Ci tədris ILI Fənn: Klinik psixologiya



Yüklə 456,66 Kb.
Pdf görüntüsü
tarix18.07.2018
ölçüsü456,66 Kb.
#56244


 

2017-2018-ci tədris ili   



Fənn: Klinik psixologiya            

İxtisas: Təhsildə sosial-psixoloji xidmət 

Kurs: III kurs 

Semestr: I semestr 

Müəllim:  Dos.N.Z.Çələbiyev 

Mövzu  15. Psixoanalitik yönümlü dərin psixoloji terapiya üsulları  

Plan: 

1.K.Rocesin pasiyentə yönələn terapiyası. 

2. Psixoterapiyanın formaları və tətbiqi qaydaları. 

3. Hipnoz və təlqinə əsaslanan üsullar. 

4. Hipnozetmə texnikası.  

Ədəbiyyat. 

 

1.

 



Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya. 

“Maarif” nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya 



(dərslik) 2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич  В.Д.  Клиническая  и  медицинская  психология. 

Практическое руководство.M., 1998. 

     8.Həsənov.M.İ., Məhkəmə psixiatriyası, “Plyus” nəşriyyatı, Moskva,1997. 

     Karl  Rocers  1902-ci  ildə  ABŞ-ın  İllinoys  ştatının  Ouk-Park  şəhərində  ruhani 

ailəsində  anadan  olmuşdur.Ruhani  ailəsinin  sərt  qayda-qanunları  altında 

tərbiyələnən  Rocers  yalnız  universitetdə  oxuduğu  illərdə  əsl  həyatın  nə  demək 

olduğunu başa düşür. Kolumbiya universitetinin psixologiya fakültəsini bitirdikdən 



 

sonra  Nyu-York  yaxınlığında  çətin  tərbiyə  olunan  uşaq  və  yeniyetmələr 



mərkəzində  çalışır.  Onun  psixologiya  və  psixoterapiyaya  aid  elmi  axtarışlarının 

əsas məzmunu üç kitabında əks etdirilir. Bunlardan birincisi: “Problemli uşaqlarla 



kliniki  iş”  kitabı  1939-cu  ildə  çap  edildikdən  sonra  müəllif  populyarlaşmağa 

başladı  və  onun  Ohayo  universitetinin  professoru  olmasına  imkan  yaratdı.  İkinci 

kitabı  “Psixoterapiya və məsləhətlər” (1942), üçüncüsü isə “Müştəriyə yönəlmiş 

psixoterapiya”dır (1951). 

     Rocersin fikrinə görə, “ideal mənlik” özünü ideal, qüsursuz təsəvvür etməkdir. 

Əsl  mənlik  isə,  ideal  mənlikdən  fərqlənir.  Bu  fərqin  dərəcəsi  şəxsiyyətin 

narahatlığına  səbəb  olur,  bu  isə,  öz  növbəsində,  nevrozun  yaranmasına 

gətirir.”İnsanın  necə  olmaq  istəyi  yox,  əslində  necə  olduğunu  qəbul  etməsi  ruhi 

sağlamlığın göstəricisidir”. 

      Rocersin  düşündüyü  kimi  desək,  bir  çox  adamlarda  ideal  mənlik  axtarmaq 

cəhdi onun xudpəsəndliyinə, özünü öyməsinə, ambisioz xasiyyətin formalaşmasına 

gətirib  çıxarır.  Bu  isə,  bir  çox  hallarda  nevrotik  pozuntularla  nəticələnir.  O  qeyd 

edirdi ki, insan yalnız başqaları ilə münasibət şəraitində özünün əsl mənliyini dərk 

edə  bilər.  “İnsan  daima  başqaları  ilə  əlaqəyə  mane  olan  sədləri  dağıtmağa 

çalışmalıdır. Başqalarının sözünə, hərəkətlərinə hörmətlə yanaşmağı bacarmalıdır”. 

      Rocersin  nəzəri  mülahizələrdən  təcrübəyə  keçməsinə  kömək  edən  əməli 

tövsiyələrdən  biri  və  əsası  enkaunter-qrupları  yaratmışdır.  Bu  psixoterapiya 

metodunu  “görüş  qrupu”  da  adlandırırlar.  Enkaunter  qrupu  cəsarətlə  müasir 

psixoterapiyanın  əsas  istiqamətlərindən  biri  hesab  edilə  bilər.  Qrup 

psixoterapiyasının bir çox məlum üstünlükləri vardır. Onlardan ən başlıcası qrupda 

iştirak edən şəxslərin bir-birinə induktiv təlqin göstərməsidir. Bundan əlavə, qrup 

terapiyasında terapevt daha çox adama yardım göstərə bilir. Rocersin təklif etdiyi 

qrup  terapiyasının  gedişində  iştirakçılar  arasında  mübahisələrin,  hətta  narazılığın 

yaranması  adi  haldır.  Bəzən  qrup  üzvləri  qətiyyətlə  tələb  edir  ki,  hər  kəs  öz 

problemləri  ilə  özü  məşğul  olsun.  Şəxsi  hisslərini  və  arzularını  aşkarlamasın.  Bu 

mövzu ətrafında mübahisələr qızışdıqca, təhtəlşüur sahəsində yerləşən, bu günədək 

əlçatmaz  sayılan  arzu  və  niyyətlər  üzə  çıxmağa  başlayır.  Bu  isə,  öz  növbəsində, 

mənfi hisslərdən azad olmağa, müalicəyə səbəb olur. 

        Rocersin  yaratdığı  enkaunter-qrup  terapiya  üsulu  hal-hazırda  “Qeyri-direktiv 



qrup psixoterapiyası” adı ilə bütün ölkələrdə geniş yayılmışdır. 

           Psixoterapiyanın formaları və tətbiqi qaydaları 




 

    Qeyd edildiyi kimi, psixoterapiyanın ümumi və xüsusi metodları vardır. Hər bir 

həkimin  gündəlik  fəaliyyətində  istifadə  etdiyi,  əsas  etibarilə  verbal  (danışıq 

vasitəsilə  icra  edilən)  psixoterapiya  haqqında  anlayış  üsulları  haqqında  kifayət 

qədər  məlumatımız  vardır.  Nəzərə  alaq  ki,  ümumi  psixoterapevtik  təsir 

vasitələrinin formaları olduqca çox və bənzərsizdir. Hətta bəzi alimlər hesab edir 

ki, nə qədər həkim varsa, bir o qədər də xəstəyə psixoloji yanaşma, təsir etmə üsulu 

vardır. Məhz bu  baxımdan  təqdim  edilən bölmədə  psixoterapiyanın xüsusi forma 

və metodlarından bəhs olunacaqdır. 

  Psixoterapiyanın  geniş  yayıldığı  ölkələrin  (Almaniya,  ABŞ,  İngiltərə,  Rusiya, 



Fransa  və  s.)  istifadə  etdiyi  metodlara  diqqət  yetirsək  görərik  ki,  bu  ölkələrdə 

tətbiq  edilən  üsullar,  daha  doğrusu  bu  üsulların  təsnifatı  heç  də  yekcins  deyil. 

Məsələn,  Amerika  alimlərinin  qəbul  etdiyi  təsnifatdan  fərqli  olaraq  İngiltərə 

psixoterapevtləri  bütün  psixoterapiya  formalarını  3  əsas  qrupda  birləşdirməyə 

üstünlük verirlər: 

I.

 

Hər  hansı  həkim  tərəfindən  ilk  yardım  məqsədilə  tətbiq  edilən  sadə 

psixoterapiya. 

II.

 

Psixiatr tərəfindən tətbiq edilən qısamüddətli və ya uzunmüddətli qoruyucu 

psixoterapiya. 

III.

 

Psixoterapevt  tərəfindən  tətbiq  edilən  psixoterapiya  formaları.  Buraya 

aiddir: 1) fərdi, qoşa, böyük qrup psixoterapiya formaları; 2) davranış və 

koqnitiv  terapiya;  3)  biodayaq,  diversiya  terapiya  formaları;  4) 

hipnoterapiya,  autogen  məşq  və  meditasiya  üsulları;  5)  uşaq 

psixoterapiyası. 

   Amerika alimləri müasir psixoterapiyanı aşağıdakı formalara ayırır: 

   1.Psixoanaliz; 

   2.Psixoanalitik terapiya;  

   3.Qısa müddətli dinamiki psixoterapiya; 

   4.Qrup  psixoterapiyası  (kombinə  edilmiş  fərdi,  qrup  psixoterapiya  formaları  və 

psixodrama); 

   5.Ailə (o cümlədən nikah) psixoterapiyası; 

   6.Davranış psixoterapiyası (o cümlədən bioloji dayaq üsulu); 

   7.Hipnoz (hipnosuggestiv terapiya və autogen məşq); 

   8.Koqnitiv psixoterapiya. 

  Rusiyada (həmçinin əksər MDB ölkələrində) tətbiq edilən psixoterapiya üsullarını 

aşağıdakı qruplara bölmək qəbul edilmişdir: 



 

     I.Təlqin və hipnoz üsulu; 



     II. Özünətəlqin (autogen məşq); 

     III.Məqsədyönlü  psixoterapiya  (o  cümlədən  psixoanaliz),  şəxsiyyətə  yönəlmiş 

psixoterapiya; 

IV.

 

Neyrolinqvistik proqramlaşdırma (NLP); 

V.

 

Qrup psixoterapiyası. Buraya daxil edilir:a) treninq qrupu, b)görüş qrupu, 

v)  geştalt  terapiya,  q)  psixodrama,  d)  vərdiş  treninq  qrupu,  e) 

strespsixoterapiya və s. üsullar. 

   Aşağıda təqdim edilən təsnifat həm qərb, həm də MDB ölkələrində geniş istifadə 

edilən,  müalicənin  məzmununa  əsaslanan  psixoterapiya  üsullarını  özündə 

birləşdirir. 

   I.Hipnoz  və  təlqinə  əsaslanan  üsullar  (hipo-suggestiv  terapiya,  Erikson 

hipoterapiyası, narkohipnoz, emosional stress terapiyası, auotogen məşq). 

  II.Psixoanalitik  yönümlü  dərin  psixoloji  terapiya  üsulları  (ənənəvi 

psixoanaliz, psixoanalitik terapiya, qısamüddətli dinamiki terapiya, psixodrama). 

  III.Real  şəraitə  uyğun,  hal-hazırkı  problemlərin  həllinə  yönəlmiş 

psixoterapiya  üsulları  (məqsədyönlü  terapiya,  şəxsiyyətə  yönəlmiş  fərdi 

(rekonstruktiv) 

psixoterapiya, 

koqnitibihevioterapiya, 

geştalt 

terapiya, 

loqoterapiya, 

qrup 

psixoterapiyası, 

ailə 

psixoterapiyası, 

autoanalitik 

psixoterapiya). 

      Hipnoz və təlqinə əsaslanan üsullar 

      Hipnoz  və  ona  bənzər  hadisələrlə  insanlar  cəmiyyətin  inkişafının  bütün  tarixi 

mərhələlərində  qarşılaşmışlar.  Tarixi  mənbələrdən  bəlli  olan  məlumatlara  görə, 

eramızdan  əvvəl  II-ci  əsrdə  Yunanıstanda  və  Misirdə  dərvişlər  hipnozetmə 

qabiliyyətinə malik olmuşlar. Onlar öz bacarıqlarını nümayiş etdirmək  məqsədilə 

meydanlarda,  küçələrdə  adamları  bir  yerə  toplayaraq  hipnoz  seansları  təşkil 

edərmişlər.  Eramızdan  əvvəl  yaşamış  məşhur  yunan  həkimi  Asklepiadın  verdiyi 

məlumata  görə,  hipnoz  və  təlqin  vasitəsilə  xəstələrin  müalicəsi  geniş  yayılmışdı. 

Bəzi  din  xadimlərinin  hipnozdan  istifadə  etməsi  faktları  da  bizə  məlumdur.  İsa 

peyğəmbərin  həyatı  və  fəaliyyətini  əks  etdirən  mənbələrdən  və  haqqında  çəkilən 

filmlərdən  məlum  olur  ki,  o,  hipnozdan  və  təlqindən  müalicə  məqsədilə  istifadə 

etmişdir. 

   Uzun  illər  keçdikdən  sonra,  nəhayət,  dirçəliş  dövründə  yenidən  hipnoza  maraq 

oyanmağa  başladı,  “heyvani  maqnetizm”  anlayışı  da  elə  həmin  illərdə  XVI  əsrin 

sonu, XVII əsrin əvvəllərində meydana çıxdı. Fantastika və mistikaya arxalanan bu 




 

baxışları həmin dövrün məşhur həkimi Parasels də müdafiə edirdi. Bir qədər sonra 



Van-Helmont və Fluyid sübut etməyə çalışırdılar ki, bir şəxs digərlərinin beyninə 

gözləri və əlləri vasitəsilə xüsusi “həyat qüvvəsi” ötürmək və beləliklə həmin şəxsi 

öz  təsiri  altına  salmaq  qabiliyyətinə  malikdir.  Sonralar  bu  “qüvvə”  Fluyid 

adlandırıldı və onun tərkib hissəsinin maqnit olması fikri söylənildi. 

      XIX əsrdə hipnologiya elmi heç də hamar yolla, maneəsiz inkişaf etmədi. XIX 

əsrin  axırlarında  müşahidə  edilən  güclü  maraq  soyuqqanlıqla  əvəz  olundu, 

hipnozun  bəzi  cəhətləri  –  məsələn,  müalicə  işində  o  qədər  də  səmərəli  olmadığı 

haqqında  mülahizələr  söylənməyə  başladı.  Hipnoza  qarşı  soyuqluq,  xüsusilə 

Fransada – hipnoz elminin vətəni sayılan ölkədə daha çox nəzərə çarpırdı.  

     Həkimlərdə  hipnoza  olan  marağı  gücləndirmək  məqsədilə  Britaniya  tibb 

assosiasiyası  1955-ci  ildə  hipnozu  yenidən  bərpa  edən  xüsusi  qərar  qəbul  etdi, 

1958-ci ildə ABŞ tibb assosiyası isə hipnozun müalicədə tətbiqinə aid təlimat çap 

etdirdi. Amerika Psixiatriya Assosiasiyasının 1961-ci ildə çap edilmiş hesabatında 

deyilirdi:”Hipnoz 



xüsusi  psixoterapiya  metodu  olmaqla  həkim-xəstə 

münasibətlərini  tənzim  edən  vasitədir.  Psixiatriya  təcrübəsində  hipnoz  yaxşı 

müayinə,  diaqnostika  və  müalicə  üsuludur.  O  həmçinin  təcrübi  təbabətin 

digər sahələrində və tibbi müayinələr də faydalı ola bilər”. 

     Hipnozun son illərdə şöhrətlənməsi, müalicə məqsədilə mütəxəssislərin ona tez-

tez müraciət etməsi bu hadisənin köhnədən bəlli olan, lakin həmişə yeni görünən 

fenomenləri  ilə  əlaqədardır.  Daha  doğrusu,  hipnozun  imkanlarından  bacarıqla 

istifadə edən şəxslərin hesabına o yeniləşir və maraqlananları yeni qüvvə ilə özünə 

cəzb  edir.  Belə  entuziastlar  demək  olar  ki,  bütün  ölkələrdə  vardır.  Rusiyada  bu 

sahədə  daha  böyük  müvəffəqiyyət  qazanan  A.Kaşpirovski  oldu.  Onun  televiziya 

vasitəsilə kütləvi müalicə seansları bir çox mütəxəssislər tərəfindən tənqid atəşinə 

tutulsa  da,  hipnoza  olan  marağı  nəinki  canlandırdı,  hətta  onun  çox  böyük  gizli 

imkanlarını zahirə çıxartdı. 

     Bu  məqsədlə  1989-1991-ci  illərdə  Bakı  şəhərində  və  Naxçıvanda 

prof.N.V.İsmayılovun  iştirakı  ilə  kütləvi  hipnoz  müalicə  seansları  təşkil  olundu. 

Həmin müalicə seanslarının nəticələri və hansı xəstəliklərdə daha səmərəli olması 

haqqında  bir  sıra  yazılarda,  o  cümlədən  kütləvi  informasiya  vasitələrində  kifayət 

qədər  məlumatlar  verilmişdir.  Kütləvi  hipnoz  müalicəsi  seanslarında  iki  il 

müddətində  23600  nəfər  iştirak  etmişdir.  Onların  arasında  sinir  sisteminin 

funksional  pozuntularından  əziyyət  çəkən  (nevrozlar,  stress  nəticəsində  yaranan 

pozuntular, psixosomatik xəstəliklər, mastopatiyalar, qan təzyiqinin artması, şəkər 




 

xəstəliyi, bəzi dəri xəstəlikləri və s.) 86%-dən çox adamın müalicə olunması faktı 



qeydə alınmışdır. 

         İlk  növbədə  qeyd  etməliyik  ki,  hipnoz  tətbiq  edildiyi  qədim  dövrlərdən  ta 

indiyədək  müşahidəçilər  və  mütəxəssislər  bu  hadisəni  təhlil  etməyə,  onun  əsl 

mahiyyətini  açıqlamağa  cəhd  göstərmişlər.  Hipnozun  elmi  əsaslarla  öyrənilməyə 

başladığı  illərədək  (XVIII  əsrin  axırlarında  Mesmerin  maqnetizm  təcrübələri  və 

XIX  əsrin  II-ci  yarısı  C.Bridin  elmi  təhlilinə  qədərki  dövr)  bu  hadisəni  məhşur 

Avstriya  yazıçısı  S.Sveyqin  qeyd  etdiyi  kimi  “qeyri-adi”  və  ya  “ruhi  qüvvə”  ilə 

bağlamağa,  ruhun  bədən  üzərində  hakimliyinin  təzahürü  kimi  dərk  etməyə 

çalışmışlar. 

       Q.Brenheymlə  eyni  vaxtda  yaşamış  və  hipnologiya  elmi  sahəsində  böyük 

xidmətləri  olmuş  məşhur  Fransa  psixiatrı  Ş.Şarkonun  irəli  sürdüyü  nəzəriyyəyə 

görə, hipnozun meydana çıxmasını güclü sarsıntının yaratdığı reaksiya kimi qəbul 

etmək  lazımdır  (məsələn,  kəskin  əsəb  gərginliyi,  hündürlükdən  yıxılmaq  və  s.). 

Göstərilən  hadisələrdə  olduğu  kimi,  hipnoz  zamanı  da  şəxs  düşüncəsini  itirir,  öz 

hərəkətlərinə  müstəqil  nəzarət  edə  bilmir,  hipnoz  edənin  əmrlərinə  tabe  olur. 

Şarkonun ən böyük səhvi hipnozu patoloji bir hal, süni yaradılan isteriya sindromu 

hesab etməsi idi. 

     Hal-hazırda  “hipnozu  yuxuyabənzər  hal”  kimi  qiymətləndirmək  bütün 

təsadüflərdə  özünü  doğrultmadığı  üçün  hamı  tərəfindən  qəbul  edilmir.  Doğrudan 

da,  hipnoz  zamanı  şahidi  olduğumuz  bir  çox  hadisələrdə,  məsələn,  gözü  açıq 

vəziyyətdə  hipnoz  edənin  əmrinə  əsasən  ən  mürəkkəb  hərəkətləri  edən  şəxsin 

yuxulu olduğunu demək qeyri-mümkündür. 

      1995-ci  ildə  Britaniya  Tibb  Assosiyasiyasının  verdiyi  izaha  görə  “hipnoz 

edənin təsiri nəticəsində subyektin qısamüddətli diqqətinin dəyişməsi ilə müşayiət 

edilən  və  müxtəlif  fenomenlərlə  təzahür  edən  vəziyyətdir”.  Hipnoz  zamanı 

düşüncənin və yaddaşın dəyişməsini, təlqinin məzmunundan asılı olaraq subyektin 

reaksiya və fikirlərini, əzələ tonusunu, hissiyyatını müxtəlif formalarda idarə etmək 

və  yenidən  əvvəlki  vəziyyətinə  qaytarmaq  mümkündür.  Qeyd  edilənlər  hipnozun 

əsl  mahiyyətinin  indiyədək  tam  aydınlaşdırılmamasını  sübut  edir  və  bu  günədək 

yaranmış nəzəriyyələri yenidən nəzərdən keçirməyi tələb edir. 

       Hipnoz  nədir? Hipnozun  min  illərlə  təcrübədə  tətbiq olunmasına və fizioloji 

mahiyyətinin  elmi  şəkildə  öyrənilməsinin  200  ildən  artıq  tarixinin  olmasına 

baxmayaraq, bu gün də biz onun dəqiq tərifini verməkdə acizik. Lakin bu o demək 

deyil ki, biz hipnoz fenomeninin nə olduğunu anlamırıq. Başlıca problem hipnoz 




 

zamanı bir-biri ilə ziddiyyət təşkil edən hadisələrin (təcrübi effektlərin) müşahidə 



edilməsində  və  universal  bir  təriflə  bu  hadisələri  izah  etməyin  qeyri-

mümkünlüyündədir.Hipnoz  etmək  qabiliyyəti  başqalarını  cəlb  etmək,  öz  fikir  və 

istəklərini  təlqin  etmək  qabiliyyətidir.  Hipnozun  mahiyyətini  bir  qədər  də  geniş 

açıqlayan Britaniya Tibb Assosiasiyasının 1955-ci ildə irəli sürdüyü mülahizədir: 



“Hipnoz  başqası  tərəfindən  verbal  və  digər  stimüllara  qarşı  yaradılan 

diqqətin  qısamüddətli  yayınması  vəziyyətidir.  Bu  fenomenlər  adi  halda 

subyektin ruhuna məxsus olmayan  düşüncənin və yaddaşın dəyişməsi, təlqini 

qəbul etmə həssaslığının yüksəlməsidir. Bunlardan əlavə, hipnotik vəziyyətdə 

hissiyyatın  itməsi,  iflic,  əzələ  gərginliyi  və  vazomotor  dəyişikliklər  kimi 

fenomenləri yaratmaq və aradan qaldırmaq mümkündür”. 

 

       Psixoanalitik  psixoterapiya  heç  də  psixoanaliz  demək  deyil,  onu 

psixoanalizdən  fərqləndirən  cəhət  bundan  ibarətdir  ki,  burada  hər  şey  bugünkü, 

konkret  hadisələrə:  baş  vermiş  konfliktlərə,  sarsıntıların  məzmun  və  xarakterinə 

yönəlmiş olur. Psixoanalitik psixoterapiyanı apararkən həkim sərbəst assosiyalara 

ya əhəmiyyət vermir və ya olduqca az əhəmiyyət verir. Həkimin başlıca məqsədi 

xəstənin  şikayət  və  iztirablarını  araşdıraraq  ona  konkret  yardım  göstərməyə 

çalışmaqdır.  Psixoanaliz  apararkən  xəstə  adətən  çarpayıda  uzanır  və  həkimin 

üzünü görmür. Psixoanalitik terapiyada isə həkimlə xəstə üz-üzə oturur və bərabər 

tərəflər kimi söhbət edirlər. Psixoanalitik psixoterapiya iki üsulla aparılır: 

    1.Tənqidə yönəlmiş –ekspressiv üsul. 

    2.Davametdirici (münasibət) üsul.  

    Psixoanalitik  psixoterapiyanın  gedişində  təhlükəli  sayılan  mühüm  amillərdən 

biri  reqressiya  və  asılılığın  yaranmasıdır.  Həkim  müalicənin  lap  başlanğıcında 

bunu nəzərə almalı və müvafiq tədbirlər görməlidir.

 

      Əgər xəstəyə kartof verib təlqin edilsə ki, bu almadır, o, bunu alma kimi qəbul 



edib yeyəçəkdir. Burdan belə nəticəyə gəlmək olur ki, hipnoza düşən adamın istər 

gözü  açıq,  istərsə də  gözü  yumulu vəziyyətdə  bütün duyğu üzvlərinə təsir  etmək 

mümkündür.  Bununla  yanaşı  hipnoza  düşən  adamda  gözü  açıq  vaxtı  yaddaşı 

gücləndirmək və ya yaddaşdan silmək kimi hallar da yaratmaq olar. 

    Bütün  bunlar  hipnozdan  sonrakı  təlqinlərlə  mümkündür.  Belə  proseslər  bəzi 

adamlarda təlqinsiz də əmələ gəlir. Belə ki, avtohipnoz vəziyyətinə düşən adamın 

gözünə  nə  görünürsə,  əlavə  şüura  və  yaddaşa  həkk  olur.O,  bu  vəziyyətdən 

çıxdıqdan sonra bunu həqiqət kimi  qəbul  edir.  Belə hallar  çox vaxt  hər hansı bir 

sahəyə marağı olan, o haqda daim fikirləşən adamlarda avtohipnoz zamanı ancaq 



 

həmin qıcıqlar baş qaldırır və onu həqiqət kimi görür. Bəzən təkliyə düşən adam 



uçan boşqablar, başqa planetdən gələn adamlar haqda dərin fikrə gedir. Bütün ətraf  

Mühit yadından çıxır, əlavə şüur fəallaşır, əqli şüur isə tam passiv vəziyyət alır. Bu 

vaxt  həmin  adam  avtohipnoza  düşür,  özünü  başqa  planetdən  gələn  adamlarla 

danışan və onlarla əlaqədə olduğunu hiss edir. Və ya görür ki, ayrı planetdən gələn 

adam  evə  gəldi  və  onunla  danışmağa  başladı.  Əgər  həmin  adama  bu  vaxt 

kənarqıcıq  verilsə,  o,  bu  vəziyyətdən  tez  bir  zamanda  çıxacaq,  bunun  yuxu 

olduğunu  danışacaqdır.  Əgər  ona  kənar  qıcıq  verilmədən  o  tədricən  avtohipnoza 

vəziyyətdən  danışacaqdır.  Belə  hallar  insanda  tez-tez  baş  verərsə,  bu  beyin 

pozğunluğuna gətirib çıxara bilər. 

     Bununla  biz  həyat  olan  başqa  bir  planetin  mövcudluğunu  inkar  etmirik,  vaxt 

gələcək bu mövcudluq dəqiq sübut olunacaq. Ancaq bunlar fantastik, fərziyyələrlə 

yox, real hadisələr əsasında sübut olunmalıdır. Uşaqlar üçün bəzi qorxulu filmlərin 

nümayiş  etdirilməsi,  şişirdilmiş,  mümkünlüyü  sübut  olunmamış,  fərziyyəvi 

fantastik  yazıların  mətbuat  səhifələrində  dərc  edilməsi  də  bəzi  adamların 

psixologiyasına pis təsir göstərir. 

      Bu  təlqinlər  hipnoz  yuxusuna  salmaqla  və  ya  adi  yuxu  vəziyyətindən  hipnoz 

yuxusuna keçirməklə mümkündür. 

     Seansa  başladıqda  operator  uşağa  çox  inamla  yanaşmalıdır.  Uşağı  stulda 

əyləşdirib, onun başını geriyə əyir ki, baxışları düz operatora  yönəlsin. Onun sağ 

əlini  öz  sağ  əlinə  götürür.  Uşaqda  qorxu  yaratmamaq  üçün  onunla  nəvazişlə 

danışaraq  inandırmalıdır  ki,  ona  heç  bir  ziyan  dəyməyəcək.  Valideyn  isə 

qabaqcadan uşağı hara aparacağını bildirməməlidir. 

    Operator  uşağı  stulda  əyləşdirdikdən  sonra  onun  gözünün  düz  içinə,  yəni  qeyd 

etdiyimiz  nöqtəyə  baxır.  Bir  neçə  dəqiqə  baxdıqdan  sonra  uşağın  əlinin  boşalıb 

süstləşdiyini hiss edəcək. Operator onu bu süstlükdən çıxarmadan onun sol ovcuna 

parıltılı gümüşü bir əşya verir və ürək oxşayan səslə deyir: 

   _  Əlindəki  əşyaya  diqqətlə  bax,  fikirlərini  yayındırma.  Uşağın  valideynləri 

uşağın arxa tərəfində olmalıdırlar ki, uşaq onlara baxıb fikrini yayındırmasın. 

      Parıltılı  əşya  gözdən  10  santimetr  aralıda  tutulmalıdır.  Operator  uşağı  təlqin 

edir ki, 10 dəqiqədən sonra onu yuxu basacaq. Get-gedə bu hiss güclənəcək, onun 

gözləri  özbaşına  örtüləcək  və  o  tamamilə  yatacaq.  Təlqinləri  davam  etdirərək 

deyir: - Sən elə yuxulu olacaqsan ki, gözlərini açıq saxlaya  bilməyəcəksən. Sonra 

operator əlini ehmalca uşağın boynunun ardına qoyub təlqinlərini davam etdirir. 



 

    _  Sən  yatdıqdan  sonra  yalnız  mənim  səsimi  eşidəcəksən.  Yalnız  mənim 



dediklərimə əməl edəcəksən. 

    Operator  əmin  olduqda  ki,  uşaq  həqiqətən  yatıb,  sonra  post  hipnotik  təlqinlər 

etməyə başlayır. 

      


    Operator  əvvəlcədən  uşağın  dəqiq  xəstəliyini,  onun  xoşagəlməz  adətlərini 

öyrənir və ona lazımi müalicəvi təlqinlər edir. Operator təlqinləri sakit, yaxşı təsir 

qüvvəsinə malik kəsərli səslə etməlidir. 

     Otaqda sakitlik olmalıdır. 

    Təlqinlərin  daha  güclü  olması  üçün  operator  həmin  sahələrə  kontaktlı  paslar 

edib  qıcıq  verir.  Heç  vaxt  uşağa  qorxu  təlqinləri  edilməməlidir.  Əgər  uşaq  bir 

heyvandan  qorxub  dili  tutulub  və  yaxud  dili  topuq  vurursa,  hipnoz  zamanı  uşağı 

həmin  heyvanla  dostlaşdırmalı  və  onu  tumarlatdırmalıdır.  Həmin  qorxunu  onun 

beynindən çıxarmalıdır. 

     Bəzən uşaqlarda bəzi heyvanlara qarşı qorxu, bəzən də nəzakət hiss olunur. Çox 

vaxt  uşaqlarda  belə  qorxu  ana  hamilə  olan  vaxtı  həmin  heyvandan  qorxarsa  baş 

verir.Təlqinlər  və  hipnoz  vasitəsilə  uşaqdan  həmin  qorxunui  götürmək 

mümkündür.   

          Hipnozetmə texnikası 

     Hipnoz yuxusu  yaratmaq  məqsədilə müxtəlif qıcıq mənbələrindən (parıldayan 

əşya,  işıq, isti  monofon  səs, tıqqıltı və  s.)  istifadə  edilərək  analizatorlara (eşitmə, 

görmə,  dəri  və  s.)  təsir  göstərilirş  Söz  vasitəsilə  təlqin  etməklə  hipnoz  yuxusu 

yaratmaq  daha  geniş  tətbiq  olunur.  Bu  məqsədlə  xəstə  lazımi  müayinə  və 

hazırlıqdan sonra kresloda otusdurulur (divanda uzana da bilər). Onun diqqətini hər 

hansı  bir  nöqtədə  cəmləşdirdikdən  sonra  təqribən  aşağıdakı  məzmunda  təlqin 

ifadələrindən  istifadə  etmək  olar:  “Gözlərinizi  həmin  nöqtədən  ayırmadan 

sözlərimi diqqətlə dinləyin. Bir qədər sonra qolların, ayaqların və nəhayət. Bütün 

bədəninizin  ağırlaşdığını  hiss  edəcəksiniz.  Eyni  qaydada  göz  qapaqlarınız 

ağırlaşmağa  başlayacaq  və  sonra  onları  yumaraq  yatmağa  başlayacaqsınız.  Ona 

qədər  sayıram,  10  sayında  göz  qapaqlarınız  yumularaq  rahat  və  sakit  müalicə 

yuxusuna qərq olacaqsınız....” 

     Hipnoz yuxusu altında təlqin etməklə müalicə bir çox xəstəliklərdə: nevrozlarda 

və  nevrotik  sindromlarda,  psixosomatik  pozuntularda,  bronxial  astma, 

stenokardiya,  hipertoniya  və  şəkər  xəstəliyində,  bir  sıra  dəri  xəstəliklərində, 

uşaqlarda enuzer zamanı müvəffəqiyyətlə tətbiq edilə bilər. 



10 

 

    Bu  müalicə üsulunu tətbiq  etməyə  əks-göstəriş  oyaq halda təlqinetmə  üsulunda 



olduğu kimidir. 

     Narkohipnoz.  Xəstənin  venasına  10%  heksonal  və  ya  tiopental-natrium 

məhlulu yeritməklə yuxu əmələ gətirilir. Lakin xəstəni yatmağa qoymur və birbaşa 

müalicəvi  təlqinə  başlayırlar.  Bəzi  hallarda  xəstəyə  yatmağa  imkan  verirlər. 

Müalicə  seanslarının  sayı  xəstəliyin  ağırlıq  dərəcəsini  və  şəxsin  bu  müalicə 

üsuluna  münasibətini  nəzərə  almaqla  5-10  və  daha  çox  ola  bilər.  Narkohipnoz 

üsulundan  adi  üsulla  hipnoz  mümkün  olmadıqda  istifadə  edilir.  Bəzi  alimlər  bu 

üsulu məşqedici, korreksiyaedici və tonuslandırıcı psixoterapiya adlandırırlar. 

      Hipnozun ecazkarlığına ətrafdakıları inandırmaq üçün bəzi hipnozçular hipnoz 

etüdlərdən istifadə edirlər. Hipnoz zamanı biz hipnoz ediləni həmişə gözüyumulu, 

yatmış  şəkildə  müşahidə  etmirik.  Bəzən  xəstənin  gözünü  açmaq  olar,  ətrafdakı 

adamları o görə bilər. Aktiv münasibət də ola bilər, çox mürəkkəb hərəkətlər edə 

bilər, bəzən belə hadisələr kənardan edənləri qane etmir. Onlar elə hesab edirlər ki, 

burada  heç  bir  hipnoz  yoxdur.  Çoxları  elə  başa  düşür  ki,  hipnoz  ancaq  yuxu 

deməkdir.  Hipnoz  hal-hazırda  qeyd  etdik  ki,  təbabətdə  işlədilir.  Ancaq  bir  sıra 

alimlər  hipnozun  bəzi  xüsusiyyətlərindən  yaradıcılıqda,  ayrı-ayrı  şəxslərə  dil 

öyrənilməsində,  müxtəlif  çalğı  alətlərində  çalmaq,  çap  maşınında  yazmaq 

öyrədilməsində istifadə edirlər. 

      Rus alimi N.Raykov öz təcrübələri ilə sübut etmişdir ki, hipnoz zamanı insanın 

rezerv  imkanları  aşkar  olunur,  onun  qeyri-adi  istedadı  varsa,  o  tam  mənası  ilə 

özünü  nümayiş  etdirir.  O,  öz  təcrübələrində  bəzi adamları  yaradıcılığa sövq  edir, 

belələri  bəzən  böyük  nailiyyətlər  qazana  bilirlər.  Məsələn,  şəkil  çəkmək,  şeir 

yazmaq, dil öyrənməkdə və s. 

     Hipnoz  zamanı  müxtəlif  eksperimentlər  göstərmək  mümkündür.  Məsələn, 

şəxsin  barmaqlarını  bir-birinə  birləşdirmək  (şəxs  barmaqlarını  aça  bilmir),  söz 

vasitəsilə  onların  tarazlığını  pozmaq  (onlar  önə,  arxaya,  sağa,  sola  yıxıla  bilərlər, 

heç cür özlərini saxlaya bilmirlər). Təlqin etmək olar ki, onlar avtobusda hərəkət 

edir.  Bu  zaman  onlar  avtobusda  hərəkət  edərkən  ayaq  üstə  dayanıb  tutacaqdan 

tutmuş adamları xatırladır, yavaş-yavaş yırğalanır. 

    Tez-tez  istifadə  olunan  eksperimentlərdən  biri  kataleptik  körpü  adlanan 

eksperimentdir.  Təlqin  olunur  ki,  şəxsin  bütün  əzələləri  gərginləşib,  o  başı  və 

dabanlarının üzərində  möhkəm  dayanmaq  qabiliyyətinə  malikdir.  Xəstənin  başını 

stolun  söykənəcəyinə,  dabanlarını  isə  başqa  stolun  söykənəcəyinə  qoyuruq,  bu 

vəziyyətdə şəxs taxta kimi dayanır. Hətta elə şəxsin qarnı üstündə 2-3 adam otura 




11 

 

bilər. O, əyilmir və yıxılmır. Bu təcrübələr, əlbəttə, adi halda mümkün deyil, ancaq 



hipnoz təsiri altında mümkündür. 

       Belə təcrübələrə inanırlar ki, hipnoz hadisəsi qeyri-adi psixoloji haldır. Bizim 

məqsədimiz  hipnoz  zamanı  müşahidə  olunan  effektləri  göstərmək  deyil,  əsas 

məqsədimiz  onun  müalicəvi  təbabətdə  tətbiq  olunması  məsələsidir.  Hipnoz  həm 

fərdi,  həm  də  kollektiv  şəkildə  müalicə  məqsədi  ilə  tətbiq  etmək  olar.  Həkim 

xəstənin vəziyyətindən xəbərdar olaraq bəzən bir neçə xəstəni bir qrupa toplayıb, 

onlarla birgə məşğul olur. 

     Hipnoz  seansı  bəzən  15-20  dəqiqə,  yarım  saata  qədər  davam  edə  bilər.  Bəzən 

onu  uzatmaq  məqsədəuyğun  hesab  edilir.  Bəzi  psixoterapevtlər  hipnoterapiyadan 

sonra xəstələrə 1-1,5 saat yatmağa imkan verir. Bu növ hipnoz-istirahət xarakteri 

daşıyan  müalicəvi  bir  metoddur.  Hipnozun  müsbət  təsiri  ilə  yanaşı  bəzi  mənfi 

cəhətləri də vardır. Bəzi şəxslər elə hesab edir ki, onlar hipnoz yuxusuna düşərsə, 

onların  iradələri  zəifləyə  bilər.  Ona  görə  də,  onlar  aktiv  müqavimət  göstərir. 

Bəziləri  özlərini,  hətta  bir  növ  təhqir  olunmuş,  zəif  sinir  sistemi  olan  adam  kimi 

qəbul edir. Belə əks müqavimət varsa, əlbəttə, həkim müalicəni başqa üsulla əvəz 

etməlidir. Hər halda, hipnoterapiyaya gələn şəxs tam mənası ilə həkimə inanmalı 

və onun bütün göstərişlərinə əməl etməlidir. Belə təqdirdə hipnoz müalicəsi yaxşı 

nəticə verir. 

       Hansı  xəstəliklər  hipnoz  vasitəsilə  daha  yaxşı  müalicə  oluna  bilər?  Ümumi 

şəkildə  desək,  sinir  sisteminin  funksional  pozuntuları  ilə  müşayiət  olunan  bütün 

xəstəliklər  hipnoterapiya  vasitəsilə  yaxşı  müalicə  olunur.  İlk  növbədə  nevrozlar, 

nevrasteniya, isteriya, sarışan hallar nevrozu, uşaqlar arasında geniş yayılmış gecə 

yuxusu zamanı sidikburaxma, bütün növ yuxu pozuntuları, funksional impotensiya, 

frigidlik,  yəni  kişi  və  qadınlarda  rast  gəlinən  cinsi  zəiflik  sindromu  və  s..  Pəltək 

danışan adamların nitq qabiliyyətini düzəltmək məqsədilə hipnozdan geniş istifadə 

olunur. Bəzi alimlər göstərir ki, bir sıra dəri xəstəlikləri, şəkər xəstəliyi hipnozun 

tətbiqi  ilə  xeyli  yüngülləşir  və  hətta  tam  müalicə  olunur.  Əlbəttə,  bu  müalicə 

metodu  əgər  xəstə  tərəfindən  müsbət  qəbul  olunursa,  onu  digər  xəstəliklərə  də 

tətbiq etmək olar. 

 

    Psixodrama 

    Psixodrama  yunanca  drama-hərəkət  deməkdir.  Psixodrama  qrup  terapiyasında 

tətbiq  olunan  metodlardan  biridir.  Psixodrama  üzrə  terapiya  zamanı  patsientlər 

növbə ilə aktyor və tamaşaçı rolunda çıxış edir ki, onların rolları həyati situasiyalar 



12 

 

modelləşdirilməsinə yönəldilir. Hər bir iştirakçının icra etdiyi rol onun üçün şəxsi 



məna  kəsb  edir  və  qeyri-adekvat  emosional  reaksiyaların  aradan  qaldırılmasına 

xidmət edir. 

   Psixodrama  anlayışı  və  onun  aparılması  qaydaları  ABŞ  psixoloqu  C.Morena 

tərəfindən təklif edilmişdir. O, bu metoddan sosial problemlərin həlli vasitəsi kimi 

istifadə  etmişdir.  Bir  çox  xarici  ölkələrdə  “sosiodrama”dan  sağlam  adamların 

daxil olduğu sosial qruplarda konfliktlərin aradan qaldırılması üçün istifadə olunur. 

    Psixodramadan  nevrozlarda,  psixosomatik  xəstəliklərin  və  alkoqolizmin 

müalicəsində  istifadə  olunur.  Yeniyetmələrdə  davranış  pozğunluqlarının 

korreksiyasında,  psixopatiyaların  kəskinləşməsi  zamanı  da  bu  metoddan  istifadə 

səmərəli nəticələr verir. Ailə psixoterapiyasında da psixodramada istifadə mümkün 

hesab  olunur.  Psixodrama  elementləri  davranış  psixoterapiyasına  sosial  psixoloji 

treninq, işgüzar oyunlar daxildir. 



 

Yüklə 456,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə