Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   2   3   4   5   6   7   8   9   ...   52

6
Estetik  hislər  təbiətin,  incəsənət  əsərlərinin  gözəlliyini  qavramaq,  dərk 
etməklə əlaqə dardır. Çünki insanlar ictimai təcrübədə dünyanın gözəlliyini əks 
etdirmək qabiliyyəti də əldə etmişlər. Bu zəmində insanda müxtəlif estetik hislər 
təşəkkül tapmışdır. J.J.Russo göstərir ki, gözəllik və ona münasibətdən doğan 
müqəddəs ideya və vəzifə hissi ancaq insan qəlbində yaşayır. 
Füsunkar təbiət mənzərələri, yaşıl çəmənliklər, güllü­çiçəkli yamaclar, şır­şır 
axan bu laqlar, aylı gecələr, quşların nəğməsi və s. insanda estetik hislər doğu­
rur.  Məlumdur  ki,  təbiətin  gözəllikləri  bizdə  müxtəlif  əhvali­ruhiyyə  yaradır. 
Məsələn, kükrəyib daşan çaylar insanda bir cür, gözyaşı kimi duru və sakit axan 
sular  isə  başqa  bir  əhvali­ruhiyyə  yaradır.  Yaxud  aylı­ulduzlu  aydın  gecələr 
bizdə fərəh, şadlıq, nikbinlik, sakitlik, sərinlik əmələ gətirir. 
İnsanın  estetik  hislərinin  ilk  mənbəyi  təbiətin  gözəlliyidir.  Bundan  sonra 
insana  gözəllik  hissini  təlqin  edən,  həmin  təbiəti  obrazlarla  əks  etdirən  bədii 
ədəbiyyat, incəsənət əsərləri və musiqidir. İnsanın özünün hərəkət və rəftarı da 
bu və ya digər estetik hiss doğura bilər. Təsadüfi deyildir ki, tarix boyu mütə­
fəkkirlər insan gözəlliyinə böyük qiymət vermişlər. “İnsan dünyanın əşrəfidir” 
deyən dahi Nizami, “insanı daima inkişaf edən təbiətin son əsəri” hesab edən 
Höte,  “Yer  üzündə  ən  böyük  gözəllik  insan  gözəlliyidir”  deyən  Pestalotsi  bu 
fikrə təsadüfən gəl məmişdilər. Çünki insanın fiziki və mənəvi gözəlliyi bir sıra 
estetik hislər doğurur.
N.Q.Çernışevski  göstərir  ki,  biz  ən  gözəl  şeyi  təmənnasız  olaraq  sevirik, 
ondan zövq alırıq, onu bizə əziz olan adam kimi sevirik. Gözəllikdə nə isə bizim 
qəlbimizə yaxın, əziz olan bir şey var.
Bizim estetik hislərimiz həmişə bu və ya digər maddi tələbatımızın ödə nil­
məsi ilə bilavasitə əlaqədar olmur, onlar aclığımızı və ya susuzluğumuzu təmin 
eləməyə, yaxud həya tımızı mühafizə etməyə yönəlmir. Hətta bəzən gözəl musiqi 
və ya bədii əsərdən alınan estetik hiss insana aclığı, susuzluğu belə müəyyən 
müddət  unutdura  bilir.  Dilimizdə  işlənən  “o  qədər  gö zəldir  ki,  adam  istəyir 
yeməyib­içməyib  ona  tamaşa  etsin”  ifadəsi  də,  bunu  aydın  şəkildə  göstərir. 
Məsələn, meyvələri çox canlı və həddən artıq gözəl təsvir etmiş olan bir rəssa­
mın əsərinə baxdıqda ondan xoşumuz gəlir, onu seyr edərək, belə gözəllikdən 
zövq alır, həmin meyvələri yemək barədə isə düşünmürük. Bu mənada söylə mək 
olar ki, insan gözəllikdən tə mənnasız zövq alır.
Bəzən  insanın  estetik  hisləri  onun  əxlaqi  hissi  ilə  birləşir.  Məsələn,  insan 
bəzən Vətənin təbii mənzərələrindən də gözəl mənzərələrə rast gələ bilər, hətta 
ondan həzz alar, lakin bir az keçən kimi həmin gözəllik insanın gözündə baş qa­
laşar, sanki Vətən həsrəti hissinin təsiri altında öz cazibədarlığını itirər, o artıq 
darıxmağa başlayar. Vətənin boz çölləri belə insanın nəzərində dəyişər, gözəl­
lə şər, daha cazibədar olar və insanı özünə çəkər. 


7
İnsanın  estetik  hislərinə  nəinki  əxlaqi  hisləri,  həm  də  onun  dünyagörüşü, 
yaşadığı ictimai mühit də təsir edir. Bu cəhətdən insanların nəzərində gözəllik 
meyarı başqa­başqa olur. Nəzərə almaq lazımdır ki, gözəllik və ya çirkinlik haq­
qında insanların təsəvvürləri nəinki ayrı­ayrı tarixi dövrlərdə, həm də eyni bir 
dövrdə yaşayan müxtəlif sosial qrupların nümayəndələrində də müxtəlif olur.
3. Estetik tələbat
İnsanın  zövq  alması  tədricən  başqa  xarakter  daşımağa  başlamışdır.  Xalis 
maddi tələbatla mənəvi, estetik tələbat arasında böyük fərq var. Estetik tələbat 
ali mənəvi tələbata aiddir. Estetik tələbatın gücü bizi əməkdə, məişətdə, incə sə­
nətdə, insan həyatının bütün sahələrində gözəllik aləminə cəlb edir. İnsan əşya­
ları da gözəllik nöqteyi­nəzərindən qiymətləndirməyə başlayır. 
Bəşəriyyət tərəfindən yaradılmış müxtəlif sənaye və məişət əşyaları, bədii 
əsərlər  –  insanın  çoxsahəli  fəaliyyətinin  hamısı  onun  gerçəkliyə  olan  estetik 
münasibətləri dairəsinə daxildir. Məsələn, avtomobilin əsas vəzifəsi adamları, 
yükləri daşımaqdan ibarətdir. Lakin eyni zamanda avtomobilin formasına, mütə­
nasibliyinə, rənginə də fikir verilir. Doğrudur, göstərdiyimiz misallarda estetik 
qiymət  həlledici  rol  oynamır. Avtomobil  öz  forması  etibarilə hətta  köhnəlmiş 
olsa belə, hər halda hərəkət vasitəsi olaraq qalır. Kostyum və paltar dəbdən düş­
dükdə də öz faydalılıq rolunu yerinə yetirməkdə davam edir. Lakin bu o demək 
deyil ki, estetik qiymətə etinasız yanaşmaq olar. Nədə və harada təzahür edirsə­
etsin, insan gözəlliyə biganə qala bilməz.
4. Estetik tərbiyənin mahiyyəti
Söz yox ki, təbiətin, incəsənətin gözəlliyini hiss etmək və qavramaq qabi liy­
yəti insanın estetik mədəniyyətinin əlamətidir. Lakin təsadüfi deyil ki, biz adam­
ları birinci növbədə onların hərəkətinə, davranışına və işlərinə görə qiymət lən­
di ririk. Məhz fəaliyyət zamanı şəxsiyyət və onun qabiliyyətləri daha tam şəkildə 
aşkara çıxır. Passivlik durğunluq doğurur, insan isə dünyanı dəyişmək, yenidən 
qurmaq, onu daha yaxşı, daha bəşəri etmək iqtidarındadır. 
İnsanın gözəlliyə, kamilliyə cəhdi fəal, yaradıcı olmalıdır. Estetik tərbiyənin 
məqsədi və mənası təkcə gözəlliyə heyran olmaqdan ibarət deyil, həm də onu 
təsdiq etməkdən, həyata gətirməkdən ibarətdir. Gözəlliyi – əməyə, incəsənətə 
münasibətdən başlamış, məişətdəki, ailə də ki davranışa qədər hər yerdə və hər 
şeydə təsdiq etmək lazımdır.
Sənətkar yaradıcı deməkdir. Yaxşı çilingər, sürücü, dərzi haqqında da məhz 
belə deyirlər: “O, öz işinin sənətkarıdır”. 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə