Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

35 
 
–  Doktor,  Nicat  haqqında  roman  yazacağam  və  onun  öldü-
rüldüyünü sübut edəcəyəm. 
– Romanda? – Orxan məzələndi. 
– Əlbəttə romanda. Elə təəccüblənirsən ki, guya belə işlərdə 
barmağın  yoxdur?  İndiki  rejim  insan  taleyinə  o  qədər  biga-
nədir ki, Nicatın ölümünün intihar yox, qətl olduğunu mət-
buatda isbat etsəm məni də Nicatın yanına göndərəcək.  
–Yox əşşi? Özünü əməlli-başlı ciddi adam hesab edirsən ha.. 
– Məzələnmə. Son günlər onunla bağlı roman yazmağa qərar 
vermişəm.  Əminəm  ki,  bildiklərim  və  sizin  analitik  qabiliy-
yətiniz sayəsində uğur qazanacağam. 
 
Orxan bir anlıq fikrə getdi. Fikirləşdi ki, adi həyatdan 
fərqli  olaraq  romanın  içində  inandırıcı  davranmalıdır.  Bir 
halda ki, roman yazılır, Nicatın ölümü barədə  söhbət gedir, 
hər şey inandırıcı olmalıdır. Bütün bunları düşünüb Elxanla 
ciddi söhbətə girişdi: 
– Nə olsun? Bununla Nicatı geri qaytarmaq, günahkarları cə-
zalandırmaq mümkün olacaqmı? 
–  Yox,  mümkün  olmayacaq.  Daxili  rahatlıq  tapmaq  istəyi-
rəm.  Bir  həftədi  yuxuma  girir  və  eyni  sözləri  pıçıldayır: 
“Mən ölmək istəmirdim”. 
– Yuxulara inanırsan? 
– Froydu oxumusan? – Elxan suala, sualla cavab verdi. 
–  Yaxşı,  artistlik  eləmə.  Dur  gəl  yanıma.  Ofisimi  tanıyırsan, 
“Caspian Plaza”, 4-cü mərtəbə. Zəng elə qarşılayım. 
 
 


36 
 

 
"Qadınlar özlərini gücsüz olanlara ideal kimi,  
güclü olanlara bir əşya kimi təqdim edərlər". 
 
Cesare Pavese 
 
Orxan  yazıçının  hipotezlərini,  versiyalarını  dinlədik-
dən  sonra  qərara  gəldi  ki,  intihar  faktını  psixiatr  kimi  araş-
dırsın. Sözün açığı dünyanın heç bir yerində yazıçı psixiatrla 
əlbir  olub  roman  yazmır.  Bu  ilk  olacaqdı.  Həm  də  Orxanın 
özünə də belə oyunbazlıqda iştirak etmək maraqlı idi. 
Əvvəlcə Elxana hər şeyi danışmaq, onun bu romana təsadü-
fən  düşdüyünü  izah  etmək  istədi.  Sonra  uzun-uzadı  fikirlə-
şib,  fikrindən  daşındı.  Bildi  ki,  Elxana  belə  söhbətləri  etmə-
yin  faydası  yoxdu.  Qarşısına  roman  yazmaq  məqsədini  qo-
yubsa, yazacaq. Üstəlik ona başa salmaq çox çətin idi ki, ya-
zılmaqda  olan  bir  romanın  personajısan.  O  hətta  roman 
personajı kimi də, roman yazmağa iddialı idi. Elxan Daşdə-
miri qətiyyən güləşçi obrazına razı salmaq olmazdı. Neynir-
sən elə, o yazıçı kimi özünü bu romanda da göstərmək istə-
yəcəkdi. 
Orxan vicdanlı bir həmmüəllif kimi, yazıçı dostunun 
xətrinə Elxana da söz vermişdi ki, şübhələrini və əldə etdiyi 
nəticələri onunla bölüşəcək. Eyni zamanda bu romanın mü-
əllifi üçün də onun fikirləri önəmli idi. Orxan indi hər iki tə-
rəfə  oynayırdı.  Həm  Elxan,  həm  də  romanın  müəllifi  üçün 
işləyirdi.  Eyni  zamanda  onun  özünə  də  bəzi  şeyləri  araş-
dırmaq  vacib  idi.  Daha  doğrusu  yazıçı  dostu  ilə  yazdığı  ro-
manın içində yazıçı Elxan Daşdəmirdən yaxasını qurtara bil-
mirdi. 


37 
 
Hər halda ölən (və ya öldürdüyü) onun dostu və se-
vimli  şairi  idi.  Bu  işə  öz  istəyi  ilə  razılıq  vermişdi.  Nicatın 
münasibətdə olduğu qadınların çoxusunu tanıyırdı. Müxtəlif 
məclislərdə  Nicat  özü  onları  həkimi  ilə  tanış  etmişdi.  Bir 
çoxu ilə feysbukda dost idi. Yaxın çevrəsi onsuz da pasiyent-
ləriydi.  Bir  sözlə  Elxanın  təklifi  mənasız  görünsə  də,  Orxan 
üçün maraqlı məşğuliyyət ola bilərdi. Eyni zamanda dostları 
da, romanın müəllifi də, Elxan da bütün şübhələrini onunla 
bölüşmüş, Orxanda müəyyən qənaət hasil olmuşdu. Hər hal-
da cəhd etməkdə bir problem görmürdü. 
Bu  yerdə  başını  itirən  oxucumdan  dəfələrlə  üzr  istə-
yirəm. Başa düşürəm ki, kimin USB-sinin kimin kompüterin-
də  olduğu  aydın  deyil.  Ciddi  şəkildə  əsəbiləşən  oxucu,  ro-
manı bu yerdə yarımçıq saxlayıb öz normal və sakit həyatına 
geri dönə bilər.  
İlk  olaraq  Nicatın  ünsiyyətdə  olduğu  qadınlarla  gö-
rüşmək, onlarla ətraflı söhbət etməli idi. Bəlkə nəyəsə nail ol-
du. “Hər halda cəhd edəcəyəm” – deyə Orxan pıçıldadı. İlk 
olaraq  Nərmin  və  Nərgiz  bacılarına  feysbukda  mesaj  yazdı. 
Sonra  Esmiranın  səhifəsinə  girib  onun  telefon  nömrəsini 
qeyd vərəqinə yazıb monitorun kənarına yapışdırdı. Bir an-
lıq saçlarını əli ilə daraqlayıb, xəyala daldı. Nicatla sonuncu 
görüşlərini,  Nicatın  kirayə  mənzilindəki  məclisi  xatırladı. 
“Könül...  hə...  Könül  idi  o  qadının  adı.  Kök  və  yaraşıqlı  bir 
qadındı.  Feysbukda  mənə  dostluq  təklifi  göndərəcəkdi. 
Ərindən  yenicə  boşanmışdı.  Nicat  onun  üçün  dəli-divanə 
idi.  “Toppuşum”  deyib  əzizləyirdi.  Orxan  feysbukda  Könü-
lün səhifəsini tapdı və onun Nicatın ölümündən sonra yazdı-
ğı statusları diqqətlə oxumağa başladı. 
Nicat  ölümündən  cəmi  bir  ay  əvvəl  Könüldən  ayrıl-
mışdı. Səbəbini isə dostlardan heç kəs bilmirdi. Yox, deyəsən 


38 
 
Şahinin söhbətdən xəbəri vardı. Orxan dəqiq bilirdi ki, Nicat 
bu ayrılıqdan bərk sarsılıb və içkini ikiqat artırıb. “Bəlkə, Kö-
nülə  görə  intihar  edib?”  –  Orxan  fikirlərini  bir  yerə  cəmlə-
məyə  çalışdı.  Digər  qadınların  Orxanın  həyatında  ciddi  rol 
oynamadığını yaxşı bilirdi. Könül isə bir il idi ki, Nicatın hə-
yatında  idi  və  dostu  onu  dəli  kimi  sevirdi.  Daha  doğrusu, 
Orxan  onun  Könülü  sevdiyinə  inanırdı.  Çünki  onun  bütün 
xırda qüsurlarını, qəbahətlərini bağışlayır, iki-üç gün görmə-
yəndə  depressiyaya  düşürdü.  Depressiya  demişkən,  Nicat 
ümumiyyətlə nadir hallarda depressiyadan çıxırdı. 
Orxan  lap  başını  itirmişdi.  Ağacdan  asılmış  cəsəd, 
PUB-lar, restoranlar, Nicatın içəndən sonra cır səslə şeir de-
məyi, küçədə aşa-aşa yeriyib dəli kimi çığırmağı, hərdən diz-
lərini  yerə  qoyub  üzünü  işıq  gələn  pəncərələrə  tutub  ula-
mağı və bir də yazdığı romanda insafsızcasına öz ölümü ilə 
məzələnmək istəyi yadına düşdü.  
Bu intihar doğurdan da gözlənilməz idi. İkinci roma-
nını yazmaq üçün Gürcüstana getməyə hazırlaşırdı. Deyəsən 
populyar detektiv və sevgi romanlarını ələ salacaq ironik bir 
roman  yazacaqdı.  Uzun  müddət  idi  ki,  ölkədən  çıxmaq  is-
təsə də, problemlər onun bu istəyinə mane olurdu. Nəhayət 
dostlarına  da  bildirmişdi  ki,  bir  neçə  həftəlik  Gürcüstana 
gedəcək.  Ədəbi  mühitdə  olan  gənclərin  bəzisi  Gürcüstan-
Azərbaycan arasındakı yolu su yoluna döndərmişdi. Çoxusu 
ayın  10-15  gününü  Gürcüstanda  keçirirdi.  Nicatın  isə  əv-
vəllər pulu, sonra isə vaxtı olmamışdı Gürcüstanda getməyə. 
Gərgin  iş  rejimi,  üstəlik  nazlı-qəmzəli Könül...  Orxan  bilirdi 
ki, Nicat Könülsüz heç yana getmək istəmir.  
Orxan bir daha Nicatla Könülün münasibətlərini ya-
da  salıb,  detalları  xəyalında  canlandırmağa  çalışdı.  Könül 
Nicata biganə deyildi. Onun qayğısına qalır, hətta yemək ye-


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə