CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 
İradi fəaliyyətin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, iracdı 
hərəkəti  insan  həmişə  bir  şəxsiyyət  kimi  icra  edir.  Məhz  bununla 
əlaqədar  olaraq  insan  iradi  hərəkətin  icrası  üçün  tam  məsuliyyət 
daşıyacağını aydın dərk edir. İnsan əsasən iradi fəaliyyət sayəsində 
özünü  bir  şəxsiyyət  kimi  dərk  edir,  aydın  surətdə  başa  düşür  ki, 
özünün həyat yolunu, taleyini tam surətdə özü müəyyən edir. 
İradi  fəaliyyət  prosesində  şəxsiyyətin  müvafiq  iradi  keyfiy-
yətləri təzahür edir və formalaşır. 
İnsanlarda  iradi  fəaliyyət  müxtəlif  formada  cərəyan  edir.  Biri 
təkidlilik  göstərir,  digərində  bu  keyfiyyət  müşahidə  olunmur,  biri 
qərar qəbul edərkən özünü çox  müstəqil  aparır, digəri, əksinə, tez 
təsir  altına  düşür,  biri  öz  əzmi  ilə  hamını  heyran  edir,  digəri 
qətiyyətsizliyi  ilə  fərqlənir.Belə  keyfiyyətlər  çoxdur.  Biz  burada 
onların ən mühümləri barədə - müstəqillik, qətiyyətlilik, təkidlilik, 
soyuqqanlılıq haqqında məlumat verəcəyik. 
Müstəqillik  -  həm  iradi  hərəkətin  motivində,  həm  də  qərar 
qəbulunun  xarakterində  təzahür  edir.  Müstəqilliyin  mahiyyəti 
ondan  ibarətdir  ki,  insan  öz  davranışını  təsadüfi  təsirlərə,  ət-
rafındakıların təzyiqinə deyil, müvafiq şəraitdə necə hərəkət etmək 
haqqında  öz  bilik,  əqidə  və  təsəvvürlərinə  əsaslanaraq  müəyyən 
edir. 
Qətiyyət. Bu iradi keyfiyyət öz vaxtında, lüzümsüz tərəddüdə 
yol  vermədən  kifayət  qədər  əsaslandırılmış  qərar  qəbul  etmək  və 
onu  düşünülmüş  bir  şəkildə  həyata  keçirmək  qabiliyyətində  ifadə 
olunur.  Bu  mühüm  iradi  keyfiyyətin  əksini  qətiyyətsizlilik  təşkil 
edir. Qətiyyətsizlik qərar qəbulu prosesində təzahür edə bilər. Belə 
ki, qətiyyətsiz adam tərəddüd edir, seçdiyi hərəkətin düzgünlüyünə 
inanmır,  ona  şübhə  ilə  baxır,  motivlər  mübarizəsi  nəhayətsiz 
prosesə  çevrilir.  Qətiyyətlə  yanaşı,  nəzərdə  tutulmuş  qərarların 
müvəffəqiyyətlə  həyata  keçirilməsini  təmin  edən  olduqca  mühüm 
iradi  keyfiyyətlərdən  biri  təkidlilikdir.  Təkidlilik  insanın  uzun 
müddət və zəifləməyən enerji gərginliyinə qabil olduğunu göstərir. 
Planlaşdırılmış məqsədə çatmaq yolunda meydana çıxan çətin- 
 
 
26 
 


liklər  onu  qorxutmur,  o  dönmədən  qarşısına  qoyduğu  məqsədə 
doğru  hərəkət  edir.  Təkidlilik  ilə  tərslik  arasında  böyük  fərq 
vardır.  Tərslik  real  şəraiti  düzgün  qavrayıb  qiymətləndirə 
bilməməkdə,  dəyişmiş  şəraitə  çevik  münasibət  göstərə  bilmə-
məkdə  ifadə  olunur.  İnsan  iradəsinin  zəifliyi  bunda  özünü  gö-
stərir. 
İradi fəaliyyətin yüksək səviyyəsi çox parlaq şəkildə insanın 
özünü  ələ  almaq  (dözümlülük,  soyuqqanlılıq)  bacarığında 
təzahür edir. 
İnsan bacarığı sayəsində özünü ələ alaraq təhlükəlilik, qorxu, 
kimi  maneələri  aradan  qaldırır  və  düşünülmüş,  əsaslı  surətdə 
qəbul etdiyi qərarı həyata keçirmək qabiliyyətini göstərir. Başqa 
sözlə  desək,  soyuqqanlılıq,  arzuedilməz,  həm  də  şüurlu 
təhrikedici  qüvvələri  özünə  tabe  etmək  bacarığından  ibarətdir. 
İradə  insanın  özü tərəfindən  bəyənilməyən  hisslərin:  əsəbiliyin, 
qorxu,  hiddət,  qəzəb,  ümidsizlik  affektlərinin  və  s.  təzahürünü 
cilovlamaq bacarığında ifadə olunur. 
Şəxsiyyətin  iradi  keyfiyyətlərinin  inkişafı  prosesinə  müəy-
yən  yaş  dövründə  yeni,  həm  də  olduqca  mühüm  bir  amil  -
özünütərbiyə  əlavə  olunur.  İnsan  şüurlu  olaraq  özündə  lazımi 
iradi  keyfiyyətlər  tərbiyə  etməyə  başlayır.  Psixi  fəaliyyətin  heç 
bir  sahəsində,  məsələn,  nə  təxəyyül,  nə  təfəkkür  sahəsində  və 
başqa sahələrdə insan öz üzərində hakim olduğu iradi hərəkətlər 
sahəsində olduğu qədər aydın surətdə hiss edə bilmir. Ona görə 
də şəxsiyyətin təşəkkülündə onun  inkişafının elə  dövrü  mühüm 
mərhələ  təşkil  edir  ki,  həmin  dövrdə  böyüyən  insan  nəinki  öz 
hərəkət  və  davranışını  tənqidi  cəhətdən  qiymətləndirməyi 
bacarır,  həm  də  öz  qarşısında  özünütərbiyə  və  öz  şəxsiyyətinin 
keyfiyyətini dəyişmək vəzifəsini qoyur. 
 
Şəxsiyyətin fəaliyyətinin hissi-emosional sahələri 
 
Hər  bir  insan  gündəlik  həyatda  gah  sevinir,  gah  kədərlənir, 
gah  qəzəblənir,  gah  da  şadlanır.  Bütün  bunlar  nə  ilə  əla-
qədardır? Emosiya  nədir? Hiss deyəndə  nəyi  başa düşürük? Bu 
kimi suallara cavab verməyə çalışaq. 
 
27 


İnsan  təbiətin  və  cəmiyyətin  inkişaf  qanunları  əsasında, 
cəmiyyət  üzvləri  ilə  qarşılıqlı  münasibətdə,  ünsiyyət  şəraitində 
fəaliyyət  göstərir  və  inkişaf  edir.  Bu  münasibət  və  ünsiyyət  şə-
raitinin  bəziləri  insanın  xoşuna gəlir,  bəziləri gəlmir,  bəzisinə  isə 
laqeyd olur. Bütün bunlar müxtəlif hisslərdə öz əksini tapır. Lakin 
hisslərin mənbəyi olan insanlar, obyektiv aləm, cisim və hadisələr 
həmişə eyni cür təsir edən hisslər yarada bilmirlər. Belə ki, adam 
bir  vaxt  ehtirasla  sevdiyi  bir  insana,  cisim  və  hadisəyə  zaman 
keçdikcə  dərin  nifrət  bəsləyə  bilər.  Bundan  başqa  eyni  cisim  və 
hadisə müxtəlif adamlarda müxtəlif hisslər yarada bilər. 
Deməli,  hisslər  insanın  münasibətləri  ilə  bağlıdır.  Bu  cəhəti 
nəzərə alsaq ona aşağıdakı kimi tərif verə bilərik: 
Hiss və emosiya insanın dərk etdiyi cisim və hadisələrə, başqa 
adamlara,  həmçinin  rəftar  və  davranışına,  fikir  və  arzusuna 
bəslədiyi münasibəti ifadə edən psixi prosesdir. 
Hisslər  obyektiv  aləmə  bəslənən  subyektiv  münasibətin 
inikasıdır.  Belə  münasibəti  ifadə  edən  hisslər  iki  əsas  funksiya 
yerinə  yetirirlər.  Birincisi,  hisslər  ətraf  aləmdə  baş  verən 
hadisələrin  hansının  insan  həyatı  üçün  faydalı  və  ya  təhlükəli 
olduğunu  bildirən  siqnal  funksiyasıdır.  İkinci  isə  hisslər  insanın 
fəaliyyətində  motiv  kimi  çıxış  edir  və  onları  müəyyən  istiqamətə 
yönəldə bilir. 
Hissin  obyekti  ətrafdakı  cisim  və  hadisələr,  başqa  adamlar 
onun subyekti isə şəxsiyyətin özüdür. İnsanın şəxsi münasibətləri, 
onun  ətraf  aləmə  olan  düşüncə  və  fikirləri,  emosiya  və  hisslərdə 
ifadə  olunur.  Əgər  təkamül  prosesinə  nəzər  salsaq  görərik  ki, 
emosiyalar  orqanizmin  tələbatı  ilə  bağlı  olmuşdur,  insanın 
davranışını daxilən tənzim edən bir prosesdir. 
Hisslər  də  başqa  psixi  hadisələr  kimi,  beyin  fəaliyyətinin 
məhsuludur. Onun əmələ gəlməsində qabıqaltı sahələrdə baş verən 
sinir prosesləri mühüm rol oynayır. Beyinin hipotolamus, talamus 
və  hippokamp  sahələri  ürəyin,  tənəffüs  və  həzm  orqanlarının, 
həmçinin daxili ifrazat vəzilərinin fəaliyyətini tənzim edir. Həmin 
üzvlərin fəaliyyətində olan hər hansı dəyişiklik müəyyən hissin baş 
verməsinə səbəb olur. Bunu 
 
28 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə