Cənubi Qafqaz: yeni geosiyasi konfiqurasiya və Azərbaycanın liderliyi



Yüklə 28,5 Kb.
səhifə5/7
tarix07.06.2022
ölçüsü28,5 Kb.
#88983
1   2   3   4   5   6   7
cenubi qafqazda teh-k

Kamal Adıgözəlov

fərə aparan yol cəmisi 44 gün davam etsə də, çox çətin və mürəkkəb döyüş əməliyyatları ilə müşayiət olunub. Müharibədə qazandığımız bu Qələbə Azərbaycana misli görünməmiş hərbi, siyasi, diplomatik, iqtisadi və mənəvi üstünlüklər verdi.
Qələbədən sonrakı 1 il ərzində Azərbaycan münaqişənin nizamlanması prosesində əldə etdiyi hərbi nailiyyətlərdən yararlanaraq, hədəflərinə mümkün qədər qısa müddətdə və tam həcmdə çatmağa çalışır. Vətən Müharibəsinin və Zəfər Gününün əhəmiyyəti ilə bərabər, Qələbənin bizə verdiyi üstünlükləri, müharibədən sonra əldə etdiyimiz nailiyyətləri qısaca belə sıralamaq olar:

1. Noyabrın 8-i Vətən Müharibəsində əldə etdiyimiz Qələbəmizin, milli qürurumuzun və birliyimizin bərpa olunduğu tarixidir. Azərbaycanın yeni dövründə bundan möhtəşəm tarix düşünə bilmirəm. Bu tarix həm də “Qarabağ Azərbaycandır və nida” ifadəsinin əyani təsdiqidir.

2. Azərbaycan son əsrlərdə ilk dəfə müharibədə qalib gələrək, işğal altında olan 10000 kv.km ərazisini düşməndən təmizlədi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

3. Vətən Müharibəsində əldə edilən hər Qələbə Azərbaycan xalqının Ali Baş Komandan ətrafında daha sıx birləşməsini və Silahlı Qüvvələrimizin düşmənə qarşı keçirilən “Dəmir Yumruq” əməliyyatına birmənalı dəstəyini təmin etdi.

4. Azərbaycan Silahlı Qüvvələrinin bu Qələbəsi son 200 ildə Ermənistan üzərində qazanılan ən möhtəşəm və tarixi qələbə kimi, işğalçı Ermənistan üzərində mütləq üstünlüyümüzü təmin etdi. Ermənistan tarixində ilk dəfə Azərbaycan tərəfindən döyüşlərdə diz çökdürüldü və alçaldıldı.

5. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız və rəqiblərimiz Vətən Müharibəsində Silahlı Qüvvələrimizin real potensialı ilə əyani olaraq tanış oldular.

6. Azərbaycan adını dünya tarixinə “BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkə” kimi yazdırdı.

7. Azərbaycan tərəfdaşlarından əldə etdiyi silah və silah sistemlərini uğurla tətbiq etməklə onlara silah bazarında olan tələbatı bir neçə dəfə artıra bildi.


Yüklə 28,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə