Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

93 
 
“…14  yaşlı  yeniyetmənin  intihara  cəhd  etməsində 
müəyyən  ciddi  səbəblər  açıq-aydın  hiss  olunsa  da,  görün-
məyən bir məqam var. Bu yeniyetmənin, yəni 14 yaşlı Nica-
tın özünütəsdiq, diqqəti özünə  çəkmək istəyidir. Onun yaz-
dıqlarından  bu  qənaətə  gəlmək  olar  ki,  onu  sevişdiyi  (sev-
diyi  yox,  məhz  sevişdiyi.  Çünki  Nicatı  biologiya  müəllimə-
sinə  bağlayan  sadəcə  libidodur)  qadından  ayırmağa  cəhd 
göstərmələrinə,  valideynləri  arasındakı  gərginliyə  görə  o 
özünü  diqqət  mərkəzində  saxlamağa  cəhd  edib.  Narkotik 
çəkmək,  siqaretə  aludəçiliklə  özünü  inandırmağa  çalışıb  ki, 
uşaq deyil. Hər halda çox kiçik səbəblərə görə intihara cəhd 
etməsi anlaşılmazdır. 
 
Təsəvvür edin ki, bu qeydlər adama necə pis təsir edir. Or-
xan soyuqqanlı həmkarları kimi, məni əməlli-başlı ələ salıb. Yox əş-
şi,  “intihara  cəhd  etməsi  anlaşılmazdır”.  Guya  romanda  hər  şey 
anlaşılandır? 
 
Yazdıqlarını  təkrar  oxuyub,  dəftəri  bağladı.  Yorğun-
luqdan  gözləri  qapanırdı.  Kompüteri  söndürüb,  yatağına 
uzandı.  
 
 
 
 
 
 
 
 


94 
 
15 
 
“Ataların günahını,  
anaların fəzilətini  
uşaqların simasında görmək olur”. 
 
Burje 
 
Orxan bütün günü özünü əzgin və yorğun hiss etdiyi 
üçün  Könülə  zəng  etmədi.  Həm  də  zavallı  qızı  rahat  bu-
raxmaq  lazım  idi.  Xatırladıqca  əzab  çəkməyini,  özünü  üz-
məyini  istəmirdi.  Könül  toparlanana  qədər  Nicatın  intihar 
cəhdləri  haqqında  yazdığı  yazılara  yenidən  nəzər  salmaq 
imkanı  vardı.  Vaxtını  boşa  keçirməmək  üçün  “qeydlərimi” 
yenidən  təhlil  etməyə  girişdi.  Bu  qeydlər  birinci  cəhddən 
təxminən üç il sonranı əhatə edirdi: 
 
“...İmtahan  nəticələri  elan  olunan  gün  göz  yaşlarımı  sax-
laya bilmədim. Universitetə qəbul olunmamışdım! Bir küncə qısılıb 
səhərəcən  ağladım.  Əlavə  qəbulda  özəl  universitetlərdən  birininin 
“beynəlxalq  münasibətlər”  fakültəsinə  qəbul  olunsam  da  atamın 
təhsil  haqqını  ödəyəcək  imkanı  yox  idi.  Paytaxtdan  kəndimizə  qa-
yıdanda  hiss  elədim  ki,  indi  həm  də  atamla  da  yolllarımız  ayrılıb. 
Həmin  ilin  qışında  hərbi  xidmətə  çağrıldım.  Utancımdan  dost-ta-
nış arasına çıxa bilmirdim. Atam da tez-tez universitetə qəbul ola 
bilmədiyim üçün məni danlayırdı. Əsəblərim pozulmuşdu. Üstəlik 
əsgərliyə  getməyimə  iki  ay  qalmış,  atam  evimizin  sağmal  inəyini 
satıb  xidmət  edəcəyim  yeri  də  düzüb-qoşmuşdu.  Özümü  aktyor 
kimi  hiss  edirdim.  Yazılmış  rolu,  verilmiş  obrazı  canlandırırdım. 
Həyəcan, ekstrim yox idi. Özümü mənasız, gücsüz avara kimi hiss 
edirdim. 


95 
 
Özümü  öldürüb  bütün  uğursuzluqların  əvəzini  allahdan 
və  atamdan  çıxmaq  istəyirdim.  Çünki  bütün  arzularımı  allah  və 
atam  gözümdə  qoymuşdu.  Allahdan  da,  atamdan  da  incimişdim. 
Heç birinə inanmırdım...” 
 
Orxan dostunun atası haqqında hər zaman yüksək fi-
kirdə  olduğunu  xatırladı.  Nicat  atasına  çox  inanırdı.  Gö-
rünür  uğursuzluqlar  onu  ruhdan  saldığı  üçün  atasına  hirs-
liydi. Allaha olan inamsızlığı isə Orxana tanış idi. Nicat hətta 
namaz qıldığı vaxtlarda da, Allaha inanmamışdı. Orxan Ni-
catın psixologiyasını öyrənməyə cəhd edərkən buna əmin ol-
muşdu. İnancsızlığı onu ümidsizliyə sürükləmişdi. 
 
“...Sevdiyim qıza vida məktubu yazıb, yüksək dozada yuxu 
dərmanı qəbul edəndə həqiqətən ölmək istəyirdim...” 
 
Demək  vida  məktubu...  Yox,  Nicat  yox...  Sən  sadəcə 
yenə də diqqəti öz üzərinə çəkmək istəmisən. Sağlam şüurla 
uzun-uzadı  vida  məktubu  yazmağa  fürsət  tapmısansa,  de-
məli  ölmək  istəməmisən.  Çünki  ölmək  istəyən  və  affekt  ha-
lında olan adam vida məktubu yazmağa fürsət tapa bilməz. 
Sən sadəcə uğursuzluqlarına görə sənə tənə edənlərə qəribə 
şəkildə etiraz eləmisən.  
 
“İntihar  məktubları  adətən  çox  qısa  olur.  Elə  sənin 
sonuncu məktubun kimi” – Orxan öz-özünə danışdığını başa 
düşüb susdu. 
 
Üçüncü cəhd... Deyəsən bu hərbi xidmət vaxtı baş ve-
rib. Aydındı... Deməli çətinliyə alışa bilməmisən dostum... 
 


96 
 
“...Eynək  taxdığıma  görə  məni  “professor”  çağırırdılar. 
Heç kəs köhnə əsgərlərin dediyinə “otkaz” edə bilməzdi, ya hər gün 
döyülməli,  ya  da  “çumo”  olub  deyiləni  eləməli  idin.  Daha  bir  yol 
var idi, satqınlıq. Özümü “ağıllı” aparsam iki seçimim var idi: ya 
“çumo”,  ya  da  satqın  olmalıydım.  Özümü  axmaqlığa  vurub  hər 
gün  döyülməyi  seçdim.  Hərbi  and  qəbul  edənə  qədər  o  qədər  də 
döymürdülər. Qaçmaq ehtimalı hamısını narahat edirdi. Hərbi and 
qəbul  edib  bölüklərə  bölündüyümüz  gün  axşam  bütün  gənc 
əsgərləri  sıraya  düzüb  “eşşək  sudan  gələnə  qədər”  çırpdılar.  Sə-
hərisi gün hərə öz yolunu seçmişdi. Bütün çətinliklərə baxmayaraq 
xidmətə  davam  edirdim.  Arxamca  gələn,  mənə  baş  çəkən  demək 
olar ki, yox idi. Köhnə əsgərlər tərəfindən təxminən 10 gün ardıcıl 
döyüldükdən sonra özüm haqqında fikir formalaşdırmışdım.   
“Professor möhkəm uşaqdı sınmadısa, satmadısa daha dəy-
məyin.”  Daha  köhnə  əsgərlər  məni  “kaptyorkaya”  çağıranda  ey-
nəyimi də gözümə taxıb gedirdim...” 
 
Orxan gündən-günə artan  əsgər ölümlərini  xatırladı. 
Deməli  son  on  ildə  heç  nə  dəyişməmişdi.  Bəlkə  də  xilas  et-
məsələr  ordunun  növbəti  qurbanlarından  biri  Nicat  ola  bi-
lərdi.  
 
“Şəhərin göbəyində yerləşən hərbi hissədə xidmət et-
miş  Nicat  bu  qədər  əziyyət  çəkibsə,  gör  döyüş  bölgəsində 
vəziyyət  necə  olub”.  Orxan  zabit  kimi  xidmət  etdiyi  hərbi 
hissəni xatırladı. Əsgərlərlə ünsiyyəti az olurdu. Səhhətində 
problem  yaranan  əsgəri  ən  çıxılmaz  vəziyyətdə  “Tibb  mən-
təqəsi”nə  gətirirdilər.  Adətən  Orxan  bütün  xəstələrini  hos-
pitala  yazırdı.  Çünki  xidmət  etdiyi  hərbi  hissədə,  xəstəyə 
vermək üçün ağrıkəsici belə tapılmırdı. Ordudakı ölümlərin 
sürətlə  artmasının,  atəşkəs  qurbanlarının  çoxalmasının  sə-


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə