Cənubi Qafqaz: yeni geosiyasi konfiqurasiya və Azərbaycanın liderliyi


 Bu Qələbə ilə Azərbaycan beynəlxalq səviyyədə separatizmlə mübarizənin və onun məhv edilməsinin praktiki yol xəritəsini təqdim etdi. 19



Yüklə 28,5 Kb.
səhifə7/7
tarix07.06.2022
ölçüsü28,5 Kb.
#88983
1   2   3   4   5   6   7
cenubi qafqazda teh-k

18. Bu Qələbə ilə Azərbaycan beynəlxalq səviyyədə separatizmlə mübarizənin və onun məhv edilməsinin praktiki yol xəritəsini təqdim etdi.

19. Qarabağımızın tacı olan Şuşada regional əhəmiyyətli sənədlər imzalanır, beynəlxalq festivallar keçirilir. Füzuli Beynəlxalq Hava Limanı artıq fəaliyyət göstərir. Zəngilan hava limanının inşası, Laçın hava limanının layihələndirilməsi davam edir.

20. Vətən Müharibəsi beynəlxalq ictimaiyyətə Ermənistanın ləyaqətli düşmən olmadığını da nümayiş etdirdi. Gəncənin ballistik raketlə bombalanması, Bərdənin kasetli raketlərlə vurulması və digər faktlar Ermənistan rəhbərliyinin mülki əhaliyə, o cümlədən, yuxuda olan 2 yaşlı körpəyə qarşı taktiki raketlərlə savaşdığını və müharibə cinayətləri törətdiyini sübut etdi.

21. Azərbaycan xalqı və hakimiyyəti bu müharibədə çox ciddi sınaqlardan çıxdı. Prezident İlham Əliyev dünyanın qlobal güc sayılan ölkə rəhbərlərinə praktik olaraq sübut etdi ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli var və Azərbaycan bu yolu seçməkdə sərbəstdir.

22. Azərbaycan bu müharibədə təkcə Ermənistanla deyil, ona siyasi, mənəvi və hərbi-texniki dəstək verən, həmçinin “münaqişənin hərbi həlli yoxdur” deyən bir çox ölkələrlə paralel savaşdı.

23. Azərbaycan onu dayandırmaq istəyən və böyük təzyiqlərə məruz qoyan 7 ölkə ilə 7 cəbhədə mübarizə apardı və qalib gəldi.

24. Son əsrlər ərzində ilk dəfə möhtəşəm bir Qələbəyə imza atdıq. Biz yalnız işğalçı Ermənistana deyil, həm də onun havadarlarına qalib gəldik. Qardaş Türkiyənin və Pakistanın mənəvi dəstəyi ilə qalib gəldik, çünki biz bu müharibədə haqlı idik, müharibəmiz də ədalətli idi. Separatizmin əsaslarını sarsıtdıq. Ukrayna, Gürcüstan və Moldova kimi qonşu ölkələrə nümunə göstərdik.

25. Vətən Müharibəsində əldə etdiyimiz Qələbə ilə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu və Ordusunun real döyüş imkanlarını nümayiş etdirdik.

26. Qarabağ məsələsində ən yaxın müttəfiqləri, o cümlədən, KTMT hərbi bloku ilə Ermənistan arasında sədd çəkə bildik.

27. Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyişlər əldə etdik. Hava məkanın açılmasına nail olduq. Qatar yolunun açılması da zaman məsələsidir. Avtomobil yolu barədə müzakirələr müsbət məcrada davam edir.

28. Cəmi 44 gündə Ordumuzun qəhrəmanlığı sayəsində 32 il çiyinlərimizdə çətinliklə daşıdığımız məğlubiyyət yükünü Ermənistan xalqının çiyinlərinə yüklədik.

29. Azərbaycan hakimiyyəti təhdid və müharibə dövründə bütün resurslarını konkret hədəfə səfərbər etməklə uğurlu əməliyyatlar aparmaq təcrübəsi əldə etdi.

30. Azərbaycan Vətən Müharibəsi vasitəsilə düşmənin silahlı qüvvələrini darmadağın etməklə Ermənistan iqtisadiyyatını ciddi aşınmaya məruz qoya bildi.

Bütün sadalanan nailiyyətlərə görə hamımız Qələbəni bizə bəxş edən Şəhidlərimizə borcluyuq. Buna görə də onların müqəddəs ruhu qarşısında baş əyirik.


Zəfər Günümüz mübarək! Qələbəmiz Mübarək!

Ədalət Verdiyevhərbi ekspert
AzVision.az
Yüklə 28,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə