Ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası



Yüklə 87,1 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü87,1 Kb.
#42089


“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq, 



gənclərin  intellektual,  fiziki  və  mənəvi  inkişafını,  ölkənin  sosial-iqtisadi,  ictimai-siyasi  və  mədəni 

həyatında fəal iştirakını təmin etmək məqsədi ilə qərara alıram: 

1.  “2015-2025-ci  illərdə  Azərbaycan  gənclərinin  İnkişaf  Strategiyası”  təsdiq  edilsin  (əlavə 

olunur). 

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi: 

2.1.  Strategiyadan  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi  istiqamətində  əlaqələndirməni  təmin 

etsin; 

2.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq 



Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 26 yanvar 2015-ci il. 



 

 

Azərbaycan Respublikası Prezidentinin 



2015-ci il 26 yanvar tarixli Sərəncamı 

ilə təsdiq edilmişdir 

 

2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası 

 

1. Giriş 



Son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanmış, insan potensialının inkişafına 

görə  “orta  insan  inkişafı  ölkələri”  qrupundan  “yüksək  insan  inkişafı  ölkələri”  kateqoriyasına  daxil 

olmuşdur. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə 

yaradılması,  hüquqların  genişləndirilməsi  və  maddi  təminatın  möhkəmləndirilməsi  deməkdir.  Ötən 

dövrdə  sosial  müdafiə  sistemi  təkmilləşdirilmiş,  aktiv  məşğulluq  siyasətinə  əsaslanan  əmək  bazarı 

formalaşdırılmış,  yoxsulluğa  qarşı  mübarizə  uğurla  davam  etdirilmişdir.  Bunlarla  yanaşı,  mədəni  irsin 

qorunması,  gənclərlə  iş  və  idman  siyasətinin  çevikliyinin  artırılması,  demoqrafiya  və  miqrasiya 

məsələlərinin  effektiv  tənzimlənməsi  kimi  vacib  tədbirlər  yeni  nəsil  üçün  yüksək  sosial  rifah  və  insan 

kapitalının inkişafını təmin etmişdir. 

Azərbaycan  gəncliyi  öhdəsinə  düşən  vəzifələri  həmişə  layiqincə  yerinə  yetirmiş,  ölkədə  gedən 

proseslərin önündə olmuşdur. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan 

Respublikasının  ictimai-siyasi,  sosial-iqtisadi  və  mədəni  həyatında  fəal  iştirak  etmişdir.  Minlərlə  gənc 

beynəlxalq  miqyaslı  tədbirlərdə  ölkəmizi  uğurla  təmsil  etmiş,  idmançılarımızın  qələbələri  sayəsində 

Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, 

beynəlxalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq 

qurumlarda  ölkəmiz  daha  yaxından  tanınmış,  onun  tarixi,  mədəniyyəti  və  bu  günü  haqqında  geniş 

məlumatlar  çatdırılmışdır.  Xarici  ölkələrdə  təhsil  alan  azərbaycanlı  gənclər  və  məzunlar,  orada  çalışan 

gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak 

edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır. 

Gəncliyin  inkişafı  dövlətin  sosial  siyasətinin  vacib  tərkib  hissələrindən  biridir.  Gənclər  siyasəti 

gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Dünyada 

baş  verən  qlobal  dəyişikliklər  və  çağırışlar,  həmçinin  ölkənin  yeni  inkişaf  imkanları  Azərbaycanda 

gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir. 

 

2. Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində mövcud vəziyyət 



Azərbaycan  gəncliyinin  inkişafına  etibarlı  zəmin  hələ  XX  əsrin  70-ci  illərində  yaranmışdır. 

Ümummilli  lider  Heydər  Əliyevin  səyləri  nəticəsində  gənclərin  məişət,  təhsil,  mədəni  tələbatının 

ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüşdür. Təkcə onu qeyd etmək kifayətdir 

ki, hər il yüzlərlə gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərilmiş, oradan yüksək 




ixtisaslı  mütəxəssislər  kimi  qayıdaraq  ölkəmizin  inkişafına  öz  töhfələrini  vermişlər.  Həmin  dövrdə 

gənclərin  asudə  vaxtının  səmərəli  təşkili  üçün  hər  bir  yaşayış  məntəqəsində  zəruri  infrastruktur 

yaradılmış,  onların  hərtərəfli  inkişafının  təmin  olunmasına  xidmət  edən  zəruri  maddi-texniki  baza 

formalaşdırılmışdır.  Eyni  zamanda,  ictimai-siyasi  həyatda  gənclərin  fəallığını  stimullaşdıran  müxtəlif 

tədbirlər görülmüşdür. 

 

XX  əsrin  sonlarında  xalqımızın  milli  azadlığı  və  ölkəmizin  ərazi  bütövlüyü  uğrunda  gedən 



mübarizədə  də  gənclər  fəal  iştirak  etmiş,  dövlət  müstəqilliyinin  əldə  edilməsi  üçün  həyat  və 

sağlamlıqlarını  əsirgəməmişlər.  Minlərlə  gəncimiz  bu  mübarizədə  şəhid  və  əlil  olmuş,  göstərdikləri 

igidliyə görə müxtəlif mükafatlar və fəxri adlarla təltif edilmişdir. 

 

Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyev  xalqın  tələbi  ilə  ikinci  dəfə  hakimiyyətə 



qayıtdıqdan  sonra  gənclər  daim  dövlətin  diqqət  mərkəzində  olmuşlar.  Gənclər  siyasətini  tənzimləyən 

normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı - 

Gənclər  və  İdman  Nazirliyi  yaradılmışdır.  Gənclərin  problemlərinin  həlli  üçün  müxtəlif  dövlət 

qurumlarının  fəaliyyətinin  əlaqələndirilməsinə,  beynəlxalq  təşkilatlarla  əməkdaşlığa  başlanmışdır. 

Gənclərin  sağlamlığı,  təhsili,  məşğulluğu,  sosial  müdafiəsi  və  digər  sahələrdə  dövlət  tərəfindən 

genişmiqyaslı  tədbirlər  həyata  keçirilmişdir.  Bu  diqqətin  bariz  nümunəsi  olaraq  2  Fevral  Azərbaycan 

Gəncləri  Günü  elan  edilmiş,  gənclər  təşkilatlarının  və  ayrı-ayrı  gənclərin  ictimai  əhəmiyyət  daşıyan 

təşəbbüslərini  dəstəkləmək  məqsədilə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Gənclər  Fondu 

təsis  olunmuşdur.  Ən  əsas  nəticə  isə  odur  ki,  müstəqil  Azərbaycanda  gənclərin  maraqlarını  təmin  edən, 

beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir. 

 

Gənclər ölkənin demoqrafik inkişafında mühüm rol oynayırlar. Belə ki, ölkə əhalisinin 2,7 milyon 



nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Gənclərin 52%-i şəhər yerlərində, 

48%-i  isə  kəndlərdə  yaşayır.  Onların  49,2%-ni  qadınlar  təşkil  edir.  Bağlanılan  nikahların  böyük 

əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6%-i məhz gənc ailələrdə dünyaya gəlir. 

 

Gənclərin  təhsil  səviyyəsi  ilbəil  artır.  2013/2014-cü  tədris  ilinin  əvvəlinə  olan  məlumata  görə, 



Azərbaycanda  63  min  tələbənin  təhsil  aldığı  57  dövlət  və  1  qeyri-dövlət  orta  ixtisas  təhsili  müəssisəsi, 

tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. 

Xarici ölkələrdə təhsil alan Azərbaycan gənclərinin sayı da artmaqdadır. Son 7 il ərzində 3000-dən çox 

gənc  “2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı” 

çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilmişdir. 

 

2013-cü ildə “Əhalinin iqtisadi fəallığına dair” keçirilən müayinələrin yekunlarına əsasən, 15-29 



yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olmuş, onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə 

məşğul  olmuşdur.  Müayinənin  yekunlarına  görə,  15-29  yaşlı  gənclər  arasında  işsizlərin  sayı  123  min 

nəfər olmuşdur. 

 

Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial 



dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosial xidmət müəssisəsi - gənclər 

evləri (mərkəzləri) istifadəyə verilmişdir. Bu iş hazırda davam etdirilir. 

 

Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılmışdır. Hazırda 



paytaxt  və  bölgələrdə  250-dən  artıq  gənclər  təşkilatı  fəaliyyət  göstərir.  Müstəqilliyin  ilk  illərində 

gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüsləri, son illərdə dövlət büdcəsindən 

maliyyələşən  fondlar  və  digər  təsisatlar  vasitəsilə  dəstəklənməyə  başlamışdır.  Gənclərin  qeyri-hökumət 

təşkilatlarına  yönləndirilmiş  maliyyə  vəsaitinin  həcmi  ilbəil  artaraq  gənclər  arasında  könüllülüyün 

dəstəklənməsini,  onların  liderlik  bacarıqlarının  artırılmasını  və  müəyyən  mənada  həm  də  məşğulluğunu 

təmin etmişdir. 

 

İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar 



atılmışdır.  2013-cü  ildə  “Gənclər  üçün  Prezident  Mükafatı”nın  təsis  edilməsi  gənclərin  nailiyyətlərinin 

qiymətləndirilməsi  və  stimullaşdırılması  baxımından  xüsusi  önəm  kəsb  edir.  Bununla  belə,  bəzi 

yaradıcılıq sahələrinə (ədəbiyyat, memarlıq, heykəltəraşlıq, dizayn və s.) gənclərin marağı hələ də lazımi 

səviyyədə  deyil.  Daha  erkən  yaşlarda  elm  və  intellektual  yaradıcılıq  sahələrinə  diqqətin  zəif  olması 




səbəbindən fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə təhsil alan tələbələrin sayı az, 

onların hazırlıq səviyyəsi isə aşağıdır. 

 

Əhalinin  əhəmiyyətli  hissəsini  təşkil  edən  gənclər  ölkənin  əsas  innovativ  potensialı  və  əmək 



resursudur.  Ali  təhsilli  gənclərin  sayının  ilbəil  artmasına  baxmayaraq,  gənc  mütəxəssislərin  bilik  və 

bacarıqlarının  səviyyəsi  əmək  bazarının  və  işəgötürənlərin  tələblərinə  yetərincə  cavab  vermir.  Bu  da 

müvafiq  peşə  sahiblərinin  sayının  azalması  ilə  yanaşı,  həmin  təklifin  əcnəbi  işçi  qüvvəsi  ilə  əvəz 

olunmasına  gətirib  çıxarır.  Nəticədə,  bir  sıra  peşələr  üzrə  kadr  çatışmazlığı  yaranır,  gənclər  arasında 

işsizlik  artmış  olur.  Ölkə  üçün  əhəmiyyət  kəsb  edən  bəzi  ixtisaslara  (kənd  təsərrüfatı,  yüksək 

texnologiyalar  və  s.)  maraq  çox  zəifdir.  Ali  təhsil  alanların  çox  az  qismi  regionlarda  işləməyə  meyil 

göstərir.  Bu  baxımdan,  təhsil  sisteminin,  xüsusilə  də  peşə  təhsilinin  surətlə  inkişaf  edən  ölkə 

iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilmişdir. 

 

Ali təhsil müəssisələrində ölkənin hazırkı və perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan 



və  əmək  bazarının  tələblərini  nəzərə  alan  ixtisasların  tədrisinə  ehtiyac  yaranmışdır.  Bu  gün  dövlət 

siyasətinin əsas prioritetlərindən biri “insan kapitalının” ixracının qarşısını almaqdır. Azərbaycan da daxil 

olmaqla,  dünya  ölkələrindəki  təbii  sərvətlərin  böyük  əksəriyyətinin  bərpa  olunmaması  bu  məsələnin 

əhəmiyyətini daha da artırır. 

 

Azərbaycan  Respublikasının  beynəlxalq  miqyasda  öz  layiqli  yerini  tutması  gənclərin  üzərinə  də 



müəyyən  vəzifələr qoyur. Belə ki,  ölkəmizi xaricdə  yüksək  səviyyədə təmsil  etmək  üçün  onların xarici 

dillərə  mükəmməl  yiyələnməsi,  vətənpərvər  olması  və  azərbaycançılıq  ruhunda  tərbiyə  edilməsi  vacib 

şərtlərdir.  Eyni  zamanda,  yeni  nəslin  elmi  bacarıqlarının  inkişaf  etdirilməsi  və  innovativ  fəaliyyətinə 

dəstək göstərilməsi də zəruridir. 

 

Gənc  nəslin  nümayəndələri  qanunvericiliyin  təkmilləşdirilməsində  daha  yaxından  iştirak  etməli, 



onların  institusional  bacarıqları  artırılmalıdır.  Gənclər  vətəndaş  cəmiyyətinin  inkişafında  aparıcı  rol 

oynamalı,  onların  ictimai  fəallığının  bundan  sonra  da  dəstəklənməsi  üçün  müvafiq  şərait 

formalaşdırılmalıdır. 

 

3. Strategiyanın hədəf qrupları 



 

3.1. Bu Strategiya gənc və gənc ailə hesab olunan aşağıdakı hədəf qruplarını əhatə edir: 

 

3.1.1. gənclər - yaşı 14-dən 29-dək olan şəxslər; 



 

3.1.2. gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə 

himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn. 

 

3.2.  Gənclərin  ayrı-ayrı  sosial  qruplarına  münasibətdə  hərtərəfli  yanaşma  formalaşdırmaq 



baxımından,  bu  qrupların  statusunu  və  identifikasiya  meyarlarını  müəyyənləşdirmək  zəruridir.  Hal-

hazırda Azərbaycan gəncliyi əsasən aşağıdakı sosial qruplardan ibarətdir: 

 

3.2.1.  ümumtəhsil  məktəblərinin  yuxarı  siniflərinin  və  ilk  peşə-ixtisas  təhsili  müəssisələrinin 



şagirdləri; 

 

3.2.2. orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri; 



 

3.2.3. gənc alimlər; 

 

3.2.4. xaricdə təhsil alan və işləyən gənclər; 



 

3.2.5. hərbi xidmətdə olan gənclər

 

3.2.6. gənc sahibkar və fermerlər; 



 

3.2.7. istehsal və xidmət sahələrində çalışan gənclər; 




 

3.2.8. dövlət qulluqçuları və seçkili orqanlarda təmsil olunan gənclər; 

 

3.2.9. yaradıcı və istedadlı gənclər; 



 

3.2.10. gənc idmançılar; 

 

3.2.11. siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunan gənclər



 

3.2.12. işsiz gənclər; 

 

3.2.13. ailəli gənclər; 



 

3.2.14. aztəminatlı ailələrdən olan gənclər; 

 

3.2.15. qaçqın və məcburi köçkün gənclər



 

3.2.16. sağlamlıq imkanları məhdud və əlil olan gənclər; 

 

3.2.17. narkomaniyaya və ya QİÇS-ə düçar olmuş gənclər və s. 



 

4. Gənclərin inkişafında çağırışlar 

 

İqtisadi  sahədə  qazanılan  uğurlar  Azərbaycanda  insan  inkişafının  davamlı  yaxşılaşması  üçün 



zəruri resursları təmin etmişdir. Bu resursları gənclər üçün imkanların artırılmasına, səmərəli idarəçiliyə 

və institusional inkişafa yönəltmək zəruridir. 

 

Azərbaycan  gəncliyinin  çağırış  və  hədəflərini  ümumbəşəri  və  daxili  olmaqla  iki  qrupa  bölmək 



olar. 

 

Ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə 



yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri 

ilə  dostluq  və  əməkdaşlıq  münasibətlərinin  yaradılmasını,  beynəlxalq  gənclər  hərəkatında  iştirakını 

nəzərdə tutur. 

 

Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədi ilə mövcud sosial-iqtisadi 



imkanlardan  gənclərin  potensialını  gücləndirmək,  cavabdehliyini  yüksəltmək  üçün  səmərəli  istifadə 

olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20%-nin Ermənistan 

silahlı  qüvvələri  tərəfindən  işğal  edilməsi  yeniyetmə  və  gənclər  arasında  vətənpərvərlik  tərbiyəsi  işinin 

gücləndirilməsini,  hərbi  hazırlığın  müasir  tələblərə  uyğun  təşkilini,  Azərbaycan  həqiqətlərinin  dünya 

ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir. 

 

Ümumbəşəri  və  daxili  çağırışlara  cavab  vermək  məqsədilə  yaxın  10  il  üçün  Azərbaycan 



gənclərinin  İnkişaf  Strategiyasının  hazırlanması  gündəmə  gəlmiş  və  tərtib  edilmişdir.  “2015-2025-ci 

illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” (bundan sonra – Strategiya) göstərilən müddəti əhatə 

edən dövrdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir. 

 

Strategiya son 10 ildə sosial sahələrə dair qəbul edilmiş sənədlərin (konsepsiya, strategiya, dövlət 



proqramı və s.) icrası ilə ahəngdar şəkildə həyata keçirilməlidir. Bu sənədlərə, ilk növbədə, Azərbaycan 

Respublikası  Prezidentinin  1999-cu  il  9  dekabr  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikasının  Demoqrafik  İnkişaf  Konsepsiyası”,  2005-ci  il  26  oktyabr  tarixli  Sərəncamı  ilə  təsdiq 

edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 2008-ci il 15 sentyabr 

tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun 

azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı”,  2011-ci  il  7  iyul  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə 

təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Məşğulluq  Strategiyasının  həyata  keçirilməsi  üzrə  2011-

2015-ci  illər  üçün  Dövlət  Proqramı”  və  s.  aiddir.  Sözügedən  sənədlərin  icrası  ilə  əlaqədar  həyata 



keçirilmiş  tədbirlər  sayəsində  gənclərin  sosial  problemlərinin  həlli  və  gələcək  inkişafı  üçün  dayanıqlı 

əsaslar  yaradılmışdır.  Bu  baxımdan  yeni  Strategiya  mövcud  nailiyyətlərin  möhkəmləndirilməsini  və 

davamlı inkişafını təmin etməlidir. 

 

5. Strategiyanın məqsəd və vəzifələri 



 

5.1.  Strategiyanın  məqsədi  2015-2025-ci  illəri  əhatə  edən  müddətdə  Azərbaycan  gəncliyinin 

potensialını  müasir  dövrün  tələblərinə  uyğun  inkişaf  etdirmək,  həmin  potensialdan  Azərbaycan 

Respublikasının  mənafeləri  naminə  istifadə  etmək,  yeni  nəsildə  fəal  vətəndaşlıq  mövqeyi 

formalaşdırmaqdır. 

 

5.2. Bunun üçün Strategiya aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur: 



 

5.2.1.  gənclər  forumlarının  təşkili  və  keçirilməsi  barədə  gənclərlə  məsləhətləşmələr  aparmaq, 

forumlararası  dövrdə  vəziyyətin  təhlili  və  əldə  edilmiş  təcrübə  barədə  müzakirələr  təşkil  etmək,  illik 

hesabatlar hazırlamaq və maraqlı tərəflərə təqdim etmək; 

 

5.2.2. gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, 



onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi təlimlər keçirmək; 

 

5.2.3. gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını 



stimullaşdıran tədbirlər həyata keçirmək; 

 

5.2.4.  televiziya  kanallarında  yeniyetmə  və  gənclər  üçün  faydalı  olan  maarifləndirici,  elmi-



populyar verilişlərin hazırlanmasına və yayımlanmasına diqqəti artırmaq; 

 

5.2.5. televiziya və radio kanallarında formal və qeyri-formal təhsil, məşğulluq, sosial məsələlərin 



həlli, sağlamlıq və digər mövzularda verilişlərin hazırlanmasına və yayımlanmasına nail olmaq; 

 

5.2.6.  internet,  jurnalistika,  bloqçuluq  və  digər  sahələrdə  gənclərin  bacarıqlarını  artıran  təlimlər 



təşkil  etmək,  müsabiqələr  vasitəsilə  daha  istedadlı  olanları  üzə  çıxarmaq  və  onların  inkişafını 

dəstəkləmək; 

 

5.2.7.  bütün  kateqoriyalardan  olan  gənclər,  o  cümlədən  xüsusi  qayğıya  ehtiyacı  olanlar  üçün 



təlimlərin  təşkili  vasitəsilə  informasiya  texnologiyaları  barədə  bilik  səviyyəsinin  artırılmasını  təmin 

etmək; 


 

5.2.8.  gənclər  arasında  ixtisas  və  peşə  seçimi,  əmək  bazarı  və  məşğulluq  haqqında  məlumatlılıq 

səviyyəsini  artırmaq,  gənclər  evlərində  (mərkəzlərində)  ixtisaslaşmış  mütəxəssislər  vasitəsilə  karyera 

məsləhət xidmətlərini inkişaf etdirmək

 

5.2.9.  karyera  məsləhət  xidmətlərinin  mütəmadi  yeniləşdirilən  sorğu-məlumat  kitabçalarının 



nəşrini təmin etmək, xidmətin səyyar və distant məsləhət imkanlarını genişləndirmək; 

 

5.2.10.  gənclərin  məşğulluğunun  təmin  edilməsi  üçün  onların  peşəkarlığını  artıran  tədbirlər 



görmək,  aztəminatlı  gənc  ailələrə  şəxsi  təsərrüfatlarını  qurmaq,  inkişaf  etdirmək  və  ya  fərdi  əmək 

fəaliyyəti ilə məşğul olmaqla gəlirlərini artırmaları üçün davamlı dəstək vermək; 

 

5.2.11.  gənc  mütəxəssislərin  bilik  və  bacarıqlarını  işəgötürənlərin  tələblərinə  uyğunlaşdırmaq 



məqsədi ilə beynəlxalq standartlara cavab verən təhsil proqramları hazırlamaq və tətbiq etmək; 

 

5.2.12.  gənclərin  işsizlik  problemlərinin  həlli  ilə  bağlı  mütəmadi  olaraq  sosioloji  tədqiqatlar 



aparmaq; 

 

5.2.13. əlilliyi olan gənc mütəxəssislərin sosial müdafiəsini gücləndirmək, onların əmək fəaliyyəti 



üçün müvafiq şərait yaratmaq; 

 



5.2.14.  regionlarda  yaşayan  gənclərin  təhsil,  məşğulluq  və  mədəniyyət  sahəsində  imkanlarını 

genişləndirmək; 

 

5.2.15.  yeniyetmə  və  gənclərin  iqtisadi  sahədəki  bilik  və  bacarıqlarının  artırılması  üçün  müasir 



metodlar tətbiq etmək; 

 

5.2.16.  elmi  tədqiqat  institutlarında  çalışan  gənc  alimləri  müasir,  lisenziyalı,  xüsusi 



ixtisaslaşdırılmış  İKT  paket  proqramları  ilə  təchiz  etmək,  habelə  internet  vasitəsilə  dünya  elektron 

kitabxanalarına pulsuz girişi təmin etmək

 

5.2.17.  yeniyetmələrdə  erkən  yaşlarında  elmə  maraq  yaradılması  üçün  orta  məktəblərdə  “Elm” 



guşələri yaratmaq, intellektual interaktiv müsabiqələr keçirmək; 

 

5.2.18. dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakını təmin etmək; 



 

5.2.19.  gənclər  üçün  aktual  olan  məsələlərin  həllində  gənclərin  qeyri-hökumət  təşkilatlarının 

iştirakını stimullaşdırmaq; 

 

5.2.20. gənclərin qeyri-hökumət təşkilatlarının sahələr üzrə peşəkarlığının artırılmasını və dövlət 



sifarişlərinin həyata keçirilməsində daha fəal iştirakını stimullaşdırmaq; 

 

5.2.21.  gənclərin  qeyri-hökumət  təşkilatlarının  elektron  şəbəkəsini  yaratmaq  və  ardıcıl  inkişaf 



etdirmək; 

 

5.2.22.  gənclərə  sistemli  sosial  xidmət  göstərən  gənclər  evlərinin  (mərkəzlərinin)  fəaliyyətini 



genişləndirmək; 

 

5.2.23.  xarici  ölkələrdə  yaşayan  və  ya  təhsil  alan  gənclərin  fəaliyyətini  əlaqələndirmək,  onlar 



tərəfindən  Azərbaycan  həqiqətlərinin  dünyaya  yayılması  istiqamətində  aparılan  işlərə  konsultativ, 

təşkilati və maddi-texniki dəstək göstərmək; 

 

5.2.24.  gənclərin  beynəlxalq  əməkdaşlığını  dəstəkləmək,  bu  əlaqələr  vasitəsilə  ölkə  haqqında 



məlumatların yayılmasına, Azərbaycanın gənc dostlarının sıralarının genişlənməsinə nail omaq

 

5.2.25.  sağlamlıq  imkanları  məhdud  və  əlil  olan,  qaçqın  və  məcburi  köçkün,  xüsusi  qayğıya 



ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş gənclərin sosial problemlərinin həlli istiqamətində 

ardıcıl tədbirlər görmək; 

 

5.2.26.  xüsusi  qayğıya  ehtiyacı  olan  gənclərin  ehtiyaclarını  ödəmək  məqsədi  ilə  müxtəlif 



qurumların  əməkdaşlığını  və  koordinasiyasını  təmin  etmək,  bu  gənclərə  göstərilən  xidmətlərin 

qiymətləndirilməsi və monitorinqi üçün standartlar müəyyənləşdirmək; 

 

5.2.27.  xüsusi  qayğıya  ehtiyacı  olan  gənclərin  idmanla  məşğul  olması  üçün  güzəştli  şərait 



yaratmaq; 

 

5.2.28.  aztəminatlı  gənc  ailələrin  sosial  rifahının  yaxşılaşdırılması  ilə  əlaqədar  dövlət  və  yerli 



özünüidarəetmə orqanları tərəfindən mütəmadi işlər aparılmasını təmin etmək; 

 

5.2.29.  yüksək  riskli  qruplardan  olan  gənclərə  sosial-psixoloji  və  hüquqi  yardımın  göstərilməsi 



üçün məsləhət və yönləndirmə sistemi formalaşdırmaq; 

 

5.2.30. cəzaçəkmə müəssisələrindən azad olmuş gənclərin sosial reabilitasiyası ilə bağlı kompleks 



tədbirlər görmək; 

 

5.2.31.  müasir  təbliğat  və  maarifləndirmə  metodlarından  istifadə  etməklə  gəncləri  müxtəlif  dini 



təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq; 

 



5.2.32.  gənclərlə  işin  təhlili,  planlaşdırılması,  təşkili  və  qiymətləndirilməsi  üzrə  mütəxəssislərin 

hazırlanmasını və yenidən hazırlanmasını təmin etmək. 

 

6. Strategiyanın icra mexanizmləri 



 

6.1.  Strategiya  ilə  müəyyənləşdirilmiş  vəzifələrin  icrası  istiqamətində  institusional  tədbirlərin, 

müvafiq  strukturların  rolu  böyükdür.  Bu  strukturlara  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının, 

habelə bələdiyyələrin və digər təşkilatların nəzdindəki qurumlar daxildir. Həmin qurumlar üç funksiyanı 

icra etməlidir: tənzimləmə, təşkilati-sərəncamverici və nəzarət. 

 

6.2.  Strategiyanın  həyata  keçirilməsi  üçün  dövlət  gənclər  siyasətinin  kadr  potensialının 



təkmilləşdirilməsini nəzərdə tutan aşağıdakı tədbirlər icra ediləcəkdir: 

 

6.2.1.  dövlət  gənclər  siyasəti  sahəsində  çalışanların  hazırlığı  və  yenidən  hazırlığı  sisteminin 



təkmilləşdirilməsi; 

 

6.2.2.  dövlət  gənclər  siyasətinin  məlumat  bazasının  yaradılması,  davamlı  təkmilləşdirilməsi  və 



zənginləşdirilməsi. 

 

6.3.  Strategiyanın  icra  mexanizmlərinin  digər  tərkib  hissəsi  maliyyələşdirmə  ilə  bağlıdır. 



Maliyyələşdirmə aşağıdakı mənbələrdən həyata keçirilir: 

 

6.3.1. dövlət vəsaiti (büdcə və büdcədənkənar fondlar); 



 

6.3.2. qanunvericiliklə nəzərdə tutulan digər mənbələr. 

 

7. Gözlənilən nəticələr 



 

7.1.  Strategiyanın  səmərəliliyini  qiymətləndirmək  məqsədi  ilə  qiymətləndirmə  indikatorları 

sistemi və onların ölçmə mexanizmləri yaradılmalıdır. Bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti 

arasında  əlaqəni  özündə  ehtiva  etməlidir.  Mövcud  “Azərbaycan  gəncləri”  statistik  toplusunun 

təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək. 

 

7.2. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər aşağıdakılara nail olunması 



gözlənilir: 

 

7.2.1. gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması; 



 

7.2.2. gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi; 

 

7.2.3. gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması; 



 

7.2.4. gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk 

peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi

 

7.2.5. ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə 



təmin edilməsi; 

 

7.2.6. gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri 



məişət və məşğulluq infrastrukturunun yaradılması; 

 

7.2.7.  əmək  bazarının  tələblərinə  cavab  verən  rəqabətqabiliyyətli  gənc  kadr  potensialının 



formalaşdırılması; 

 

7.2.8.  gənclərin  və  gənc  ailələrin  mənzil  şəraitinin  yaxşılaşdırılması  mexanizmlərinin  davamlı 



olaraq təkmilləşdirilməsi; 

 



7.2.9. gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi; 

 

7.2.10.  gənclərin  ibtidai  hərbi  hazırlığının  səviyyəsinin  artırılması,  bu  prosesə  hərbi 



mütəxəssislərin cəlb edilməsi; 

 

7.2.11.  gənclərin  innovativ  ideyalarının  və  yaradıcı  təşəbbüslərinin  reallaşdırılması,  onların 



praktikada tətbiqi üçün zəmin yaradılması; 

 

7.2.12. elm və texnika sahəsində çalışan gənclərin sayının artması; 



 

7.2.13. mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin 

marağının artması, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin 

təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi; 

 

7.2.14. gənc sahibkarların sayının artması; 



 

7.2.15. gənclər arasında hüquqpozmaların sayının azalması; 



 

7.2.16.  gənclərin  beynəlxalq  əlaqələrinin,  habelə  Azərbaycan  üçün  prioritet  kəsb  edən  ölkələrin 



gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi. 

 

Yüklə 87,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə