qanunu)  215.3.1-ci  maddəsində  “202,  202-1,  203,” 

rəqəmləri “202 - 203-1,” rəqəmləri ilə əvəz edilsin.  

 

 

V.  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 



leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının 

Qanunvericilik  Toplusu,  2009-cu  il,  №2,  maddə  58)  aşağıdakı  dəyişikliklər  və 

əlavələr edilsin:  

1. 1.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:  

“1.0.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılması  -  cinayət  yolu  ilə  əldə  edildiyini  bilə-bilə  pul  vəsaitləri  və  ya 

digər  əmlakın  əldə  edilməsinin  həqiqi  mənbəyini  gizlətmək  və  ya  cinayət 

törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə 

pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  konversiyası  və  ya  köçürülməsi,  yaxud 

həmin  məqsədlərlə  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərindən  və  ya  digər 

əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata 

keçirilməsi,  yaxud  cinayət  yolu  ilə  əldə  edildiyini  bilə-bilə  pul  vəsaitləri  və  ya 

digər  əmlakın  həqiqi  xarakterinin,  mənbəyinin,  yerinin,  onlara  sərəncam 

verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan 

hüquqların  və  ya  onların  kimə  məxsus  olmasının  ört-basdır  edilməsi  və  ya 

gizlədilməsidir;”;  

2. 1.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:  

“1.0.4. terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı 

olmayaraq  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  tamamilə  və  yaxud  qismən, 

bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 

214,  215,  219,  219-1,  277,  278,  279,  280  və  282-ci  maddələrində  nəzərdə 

tutulmuş  əməllərin  şəxs  və  ya  qrup  (dəstə,  təşkilat)  tərəfindən  hazırlanmasının, 

təşkil  olunmasının  və  ya  törədilməsinin  maliyyələşdirilməsi  üçün,  yaxud 

göstərilən  cinayətlərin  törədilməsi  məqsədilə  şəxsin  və  ya  həmin  məqsədlə 

yaradılan  qrupun  (dəstənin,  təşkilatın)  təmin  edilməsi  üçün  istifadə  olunacağını 

bilərək  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  qəsdən  toplanılması  və  ya 

verilməsidir;”;  




 

3. 1.0.11-ci maddədə “hər hansı xidmətindən” sözlərindən sonra “daimi və 

ya qeyri-müntəzəm” sözləri əlavə edilsin;  

4. 4.0.8-ci, 4.0.11-ci və 6.1.3-cü maddələrdə “hüquqi” sözləri “fiziki və ya 

hüquqi” sözləri ilə əvəz edilsin;  

5.  5.1-ci  maddədə  “müştərinin  və  benefisiarın  eyniləşdirilməsi, 

verifikasiyası,  məlumatın  sənədləşdirilməsi,  saxlanılması  və  bu  Qanunun  7.2-ci 

maddəsində  nəzərdə  tutulmuş  məlumatların  təqdim  edilməsi  ilə  bağlı  tələbinə” 

sözləri “9-11-ci və 12-1-ci maddələrinin tələblərinə” sözləri ilə əvəz edilsin;  

6. aşağıdakı məzmunda 5.4-cü və 6.5-ci maddələr əlavə edilsin:  

“5.4. Hüquqi şəxs olan monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 

12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya 

digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 

daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər.  

6.5.  Monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər 

tərəfindən  bu  Qanunun  9-12-ci  maddələrinin  tələblərinə  əməl  edilməsinə 

nəzarətin  həyata  keçirilməsi  qaydaları  müvafiq  nəzarət  orqanları  tərəfindən 

müəyyən edilir.”;  

7. 7-ci maddə üzrə:  

7.1.  7.1-ci  maddədə  “(bundan  sonra  -  limit)  Azərbaycan  Respublikasının 

Mərkəzi Bankı” sözləri “maliyyə monitorinqi orqanı” sözləri ilə əvəz edilsin;  

7.2.  7.2-ci  maddədə  “monitorinq  olunur”  sözləri  “barədə  məlumatlar 

monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər  tərəfindən 

maliyyə monitorinqi orqanına təqdim olunur” sözləri ilə əvəz edilsin;  

7.3. 7.2.3-cü maddədə  “bank hesablarından həyata keçirilən əməliyyatlar” 

sözləri “pul vəsaitləri və ya digər əmlakla əməliyyatları” sözləri ilə əvəz edilsin;  

7.4. aşağıdakı məzmunda 7.2.5-ci, 7.4-cü və 7.5-ci maddələr əlavə edilsin:  

“7.2.5.  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurasının  aidiyyəti 

qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar 

çıxdığı  beynəlxalq  müqavilələrə  əsasən  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən etdiyi qaydada siyahısı təsdiq edilmiş şəxslərlə əməliyyatlar.  

7.4.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin 

tələblərinə davamlı olaraq riayət etməyən dövlətlərin fiziki və ya hüquqi şəxsləri 

ilə  işgüzar  münasibətlərə  və  əməliyyatlara  dair  məhdudiyyətlər  və  ya  xüsusi 

tələblər müəyyən edilə bilər.  

7.5.  Monitorinq  iştirakçılarının  bu  Qanunun  7.3-cü  maddəsində  nəzərdə 

tutulan  dövlətlərdə  (ərazilərdə)  fəaliyyət  göstərən  filialları  və  törəmə  hüquqi 

şəxsləri  yerləşdiyi  ölkənin  qanunvericiliyi  ilə  qadağan  olunmursa  bu  sahədə 

Azərbaycan  Respublikasının  qanunvericiliyinin  və  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrin  tələblərinə  əməl  etməlidir.  Monitorinq  iştirakçılarının  xarici 

filiallarına  və  törəmə  hüquqi  şəxslərinə  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 

maliyyələşdirilməsinə  qarşı  mübarizə  sahəsində  tələblərə  əməl  edilməsi  onların 



 

yerləşdiyi  ölkənin  qanunvericiliyi  ilə  qadağan  olunursa,  monitorinq  iştirakçıları 

bu barədə müvafiq nəzarət orqanlarına yazılı məlumat verməlidir.”;  

7.5.  7.3-cü  maddənin  birinci  cümləsində  “maliyyə  monitorinqi  orqanı 

tərəfindən müəyyənləşdirilir” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən 


edilmiş 

qaydada 


maliyyə 

monitorinqi 

orqanı 

tərəfindən 



müəyyənləşdirilir və dərc olunur” sözləri ilə əvəz edilsin;  

7.6.  7.3-cü  maddənin  ikinci  cümləsində  “həmin  siyahı”  sözlərindən  sonra 

“və bu Qanunun 7.2.5-ci maddəsində göstərilən şəxslərin siyahısı” sözləri əlavə 

edilsin;  

8. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:  

“Maddə 9. Müştərilərin və benefisiarların eyniləşdirilməsi  

9.1.  Monitorinq  iştirakçılarına  anonim  hesabların,  uydurma  adlara 

hesabların  və  anonim  əmanət  hesablarının  açılması,  anonim  depozit 

sertifikatlarının buraxılması qadağandır.  

9.2.  Monitorinq  iştirakçıları  aşağıdakı  hallarda  müştərinin  və  benefisiarın 

eyniləşdirilməsi üçün tədbirlər görməlidir:  

9.2.1. işgüzar münasibətlər yaradılmasından əvvəl;  

9.2.2. on beş min manat məbləğində (bundan sonra  - limit) və ya bundan 

artıq  məbləğdə  həyata  keçirilməsi  gözlənilən  hər  hansı  birdəfəlik  əməliyyatdan 

əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi 

olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);  

9.2.3.  məbləğindən  asılı  olmayaraq  hesab  açılmadan  həyata  keçirilməsi 

gözlənilən pul köçürməsindən əvvəl;  

9.2.4.  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılması  və  ya 

terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün 

kifayət qədər əsaslar yaradan hallar olduqda;  

9.2.5. müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə 

məlumatlarının doğru olmadığı aşkarlandıqda.  

9.3.  Əməliyyatın  ümumi  məbləği  əməliyyatın  icra  olunmasından  əvvəl 

məlum  deyilsə,  müştərinin  və  benefisiarın  eyniləşdirilməsi  əməliyyatın 

məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.  

9.4.  Hüquqi  şəxsin  eyniləşdirilməsi  onun  nizamnaməsinin  və  dövlət 

qeydiyyatına  alınması  haqqında  sənədin  notariat  qaydasında  təsdiq  olunmuş 

surəti əsasında aparılır. Monitorinq iştirakçıları hüquqi şəxsin adından çıxış edən 

səlahiyyətli  nümayəndədən  notariat  qaydasında  təsdiq  olunmuş  etibarnaməni 

tələb etməli və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi və verifikasiyası üçün 

tədbirlər  görməlidir.  Monitorinq  iştirakçıları  hüquqi  şəxsin  nizamnaməsi  və 

dövlət  qeydiyyatına  alınması  haqqında  sənəd  əsasında  hüquqi  şəxsin  hüquqi 

ünvanını,  təşkilati-hüquqi  formasını,  təsisçilərin  adını,  həmçinin  hüquqi  şəxsin 

hüquqi statusunu müəyyən etməlidirlər.  

9.5.  Fiziki  şəxsin  eyniləşdirilməsi  şəxsiyyəti  təsdiq  edən  sənəd  əsasında 

aparılır.  

9.6.  Hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 

şəxsin  eyniləşdirilməsi  şəxsiyyəti  təsdiq  edən  sənəd  və  müvafiq  vergi  orqanı 

tərəfindən verilmiş şəhadətnamə əsasında aparılır.  




 

9.7.  Eyniləşdirmə  üçün  təqdim  olunan  şəxsiyyəti  təsdiq  edən  sənədin 

surəti,  habelə  müvafiq  vergi  orqanı  tərəfindən  verilmiş  şəhadətnamənin, 

nümayəndənin  səlahiyyətlərini  təsdiq  edən  etibarnamənin,  notariat  qaydasında 

təsdiq  olunmuş  hüquqi  şəxsin  nizamnaməsinin  və  dövlət  qeydiyyatına  alınması 

haqqında sənədin surətləri monitorinq iştirakçısında saxlanılmalıdır.  

9.8.  Monitorinq  iştirakçıları  bu  Qanunun  9.2-ci  maddəsində  nəzərdə 

tutulan hallarda etibarlı mənbələr vasitəsilə  müştəri və benefisiar barəsində əldə 

olunmuş  eyniləşdirmə  məlumatlarının  verifikasiyası  üçün  tədbirlər  görməlidir. 

Monitorinq  iştirakçıları  hüquqi  şəxs  olan  müştərinin  səhmdarlarının  və  hüquqi 

şəxsin  rəhbərliyinin  müəyyən  edilməsi  üçün  tədbirlər  görməlidir.  Monitorinq 

iştirakçıları hüquqi şəxs olan müştəriyə nəzarəti həyata keçirən, hüquqi şəxsin əsl 

sahibi  olan  və  ya  son  nəticədə  hüquqi  şəxsə  nəzarəti  həyata  keçirən  fiziki 

şəxslərin müəyyən edilməsi üçün də tədbirlər görməlidir.  

9.9.  Hüquqi  şəxsin  verifikasiyası  üçün  tətbiq  edilən  tədbirlər 

aşağıdakılardır:  

9.9.1.  hüquqi  şəxsin  təqdim  etdiyi  məlumatların  hüquqi  şəxslərin  dövlət 

reyestrinə daxil edilən məlumatlarla üzləşdirilməsi;  

9.9.2.  hüquqi  şəxsin  fəaliyyəti  barədə  kütləvi  informasiya  vasitələrindən, 

internet  informasiya  ehtiyatlarından  və  ya  rəsmi  nəşrlərdən  məlumatların  əldə 

olunması;  

9.9.3. əldə olunan yeni məlumatların əvvəllər təqdim edilmiş eyniləşdirmə 

məlumatları ilə üzləşdirilməsi.  

9.10.  Fiziki  şəxsin  verifikasiyası  üçün  tətbiq  edilən  tədbirlər 

aşağıdakılardır:  

9.10.1.  doğum  haqqında  şəhadətnamə,  pasport,  sürücülük  vəsiqəsi  və  ya 

digər rəsmi sənəd əsasında doğum tarixinin təsdiqlənməsi;  

9.10.2.  mənzil-kommunal  xidməti  və  ya  qeyri-yaşayış  sahələrindən 

istismar  haqqı  üçün  mədaxil  qəbzləri,  yaxud  mülkiyyət  hüququnun  dövlət 

qeydiyyatına  alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış, 

order,  icarə  və  ya  kirayə  müqaviləsi  əsasında  yaşayış  yeri  üzrə  qeydiyyatın 

təsdiqlənməsi.  

9.11.  Monitorinq  iştirakçıları  müştərinin  onlarla  işgüzar  münasibətlərinin 

məqsədi və mahiyyəti barədə məlumatı müştəridən əldə etməlidir.  

9.12.  Monitorinq  iştirakçıları  müştərinin  işgüzar  münasibətləri  və  həyata 

keçirilmiş  əməliyyatlarına  dair  əldə  olunmuş  məlumatların  mütəmadi  qaydada 

yeniləşdirilməsi  üzrə  tədbirlər  görməlidir.  Monitorinq  iştirakçıları  tərəfindən 

məlumatların  mütəmadi  qaydada  yeniləşdirilməsi  üzrə  tətbiq  olunan  tədbirlər 

aşağıdakılardır:  

9.12.1.  həyata  keçirilmiş  əməliyyatın  müştəri,  onun  sahibkarlıq  fəaliyyəti 

və  vəsaitlərinin  mənbəyi  barədə  məlumatlara  uyğun  gəlməsinin  təmin  edilməsi 

məqsədilə həmin əməliyyatın təhlili;  

9.12.2. yüksək riskli müştərilər və ya işgüzar münasibətlər barədə mövcud 

olan  məlumatların  tədqiq  edilməsi  yolu  ilə  müştərinin  eyniləşdirilməsinə  dair 

əldə olunmuş məlumatların və sənədlərin vaxtaşırı yeniləşdirilməsi.  



 

9.13.  Bu  Qanunun  9-cu  maddəsində  nəzərdə  tutulan  eyniləşdirmə  və 

verifikasiya  tədbirləri  ilə  yanaşı,  monitorinq  iştirakçıları aşağıdakı  yüksək  riskli 

əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərini tətbiq etməlidir:  

9.13.1. qeyri-rezident müştərilərlə əməliyyatlar;  

9.13.2.  pul  vəsaitlərinin,  qiymətli  kağızların  və  ya  digər  əmlakın  idarə 

olunması həvalə olunmuş hüquqi şəxslərlə əməliyyatlar;  

9.13.3.  nominal  saxlayıcı  olan  və  ya  sənədli  adsız  səhmlər  buraxmış 

hüquqi şəxslərlə əməliyyatlar;  

9.13.4.  xarici  banklarla  müxbir  hesabları  vasitəsilə  həyata  keçirilən 

əməliyyatlar;  

9.13.5. bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulan əməliyyatlar.  

9.14.  Monitorinq  iştirakçıları  tərəfindən  tətbiq  olunan  əlavə  eyniləşdirmə 

tədbirləri aşağıdakılardır:  

9.14.1.  hesabların  və  işgüzar  əlaqələrin  yoxlanması  və  ya  digər  üsullarla 

əməliyyatın  həyata  keçirilməsi  məqsədinin  və  əməliyyatın  mahiyyətinin 

aydınlaşdırılması;  

9.14.2.  hüquqi  şəxs  olan  müştərinin  səhmdarlarının  və  onların  iştirak 

paylarının öyrənilməsi;  

9.14.3.  digər  etibarlı  mənbələr  vasitəsilə  müştəri,  benefisiar  və  əgər 

mümkündürsə pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə daha dəqiq 

məlumatların əldə edilməsi və üzləşdirilməsi.  

9.15.  Əməliyyatın  tərəflərini  bu  Qanunla  müəyyənləşdirilmiş  qaydada 

dəqiq  eyniləşdirmək  mümkün  deyilsə  və  ya  müştəri  və  ya  benefisiar  barədə 

eyniləşdirmə məlumatlarının təqdim edilməsindən imtina edilirsə, habelə müştəri 

və  ya  benefisiarla  bağlı  əvvəllər  təqdim  edilmiş  eyniləşdirmə  məlumatlarının 

doğru olmadığı aşkarlandıqda, monitorinq iştirakçıları müvafiq əməliyyatı həyata 

keçirməməli, işgüzar münasibətləri yaratmamalı, hesab açmamalı və bu Qanunun 

11-ci maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına məlumat verməlidir.  

9.16.  Monitorinq  iştirakçıları  müştərilərinin  fəaliyyətinin  xüsusiyyətləri 

nəzərə  alınaraq,  işgüzar  münasibətləri  bu  Qanunun  qüvvəyə  minməsinə  qədər 

yaranmış  və  hal-hazırda  davam  edən  müştərilərinin  eyniləşdirilməsi  və 

verifikasiyası üçün tədbirlər görməlidir.  

9.17.  Monitorinq  iştirakçılarının  fəaliyyətinin  xüsusiyyətləri  nəzərə 

alınaraq  müştərinin  və  benefisiarın  eyniləşdirilməsi  üçün  qanunla  müəyyən 

edilmiş qaydada əlavə sənədlərin təqdim olunması tələb edilə bilər.  

9.18. Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan 

və  ya  qiymətli  metallardan  hazırlanmış  zərgərlik  və  ya  digər  məişət 

məmulatlarının  alqı-satqısı  ilə  məşğul  olan  fiziki  və  ya  hüquqi  şəxslər  və 

daşınmaz  əmlakın  alqı-satqısı  üzrə  vasitəçilik  xidməti  göstərən  fiziki  və  ya 

hüquqi  şəxslər  bu  maddədə  nəzərdə  tutulmuş  eyniləşdirmə  tədbirlərini  yalnız 

limitdən yuxarı məbləğdə nağd şəkildə aparılan əməliyyatlar həyata keçirilərkən 

tətbiq etməlidirlər.  

9.19.  Monitorinq  iştirakçıları  bu  Qanunun  9.2.1  və  9.2.2-ci  maddələrində 

göstərilən  hallarda  müştəri  və  ya  benefisiara  münasibətdə  sadələşdirilmiş 

eyniləşdirmə  və  verifikasiya  qaydalarını  tətbiq  edə  bilərlər.  Sadələşdirilmiş 




 

eyniləşdirmə  və  verifikasiya  qaydaları  müştərinin,  işgüzar  münasibətlərin  və  ya 

maliyyə  əməliyyatlarının  törədə  biləcəyi  risklər  üzrə  aparılan  dəyərləndirmə 

əsasında maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir.”;  

9. aşağıdakı məzmunda 9-1 və 9-2-ci maddələr əlavə edilsin:  

“Maddə 9-1. Xarici dövlətlərin siyasi xadimləri  

9-1.1.  Monitorinq  iştirakçıları  bu  Qanunun  9-cu  maddəsində  nəzərdə 

tutulan  eyniləşdirilmə  və  verifikasiya  tədbirləri  ilə  yanaşı,  daxili  nəzarət 

sistemləri  çərçivəsində  müştərinin  və  ya  benefisiarın  xarici  dövlətlərin  siyasi 

xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbirlər görməlidir.  

9-1.2.  Xarici  dövlətlərin  siyasi  xadimləri  ilə  işgüzar  münasibətlər  yalnız 

monitorinq  iştirakçılarının  rəhbərliyinin  razılığı  əsasında  yaradıla  bilər. 

Müştərinin  və  ya  benefisiarın  xarici  dövlətlərin  siyasi  xadimlərinə  aid  olduğu 

işgüzar  münasibətlərin  yaradılmasından  sonra  məlum  olursa,  işgüzar 

münasibətlər  monitorinq  iştirakçılarının  rəhbərliyinin  razılığı  əsasında  davam 

etdirilə bilər.  

9-1.3.  Monitorinq  iştirakçıları  xarici  dövlətlərin  siyasi  xadimləri  olan 

müştəriləri  və  ya  benefisiarların  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  mənbəyi 

barədə məlumatlar əldə etməlidir.  

Maddə 9-2. Qeyri-adi əməliyyatlar  

Monitorinq iştirakçıları bütün mürəkkəb, iri həcmli qeyri-adi, habelə açıq-

aşkar  iqtisadi  və  ya  qanuni  məqsədi  olmayan  əməliyyatların  təyinatını  və 

mahiyyətini  aydınlaşdırmalı  və  bununla  əlaqədar  yazılı  təhlil  hesabatı  tərtib 

etməlidirlər. Zərurət yarandığı təqdirdə hesabat qanunvericiliklə müəyyən edilmiş 

qaydada  maliyyə  monitorinqi  orqanına  və  ya  nəzarət  orqanlarına  təqdim 

edilməlidir.”  

10. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:  

“Maddə 10. Eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla 

əməliyyatlara dair sənədlərin saxlanması öhdəliyi  

10.1.  Monitorinq  iştirakçıları  bu  Qanunun  9-cu  maddəsində  qeyd  olunan 

eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair 

sənədlərin,  habelə  bu  Qanunun  9-1-ci  və  9-2-ci  maddələrində  nəzərdə  tutulan 

əməliyyatlara  dair  sənədlərin  qanunvericiliklə  daha  uzun  müddət  nəzərdə 

tutulmayıbsa,  aşağıda  göstərilən  müddət  ərzində  məlumat  daşıyıcılarında  və  ya 

elektron formatda saxlanmasını təmin etməlidirlər:  

10.1.1.  müştərinin,  benefisiarın  və  ya  səlahiyyətli  nümayəndənin 

eyniləşdirmə sənədləri  - müştərinin hesabının bağlanmasından və ya müştəri ilə 

hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il;  

10.1.2.  müştəri  tərəfindən  həyata  keçirilmiş  pul  vəsaitləri  və  ya  digər 

əmlakla  əməliyyatlara  dair  sənədlər  (hesabdan  çıxarışlar,  əməliyyatların 

aparılması  üçün  əsas  və  s.)  və  bu  Qanunun  11-ci  maddəsi  üzrə  hazırlanan 

məlumatlar - əməliyyat başa çatdıqdan sonra ən azı beş il.  

10.2.  Bu  Qanunun  10.1-ci  maddəsində  nəzərdə  tutulan  sənədlər  müvafiq 

sorğu  əsasında  monitorinq  iştirakçıları  tərəfindən  maliyyə  monitorinqi  orqanına 

və ya nəzarət orqanlarına təqdim edilməlidir.  



 

10.3. Bu Qanunun 10.1-ci maddəsində göstərilən müddət, zərurət yarandığı 

təqdirdə  nəzarət  orqanları  və  ya  maliyyə  monitorinqi  orqanı  tərəfindən  hər  bir 

xüsusi halda uzadıla bilər.”;  

11. 11-ci maddədə:  

11.1.  maddənin  adında  “Monitorinq iştirakçıları  tərəfindən  məlumatların” 

sözləri “Məlumatların” sözü ilə əvəz edilsin;  

11.2.  11.1-ci  maddədə  “9.12-ci  maddələrində”  sözləri  “9.15-ci 

maddələrində, monitorinqdə iştirak edən digər şəxslər isə bu Qanunun 7.2-ci və 

9.15-ci maddələrində” sözləri ilə əvəz edilsin;  

11.3.  11.1.4-cü  maddədə  “9.3-9.5-ci”  sözləri  “9.4-9.6-cı”  sözləri  ilə  əvəz 

edilsin;  

11.4. 11.3-cü və 11.4-cü maddələrdə “9.12-ci” sözü “9.15-ci” sözü ilə əvəz 

edilsin;  

12. 12-ci maddədə:  

12.1. maddənin adında, 12.1-ci, 12.1.5-ci, 12.1.7-ci, 12.1.8-ci və 12.2-12.4-

cü maddələrdə ismin müvafiq hallarında işlənilmiş “və monitorinqdə iştirak edən 

digər şəxslər” sözləri çıxarılsın;  

12.2.  12.1.2-ci  maddədə  “və  verifikasiyasına”  sözlərindən  sonra  “, 

müştərinin  və  benefisiarın  xarici  dövlətlərin  siyasi  xadimlərinə  aid  olduğunun 

müəyyən edilməsinə” sözləri əlavə edilsin;  

13. aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:  

“Maddə  12-1.  Birbaşa  əlaqə  qurmadan  texnoloji  vasitələrdən  istifadə 

etməklə işgüzar münasibətlərin yaradılması  

12-1.1.  Monitorinq  iştirakçıları  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılması  və  terrorçuluğun 

maliyyələşdirilməsində  texnoloji  vasitələrdən  istifadə  edilməsinin  qarşısının 

alınması üçün tədbirlər görməlidir.  

12-1.2.  Monitorinq  iştirakçıları  texnoloji  vasitələrdən  istifadə  etməklə 

birbaşa  əlaqə  qurmadan  yaradılan  işgüzar  münasibətlərin  və  ya  aparılan 

əməliyyatların  tənzimlənməsinə  dair  daxili  qayda  və  prosedurlara  malik 

olmalıdır.  Monitorinq  iştirakçıları  bu  daxili  qayda  və  prosedurları  müştəri  ilə 

işgüzar  münasibətlərin  yaradılmasında,  habelə  müştərinin  işgüzar  münasibətləri 

və  həyata  keçirilmiş  əməliyyatlarına  dair  əldə  olunmuş  məlumatların  mütəmadi 

qaydada yeniləşdirilməsində tətbiq etməlidir.  

12-1.3. Bu Qanunun 12-1.2-ci maddəsində nəzərdə tutulan daxili qayda və 

prosedurlara 

monitorinq 

iştirakçılarının 

birbaşa 


əlaqədə 

olmadıqları 

müştərilərinin  eyniləşdirilməsinə  və  verifikasiyasına  dair  tədbirlər  daxil 

olmalıdır.”;  

14.  14-cü  maddədə  “uyğun  olaraq”  sözlərindən  sonra  “vicdanla”  sözü 

əlavə edilsin;  

15. aşağıdakı məzmunda 17.8-ci maddə əlavə edilsin:  

“17.8. Maliyyə monitorinqi orqanı bu Qanuna uyğun olaraq ona məlumat 

təqdim olunmalı olan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların siyahısına 

və  limitinə,  bu  Qanunun  7.3-cü  maddəsində  nəzərdə  tutulan  dövlətlərin  və  bu 

Qanunun 

7.2.5-ci 

maddəsində  nəzərdə  tutulan  şəxslərin  siyahısına, 



 

sadələşdirilmiş  eyniləşdirilmə  və  verifikasiya  qaydalarına,  bu  Qanunun  6.2-ci 

maddəsində  nəzərdə  tutulmuş  halda  nəzarətin  həyata  keçirilməsi  qaydalarına, 

məlumatların  maliyyə  monitorinqi  orqanına  təqdim  edilməsi  qaydalarına,  daxili 

nəzarət  sistemlərinin  hazırlanması  tələblərinə,  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılması  və  ya  terrorçuluğun 

maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların təqdim 

olunma formasına dair normativ xarakterli aktlar qəbul edir.”.  



 

 

 

 

 

 

 

 

    İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı şəhəri, 5 mart 2010–cu il 

№ 973–IIIQ 

 

«Azərbaycan» qəzetində dərc edilmişdir (21 mart 2010–cu il, № 64). 

Yüklə 127,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə