Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 23 Blok emal edən aqreqatlar və axın xətləri



Yüklə 0,72 Mb.
səhifə65/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   58   59   60   61   62   63   64   65   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 23

Blok emal edən aqreqatlar və axın xətləri

Blok emal edən əməliyyat avadanlıqları 1 və ya 2 əməliyyatı yerinə yetirə bilir. Bunun üçün hər avadanlıga 1 və ya 2 nəfər təyin olunur. İstehsal sahələrində 10-15 belə avadanlıq olarsa, coxlu sayda işçinin işə götürülməsi tələb olunur. Bu avadanlıqlar həmçinin böyük istehsal sahəsinin ayrilmasını da tələb edir.

Digər tərəfdən avadanlıqlar müxtəlif istehsal xarakterinə malik olduqları üçün istehsal prosesinin sinxron ritmi də təmin edilmir. Belə ki, bəzi avadanlıqlar blokları tək- tək emal etdiyi halda digərləri topa halda emal edir. Məsələn, blokların yapışdırılması tək-tək oldugu halda 3 tərəfli kəsmə əməliyyatında onlar topa halında kəsilir. Bu hal istehsal tsiklində dayanmalara səbəb olur. Digər bir çatışmayan cəhət hər bir əməliyyatda insan faktorunun olmasıdır.

Avadanlıqların nizamlanması və həmçinin blokların emal zonasına əl ilə verilməsi keyfiyyətin stabilliyini təmin etmir. Bloklar tək-tək emal olmadıgı üçün hər avadanlıq yaxınlıgında ehtiyat yarım fabrikatların yıgılması tələb olunur. Bu da öz növbəsində əlavə istehsal sahələrinin ayrılmasına səbəb olur.

Yuxarıda deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yüksək keyfiyyətli blokları emal etmək üçün daha fərqli avadanlıgın olması tələb edilir. Bu avadanlıqlar blok emal edən aqreqatlar və axın xətləri adlanır. Blok emal edən aqreqatlar bir- birilə nəqletmə vasitəsilə əlaqələndirilmiş müxtəlif təyinatlı əməliyyat avadanlıqlarından ibarətdir. Nəqletmə vasitəsi kimi müxtəlif növ transpartyorlardan istifadə edilir.

Konstruktiv quruluşuna görə aqreqatlar düz axınlı,karusel tipli və uzununa qoyub hərəkət edən qapalı formada olur. Aqreqatların daha genişləndirilmiş forması axın xətləridir. Onlar adətən blok bərkitmə əməliyyatlarından sonra yerləşdirilir.

Blok hazırlayan axın xətləri əsasən blokları dəyirmiləndirən, dəftərləri qatlayan, tənzif və kaptal yapışdıran yapışdırıcı və həmçinin bərkidici elementləri səthə sıxan qurgulardan ibarətdir. Bu qurgular arasında yarımfabrikatlar hərəkəti düz nəqletmə transpartyoru, zəncirli transpartyor, sıxıcılı transpartyor və traklı transpartyor vasitəsilə yerinə yetirir.

Avtomatik axın xətlərinin bir çox üstünlükləri var. Bu üstünlüklərə aşagıdakılar aiddir.

- Xətlərdən əməliyyatlar kompleks şəklində yerinə yetirilir.

- Əməliyyatlar arası dayanma vaxtları nəzərə catmayacaq dərəcədir.

- Bloklar yüksək keyfiyyətlə emal edilir.

- Bloklar tək-tək emal edilir

- Xəttin qurulması üçün kiçik istehsal sahələri tələb olunur.

- Xəttdə 1, 2 və ya 3 nəfər xidmət edir.

- İstehsal tsikli sinxron olaraq təyin edilir.

Blokların cild qapagı ilə birləşdirilməsi üçün stabil keyfiyyət təmin edilir. Bütün bunlarla yanaşı xətlərin bəzi çatışmayan cəhətləri də vardır. Əməliyyat avadanlıgının hər hansı biri xarab olduqda xətt dayanır. Xəttin qurulması üçün 1 dəfəlık böyük məbləgdə böyük kaptal qoyulur. Xəttə xidmət etmək üçün yüksək ixtisaslı mütəxəssislər tələb olunur. Xəttdə istiifadə olunan yarımfabrikatlara yüksək tələblər qoyulur.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə