Cəlil Cavanşir



Yüklə 255,85 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix26.09.2017
ölçüsü255,85 Kb.
#1678
1   2   3   4   5   6   7   8   9

28 

 

–Aslan  müəllim,  yəqin  ki,  onun  özü  də  molla  istə-



məzdi-,  Ramal  fikirli-fikirli  dilləndi–  həm  də,  İslam  dininə 

görə intihar etmiş şəxs üçün cənazə namazı qılınmır, Quran 

oxunmur.  Özünüzü  boş yerə  yormayın.  İmkan  verək,  Nica-

tın narahat ruhu bir balaca rahatlıq tapsın... 

 

–  Bax  Ramal,  mən  onun  ruhunun  rahatlıq  tapması 



üçün hər şeyə hazıram. Amma bunu bacarmaram.  Mən ça-

ğırmamış dayıları, qardaşları artıq mollanı gətiriblər. Cənazə 

namazı da qılıncaq, müsəlman kimi dəfn olunacaq. Yox, əgər 

molla olmaz desə, siz deyən olsun. Uşaqlara da de, artıq hə-

rəkət olmasın. Bura etiraz, narazılıq yeri deyil. El-oba, cama-

at necə, siz də elə. Özünüzü camaatdan ayırmayın,  yaxşı gö-

rünməz kənardan. 

 

...Düşünəndə ki, qəbul etmədiyim dinin qaydaları ilə dəfn 



olunacam,  əsəbiləşirəm.  Mənə  lazımdı  molla?  Qardaşlarımı  bil-

mirəm, amma dayılarım yüz faiz belə hərəkət edə bilər. Kişilər qo-

caldıqca xərifləyirlər. Elə bil ali məktəbdə elmi ateizmdən “əla” qiy-

mət  alan  bunlar  olmayıb.  Nə  isə,  yersiz  müdaxilə  etməyim.  Qa-

yıdırıq dəfn mərasiminə... 

 

Ramal  başını  bulayıb  çadırın  arxasına  keçdi.  Siqaret 



yandırıb acı tüstünü acgözlüklə ciyərlərinə çəkdi. Rəngi qap-

qara  qaraldı.  Ayaq  üstə  durmaq  üçün  taqəti  qalmamışdı. 

Aşağı çöküb hönkürdü. Onun çadırın arxasına keçdiyini gö-

rən dostlar da onun başına yığışdı. Ramalın ağladığını görüb 

bayaqdan  siqareti-siqaretə  calayan  bəzi  dostlar  uşaq  kimi 

hönkürməyə başladı.  

 

 



29 

 

Nicatın  özündən  yaşca  böyük,  saçları  azacıq  seyrəl-



miş,  eynəyi  burnunun  üstünə  düşmüş,  iztirabdan  siması 

qapqara qaralmış dostu İlham ağlamırdı. O ümumiyyətlə ağ-

lamağı  sevmirdi.  Daha  doğrusu  bacarmırdı.    Hətta  anası 

dünyadan köçəndə belə onun gözündə yaş görən olmamışdı. 

Dostları öz aralarında bu sərt adamı qınasalar da, onun ağla-

dığını, optimizmini itirdiyini kimsə görməmişdi. Hər zaman 

olduğu kimi baxışlarını uzaq bir nöqtəyə zilləyib, müdrikcə-

sinə susurdu... 

 

*** 


 

Dostlar ağlayıb sakitləşmişdilər, kənarda söhbətləşir-

dilər.  Doktor  Orxan,  Nicatın  cəsədinin  fotolarını  dostlara 

göstərir,  asta  səslə  onun  ölüm  səbəblərini  müzakirə  edirdi-

lər. Mərhumun dostu Şahin olduqca üzgün görünürdü. Qəfil 

eşitdiyi bu xəbər sanki onun belini bükmüşdü. Onun ədəbiy-

yata,  yazı-pozu  adamlarına  dəxli  olmasa  da,  sağlığında  Ni-

catın ən yaxın dostu idi. Nicat heç kəslə bölüşmədiyi sirrini, 

problemini  onunla  bölüşürdü.  Nicatın  müalicəsi  üçün  əlin-

dən  gələni  etmişdi.  Bu  cür  ölümü  Nicata  yaraşdırmırdı.  İl-

hamla  söhbətləşir,  siqareti-siqaretə  calayırdı.  Dostunun  ölü-

münü  asanlıqla  qəbul  edə  bilmirdi.  Bir  səbəb,  hamının  bil-

diyi bir səbəb olmalıydı. Bütün bəhanələr səhv idi, çünki Ni-

catın  intiharı  da  ən  böyük  səhv  idi.  O  özünü  öldürməməli, 

kiçik  qızını  yetim,  atasını,  dostlarını,  qardaşlarını  boynu-

bükük qoymamalıydı. İnsan yaxın ətrafından bezəndə mühi-

tini  dəyişər,  sevgidən  yorulanda  ayrılar.  İntihar isə  xəlvətcə 

aradan  çıxmaqdır.  Dostları,  qohumları,  övladı  günahkarlıq 

duyğusu ilə baş-başa buraxmaqdı. 

 



30 

 

...Düzünü  deyim  ki,  mən  də  belə  fikirləşirəm.  İndiki 



ağlım  olsa  intihara  cəhd  etmərəm.  Təsəvvür  edin  ki,  yaxın-

uzaq  dostların  hamısı  yığışıb  çadıra,  siqaret  çəkib  ağlaşır. 

Qardaşlar bir tərəfdə, dayılar bir tərəfdə, ata bir tərəfdə pəj-

mürdə və dərdli dayanıb. Qonşu arvadlar anaya dəstək məq-

sədi ilə cikkə çəkib, ağı deyir. Əməlli-başlı kədərli səhnədir. 

Adam öz əcəliylə öləndə daha urvatlı olur, vallah. Ona görə 

də  intihar    söhbətini  ortaya  atmaq  lazım  deyildi.  Qəhrəma-

nın başına başqa oyun açmaq da olardı. Məsələn, maşın qə-

zası.  Nə  isə,  özüm  də  xeyli  təsirləndim  bu  ölüm  səhnəsin-

dən... 


Nicatın  dəfni  səs-küysüz,  təmtəraqsız  keçdi.  Molla 

intihar  edən  şəxs  üçün  cənazə  namazı  qılmaqdan  imtina 

etdi. Cənazənin üstündə Quran da oxunmadı. Molla səbəblə-

ri  Aslan  müəllimə  izah  edib,  üzrxahlığını  bildirdi.  Necə  də 

olsa,  kəndin  ən  sayılıb-seçilən  kişilərindən  idi  Nicatın  atası. 

Ona dinin bu barədə hökümlərini bir-bir, səbirlə izah etdi. 

Cəsədi qəbirə qardaşları düşürdü. Molla isə kənarda 

Nicatın günahkar ruhu üçün dua edirdi. Təkcə Nicatın dost-

ları mərasimin bu cür keçirilməsindən razı idi. Əvvəlcə filo-

sof Ramal, sonra İlham danışdı. Digər dostlar da bir-iki kəl-

mə ilə Nicatı xatırladı və sonda doktor Orxan əsəbi çıxış elə-

di. Hakimiyyəti, hakimiyyətin ölkədə yaratdığı qorxu mühi-

tini top atəşinə tutdu. Onun sərt çıxışından sonra camaat da-

ğılışmağa başlamışdı... 

 

Filosof Ramal da Nicatın intiharını qəbul edə bilmir-



di.  Ürəyində  sosializmə  könül  vermiş,  qıpqırmızı  bir  ölkə 

qurmaq arzusu ilə alışıb yanan Nicat Aslanı qınayırdı. Əgər 

yaşamın  dəstəkləyə  bildiyi  böyük  bir  mücadilə  varsa,  bu 



31 

 

burjualara  xas  kiçik  axmaqlıqlar  üzündən  heçə  sayıla  bil-



məzdi.  

Şübhəsiz ki, Nicat doğru hesab etdiyi şeyin arxasınca 

gedən,  fikrini  sərt  və  açıq  deməkdən  çəkinməyən  biri  idi. 

Amma, yenə də bu cür xəlvət aradan çıxmaq olmazdı. 

 

...Bizim tərəflərdə buna “aradan cırmaq” da deyirlər... 

 

*** 



 

... Dəfn mərasimindən sonra Nicatın dostları geriyə -

Bakıya  qayıtdılar. Adətən belə günlərdə rahatlanmaq, sakit-

ləşmək üçün içərdilər. Bu dəfə nədənsə spirtli içkiyə qəti hə-

vəs  yox  idi.  Ya  da  ayın  ortası  olduğuna  görə  kasıbçılıqdı. 

Yolda bir neçə yerdə dayanıb çay içsələr də, heç kəs pivə və 

yaxud  araq  vurmaq  istəmədi.  Vallah,  dəqiq  pulsuzluq  imiş. 

Hər  dəfə  oturanda  Nicatın  intihar  səbəbi  müzakirə  olunur-

du. Dostları onun qəfil intiharını hələ də qəbul edə bilmirdi-

lər.  


 

Suallar, suallar, suallar... 

 



Yüklə 255,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə