Cavid Cəfərov. İdrak xəzinəsi



Yüklə 260,36 Kb.
səhifə8/8
tarix25.06.2018
ölçüsü260,36 Kb.
#51520
1   2   3   4   5   6   7   8

İdrak xəzinəsi   |   63  

 

 



Həyatımız çox qısa olduğundan yalnız  

dəyərli kitabları oxumalıyıq. 



 

Çarlz Rollin 

 

Kitab bizi alim və dahilərlə həmsöhbət edir. 

 

Samuel Smils 

 

Oxucu dəyərli kitabları, yazıçı isə 

bütün kitabları oxumalıdır. 

 

Bernar Şou 

 

Mütaliəni sevməyənə doqquz  

müəllim də azdır. 

 

Türk atalar sözü 




  

64   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Kasıb insanlar böyük elm xadimlərinin 

fikirlərini əldə edə bilərlər, yetər ki, oxumağı 

bacarsınlar. 



 

Samuel Smils 

 

İnsanlar mütaliəni vərdişə çevirsələr  

xoşbəxt olarlar. 

 

Sokrat 

 

Mütaliə insanı bütövləşdirir,  



insanlarla danışmağa hazırlayır, yazmaq isə 

yetkinləşdirir. 



 

Frensis Bekon 

 

 


İdrak xəzinəsi   |   65  

 

 

Keçmişdən və gələcəkdən xəbərdar  

olmaq istəyən adam, ən azı yüz kitab 

oxumalıdır. 

 

Çin atalar sözü 

 

Dünya dəyərli bir kitaba bənzər.  



Oxumağı və yazmağı bacarmayan dünyadan 

xəbərsiz qalar. 

 

Anonim 

 

Kitab cəhalət bataqlığından yeganə qurtuluşdur. 

 

Con Steynbek 

 



  

66   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Mütaliə ehtiyacı barıt kimidir, alovlanınca 



sönməz. 

 

Viktor Hüqo 

 

Mütaliə zövqünü Hindistan xəzinələrinə  



də dəyişmərəm. 

 

E. Gibbon 

 

Mütaliə bir dərman, oxuduqlarını anlamaq  



isə şəfadır. 

 

R. Necdət Evrimər 

 

Oxumaq qidadır 



 

Viktor Hüqo 


İdrak xəzinəsi   |   67  

 

 



Oxumaq, qadın və kişi hər müsəlmana fərzdir. 

 

Hz. Məhəmməd peyğəmbər (s.ə.s) 

 

Mütaliə etsən hər insanın bir kitab olduğunu 



görəcəksən. 

 

V. Elleri Çanninq 

 

Ömrünün dörddə üçünü oxumaqla 



keçirən insan, şübhəsiz namuslu insandır. 

 

Didro 

 

Oxumaq yaşamaqdır. 

 

Naməlum 



  

68   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Həyatımda iki gün kitab oxumamışam: ailə 



qurduğum gün və atamın öldüyü gün. 

 

Razi 

 

Dəyərli kitabları tələsik oxumayın. Çünki bu 



işiniz, məşhur bir muzeyi qaçaraq gəzməyə 

bənzər. 


 

Naməlum 

 

Kitablar doğru sözlər və nümunələrlə doludur. 



Oxuduqca özümüzü onlara görə nizamlamaq 

istərik. 

 

Naməlum 

 

 




İdrak xəzinəsi   |   69  

 

 



Kitabxananız şəxsiyyətinizin aynasıdır. 

 

Naməlum 



 

Özünüzü gücsüz və tək hiss etdiyiniz zaman 

kitabxanalara qaçın. 

 

Naməlum 

 

Spinozanın kitabxanasında 60 kitab varmış. 



Deməli, yaxşı seçilmiş 60 kitab, dahi bir filosof 

olmaq üçün kifayət edərmiş. 



 

Naməlum 

 

Zəka tarlası kitab ilə əkilər və biçilər. 



 

Naməlum 


  

70   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Uşaqlarınızın sabah söz sahibi olmasını 



istəyirsinizsə, bu gündən onlara yaxşı kitablar 

hədiyyə edin. 

 

Hz. Əli  

 

Mütaliə yazıçının düşüncə və duyğularına 



varmaq, onunla mübahisə etmək deməkdir. 

 

Naməlum 

 

Kitab etibarlı liman, səhifələr isə dənizdir. Bu 



dənizə baş vurduqmu, fırtınalardan qorxmarıq. 

 

Naməlum 



 

 


İdrak xəzinəsi   |   71  

 

 



Əndəlüsdən bizə qalan otuz kitab sayəsində 

atomu parçalaya bildik. Əgər bir milyon kitabın 

yarısı qalmış olsaydı, çoxdan kosmosda 

qalaktikalar arasında səyahət edirdik 



 

E. Küri 

 

Ağıllı adam kitablardan birbaşa həyatı oxuyur. 



 

Lin Yutanq 

 

Hər bir kitab bir toxumdur. 

 

Naməlum 

 

Mütaliə ilə əvvəlcə doğrunu fəhm edin. 



Doğrunu bilsəniz səhvi anlayarsınız. 

 

Farabi 


  

72   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Kitablar illər ötdükcə  



qocalmayan, köhnəlməyən yeganə dostlarımdır. 

 

Moris Rostan 

 

Kitabın qiyməti onun dəyərinə  



bərabər olmalıdır. 

 

Ceyms Brüs 

 

Yaxşı kitablar yazın ki, kəsilmiş ağaclara heyif 



olmasın. 

 

İngilis atalar sözü 

 

 



İdrak xəzinəsi   |   73  

 

 



Oxumaq istədiyiniz kitab yazılmayıbsa, özünüz 

yazın. 


 

Toni Morrison 

 

Yaxşı kitabların sonu olmur. 



 

R. D. Kyuminq 

 

Mən yaxşı kitabları ətrindən tanıyıram. 



 

Corc Robert Qissinq 

 

Kitabları oxumamaq onları yandırmaqdan 

daha ağır cinayətdir. 

 

Rey Bredberi 

 



  

74   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Elektron kitabxanalar ənənəvi kitabxanaların 



gələcəyə körpüsüdür. 

 

Abuzər Xələfov 

 

Kitabxana övladlarımıza ən qiymətli mirasdır. 



 

Ostin Birrell 

 

Kitabsız ev pəncərəsizdir. 



 

Henrix Mann 

 

Müdrik insan kitabları həyatı qədər sevər. 



 

Lin Yutanq 

 

 




İdrak xəzinəsi   |   75  

 

 



Oxuyan cəmiyyət, bilikli cəmiyyətdir 

 

Viktor Hüqo 

 

Kitab düşüncənin aynasıdır. 

 

Yekaterina 

 

Kitablar kamilliyi yayma vasitəsidir. 



 

Yan Komenski 

 

Yalnız o kitablar hörmətə layiqdirlər ki, həyatın 

mənasını dərk etməyə, insanların istəklərini 

anlamağa və davranışlarını başa düşməyə 

kömək edirlər. 

 

Maksim Qorki 




  

76   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Bəziləri kitabı onun həcminə görə 



qiymətləndirir. Sanki kitab ağlın deyil, qol 

əzələlərinin inkişafı üçündür. 

 

Qarsian-i-Morales 

 

Kitab hər biliyin alfa və omeqası, bütün 

elmlərin başlanğıcının əvvəlidir. 

 

Stefan Sveyq 



 

Kitablar özünüzə və başqalarına hörmət etməyi 

öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq 

sevgisiylə dolduracaq. 



 

Maksim Qorki 

 

 



İdrak xəzinəsi   |   77  

 

 



İnsanlar arasında olduğu kimi, kitablar arasında 

da özümüzü pis və ya yaxşı hiss  

edə bilərik. 

 

K. Helvesi 



 

Kitablar ölməzlik xassəsinə malikdirlər.  

Onlar insan fəaliyyətinin ən uzunömürlü 

məhsuludur. 

 

Smayls S. 

 

Ən yeni kitab-köhnə həqiqətləri sevdirməyi 

bacaran kitabdır. 

 

Vovenarq 



 


  

78   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Kitabın yaradıcısı insan, taleyini 



müəyyənləşdirən isə cəmiyyətdir. 

 

Viktor Hüqo 

 

Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə 

bənzər: ya sahilə çırpılıb parçalanar, ya tufana 

düşüb batar. 

 

Pifaqor 

 

Savadlı adam mütaliə etmirsə, təkrar 



savadsızlığa məhkumdur. İnsan gərək bütün 

ömrü boyu maariflənsin. 

 

A.V.Lunaçevski 

 

 



İdrak xəzinəsi   |   79  

 

 



Ömrünü mütaliəyə sərf edən adam  

heç vaxt ölmür. 

 

Hz. Məhəmməd Peyğəmbər (s.ə.s) 

 

 



Biliyinə qürrələnmə,  

bilmədiklərin bildiklərindən  

qat-qat çoxdur. 

 

Hümam Təbrizi 



 

Başqalarından öz qüdrətinlə üstün olmaqdansa, 

biliyinlə üstün olmaq məsləhətdir. 

 

Makedonyali İskəndər 

 



  

80   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir. 



 

V.Kubarev 

 

Döyüşdə silah lazım olduğu kimi, həyatda da 

bilik lazımdır. 

 

Jan Jak Russo 

 

Yazana zəhmət verməyən kitab, oxuyana da 



zövq verməz.  

 

G. Conson 

 

Oxumaq sənətlərdən ən ağırı, fəqət ən 

faydalısıdır

 

Höte 



İdrak xəzinəsi   |   81  

 

 



Elm ilə, ədəblə tapılır şərəf, 

Mirvari olmasa nə lazım sədəf? 

 

Məhəmməd Fizuli  

 

Mən öyrətdim onlara, öyrətdim bilik nədir, 

Oxumağı, saymağı dedim bir xəzinədir. 

 

Esxill 

 

Yarat bir əsər ki, adın ucalsın 

Sən ölüb gedərkən yerində qalsın 

 

Ə. Cami 

 

Bilmədiyi şeyi soruşsa hər kəs, 

Mənzilə düz gedər, yolu itirməz 

 

Sədi 


  

82   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Hər sözü bir ulduz, bir şəffaf almaz, 

Mənalar dünyası qaranlıq deyil, 

Bu böyük kitablar yaranır az-az, 

Çünki ömürlükdür, bir anlıq deyil 



S. Vurğun 

 

Dünyada nə qədər kitab var belə 

Çalışıb əlləşib gətirdim ələ 

Oxudum, oxudum, sonra da vardım 

Hər gizli xəznədən bir dürr çıxardım. 

 

Nizami Gəncəvi 

 

Bilik öyrənməyi ar bilən hər kəs, 

Dünyada mərifət qazana bilməz. 

 

Nizami Gəncəvi 


İdrak xəzinəsi   |   83  

 

 



Kamil ol şəxsdir ki, qoya yerində əsər 

Əsəri olmayanın yerində boş yellər əsər.  

 

Hz. Hadimi 

 

Kitab işıq saçar bir günəş kimi 

Kitabdır arifin könül həmdəmi.  

 

Ə.Cami 

 

Cahil birinin yanında kitab kimi səssiz ol! 



 

Mövlana Cəlaləddin Rumi 

 

Dünyanı qaranlıqdan qurtaran kitabdır. 



 

N.Ataç 

 


  

84   |   Kitab və mütaliə haqqında

 

 



 

 

İnsan olmaq üçün oxumaq gərəkdir! 



 

Aşıq Veysəl 

 

Mədəniyyətin təməli kitabdır. 

 

Naməlum 

 

Kitabın təsirini gördükdən sonra, hökmdarlar da 

kitab yazmağa başladılar.  

 

Alfred de Viqni 

 

Köhnə palto geyinsəniz də olar, yetər ki, yeni 

kitaba pulunuz çatsın. 

 

Ostin Felps 



İdrak xəzinəsi   |   85  

 

 

Kitablar necə də çoxmuş!?. Zaman  

necə də azmış!  

 

Frenk Zappa 

 

Bıçağın bülövə ehtiyacı olduğu kimi, ağlın da 



kitaba ehtiyacı var. 

 

Corc Martin 

 

Mənə elə gəlir ki, Cənnət kitabxanaya bənzəyir. 



 

Xose Lui Borxes 

 

Kitablar başqa aləmləri seyr etmək istəyənlər 

üçündür. 

 

Mark Tven 



  

86   |   Kitab və mütaliə haqqında

 

 



 

 

Kitabxanalar senzuradan başqa hamıya 

açıq olmalıdır. 

 

Con Kennedi 

 

Əgər siz yalnız başqalarının oxuduğu kitabları 

oxusanız, elə onlar kimi də düşünəcəksiniz. 

 

Haruki Murakami 

 

Əvvəlcə ən yaxşı kitabları oxuyun. Çünki bütün 

kitabları oxumağa onsuz da vaxtınız 

qalmayacaq.  

 

Anri David Turo 

 

 

 



İdrak xəzinəsi   |   87  

 

 



 

 

 

 

İstifadə olunmuş ədəbiyyat: 

 

 

1.

 



Aforizmlər: seçilmişlərdən seçilmişlər. Prof. Dr. 

Səlahəddin  Xəlilovun  təqdimatında,  Bakı,  Çaşıoğlu, 

2012, 560 səh. 

 

2.



 

Əli  Polad.  Üç  min  ilin  hikməti.

 

Bakı:  "Yurd" 



Nəşriyyat-Poliqrafiya Birliyi, 2004, 720 səh. 

 

 

 

 

 

 

 

 

 

 

 


  

88   |   Kitab və mütaliə haqqında

 

 



 

 

 

 

Çap tarixi: 01.04.2013.  

Formatı: 60x84

1

/



16

.  Həcmi: 5,5 f.ç.v. Ofset çapı. Ofset kağızı. 

Tiraj: 300. “Proqres” Nəşriyyatında çap olunub. 

Ünvan: Bakı ş. İ.Qutqaşınlı 97/2.  



  

Yüklə 260,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə