Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

23
Əxlaq nəzəriyyəsi olan “Etika” xeyir, şər, ədalət, borc kimi kateqoriyaların 
münasibətlərini təhlil edir, mənəvi hisləri, emosiyaları, vərdişləri, adət və ənənə­
ləri nəzərdən keçirir. “Etika” insanın sirlərinə, onun digər insanlarla və bütün 
dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir. 
Beləliklə, “Etika” əxlaqa və əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını öyrənir. 
Lakin “Etika” nə əxlaqı, nə onun prinsip və normalarını, nə də yeni davranış 
qaydalarını  yaratmır,  o  yalnız  bunların  mənbəyini  və  mənşəyini  tədqiq  edir, 
insanın davranışı ilə əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiy yə tini 
öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir, əxlaq nəzəriyyələrini forma laş­
dırır. “Etika” yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu 
öyrədən normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli əxlaqi münasi bət lə­
rin və əxlaqın təbiətini öyrənən nəzəri təlimdir. Aristotel “Nikomax eti kası”nda 
(3, I kitab, I fəsil) yazır ki, “Etika”nın əsas məqsədi bilik yox, əməldir.
Digər fəlsəfi elmlər kimi, “Etika” da anlayış və kateqoriyalar sistemindən 
istifadə edir ki, bunların vasitəsilə gerçəkliyin ayrı­ayrı detalları, tərəfləri deyil, 
bütövlükdə gerçəklik əks etdirilir. Məsələn, “həqiqəti danışmaq xeyirxahlıqdır” 
mühakiməsi bütün adamlara və cəmiyyətə aid ola bilər. “Etika” özünəməxsus, 
ənənəvi kateqoriyalar olan xeyir və şər, ədalət və s. ilə bə rabər, həmçinin əxlaqi 
şüur, əxlaqi fəaliyyət, norma, məqsəd, münasibət və s. kimi universal an la yış lar­
dan da istifadə edir.
Əxlaqdan bəhs edən “Etika” yunanca “ethos” (tələffüzdə etos kimi də işlət­
mək olar) sö zündən olub, etimoloji mənası – adət, ənənə, xarakter, vərdiş, dav­
ranış, temperament deməkdir.
“Etika”nın həm termin, həm də ayrıca elm kimi yaranması Aristotielin adı ilə 
bağlı olsa da, bu prosesin formalaşması çox­çox əvvəllərə aid edilir. İbtidai döv­
rün dini təsəvvürləri, əsatirlər, nağıllar, atalar sözləri, zərb­məsəllər insanın təbiətə 
münasibətini, insanın dünyadakı mövqeyini, insanlar arasındakı müna sibətləri 
özünəməxsus şəkildə dərk etmək və əks etdirmək üçün ilk təşəbbüs olmuşdur. 
E.ə.  I  minilliyin  ortalarında  cəmiyyətdə  baş  verən  qlobal  siyasi  dəyi şikliklər, 
qəbilə­icma münasibətlərinin, köhnə adət­ənənələrin sıxışdırılması, dövlətin möh­
kəmlənməsi və hakimiyyəti öz əlinə alması yeni baxışların, ideal ların və insanlar 
arasındakı yeni münasibətlərin formalaşmasına tələbat yaratdı. Bu dövrdə qədim 
Hindistanda, Çində və Yunanıstanda müxtəlif etik nəzəriy yə lər meydana gəldi.
İlk dəfə olaraq Aristotel “ethosu” həm isim – “etika”, həm də sifət – “ethikos” 
kimi işlətdi. O, “ethos”u “insanların adət etdikləri yaşayış məskəni”, daha sonra 
isə sadəcə olaraq “adət”, “vərdiş”, “xarakter”, “temperament” kimi mənalardan 
uzaqlaşdıraraq insan keyfiyyətlərini, insanın fərdi xüsusiyyətlərini ictimai əxla­
qın  müəyyən  adət  edilmiş  formaları  ilə  vəhdətdə  nəzər dən  keçirən  “etik”  – 
“ethikos” şəklinə saldı. Aristotelin fikrincə, bu keyfiyyətlər “etik fəzilətlər” olub, 
“etika”nın əsas tədqiqat obyektini təşkil edir.


24
Etik fəzilətlər insanın xarakterinin, temperamentinin xüsusiyyətləri, habelə 
qəlbinin  keyfiyyətləridir.  Onlar,  bir  tərəfdən,  bədən  xüsusiyyətlərinə  aid  olan 
affektlərdən, digər tərəfdən isə əqli xüsusiyyətlərə aid fəzilətlərdən fərqlənirlər. 
Bu haqda biliklərin və etik fəzilətlərin məcmusunu bildirmək məqsədilə Aris to tel 
məhz “etika” terminini irəli sürmüşdür.
 Adında “etika” sözü olan ilk əsərləri də Aristotel yazmışdır: “Nikomax eti­
kası”, “Evdem etikası”, “Böyük etika”. Etik problemlər Aristotelin digər əsər lə­
rində də mərkəzi yer tutur. Məsələn, “İkinci analitika”, “Politika”, “Ritorika” 
və s. əsərlərində Aristotel etikadan əsasən 3 mənada söhbət açır: 
1) etik nəzəriyyə;
2) etik kitablar;
3) etik təcrübə.
Əsərlərin adlarının məhz “etika” sözü ilə bağlı olması ənənəsi Aristoteldən 
sonrakı dövr lərdə də davam edir. Məsələn, orta əsr fransız ilahiyyatçısı və filo­
sofu Pyer Abelyarın (1079­1142) “Etika və ya özünü dərk et” əsəri, fəlsəfəsinin 
əsas  hissəsini  etik  nəzəriyyələrin  işlən məsinə  həsr  edən  və  əslən  yəhudi  olan 
XVII əsr holland filosofu Benedikt Spinozanın (1632­1677) ömrünün sonunda, 
yəni 1677­ci ildə yazdığı və ölümündən sonra nəşr olunan “Etika” əsəri, irra­
sionalizmin nümayəndəsi olan alman filosofu Eduard Qartmanın (1842­1906) 
1898­ci ildə yazdığı “Etik oçerklər” kitabı buna misaldır.
“Etika” sözünün tarixi bir daha Roma zəminində təkrar olunur. Romalılar, 
xüsusən də Siseron yunan təcrübəsinə və birbaşa Aristotelə istinad edərək, öz 
dediyi  kimi,  latın  dilini  zən ginləşdirmək  məqsədilə Aristotelin  yunan  dilində 
olan “etik” anlayışından, “moralis”, yəni “əx laqi” terminini yaratdı. O, bunu tək 
halda “mos”, cəm halda “mores” kimi işlədib ki, bunlar da yunanca olan “ethos” 
sözünün birbaşa latın analoqudur. Siseron bu haqda “Tale haqqında” adlı əsə­
rində yazaraq əxlaq fəlsəfəsindən danışır, həm də bu zaman Aristotelin “Etika” 
adlandırdığı  biliklər  sistemini  nəzərdə  tutur.  Öz  yunan  sələfi  kimi,  xa siyyət, 
adət, xarakter, davranış, xassə, qanun, göstəriş, dəb (moda), paltar biçimi (fa­
sonu) mənalarını verən “moralis” dən sonralar, eramızın IV əsrində latın dilində 
“moralitas” – əxlaq termini yaranır ki, bu da yunan “etika” termininin latın ekvi­
valentidir.
Beləliklə, yunan dilindəki “ethika” və latın dilindəki “moralitas” sözləri eti­
moloji məz mununa görə bir­birinə uyğun gəlir. Bunlar xalq şüuru ilə deyil, təd­
qiqat məqsədilə süni surətdə yaradılmışdır. Bu gün dünyanın bir çox ölkə lərində 
“etika” və “moral” (əxlaq) sözləri geniş yayılmışdır.
Müasir etika yalnız fəlsəfənin digər bölmələrini deyil, həmçinin psixolo giya, 
pedaqogika, tarix, etnoqrafiya, sosiologiya, dinşünaslıq, estetika, arxeologiya və 
hətta biologiya ilə də sıx əla qədə inkişaf edir.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə