Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   2   3   4   5   6   7   8   9   ...   52

17
Bu, ilk növbədə müasir müəl lif yaradıcılığına, həm də rea lizm epoxasına keçid 
idi. Romantik epoxanın keçid xarak teri ən çox onun tari xilik duyğusunun erkən 
xarakterində idi.
Romantik  qəhrəmanların  məna  və  ehtiraslar  baxımından  monumentallığı 
ümumi tipoloji bir xüsusiyyət idi. Romantik əsərlərdə bu qəhrəmanlar çox vaxt 
digər bir qəhrəmana qarşı deyil, bütün dünyaya qarşı qoyulurdu. Roman tik lərdə 
insanın iç aləminə, qəlb aləminə, estetik duy ğu larına maraq onların fərdi üslu­
buna bağlı deyildi. Romantiklərin insanın dərkində irəli lədikləri öz hüdudları 
vardı: onlar insanın psixoloji və emosional koordinatlarını təsvir etməkdə xeyli 
irəli  getmişdilər.  Lakin  romantik  qəhrəman  bütöv  halda  hələ  canlı  adamdan 
çox, insan konsepsiyası və ideyası idi. Onların çoxu kitab mədəniyyəti ilə bağlı 
olan  ideyaların  ədəbi  illüstrasiyası  kimi  yaradılırdı.  Onlarda  koloritli  adam 
cizgiləri universal adam ideyasının ciz gilərindən az idi.
Romantizmin klassik dövrü Böyük Fransa inqilabından, XIX əsrin birinci 
yarısına qədərki dövrü əhatə edir. Lakin onun Şərqi Avropa xalqlarının və bir 
çox  Şərq  xalqlarının  ədəbiy yatlarındakı  təzahürü  daha  sonrakı  dövrləri  əhatə 
edir.  Məsələn, Azərbaycanda  romantik  cərəyan  XX  əsrin  əvvəllərində,  realist 
cərəyanla eyni vaxtda yaranmış və M.Hadi, A.Səhhət kimi klas siklərin yaradı­
cı lığında özünü göstərmişdir. 
 Bir çox romantiklərdə konkret gerçəklik, tarixi reallığın özü qeyri­estetik 
bir şey sayılırdı. Böyük romantiklərin hamısı ədəbi tərbiyəsi, şəxsi zövqü baxı­
mından intibah dövrünün dahilərinə bağlı idilər. Onların universal əxlaqi və es te­
tik dəyərlərə, süjetlərə və qəhrəmanlara meyli də buradan irəli gəlirdi. Onlarda 
gerçəkliyin  qeyri­estetikliyi  barədə  qənaəti  ilk  burjua  inqilablarının  qanlı  və 
amansız təcrübəsi yaratmışdır.
4. Maarifçilik dövrü
XVIII  əsrin  ilk  onilliyinin  sonunda 
yaranıb, XIX əsrin iyirminci illərində bü­
tün  dünyaya  yayılan  maa rif çilik  tarixə 
ağıl, tərəqqi, milli mədəniy yət lərin inki­
şafı mərhələsi kimi daxil olmuşdur. İcti­
mai­siyasi, sosial­iqtisadi mahiyyət kəsb 
edən maa rifçilik öz faliyyətində və eyni 
zamanda inkişafında döv rün estetik fik­
rindən geniş istifadə edir, bədii yara dıcı­
lığın,  elmi­nəzəri  fikrin  ideya­təsir  gü­
cünə  arxalanırdı.  Heç  də  təsadüfi  deyil 
 “Uoldqreyv bacıları”. 
Rəssam Joşua Reynolds.


18
ki, maarifçiliyin beşiyi sayılan Fransada bu hərəkatın aparıcı, daşıyıcı simaları 
məhz fransız yazıçıları olmuş və onların yaradıcılığı əsasında fransız ədəbiy yatı 
maarifçiliyin  klassikası  hesab  edilmişdir.  Bu  da  tarixi  faktdır  ki,  “maarifçilik 
dövrü” terminini də tarixə məhz fransız dramaturqu Volter bəxş etmişdir. Dünya 
maarifçi estetikasının nüma yən dələri öz əsərlərində birinci vəzifə olaraq dövrün 
mə dəniyyət nəzəriyyəsinə, ağıl proqramına cavab verən məsələləri işıqlandırır, 
“biliksiz likdən bi liyə, az bilikdən tərəqqiyə, inkişafa” şüarı ilə çıxış edir və ən 
başlıcası, belə hesab edirdilər ki, yalnız elmi tərəqqinin sayəsində yeni ictimai­
iqtisadi, mədəni inqilab pilləsinə qalxmaq mümkündür. Təsadüfi deyil ki, Volter 
maarifçilik dövrü İngiltərəsini “Ağıl adası” adlandırmışdır. Maarifçilik hərəkatı 
nümayəndələri birmənalı şəkildə etika məsələsini irəli sürür və tarixi baxımdan 
onun həllini məqsədəuyğun hesab edirdilər.
5. Realizm dövrü
Romantiklərdə parlaq sosial təsvirlər tapmaq olar. Lakin bütünlükdə cəmiy­
yəti təhlil etmək, onun dərin qatlarına, siniflərinə, bütün peşə adamlarına bədii 
işıq  salmaq  yaradıcılıq  məq sədi  kimi  romantiklər  üçün  maraqsız  idi.  Onlar 
üçün həyatın prozası, adiliyi qeyri­estetik bir material sayılırdı. Lakin ro man­
tiklərin qeyri­estetik, ədə biyyat üçün maraqsız saydıqları həyat materialı realizm 
epoxa sının əsas bədii hədəfi oldu. Marksist nəzə­
riyyədə realizm, bir qayda olaraq, tipikliklə əla­
qə  ləndirilirdi. Şübhəsiz ki, tipiklik romantiklərdə 
də kifayət qədər var idi və onu realist ədəbiy yatın 
əsas əlaməti saymaq düzgün deyildi. O biri tərəf­
dən tipikliyin özü də nisbi bir anlayış idi. Bir­iki 
halı da, milyon variantda təkrarlanan va riantı da 
tipik adlandırmaq olardı.
Tənqidi realizmin ümumi əlaməti onun bütün 
böyük nümayəndələrinin içində yaşadıqları cəmiy­
yətə qarşı mənəvi (siyasi yox) müxalifətdə olma­
ları idi. Bu müxalifətçilik L.N.Tolstoy, M.F.Dos­
toyevski, İ.S.Turgenev, A.P.Çexov kimi rus tənqidi 
realistlərində daha güclü idi. Bu, Rusiya cəmiy yə­
tindəki faciəli ziddiyyətlərlə bağlı idi.
Tənqidi realizm epoxası üçün incəsənətin ta­
mam tarixilik prinsipinə keçməsi səciyyəvi idi. Zaman və məkan konkretliyi, 
birmənalı milli zəmində durmaq realizmin ilkin əlamətlərindən biri idi. Ona görə 
realizm epoxası hər xalqın ədəbiyyatına özünəməxsus tarixi və milli həqiqətləri 
Lev Tolstoyun portreti.
Rəssam İ.Repin.


19
əks etdirən bir hadisə kimi daxil olaraq, xalqların milli həyatının və tarixinin 
bədii mənzərəsi və salnaməsi kimi meydana çıxır. Romantizmdə bədii həqiqə tin 
belə milli konkretliyi prinsip səviyyəsində yox idi. İntibah, klassisizm, roman­
tizm  epoxaları  ədəbi  obrazın  məzmunca  tari xiləşməsi  baxımından,  ardıcıl  bir 
prosesin  mərhələləri  idilər.  Məhz  realizm  epoxasında  ədəbi  obraz  vasitəsi  ilə 
tarixi  həqiqətlərin  əks  etdirilməsinin  təkmilləşmə  prosesi  tamamlanırdı.  Ədə­
biyyatda realizmin əsas janrı olan iri nəsr – roman janrı milli bir janr olmağa 
və adlanmağa başladı. Milli tarixilik zəminində yazılan romanlarda bədii obraz 
sistemi  birmənalı  milli  və  konkret  tarixi  məzmun  daşıdığından,  roman  əsas 
milli janr hesab edilməyə başladı. Realist obraz estetik nöqteyi­nəzərindən sosial 
və milli əlamətləri əks etməklə yanaşı, həm də fərdi hə qi qətləri əksetmədə də 
ədəbi tərəqqinin yüksək səviyyəsi oldu.
6. Sosialist realizminin estetik prinsipləri
Sosialist realizmi termini SSRİ­də bolşevik inqilabından sonra sovet haki­
miyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. Sosialist rea­
lizminin əsas vəzifəsi sovet döv lətinin və kommunist 
partiyasının  üstünlüklərini  və  yaxşılığını  tərənnüm 
etmək idi. Bu təkcə poeziyadan yox, bütün janrlardan 
tələb olunurdu. Beşillik planlar, İ.Stalinin və V.Leni nin 
şəx siyyəti, kommunist partiyasının siyasətindən gələn 
bütün kampaniyalar ədəbiyyat tərəfindən himayə olun­
malı, böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi 
təqdim edilməli idi. Hələ proletar ədəbiyyatı dövrün­
dən başlayaraq, yazıçıdan həyatı inqilabi inkişafda gös­
tərmək tələb olunurdu. Bunun üçün xüsusi bir tipik lik 
konsepsiyası yaradılmışdı. Bir milyon fakt qeyri­tipik 
sayıla  bilərdi,  amma  inqilabi  inkişafı  göstərən  bircə 
fakt isə, əksinə, tipik elan olunurdu. Həyata belə ya­
naşmaq tələbi hər bir müəllifin istedadına qarşı zora kı­
lıq idi, çünki o, öz bildiyi və duy duğu şeyləri incəsə­
nətə gətirə bilməzdi. Əgər belə təşəbbüs edilsə idi belə, rəsmi tənqid si lahlanıb 
həmin yazıçını sovet gerçəkliyini təhrif etməkdə ittiham edirdi. Belə müəlliflər 
rəsmi partiya sənədlərində də pislənirdi. 
Müsbət  qəhrəman.  Sosialist  realizminin  əsas  estetik  prin siplərindən  biri 
sovet həyatının yaxşılığa doğru inkişafını göstərən, sosializmə xidməti – həyat 
idealı sayan insanların obrazlarını ya ratmaq idi. Əslində, həyatda belə adamlar 
yox idi, bəlkə, çox az və qüsurlu adamlar vardı. Partiya və dövlət orqanlarında 
“Fəhlə və kolxozçu”. 
Heykəltaraş V.İ.Muxina.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə