C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə7/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   2   3   4   5   6   7   8   9   10   ...   207

15 

 

reaktivliyindən asılı olaraq müxtəlif növ qızdırma əyrisi ilə özünü göstərməsi mümkündür. Bunula 



belə hər bir xəstəlik üçün daha xarakterik olaıı qızdırma tipləri vardır: 

Daimi  qızdırma - febris  coniinua -  yüksək  olur,  səhər-axşam  temperaturu 

arasındakı  fərq  l°-ni  ötmür.  Qarın  yatalağı  və  səpgili  yatalağın  kəskin  dövründə,  bəzən 

malyariyanın başlanğıcda rast gəlinir. 

Zəiflədən  qızdırma - febris  remittens -  uzun  müddət  davam  edir,  gün  ərzində 

temperatur  fərqi  l°-dən  çox  olsa  da  normaya  düşmür,  səhər  temperaturu  37°-dən  aşağı  olmur. 

Brusellozda, paratiflərdə qeyd edilir. 

Fasiləli qızdırma - febris intermittens - gündəlik temperatur dəyişmələri l°C-dən 

artıq olur. Aşağı həddi azalaraq normaya düşür və yenidən yüksəlir. Malyariyada müşahidə edilir. 



Hektik, ya üzücü qızdırma - febris hectica - səhər və axşam temperaturu arasında 

fərq  2-4°  olur.  Gün  ərzində  2-3  dəfə  təkrarlanan  temperatur  yüksəlməsi  (üşütmə  ilə)  və  aşağı, 

normaya düşməsi (kəskin tərləmə ilə) qeyd edilir. Sepsisdə, meninqokokk infeksiyasında daha çox 

rast gəlinir 



Təhrif olunmuş qızdırma - febris inversus - səhər temperaturu axşamdan yüksək 

olur. Sepsisdə, vərəmdə müşahidə olunur. 



Düzgün  olmayan  qızdırma - febris  irreqularis  (atypica) -  müəyyən 

qanunauyğunluq olmur. Temperatur gün ərzində bir neçə dəfə dəyişir. Qarın yatalağı, bruselloz, 

salmonelloz, qızılyeldə ola bilər. 

Qayıdan  qızdırma  -  febris  recurrens -  qızdırmalı  və  qızdırmasız  dövrlər  bir-

birini əvəz edir. Qayıdan yatalaq üçün xarakterikdir. 



Dalğavari  qızdırma - febris  undulans -  temperaturun  yüksəlməsi  və  enməsi 

vaxtaşırı bir-birini əvəz edir. Brusellozda qeyd edilir. 

Bəzən xəstəliyin  dövründən asılı  olaraq bir neçə tip qızdırma əyrisi  meydana 

sıxır.  Məsələn,  qarın  yatalağının  kəskin  dövründə  daimi,  yaxşılaşma  dövründə  isə  zəiflədən, 

fasiləli qızdırma ola bilər. 

Bu  və  ya  digər  infeksion  xəstəlikdə,  hətta  hər  hansı  bir  infeksion  xəstəliyin 

inkişafının  avrı-avp-saədısləhr.indan.  asılı  olaraq perferik  qanda - hemo-qrammada müəyyən 

diaqnostik əhəmiyyət daşıyan kəmiyyət və keyfiyyət dəyi- 

17 

şiklikləri  baş  verir.  Bu  dəyişikliklərin  düzgün  qiymətləndirilməsi  diaqnozun  qoyulmasında 



istiqamətverici rol oynaya bilər. Məsələn: visseral leyşmaniozda anemiya, hemoqlobinin azalması, 

rəng göstəricisinin düşməsi, leykopeniya, neytropeniya, aneozinofiliya fonunda nisbi limfositozun 

olması və EÇS-nin kəskin yüksəlməsi; infeksion mononukleozda limfo-monositlərin artması, ati-

pik mononuklearlarm meydana çıxması; qarın yatalağının başlanğıc dövründə leykositoz, sonra 

isə  leykopeniya;  malyariyada  qızdırma  tutmaları  təkrar  olunduqca  hemoqlobinin,  eritrositlərin 

miqdarının  azalması,  EÇS-in  artması.  Beləliklə  klinik  məlumatlarla  birlikdə  hemoqramma 

xəstəliyin diaqnozunu, dövrünü. hətta ağırlıq dərəcəsini, ağırlaşmalarını təyin etməyə kömək edir. 

Onurğa  beyininin  punksiyası  və  likvorun  müayinəsində (müxtəlif  mənşəli 

meningitlərdə), ur  o- (leptospirozda,  böyrək  sindromları  ilə  gedən  hemorragik qızdırmalarda) 

downloaded from KitabYurdu.org



16 

 

və koprositoqranvnada (bakterial dizeııteriyada, amöb dizen-teriyasında) əldə edilən məlumatlar 



da bir sıra infeksion xəstəliklərin diaqnozunun qoyulmasında istifadə oluna bilər. 

İnfeksion xəstəliklərin gedişində çox sayda müxtəlif klinik əlamətlər meydana 

çıxır  və  onlar  hamsı  eyni  diaqnostik  əhəmiyyət  daşımırlar.  Əksər  hissəsi qeyh-

spesifık olub, ümumi  xarakter daşıyır  və  bir  çox  xəstəliklərdə,  xüsusən  xəstəliyin  prodromal 

dövründə qeyd edildiyindən diaqnoz üçün əsas ola bilməz. Məsələn: zəiflik, halsızlıq, baş ağrısı, 

iştah  və  yuxunun  pozulması,  qızdırma,  «ürək  bulanma»  və  s.  Odur  ki,  infeksion  xəstəliklərdə 

təsadüf olunan əlamətlər qeyri-spesifik - ümumi vəpatoqnomonik olmaqla iki yerə bölünür. 



Paloqnomonik əlamət - ancaq müəyyən bir xəstəlik üçün xarakterik olub, həmin 

xəstəliyin diaqnozunun qoyulmasında həlledici rol oynayır. Məsələn, qızılcada - Filatov-Koplik 

ləkələri;  güzazda  -  sardonik  gülüş,  opistotonus;  qu-duzluqda  hidrofobiya  -  sudan  qorxma  bu 

qəbildən olan əlamətlərdəndirlər. Bəzi laborator göstəricilər də - müxtəlif patoloji materiallarda 

törədicilərin aşkar edilməsi; qanda spesifik antigen və antitellərin təyini; mantu, antraksin, lulya-

rin kimi dəri-allergik sınaqlar patoqnomik hesab edilə bilər. 

Böyük bir qrup əlamətlər var ki, onlar həm infeksion, həm də qeyri-in-feksion 

(cərrahi,  terapevtik,  nevroloji,  onkoloji)  xəstəliklərdə  aşkar  edilir.  Məsələn,  qarında  ağrı,  qanlı 

ishal bakterial və  amöb  dizenteriyasından başqa  düz bağırsağın  şişi,  qeyri-spesifik  xoralı kolit, 

bağırsaq  infarktında  da  rast  gəlinir. Qaraciyər  və  dalağın  böyüməsi  isə  infeksion  xəstəliklərlə 

bərabər,  qaraciyərin xərçəngi,  sirrozu,  qan,  ürək-damar  xəstəlikləri  zamanı  da  təsadüf  edilə 

bilər. Bununla yanaşı dalağın böyüməsi, qanlı ishal, tenezmlər qrip zamanı heç vaxt qeyd edilmir. 

Bu baxımdan infeksion xəstəliklərin klinikasında eyni patogene-zə malik əlamətlər kompleksinin 

sindromun təyin 

edilməsinin  xüsusi  rolu  vardır.  Diaqnostik  əhəmiyyət  daşıyan 

sindromlardan: intoksikasiya,  hemorragik, meningial,  kolitik,  enteritik,  hepatolienal,  sanlıq  və 



xolestazı göstərmək  olar.  Elə sindromlar  var  ki,  onların  təyin  edilməsi  diaqnostik  əhəmiyyətlə 

yanaşı xəstəliyin ağırlıq dərəcəsini, proqnozunu müəyyənləşdirməyə və patogcnetik müalicəsini 

düzgün  aparmağa  imkan  verir.  Məsələn,  bir  çox  xəstəliklərdə  qeyd  edilən  intoksikasiya 

sindromunun  diaqnostikada  elə  bir  rolu  olmasa  da  xəstəliyin ağırlığının,  proqnozunun 

qiymətləndirilməsində,  kompleks  patogenctik  müalicə  tədbirlərinin  müəyyənləşdirilməsində 

xüsusi əhəmiyyəti vardır. Meningial 

sindrom isə müxtəlif mənşəli meningitlərin diaqnozunun əsaslandırılmasında mühüm rol oynayır. 

İntoksikasiya sindromu - törədicinin toksiki faktorlarının və orqanizmdə əmələ 

gələn  zərərli  maddələrin  təsirindən  baş  verir.  Üşütmə,  qızdırma,  ümumi zəiflik,  halsızlıq, 

iştahsızlıq, yuxu pozğunluğu, baş ağrısı və s. əlamətlərlə özünü göstərir. Qarın yatalağı və səpgili 

yatalaqda «tifoz  vəziyyət», VH-də kəskin qaraciyər  ensefalopatiyası intoksikasiya  sindromunun 

ən ağır, şiddətli təzahür formalarındandır. 

Hemorragik  sindrom -  qanın  laxtalanma  sistemində  baş  verən  pozğunluqlarla 

əlaqədar  olub,  dəri  və  selikli  qişalara,  müxtəlif  üzv  və  toxumalara  qan  sızma;  burundan,  diş 

dibindən, mədə-bağırsaqdan və s. qan axma; hematuriya qeyd edilir. VH-nin ağır formalarında, 

hemorragik qızdırmalarda, leptospi-rozda və s. xəstəliklərdə rast gəlinir. 



Meningial sindrom - kəllə daxili təzyiqin artması - likvorun hiperpro-duksiyası, 

beyinin ödemi - ilə əlaqədar olaraq baş verir. Kliniki praktikada 30-dan artıq meningial simptom 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə