Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   2   3   4   5   6   7   8   9   10   ...   52

20
karyera  quran  adamların  əksəriyyəti  simasız,  tamahkar,  yaltaq  insanlar  idi. 
Amma partiya onları ideal insanlar kimi göstərməyi tələb edirdi. Bu tipik müs­
bət qəhrəman – əmək adamı idi. Ədəbiyyatda ya radılmış bu qəhrəman şəxsi 
mənafe və maraq hissindən məhrum, istehsalatda çalışan fəhlə idi. Hətta bu fəh ­
lənin belə heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində, müsbət qəhrəman kon­
sep siyası sosialist realizmində cəmiyyəti müsbət planda təqdim etmək üsulu idi. 
Buna isə sovet ədəbiyyatının təsdiq pafosu adı ve ril mişdi.
Lakin sosialist realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı, vicdanlı 
yazıçılar  da  olmuşdular.  Məhz  onlar  –  C.Cabbarlı,  S.Vurğun,  M.İbrahimov, 
İ.Əfəndiyev,  B.Vahabzadə  kimi  ya zıcılar  sovet  dövrü  Azərbaycan  ədəbiyya­
tında milli bir ədəbiyyat xətti yarada və qoruya bil mişdilər. Ona görə sosialist 
realizmi  ədəbiyyatının  içində  həqiqi  bir  milli  ədəbiyyat  yaran dığını  da  inkar 
etmək doğru deyildir.
Bütün bu deyilənlərdən bir nəticə çıxarmaq olar: ictimaiyyət arasında ideya­
mənəvi, e s tetik və əxlaqi tərbiyə işini, mədəni dəyərlərin tətbiqi sistemini tən­
zim ləmədən,  başqa  sosial,  siyasi,  iqtisadi  sahələrdə  mütərəqqi  nəticələrə  nail 
olmaq çətinləşər.


21
II HİSSƏ
ETİKA ELMİNİN MÖVZUSU VƏ VƏZİFƏLƏRİ
1. Etika elminin predmeti
Etika – fəlsəfi elmlər sistemində mühüm yer tutan əxlaq haqqında elmdir.
Hələ ibtidai dövrdə insanların müəyyən adət­ənənələr, qaydalar, qadağalar 
və s. formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni 
məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəv­
vürlərini  təşkil  edən  totemizm,  animizm,  fetişizm  və  magiyanın  təsiri  altında 
getdikcə dəyişirdi. Beləliklə, həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəv­
vürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi. 
İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da, 
qədim dövrə xas olan mifoloji dünyagörüş hələ yalnız “fəlsəfənin kandarına” 
çatmaqda idi. Bununla belə, sinkre tik (bölünməmiş) mifoloji dünyagörüş dünya 
haqqında  tam  təsəvvür  yaradan,  dünyanı  bütöv,  küll  halında  öyrənən  fəlsəfi 
dün yagörüşün sələfi oldu. Mifoloji dünyagörüş insanların siyasi, hüquqi, dini, 
elmi, fəlsəfi, əxlaqi, estetik və s. görüşlərini vəhdətdə əks etdirirdi.
Tam fəlsəfi dünyagörüş isə məhz antik quldarlıq dövründə formalaşdı. Qədim 
Hindistan və Çində əsası qoyulmuş müxtəlif fəlsəfi sistemlər məhz antik dövrdə 
sürətlə inkişaf etməyə başladı.
Dünyanın necə yaranması, insanın ölümü, həyatı və s. kimi suallar insanları 
hələ  qədim  dövrdən  maraqlandırsa  da,  o  zaman  onlar  bu  problemlərə  sırf 
mifoloji aspektdən yanaşır, bunları fəlsəfi cəhətdən nə 
ümumiləşdirə,  nə  də  dərk  edə  bilirdilər.  I  minilliyin 
ortalarında (e.ə. VII əsrdə) Hindistanda, Çində fəlsəfi 
məktəblər  yarandı  və  tezliklə  bu  dalğa  antik  dövrü 
bürüdü. Müxtəlif fəlsəfi suallarla dolu olan “Avesta” 
da məhz bu zaman meydana gəldi. Beləliklə, fəlsə fə­
nin əsas məsələsinin iki tərəfini təşkil edən – “dünya 
nədən  yaranıb”  və  “dünyanı  dərk  etmək  mümkün­
dürmü”  sualları  konkretləşərək  fəlsəfi  dünyagörüşün 
təməlini qoydu.
Antik dövrün ilk fəlsəfi məktəbi olan Milet mək­
tə binin  nümayəndələri  –  Fales, Anak si mandr, Anak­
simen  (e.ə.  VII  əsr),  sonrakı  dövrdə  pifaqorçular 
(e.ə. VI əsr), daha sonra Heraklit, Demokrit, Empedokl və b. əsasən obyekt­sub­
yekt (yəni dünya­insan) münasibətləri ilə məşğul olur, dünyada baş verən bütün 
Demokrit


22
hadisələri  kosmosla  əlaqələndirirdilər.  Bugünkü  mənasından  daha  geniş  olan 
antik “kosmos” anlayışına kosmosla yanaşı, təbiət, hətta insanda aid idi. Yalnız 
təbiəti  təhlil  etməklə  məşğul  olan  filosoflar  üçün  kosmos  ön,  insan  isə  arxa 
planda idi. Dünyaya bu cür yanaşma sonradan “kosmologizm” adlandırıldı və 
bu hal e.ə. V əsrədək davam etdi.
Dünyanın mahiyyətini anlamağa çalışan filosoflar fəlsəfənin ənənəvi prob­
lemləri olan “dünya necə yaranıb”, “dünyanı dərk etmək mümkündürmü”, “dün­
yanı  dərk  etmək  yolları  hansılardır”  və  s.  suallarla  yanaşı,  “insanın  dünyada 
mövqeyi”, “insanın həyatı”, “cəmiyyətdə fəaliyyəti”, “ictimai mahiyyəti”, “birgə­
yaşayış normaları” kimi həyati əhəmiyyətli digər məsə lələrə də cavab axtar mağa 
başladılar. Artıq filosoflar yalnız obyekt­subyekt (təbiət­insan) müna sibətləri ilə 
deyil,  həm  də  subyekt­subyekt  (insan­insan)  münasibətləri  ilə  də  maraqlanır­
dılar. Bu problemin sürətli inkişafı e.ə. V əsrdən, Sokratın dövründən başladı. 
“Kosmologizm” (dünya əhəmiyyətli problemləri kosmosa istinadən izah etməyə 
çalışmaq) “antropologizm”lə (antro pologiya – insan haqqında elmdir, bu nəzə­
riyyəyə görə, artıq kosmos arxa plana, insan ön plana keçir) əvəz edildi. “Əxlaq 
nəzəriyyəsi”  haqqında  təlim  yaradan  Sokratın  fikrincə,  idrakın  əsas  məqsədi 
özünüdərketmə idi. Bu alimin “öz­özünü dərk et, onda insanları və allahları da 
dərk edərsən” ifadəsi həmin dövrdə çox məşhurlaşmışdı. Beləliklə, insan, onun 
taleyi, həyatdakı möv qeyi, idrakı, özünü dərketməsi fəlsəfədə mühüm yer tutdu.
İnsanlar  arasında  müxtəlif  ictimai  münasibətlərin  formalaşması,  məsələn, 
xeyirxahlıq, qarşılıqlı hörmət, əməyə tələbat, bəşəriyyətə xidmət etmək istəyi, 
dərin və incə hislər və s. sosial münasibətlər sistemində mühüm yer tutan və 
əxlaqi münasibətləri öyrənən “Etika”nın da fəlsəfənin tərkibinə daxil olan digər 
elmlər kimi inkişaf edərək müstəqil elmə çevrilməsinə səbəb oldu. Fəlsəfi dünya­
görüşə daxil olan, yəni dünyanı fəlsəfi cəhətdən dərketmə vasitəsi olan təbiət 
elmləri, məsələn, riyaziyyat, zoologiya və s. inkişaf edib fəlsəfədən ayrıldıqdan 
və  müstəqillik  əldə  etdikdən  sonra  daha  fəlsəfi  elm  sayılmadığı  halda,  etika, 
estetika, dinşünaslıq və s. kimi ictimai elmlər fəlsəfədən ayrıldıqdan sonra da 
fəlsəfi  elm  olaraq  qalırdı.  Çünki  bu  ayrılma  həmin  elmlərin  fəlsəfi  xarakter 
daşımasına mane olmurdu. Onların bir­biri və fəlsəfə ilə həm dün yagörüş, həm 
də mifoloji bağlılığı əvvəlki kimi mövcud olaraq qalır.
Əxlaq haqqında elm olan “Etika” fəlsəfənin insan həyatının praktik məsə lə­
ləri ilə daha çox bağlı olan sahəsidir. O, insanın gerçəkliyə əxlaqi münasibət lə­
rinin qanunauyğunluqlarını, cəmiy yətin əxlaqi şüurunun strukturunu, insanların 
əxlaqi  təcrübəsini,  əxlaqi  görüşlərini,  insan  əməl lərinin  məqsədini,  insanın 
rəftarını  idarə  edən  motivləri,  onların  mənəvi  qiymətləndirilməsinin  obyektiv 
meyarını  aydınlaşdırır.  Etika  “insanın  davranışı  necə  olmalıdır”,  “insan  hansı 
mənəvi keyfiyyətə malik olmalıdır”, “hansı normaları rəhbər tutmalıdır” kimi 
suallara cavab verməyə çalışır.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə