8
5. Estetik mədəniyyət
Qloballaşma şəraitində estetik mədəniyyət getdikcə daha böyük əhəmiyyət
kəsb edir. Estetik mədəniyyətin spesifikası və funksiyası subyektin dünyaya
münasibətinin azad özünüifadə etməsi ilə bağlıdır. Deməli, estetik mədəniyyət
insanın hər bir predmetdə onun öz növünün ölçüsünü tapmaq, tətbiq etmək və
beləliklə də, predmetin dəyərini aşkara çıxarmaq qabiliy yətində təzahür edir.
Estetik mədəniyyət estetik düşüncənin məhsuludur.
Estetik dü şüncə təkcə maddi baza əsasında yox, həm
də icma kollektivlərinin mənəvi həyatı əsasında yara nır.
Bir sözlə, estetik düşüncə bu və ya digər formasiyada
ictimai həyatın ən yüksək mənəvi forması kimi çıxış
edir. Məhz buna görə də estetik mədə niy yətdə ictimai,
siyasi, əxlaqi və dini baxışlar, təbiətin dərki, ətraf
mühitə müna si bət kimi çoxcəhətli mənəvi keyfiyyətlər
birləşir.
Deməli, estetik mədəniyyət insan və dünya, insan və
insan və nəhayət, insan və cəmiyyət arasındakı köklü
münasibətləri birləşdirən mənəvi inkişafın zərurə tindən
doğan ictimai şüur formasıdır. Dünyanın, maddi alə min
insan düşüncəsində estetik şəkildə əks olunmasını yara
dan səbəb nədir? Bu tələb, hər şeydən əvvəl, insan
mənə viyyatının mövcudluq zərurətidir. İnsan ya radıcıdır. O, gördüyünü, sadəcə,
olduğu kimi görmür, onu yenidən yaradır; ona özünəməxsus duyğu əlvanlığı,
emosional çalarlılıq, fikir zənginliyi verir; hadisəni, predmeti öz mənəvi alə
minin daşıyıcısına çevirir. Deməli, estetik tələbat ictimai varlığın dünyanın mü
rəkkəbliyi və sa dəliyi ilə birlkdə qavramaq, anlamaq, duymaq və dərk etmək
qabiliyyətinin imkanından doğur və onu şərtləndirir. Bu tələb necə formalaşır
və insan cəmiyyətinin başlanğıcından hansı şəkildə estetik düşüncənin obyek tinə
çevrilir? Gerçəkliyin dərk edilməsi gözəllik qanunları əsasında baş verir. Bu
zaman isə hər şey gözəllik obyektinə çevrilir.
6. Gözəllik nədir?
Gözəllik haqqında çoxlu nəzəriyyələr olmuşdur. Bir qisim nəzəriyyəçilər
iddia etmişlər ki, həqiqi aləmdə gözəllik yoxdur və gözəllik haqqında fikirlər,
mülahizələr anadangəlmə, yaxud yuxarıdan təlqin olunur. Onların digər qismi
isə təbiətdəki gözəlliyi ilahi ruhun inikası hesab et mişlər.
Üçüncü qisim nəzəriyyəçilər də belə fərz etmişlər ki, gözəllik, gu ya, insandan
asılı olmayaraq yaşayan və insan üçün görünməz olan əbədi ideyalardan ibarətdir.
“Mona Liza”. Dahi italyan
rəssamı Leonardo da
Vinçinin əsəri
9
Onu da qeyd edək ki, bu nəzəriyyələrdən ən əhəmiyyətlisi N.Q.Çer nı şevskinin
nəzəriyyəsi olmuşdur. Onun belə bir tərifi çox məşhurdur: “Gözəllik bizim təsəv
vür etdiyimiz həyatdır; o əşya gözəldir ki, o, özündə həyatı əks etdirir və ya bizə
həyatı xatırladır”.
İnsanın estetik qabiliyyəti cəmiyyətlə birlikdə doğulur və
inkişaf edir. İbti dai icma dövründə bu qabiliyyətin artma sına
və inkişafına təbiətin özü güclü təkan vermişdir. Təbiət çox
cəhətlidir və bu da özünü təbiət hadisələrində aşkar edir.
Təbiət gözəlliyi: simmetriya, harmoniya, ahəngdarlıq, ki
çiklə böyük arasındakı ölçülülük və s. ibtidai icma döv rü nün
sənətkarları tərəfindən genişliyi və dərin liyi ilə qavranılıb
təsvir olunmuşdur. Azərbaycan ərazisində aşkar edilmiş qə
dim yaşayış məskənlərindəki qayaüstü və mağara rəsm
lərində insanlardakı gözəlliyi qavramaq və istifadə etmək
qabiliyyətinin estetik düşüncə səviy yəsinə çatdığının şahidi
oluruq. İnsan, artıq estetik obyekt olduğu kimi, bütün real lığı
və çoxcəhətliliyi ilə birlikdə təsdiq etməyi bacarır. Təbiətdə gözəllik bila vasi tə
dir, onun özün dədir, yəni birbaşadır. Həmin gözəlliyi insan anladığı zamandan
bu, onun şüurunun məzmununa çevrilir. Məhz buna
görə də insanın estetik düşüncəsi təbiət hadisə
lərinin dərki ilə başlayır. İbtidai insanın dünyaya,
reallığa münasibəti sinkretik xarakter dədir. Buna
görə də ibtidai insanın düşüncəsində hələ məntiqi
olanla hissi olan, dini, etik və estetik olan ayrılmır,
bütövlükdə mövcuddur. Buna baxmayaraq, biz
düşüncənin elə cəhətlərini aşkarlayırıq ki, həmin
cəhətlər ictimai şüurun bu və ya digər formasında
özünün sosial inkişafını tapır. Gözəlliyi görmək üçün yalnız ətrafa baxmaq kifa
yətdir. İnsan qarşısında açılan aləmin hər hadi səsində gözəlliyi görür.
Təbiət – gözəlliyin ən qədim və ən geniş mənbəyidir. Gözəllik təbiətdə insan
dan asılı olmayaraq mövcuddur. Lakin onun kamilliyini təkcə insan başa düşə
bilər, bu gözəllik yalnız insan üçün təbiəti dəyişən əməyin yaradıcı ilham mən
bəyidir.
Təbiətdə gözəllik insandan əvvəl də mövcud olmuşdur. Amma təbiət aləminə
daha dərin dən nüfuz etdikdə, o, qarşımızda daha rəngarəng, daha gözəl görünür.
Canlı təbiətin kamil gözəlliyinin formaları yaşamaq uğrunda hər dəqiqə
gedən əbədi, daimi mübarizənin, təbii seçmənin amansız qanununun nəticəsi
ilə müəyyən olunur. Yalnız həyata da ha yaxşı uyğunlaşa bilən bitki və heyvan
orqanizmləri yaşaya bilər. Təbiətdəki bütün canlı alə min yaşamaq uğurundakı
bu mübarizəsi forma kamilliyini həyatı qorumağın qanunlarından birinə çevirir.
N.Q.Çernışevski
(18281889) – rus
mütəfəkkiri və
filosofu
“Naməlum qadın”.
Rəssam İvan Кramskoy.
10
“Qudyalçay vadisi”. Rəssam Səttar Bəhlulzadə (19091974).
Hər bir canlı varlığın birbirinə oxşamamasına baxmayaraq, onları bir qanun
birləşdirir: on lar dan hər biri ona görə yaşayır ki, onun forması vəzifəsindən irəli
gəlir. Canlı varlıq öz nəs linə məxsus cəldliyini itirsə, öz növünə uyğun şəkildə
yaranmasa, məhv olub gedər.
Gözəllik real və obyektiv varlıqdır. O, cansız və canlı təbiətin öz xidmətidir.
Biz maddi aləmi, mühiti dərk etdiyimiz kimi, gözəllik duyğusu da həyatdakı
gözəlliyin inikasıdır. Öz dövrünün inkişaf səviyyəsindən asılı olaraq, hamı
gözəlliyi duyur. Bu duyğu predmetlərə və hadisələrə qarşı bizim xoş və müsbət
münasibətimizi bildirir. Gözəlliyin sadə və bəsit əlamət lərini insanların əksə riy
yəti müşahidə edə bilir. Bu əlamətlər qayda, səliqə, uyğunluq, yaraşıq, əvəz
ləmə, tənlik (simmetriya) və tənasüb (proporsiya) elementlərindən, rəng lə rin və
səslərin ahəngindən, hislərin qarşılıqlı əlaqəsindən, vəhdət və bütünlük təsi rin
dən ibarətdir. Lakin gö zəllik anlayışı bu əlamətlərlə məhdud deyil, çünki gözəl
lik yalnız şəkil və forma da deyil. O ancaq zahiri görüntüdən ibarət ola bilməz.
Əsl gözəllik mənalı və mündəricəlidir.
Dünyanı gözəllik qanunları ilə mənimsəyən sənətkar onları istəristəməz
bəşəriyyətlə mü na sibətdə, bəşər nəsli üçün əhəmiyyətliliyi baxımından qiymət
ləndirir. Belə ümumbəşəri əsaslar təkcə beynəlmiləl deyil, həm də milli və sinfi
əsaslardan ibarətdir, çünki ümumbəşəri dəyərlərin özünün dərk edilməsi tarixi,
sinfi və milli cəhətdən şərtləndirilmişdir. Və milli baxış nə qədər bənzərsiz dirsə,
o, bir o qədər də qiymətli, təkrarsız dəyərə malik olur. Eyni zamanda onun dəyər
və əhəmiyyəti ümumbəşərilik və beynəlmiləlçiliklə, sinfilik və milli bənzər siz
liklə nə qədər sıx qovuşarsa, bir o qədər də artar. Elə buna görə də əsərin yük sək
bədiiliyinin mühüm şərtlərindən biri onun klassik səviyyədə və ümumdünya
səviyyəsində olmasıdır.
Dostları ilə paylaş: |