Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

Skot Han: Əziz Anam
imanına  sığınıb  "  Mən  Rəbbin  quluyam,  qoy  mənə  sənin 
dediyin kimi olsun." deyərək cavab vermişdir (Luka 1:38). 
Məryəm  sayəsində  Müqəddəs  Kitablarda  dəfələrlə 
haqqında danışılan və Onun sayəsində həm ilanın, həm də 
ilana  bənzəyən  bütün  pis  mələk  və  insanların  yox 
edilməsini mümkünləşdirən xilaskar doğulmuşdur. 
("Tryphon ilə dialoq" 100)
Həvva  və  Məryəmin  oxşar  və  fərqli  cəhətlərini 
müqayisə etmiş və müqayisə edərkən Justinus Pavelin İsa 
və  Adəmlə  əlaqədar  söylədiklərini  izləyir.  Pavel  deyir: 
"Adəmdə hər kəs ölər'' halbuki "İsada hər kəs yaşayar" (1 
Kor.  15:49).  "İlk  insan  Adəm  canlı  bir  varlıq  oldu. 
Sonuncu Adəm isə həyat verən ruh oldu" (1 Kor. 15:45). 
"Adəm bizim ölümlü və dünyəvi ailəmizin davamını təmin 
edərkən,  İsa  bizim  ölümsüz  və  ilahi  ailənin  fərdləri 
olmağımızı təmin etdi" (1 Kor. 15:49).
Justinus,  Həvva  və  Məryəmin  -  ikisinin  də  bakirə 
olduqlarını, Həvvanı "İlanın sözünü dölləndirən" Məryəmi 
isə  "Rəbbin  sözünü  dölləndirən",  kəslər  olaraq  təsvir 
etmişdir.  “Rəbbin  lütfü  ilə  Məryəmin  itaətliyi  Həvvanın 
itaətsizliyini və bunun səbəb olduğu ən məhvedici təsirləri 
aradan  qaldırmaq  üçün  vasitə  oldu”  -  deyərək  Justinus 
yazısını bitirir.
LYONLU İRENEUS
Məryəmlə  əlaqədar  yazılı  sənəd  zənciri  Justinusdan, 
kilsənin  Məryəmi  Yeni  Həvva  olaraq  qəbul  edilməsində 
iştirak edən Lyonlu İreneusa qədər uzanmaqdadır. İreneus 
da  yolunu  çəkərkən  həvari  Yəhyanın  izi  ilə  getmişdir. 
İreneus  imanını  şəxsən  Yəhyanın  şagirdi  olan  İzmirli 
müqəddəs  Polikarposa  borcludur.  Bəlkə  yenə  də, 
34


Skot Han: Əziz Anam
İreneusun  bir  çox  yerdə  İsadan  Yeni  Adəm,  Məryəmdən 
də  Yeni  Həvva  olaraq  danışmasının  səbəbi  Yəhyadan 
təsirlənmiş olmasıdır.
Əslində, Yaradılışın xülasəsi olaraq İsada nəticələnən 
təlim, İreneusun təməl fikirlərindəndir. Müqəddəs Pavelin 
düşüncələrindən  yola  çıxaraq,  Adəmlə  itirdiyimiz  Rəbbin 
oxşarlığında  olan  şəxsiyyətimizi,  qurtuluşu  yenidən 
qazana  bilək  deyə  İsa  bizim  üçün  "bədən"  alıb,  "insan" 
olduğu  zaman  özündə  insanlığın  uzun  tarixi  boyunca 
edəcəklərini reallaşdırmış oldu.
Yəhya  kimi  İreneus  da  bu  tarixi  hadisədə  Yeni 
Həvvanın  əhəmiyyətli  rolunu  görə  bilmişdi:  "Həvvanın 
itaətsizliyi  ilə  atılan  sıx  düyün  Məryəmin  itaəti  ilə  açıldı. 
Bakirə  Həvvanın  imansızlığı  ilə  atdığı  düyünü  Bakirə 
Məryəm  imanı  ilə  açdı."  Son  paraqraflarda  İreneus 
Müqəddəs  Kitabda  izah  edilənləri  analizi  edərək 
Məryəmin itaəti ilə Həvvanın itaətsizliyini müqayisə edir.
Sonralar  ortaya  çıxan  bir  kitabda  düşüncəsini  daha 
irəliyə  daşıyıb.  "Madam  ki,  əvvəlki  Həvva  Rəbbə  qarşı 
gəldi, sonrakı Həvva da Rəbbə itaət etdi, Bakirə Məryəm 
Bakirə  Həvvanın  etdiyi  bir  səhvi  düzəltdi.  Beləcə,  insan 
oğlu  bir  bakirə  üzündən  ölümün  pəncəsinə  düşdüyünə 
görə  yenə  bir  bakirə  vasitəsilə  bu  vəziyyətdən  xilas 
olmuşdur." Burada İreneusun Məryəmdən bir vasitəçi kimi 
bəhs etməsi [Həvari Vəzinin Dəlili] oxuculara ən azından 
Qanadakı  mərasimdə  vasitəçilik  mövzusundakı  gücünü 
göstərir.
Son  olaraq,  İreneus  Məryəmin  analığını  ondan  Kilsə 
olaraq  bəhs  edərək  İsadan  bütün  məsihçilərə  daşıyır. 
İsanın  doğulması  insanları  Rəbbə  daşıyacaq  tərtəmiz,  ən 
müqəddəs hadisə deyə izah edir.
35


Skot Han: Əziz Anam
AFRİKA XATİRƏLƏRİ
Efesdə Justinus, Fransada İreneusun hər ikisinin də ruhani 
olaraq  həvari  Yəhyanı  nümunə  götürdüklərini  söyləyə 
bilərik. Yəhyanın özündə qüdrətli bir təcrübə var idi, çünki 
o üç il boyunca İsanın yanında yaşadı, hətta sonrakı illərdə 
də  Bakirə  Məryəmlə  eyni  evi  bölüşdü.  Kardinal  John 
Henry Nyuman belə şərh edib:
“Bizə  Müqəddəs  Bakirəni  tanıdacaq,  gözlərimizi  dikə 
biləcəyəmiz  bir  həvari  varsa,  Rəbbimizin  xaç  üzərində 
ikən  anasını  əmanət  etdiyi  bu  adam  müqəddəs  Yəhyadır. 
Bildiyimiz  kimi,  Bakirə  Məryəm  göyə  qaldırıldığı  günə 
qədər Efesdə bu həvarinin yanında qalmışdır. Daha əvvəl 
də  söylədiyim   kimi  ən  qədim  və  təfərrüatlı  şəkildə 
dəyərini  ortaya  qoyaraq  bizə  Məryəmin  İkinci  Həvva 
olduğu məlumatını çatdıran adam, Asiyadan Lyona gedən 
müqəddəs  İreneus  olub,  müqəddəs  Yəhyanın  ilk 
həvarilərindən təhsil almışdır.” (Mistik qızılgül 20)
Məryəmi  Yeni  Həvva  olaraq  qəbul  edən  yenə  yəqin 
ki,  müqəddəs  Yəhyanın  izi  ilə  gedən  neçə-neçə  insanlar 
vardır.  Şimali  Afrikada  üçüncü  əsrin  başlanğıcında  bu 
həqiqətdən düzgün bəhs edən Tertullianus yazmışdır: 
”Həvvanın  qulaqlarına  ölümün  təməlini  qoyan  tamah 
sözü  gələnə  qədər  bakirə  idi.  Eyni  şəkildə  yenə  bir 
bakirənin  qulağına  həyatı  yenidən  başladacaq  olan 
Rəbbin  sözünün  girməsi  lazım  idi.  Beləcə,  qadının  səbəb 
olduğu məhv olma yenə bir qadının sayəsində xilasa sahib 
olacaqdı.  Həvva  ilana  Məryəm  isə  Rəbbin  mələyinə 
inandı,  inanaraq  işlənən  günah  bu  dəfə  iman  inancı 
sayəsində aradan qalxdı.” (Məsihin bədəni haqqında 17) 
36


Skot Han: Əziz Anam
Başqa  qaynaqlarda  olduqca  qarışıq,  səhvli  və  səthi 
olmasına rəğmən Tertullianusun Məryəm Ana ilə əlaqədar 
olarak yazdıqları çox qəti, düz mühakimələrdən ibarət bir 
xəzinə dəyəri daşıyır.
İncili  oxuyarkən  nə  keçmişdə,  nə  də  indiki  zamanda 
Yeni  Həvva  ilə  əlaqədar  deyilənlər  zamanla  məhdudlaşa 
bilməz.  Əksinə  bildiklərimiz  həm  köhnə,  həm  ənənəvi 
olaraq bizə ötürülən ehtimal ki, gerçək qaynaq müqəddəs 
Yəhyanın  özüdür.  Əsrlər  boyunca  Onun  öyrətdikləri 
müqəddəs  Justinus,  müqəddəs  İreneus,  Tertullianus, 
müqəddəs Augustinus, müqəddəs Şamlı Yəhya, müqəddəs 
Aquinalı  Toma  və  daha  minlərcəsi  bu  təlimin  günümüzə 
qədər çatmasında iştirak etmişlər.
Bütün  bu  qiymətli  şəxslər  Yeni  Həvvanın  mesajını 
açıq  bir  şəkildə  çatdırmağı  hədəfləmişlər.  Öyrənməyə 
lazım olan mesaj budur: "Dünyaya gətirdiyi Oğul, yoldaş 
və  Ata  olan  Rəbbə  itaət  edin.  Sizə  hər  nə  söyləsə  əməl 
edin."  Orta  əsr  şairləri  mələk  Cəbrayılın  Məryəmi 
salamlayarkən istifadə etdiyi Latınca “Ave” sözünü tərsinə 
oxuyanda  Həvva  mənasını  verən  "Eva"  olduğuna  diqqət 
cəlb  etmişlər.  Buna  görə  də  Həvvanın  itaətsizliyinə  görə 
hamımızın  başına  gələn  pislikləri  Məryəmin  itaəti 
sayəsində  tərsinə  çevirib  yenidən  qazana  bilməyimiz 
mümkündür.
37


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə