Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə5/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   2   3   4   5   6   7   8   9   ...   52

14
ESTETİKANIN YARANMA TARİXİNDƏN
1. Antik dövrün estetikası
Kitabın  etikaya  həsr  olunmuş  hissəsində  etik  və  estetik  baxışların  inkişaf 
tarixinə daha çox yer verdiyimizdən, bu hissədə müəyyən tarixi cərəyanlar və 
bu cərəyanların nümayəndələri haqqında qısaca şərh verəcəyik. 
Ümumiyyətlə, estetik baxışların yaranma tarixini antik 
dövrə aid etmək olar. Antik dövrün estetik fikirlərindən 
danışarkən, Pifaqor, Platon və Aristoteldən bəhs etmə mək 
mümkün deyil. 
Pifaqor  bizim  eradan  əvvəl VI  əsrdə  yaşamışdır.  O, 
musiqi in terval larının əsasını təşkil edən riyazi münasi­
bətləri üzə çıxarmışdır. Pifaqorun rəqəm estetikasının əsa­
sını  ən  əvvəl  rəqəmlərlə  əşyaların  bir­birindən  fərqlən­
diril məməsi təşkil edirdi. Lakin bu estetikanın müəy yən 
inkişaf  dövründə  artıq  rəqəmlərlə  əşyaları  bir­birindən 
seç məyə başlamışdılar.
Platon (Əflatun) – qədim yunan idealist filosofu, Sok­
ratın tələbəsi, Aristotelin isə müəllimi olmuşdur. 30­dan 
artıq  fəlsəfi  dialoqun  müəllifi  olmuş  (“Sofist”,  “Par me­
nid”, “Teetet”, “Dövlət” və s.) Platon idealist ba xışı mü­
dafiə etməklə dövrünün materialist təliminə qarşı müba­
rizə apar mışdır. Sokratın, pifaqorçuların, Parmenidin və 
Heraklitin  təlimlərindən  geniş  istifadə  etmişdir.  Platon 
varlığın  izahı  üçün  şeylərin  qeyri­cismani  for malarının 
mövcudluğu haqqında nəzəriyyəni inkişaf etdirmişdir. Bu 
qeyri­cismani formaları o, “görünüşlər” və ya “ideyalar” 
adlandırmış  və  onları  varlıqla  eyniləşdirmişdir.  Platon 
materiya  və  məkanla  eyniləşdirilmiş  olan  qeyri­varlığı 
“ideyalara” qarşı qoymuşdur. Ona görə hissi aləm “ide ya­
ların” və “materiyanın” törəməsi olmaqla, həm də onla­
rın arasında orta mövqe tutur. “İde yalar” əbədidir, “səma 
hüdudlarından kənardadır”, yaranmır, məhv olmur, məkan 
və zaman dan asılı deyil. Hissi şeylər keçicidir, nisbidir, 
məkan və zamandan asılıdır.
Aristotel – qədim yunan filosofudur. O, fəlsəfə, mən tiq, 
psixo logiya,  etika,  estetika,  siyasət,  fizika,  biologiyaya 
aid fundamental mə sə lə ləri tədqiq etmişdir. Aristotel Şərq 
ölkələrində və Azərbaycanda Ərəs tun adı ilə də tanınır.
Platon
Aristotel
Pifaqor


15
Hələ Platondan təhsil alarkən Aristotel onun varlıqlara müna sibətində ide­
ya ların ilkin olması nəzəriyyəsini tənqid edirdi (o, belə bir fikir də söyləmişdi: 
– “Platon mənim dostumdur, amma həqiqət daha qiymətlidir”). Aristotel gös tə­
rirdi  ki,  belə  yanaşma  dünyanı  anlatmır,  ancaq  cisimlərin  izahatı  lazım  gələn 
kəmiyyəti göstərir. Böyük filosof hesab edirdi ki, mahiyyəti olduğu “varlıqdan” 
ayırmaq olmaz: əgər varlıqlar duyğulu dərk edilən aləmdə vardırsa, onda ma­
hiyyət ideal axirət aləmində qala bilməz.
Aristotel maddi aləmin obyektiv varlığını qəbul edir və hislərə, anlayışlara 
və  təsəvvürlərə  real  şeylərin  törəmələri  kimi  baxırdı.  Varlığın  mahiyyətini  o, 
varlığın  özündə  axtarırdı.  Lakin  Aristotel  maddədə  yalnız  passiv  başlanğıc 
görürdü. Onun fikrincə, bu başlanğıc xüsusi aktiv başlanğıca – “formaya” tabe 
idi və buna görə də bütün “formaların forması”nın ən yüksəyi Allahdır.
Aristotel  estetikanın  tarixində  incəsənətə  gerçəkliyi  əks  etdirən  sahə  kimi 
yanaşmışdır. Bu sahədə o, öz müəlliminin – Platonun əsərini (“İdeyalar ide yası” 
əsərini) tənqid etmişdir. Onun fikrincə, bu ideya həqiqi həyatla əlaqəsizdir. Belə 
ki, estetika məsələlərinə insanların ictimai vəziy yətləri ilə sıx əlaqədə baxıl malıdır.
O, hesab edirdi ki, səxavət yalnız azad insana aid bir xüsusiyyətdir. Qullar 
heç zaman səxavətli ola bilməzlər, onlar pozğundurlar. Aristotel qulu ağasının 
“danışan alət”i simasında görürdü. Ona görə də bu alimin ictimai­siyasi və fəl­
səfi görüşləri özünün “ən mükəmməl sistem” saydığı quldarlığın möh kəm lən­
məsinə yönəlmişdi. Aristotel fəlsəfəsi bəşəriyyətin ictimai fik rinin sonrakı inki­
şafına çox ciddi təsir göstərmişdir. Aristotel Qərb fəlsəfəsinin inkişafı ilə ya naşı, 
Şərq və Azərbaycan fəlsəfəsinə də çox ciddi təsir göstərmişdir.
2. İntibah dövrü
İntibah dövrü dini və maarifçi ədəbi şərh dövrləri­
nin sərhədi, keçid dövrüdür. İntibahı şərtləndirən əsas 
hadisələrdən biri elmlərin, xüsusilə tarixi və təbiət elm­
lərinin müstəqil fənlər kimi formalaşması idi. Nəti cədə 
tarixin dünyəvi mənzərəsi ortaya çıxaraq intibah dahi­
lərinə anlatdı ki, tarix fatalist yazının yox, insanların, 
qəhrə manların və avantüristlərin fəaliyyətlərinin nəti­
cəsi olub. İntibah ədəbiyyatında insanlığın tarixi Allahın 
iradəsinin tarixi kimi deyil, insanların iradəsinin tarixi 
kimi  yaranmışdır.  İntibah  dövründə  qədim  yunan­
Roma  bütpərəst  mədəniyyətinin  və  tarixinin  bərpası 
baş  vermişdi.  Elə  renessans  sözü  də  fransızca  bərpa, 
dirçəltmə deməkdir. Təsadüfi deyil ki, renessans dövrü 
təkcə ədəbiyyatda deyil, rəssamlıq və heykəltəraşlıqda da, arxitektura və teatrda 
da özünü göstərmişdi.
“Xanım və  təkbuynuz”. 
Rəssam Rafael Santi.


16
Dini ədəbiyyat Allahla bağlı ideyaların şərhi idi. Şərqin Molla Rumi, Füzuli 
kimi dahiləri özlərini şair yox, Allaha yaxınlaşmaq, onu dərk etmək elminin – təri­
qət elminin xidmətçiləri sanırdılar. Onlar özlərinin Allaha məhəbbətləri qar şısında 
sanki müəllif yaradıcılığından imtina edirdilər. Lakin müəllif yaradı cı lığı bun­
dan köklü şəkildə fərqlənirdi. Müəllif – iddialı, ilk növ bədə isə şairlik, ədəbi və 
fəlsəfi yaradıcılıq iddiası olan şəxsiyyətdir. O, bu iddia ilə özünü Allahın xid­
mətçisi deyil, sənət və ədəbiyyatın xidmətçisi kimi tanıdır. Amma müəllif ədəbi 
yaradıcılığı Şeks pir, Servantes, Dante, Bokaçço kimi intibah dahilərinin əsərləri 
ilə insan ehtiraslarının tər cümanı oldu, insanı, onun gücünü, sevgisini və eyni za­
manda bütün eybəcərlik və qüsurlarını, yəni es tetik kateqoriyalarını tərənnüm etdi.
Məhz intibah dövründə ədəbi şərh, estetika, fəlsəfə və qədim tarix müstəqil 
elmlərə çev rilə rək dini ehkamlardan uzaqlaşdı. İntibah mütəfəkkirlərinin fəaliy­
yəti, habelə onların əsərləri maa rifçiliyin bö yük nümayəndələri Volter, Didro, 
Monteskyö və b. üçün örnək oldu. İntibah klassiklərinin əksəriyyəti rahiblər və 
ya dini təhsilli insanlar olsa da, lakin sanki tarixi prosesin özü dini ehkamlar çər­
çivəsindən çıxararaq, onları dünyaya yeni, sağlam dünyəvi nəzərlərlə bax mağa 
və bu baxışları təbliğ etməyə sövq etdi. Canlı həyata, insan ehtiraslarına, sevgi 
və faciələrə maraq intibah dövründə realizmin xüsusi formasını ortaya çıxardı. 
Buna intibah realizmi deyilir. Dini ədəbiyyat intibah dövründə tam aradan çıx­
madı, lakin bu ədəbiyyatın yanında əsas qəhrəmanı insan olan ədəbiyyat yarandı. 
Beləliklə, bütün mədəniyyətin mərkəzində Allah ide yası ilə yanaşı duran qəh rə­
man – iradəli, eyni zamanda tərəddüdlərə və səhvlərə meyilli olan insan obrazı 
meydana çıxdı.
3. Romantizm dövrü
Romantizm  dünya  mədəniy yə­
tində  maarifçi  ədəbi  tərəqqinin  bir 
dövrüdür. Ona görə ro mantizmi me ­
tod, cərəyan və s. kimi təqdim etmək 
əsassızdır.  Ro mantizm  ter mi nini  ilk 
dəfə  işlətmiş  alman  nəzəriy yəçisi 
Fridrix  Şlegel  1798­1800­cü  illərdə 
yazdığı  sil silə  jurnal  mə qalələrində 
romantizmi dövrün tələblə rinə ən uy­
ğun olan müasir sənət forması kimi 
təqdim edirdi.
Əlbəttə,  Şlegel  haqlı  idi,  çünki 
onun  dövründə  roman tizm  ədəbi 
tərəqqinin  ən  yeni  ten densiyalarını 
təm sil edirdi. Bu, keçid mərhələsi idi. Bəs onda gəlin, baxaq bu nəyə keçid idi? 
“Vezuvi vulkanının püskürməsi”.
Rəssam Yuhan Kristian Dal.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə