Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Dəftər samonakladlarının quruluşu və iş prinsipi



Yüklə 0,72 Mb.
səhifə15/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Dəftər samonakladlarının quruluşu və iş prinsipi

Dəftərlər üst-üstə yıgılanda bu qurgu samonaklad, iç-içə yıgılanda isə samonaklad dəftər açma qurgusu adlanır.

Samonakladların işini təmin etmək üçün onlar əsas mexanizmlərlə təmin olunmalıdır. Əsas mexanizmlərə maqazinlər, dəftər ötürmə, dəftər ayırma, dəftərləri tutub maqazindən kənarlaşdırma, sorucu mexanizmlər, vakuum yaradan mexanizmlər aiddir. Maqazinlər dəftərlərin yerləşmə xüsusiyyətlərindən asılı olaraq şaquli və üfüqi ola bilər.

Şaquli mexanizmlər maşınlarda perpendikulyar istiqamətdə yerləşir və dəftərlər maqazinə üst-üstə şaquli olaraq yıgılır. Bu maqazinlər bəzən mailli də olur. Maillik şaquli xəttdə nəzərən bucaq altında olur.

Üfüqi maqazinlər səthə horizontal istiqamətdə yerləşir. Dəftərlər bu maqazində yan-yana yıgılır.

Şaquli maqazinlərə yıgılan dəftərlərin sayı məhdud olur. Çünki bu maqazinlər dəftərötürücü mexanizmlərlə təmin olunmur. Dəftərlər çıxış yerinə üst-üstə yıgılmış bütün dəftərlərin yaratdıgı agırlıq qüvvəsi hesabına verilir. Agırlıq qüvvəsi sonda olan dəftəri itələyərək çıxışa ötürür. Şaquli maqazin müəyyən bucaqlarla məhdudlaşdırılmışdır.Şaquli maqazinlər konstruksiyada az yer tutur. Lakin agırliq qüvvəsinin təsiri artdıqca sonuncu dəftəri cıxış zonasına ötürülməsi çətinləşir. Bu səbəbdən şaquli maqazinə məhdud sayda dəftər yıgılır.

Maili, şaquli maqazində dəftərlər kaskador axınlı yıgılır.

Horizontal maqazində dəftərlər yan-yana yıgıldıgı üçün istənilən sayda dəftər yıgıla bilər. Lakin dəftərlərin maqazinə verilməsi üçün transpartyor şəkilli xüsusi vərəq ötürmə mexanizminə ehtiyac olur.

Şaquli maqazinlərdə dəftərlərin sayı az oldugu üçün onlardan kiçik məhsuldarlıga malik aşagı sürətli maşınlarda istifadə olunur. Üfüqi maqazinlər isə daha məhsuldar və böyük sürətli maşınlarda istifadə olunur. Dəftərlərin maqazinə götürülərək emal zonasına ötürülməsi üçün bəzi xüsusi mexanizmlərdən istifadə olunur. Dəftərin götürülməsi üçün ilk növbədə sonuncu dəftərin dəftər topasından ayrılması tələb olunur. Bu səbəbdən maqazinə yıgılan dəftərlər dayaga söykənərkən onların kötük hissəsində təqribən 40 mm məsafə dayaqdan kənarda qalır.

Dəftərin topadan ayrılması üçün kötüyün sərbəst hissəsinə sorucular toxundurulur. Rezin qabıqlarla dəftərin səthi arasında vakuum yaradılır. Yaranmış vakuum soyuducunun bütün səthi boyu dəftər səthinə yapışmasını təmin edir. Bundan sonra sorucular tərpənməz ox ətrafında yarım dairəvi hərəkət edir. Bu hərəkət dəftərin sərbəst olan kötük hissəsini əyir. Beləliklə sonuncu dəftər topadan ayrılir. Sonra ayrılmış dəftər tutucu və dəftəri maqazinə kənarlaşdirici mexanizm vasıtəsilə maqazinə çıxarılir və dəftər emal zonasına ötürülür.

Sorucu mexanizmə əsasən aşagıdakı tələblər qoyulur:


  1. Rezin qabıgın səth üzrə tam oturması

  2. Tələb olunan vakuumun yaradılması

Dəftərlərin maqazindən kənarlaşdırılması üçün istifadə olunan dəftər tutucu və kənarlaşdırıcı mexanizm əsasən maşalı mexanizmlərdir. Bu mexanızmlər sürüngərli və sürüngərsiz olur. Lakin bu tip mexanizmlərin məhsuldarlıgı aşagı oldugu üçün onlardan demək olar ki, az istifadə olunur.

Müasir dövrdə əsasən daha məhsuldar olan diskli rotasion vərəq tutucu və çıxarıcı mexanizmlərdən istifadə olunur. Bu mexanizmlər yıgma və komplektləşdirmənin xarakterindən və həmçinin istifadə olundugu maşının xüsusiyyətindən asılı olaraq müxtəlif konstruksiyalı olur. Məsələn: tikişsiz bərkitmə cildləmə prosesində istifadə olunan mexanizm sapla tikilmə maşınında istifadə olunan mexanizmdən fərqlidir. Həmçinin yıgma kompleksində də müxtəlif növ vərəq tutucu və çixarıcı istifadə olunur. Yıgma kompleksləşdirmə əməliyyatında dəftərlər üst-üstə və ya iç-içə yıgıldıgı üçün müxtəlif konstruksiyalardan istifadə edilir. Əgər 1-ci halda dəftər samonakladından istifadə edilirsə, 2-ci halda dəftər açıcı samonakladdan istifafə olunur.

Həmçinin sapla tikmə əməliyyatında dəftər ortadan açılaraq yəhərvari stolun üstünə atılır. Dəftərlərin açılmasında şleyfli və şleyfsiz dəftərlərdən istifadə edilir. Şleyfli dəftərlərin bir tərəfi digərinə nisbətən daha böyük olur.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə