Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   2   3   4   5   6   7   8   9   ...   52

11
7. Gerçəkliyə estetik münasibət
Gerçəkliyə estetik münasibətin metodoloji mahiyyətini açaraq, tədqiqatçılar 
estetik mədə niyyətin inkişafının əsasını göstərmişlər. Onlar aydınlaşdırdılar ki:
  gerçəkliyin dərk edilməsi onun hissi qavrayışı ilə başlanır, bununla bəra­
bər, idrak prosesi hiss və rasionallığın vəhdətidir;
 estetik hislərin əmələ gəlməsinin və inkişafının əsasında fəaliyyət durur;
  şəxsiyyətin estetik fəaliyyətinin əsasını insanların maddi həyat şəraiti təş­
kil edir;
  estetiklik öz ideyalarına uyğun olaraq gerçəkliyin insan tərəfindən dəyiş­
di rilməsinin məq səd və şəraitinə daxildir;
 estetiklik ümumbəşəri xarakteri ilə özünü göstərir;
  gerçəkliyə emosional – hissi münasibət insanda müxtəlif quruculuq məsə­
lələrinə dərin ma raq oyadır;
  estetiklik, bütövlükdə insanın mənəvi formalaşması kimi, həm praktiki prob­
lemlərlə, həm də digər problemlərlə əlaqədardır.
Estetikanın çağdaş inkişafı onun predmetini üç əsas aspektdə müəyyən ləş­
dirməyə  yardımçı  olur.  Estetika  gerçəkliyin  özündə  olan  estetiklik  haqqında 
elmdir. O həm də insanın dərk edilən, yaradan, dəyişən estetik fəaliyyətini öyrə­
nir, bundan başqa, estetika incəsənətin əsas qanunlarını ümumiləşdirir.
Təbiətin estetik obyektivliyi problemi estetik düşüncənin qaynaqları ilə sıx 
bağlıdır (duy ğu, həzz, qiymət). Estetik düşüncənin, dərkin və qavrayışın qay nağı 
təkcə dünya ilə insan arasın dakı münasibət deyildir. Bu düşüncənin əsası – ob­
yek tiv gerçəkliyin özüdür, onun təbiə tidir. Məhz buna görə də estetik praktika 
təkcə insanın mahiyyətinin incəsənətdə özünüifadəsi deyil, o həm də idrak vasi­
təsi kimi çıxış edir, dünyanın obyektiv mövcudluğunun mahiyyətini açır. Buna 
görə də özünüifadə bütövlükdə estetik praktika deyil, ancaq dünyanın obyektiv 
estetik liyinin  dərkinin  müəyyən  konkret  ifadəsidir.  Deməli,  estetik  münasibət 
ancaq gerçək likdəki estetikliyin müəyyən bir elementi olmaqla, idrak obyekti­
nin, yəni bütövün tərkib hissəsidir.
8. Estetik fəaliyyətin subyekti
Estetik  fəaliyyətin  və  mədəniyyətin  subyekti  mücərrəd  fərd  deyil,  ictimai 
varlıqdır. O, meydana çıxan kimi nəinki hazır sosial münasibətlərlə, eləcə də 
müəyyən  maddi  və  mənəvi  nailiyyətlərlə,  o  cümlədən  əvvəlki  inkişaf  nəticə­
sində yaranmış estetik dəyərlərlə rastlaşmalı olur. Bu dəyərlər insan varlığının 
obyektiv şərtləri olur və estetik fəaliyyəti üçün əsas rol oy na yır. Sosial baxım dan 
qarşılıqlı təsir prosesində və məqsədyönlü tərbiyə nəticəsində estetik də yərlər 
gerçəkliyə estetik münasibətin istiqaməti kimi çıxış edir, estetik qiymətin meyarı 
kimi, estetik fəaliyyəti təşkil etməyə imkan verən əsasa çevrilir.


12
Subyekt  özünü  estetik  cəhətdən  nə  qədər  sərbəst  və  orijinal  ifadə  edirsə, 
onun “ən böyük sərvət olan digər adama ehtiyacı” bir o qədər güclənir. Digər 
adamla (adamlarla) ünsiyyətdə cəmiyyətin estetik mədəniyyəti formalaşır, fərdin 
bilavasitə həyəcanının estetik dəyəri yoxlanılır, onun gerçəkliyə estetik münasi­
bətinin orijinallığı və spesifikliyi ümumi sərvət kimi təsbit olunur. Fəaliyyət və 
informasiyanın  qarşılıqlı  mübadiləsi  əsasında,  həm  də  gerçəkliyə,  yeni  dəyər 
sistem lərinə estetik münasibətin yeni prinsipləri formalaşır.
9. Elmi-texniki tərəqqi və estetika
Məlum  olduğu  kimi,  insan  həm  dərk  edir,  həm  də 
qurur, yaradır. Sual oluna bilər ki, insana qədər təbiətin, 
maddi varlığın estetik xassəsi mövcud olmuş durmu? Bu 
suala cavab olaraq bil diririk ki, əlbəttə yox! Çünki hər şey 
insanla başlanır.
Estetik fəaliyyətin səmərəli xarakteri hər bir perdme­
tin estetik də yərinin təs  diqində reallaşır. Predmetin es te­
tik dəyəri subyektin aşkara çıxar dığı və qiymət ləndirdiyi 
obyektiv daxili və xarici əlaqələrin zən ginliyi ilə müəy­
yən ləşdirilir. Təbiət, yaxud sosial hadisə predmeti nə qə­
dər  bö yük  həcmdə  qeyri­estetik  sərvətlərlə  əhatə  edərsə 
və əlaqələndirilərsə, onun estetik dəyəri bir o qədər artar. 
Elmi­texniki  tərəqqinin  şəxsiyyətin  estetik  mədə niy­
yətinə təsiri problemi müasir esteti kanın ən az öyrənilmiş 
və mürəkkəb problemlərindən biridir. Prob lemin mürək­
kəbliyi  şəxsiy yətin  estetik  mədəniyyətinin  son  nəti cədə 
cəmiyyətin bütöv inkişafı ilə müəyyən olunması ilə əla qə­
dardır.
Şəxsiyyətin estetik mədəniyyəti ictimai münasibət lərlə, 
cə miy yətin mədəniyyəti ilə, onun elmi­texniki nailiyyət­
ləri ilə şərtləndiyi ki mi, eyni zamanda onların öz xüsusi 
fəallığının  məhsulu  kimi  də  özünü  göstərir.  İnsan  ətraf 
aləmi təkcə passiv surətdə müşahidə etmir, həm də yara dı­
cılıqla onu dəyişdirə bilir. Deməli, insanın şüuru obyek tiv 
dünyanı təkcə əks etdirmir, eyni zamanda onu yaradır.
Elmi­texniki  tərəqqi  estetik  mədəniyyətin  bir  sıra 
dəyişikliklərində  səbəbkar  rolunda  çıxış  edir.  Estetik 
mədə niyyətin  anlaşılmasının  çıxış  nöqtəsi  fərdi  yara dı­
cılıq for masında sosial və mənəvi dəyərlərin mənim sənil­
mə sidir. Elmi­texniki tərəqqinin təsiri altında təkcə este­
tik mədə niyyət deyil, həm də müasir həyat tərzi də dəyişir. 
Lütfəli Rəhim oğlu  
Əsgərzadə (Lütfi Zadə) 
– alim, Kaliforniya 
Berkli Universitetinin 
professoru 
Kərim Kərimov 
(1917­2003) – Kosmik 
uçuşlar üzrə Dövlət 
Komissiyasının sədri 
(SSRİ)


13
10. Yaradıcılıq və estetika
Gerçəklik, bizi əhatə edən aləm estetik baxımdan tərbiyədə mühüm rol oyna­
yır.  Təd qi qat çılardan  biri  obrazlı  şəkildə  bunu  belə  ifadə  etmişdir:  “Gözəllik 
insan  həyatına  –  günəşin  doğmasından,  aylı  gecədən,  quşların  cəh­cəhindən, 
qumda “sehrli qala” düzəldən uşağın yara dıcılıq fərəhindən və sairədən yara nan 
çoxsaylı qapılardan daxil olur”. Gözəllik, hisləri daşa dönməyə, qloballaş mağa 
imkan vermir. Kobud, estetik hisləri inkişaf etməmiş insan nəinki təbiət hadi sə­
lərinin və yaxud incəsənət əsərlərinin gözəlliyini duymur, həm də digər insa nın 
dərdi  və  sevinci  yanından  etinasızlıqla,  biganəliklə  keçib  gedir,  əsl  gözəlliyi 
saxta gözəllikdən fərqlən di rə bilmir.
Yaradıcılıq çoxcəhətlidir. Rəsm əsərləri, kinofilm yaradanlar, yaxud teatr səh­
nəsində müx təlif adamların obrazlarını canlandıranlar, zavod sexlərindəki dəz­
gahlarda  detalı  zövqlü  yonanlar  da  yaradıcılardır.  İnsan  hər  işdə  ustadır.  Ona 
görə  də  incəsənətdə  olduğu  kimi,  əməkdə  də  mühüm  bir  qayda  mövcuddur: 
 yaratmaq deyil, necə yaratmaq vacibdir”.
Bədii  mədəniyyət  cəmiyyətin  estetik  mədəniyyətinin  ancaq  bir  hissəsidir. 
Estetik fəaliyyət estetik mədəniyyət sisteminə ictimai praktikanın müxtəlif sfe­
ra larını cəlb edir. Eyni zamanda elmi­texniki inqilabın estetik fəaliyyətə qarşı­
lıqlı  təsir  prosesi  baş  verir.  Bu  iki  tendensiya  qov şağında  estetik  fəaliyyətin 
maddi  istehsal  sistemində  yeni  növü  –  dizayn  yaranmışdır.  O,  müasir  estetik 
mədəniyyətin mühüm elementi olmuşdur. Dizaynın məqsədi nəticə etibarı ilə 
maddi sərvətlər istehsalıdır. Lakin bu sərvətlər xüsusi özfəaliyyət – bədii kon­
struksiyalaşdırma əsasında estetik dəyərə malik olur.
Maddi istehsal sistemində cismin estetik dəyəri onun istehlak keyfiyyətinin 
göstərici lərindən biri kimi çıxış edir. Lakin dizayn ancaq hazır məhsul istehsalı 
ilə məhdudlaşmır. O, hələ öz rolunu itirməmiş köhnə əşyanın modernləşdi ril­
məsindən, cəmiyyətin tələblərini ödəyən yeni məmulat layihəsi verilməsindən 
başlana bilər. Lakin dizayn insanın bütün əşya mühitinin estetik təşkili ilə başa 
çatmalıdır. Dizaynerin bilavasitə vəzifəsi çox, yaxud az dərəcədə məhdud gö­
rünə bilər ki, bura məmulatın funksiyaları və konstruksiya xüsusiyyətləri nəzərə 
alınmaqla, məqsədyönlü və mükəmməl formanın yaradılmasını aid etmək olar. 
Lakin onun daha böyük vəzifəsi məhz insanın tələblərinə uyğun münasib əşya 
mühiti təşkil etməkdir. Estetik cəhətdən mütəşəkkil mühitin (məişət və isteh sa­
lat mühitinin) özü insanın davranışını cəmiyyətin qəbul etdiyi və bəyəndiyi nor­
malara uyğun olaraq istiqamətləndirir və həyata keçirir, yəni insanın davranış 
mədəniyyətində “əşyalaşır”.
Dizaynın mədəni­estetik funksiyası bununla da bitmir. Dizayn incəsənət və 
istehsalat  ara sında  vasitəçidir,  incəsənətin  yaratdığı  bədii  sərvətləri  və  ifadəli 
vasitələri texnikaya çevirməyə imkan verir. Bədii konstruksiyalaşma, öz növbə­
sində, texniki vasitələrin estetik baxımdan inter pretasiyasına şərait yaradır.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə