C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə17/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   13   14   15   16   17   18   19   20   ...   207

35 

 

İmmunitetin 



formalaşması, 

fizioloji bərpa 

Antitellərin  ifrazının  artması,  makrofaqların  faqositar 

fəallığının  yüksəlməsi.  Xoraların  nekrotik  kütlələrdən 

təmizlənməsi “təmiz xoralar mərhələsi” 

Əlamətlərin 

sönməsi, IV 

həftə 


İmmunitetin 

formalaşması', 

fizioloji bərpa 

Mikrosirkulyasiyanm 

normallaşması, 

zədələnmiş 

üzvlərin  funksiyalarının  bərpası.  Xoraların  sağalma 

mərhələsi 

Sağalma dövrü 

V-VI həftə 

 

III     dövr  - xoraların  əmələ  gəlməsi mərhələsi.  Xəstəliyin  III  həftəsinə uyğun 



gəlir.  Nekrozlaşmış  hissələr  qismən  qopur  və  xoralar  əmələ  gəlməyə  başlayır.  Xoralar  adətən 

mərkəzdə  əmələ  gəlir,  limfa  düyünlərini  kənar  hissələri nekrozlaşmır  və  bu  xoraların  sonrakı 

regenerasiyasına  şərait  yaradır.  Xoralar selikli  qişanın  dərin  qatlarına  və  selikaltı  qata  yayılır. 

Bəzən  əzələ  qatma  və daha  dərinə  çatır.  Bu  dövrdə  xəstəlik  üçün  xas  olan  ağırlaşmalar  - 

xoraların dibindən 

keçən 


damarın 

eroziyası 

nəticəsində bağırsaq 

qan 

axması və xoraların deşilməsi - perforativ peritonil baş verə bilər. 

IV     dövr  - təmiz  xoralar mərhələsi.  III  həftənin  axırlarına,  IV  həftəyə uyğun 

gəlir.  Nekrozların  qopması  başa  çatır.  Qalça  bağırsaq  boyunca  dibi  hamar,  təmiz,  kənarları  bir 

qədər şişkin xoralar əmələ gəlir. 

V     dövr  - xoraların  sağalması mərhələsi.  Xəstəliyin  V-VI  həftələrinə  uyğun 

gəlir. Bu dövrdə xoraların tam sağalması baş verir. Sağalmış xoraların yerində zərif piqmentasiya 

qalır. Çapıqlaşma olmasa da toxumanın tam bərpası baş vermir. Belə ki, limfa toxuması yenidən 

bərpa olunmur. 

Antibiotiklərlə müalicə zamanı göstərilən dəyişikliklər normal hərarət fonunda 

da inkişaf edə bilər. Residivlər baş verərsə bağırsaq limfa düyünlərində müxtəlif mərhələlərdə olan 

dəyişikliklər, məsələn, beyinvari şişmə və xoraların sağalması eyni vaxtda qeyd edilə bilər. 

Qarın  yatalağı üçün qrup və solitar limfa düyünlərinin retikulyar stro-masında 

hiperplastik  prosesin  inkişafı  spesifıkdir.  Qarın  yatalağı  qranulo-maları «tifomalar» formalaşır. 

«Tifomalar»  iri  nüvə  və  massiv  sitoplazmaya  malik  iri  makrofaqlardan  - tifoz 

hüceyrələrdən ibarətdir. Tifomalara kor bağırsaq çıxıntısında, yoğun bağırsaqda, müsariqə limfa 

düyünlərində, qaraciyərdə, dalaqda, sümük iliyində, əsnəyin limfa aparatında, alveollarda, beyin 

qişalarında rast gəlmək olar. 

Qaraciyər,  dalaq  böyüyür.  Qaraciyərin  kəsiyi  tünd  sarı  rəngə  çalır.  Mik-

roskopiyada nekroz ocaqlar, spesifik qranulomalar, hepatositlərin zülal və piy distrofiyası qeyd 

edilir. Dalaq doluqanlı olur. Retikular hüceyrələrin  prolifera-siyası,  tifoz qranulomaların  əmələ 

gəlməsi,  bəzən  dalağın  infarktı  və  onun  irin-ləşməsi  müşahidə  edilir.  Böyrəklərdə  şişkinlik, 

nekrotik  nefroz,  hemorragik  və ya  cmbolik  nefrit,  böyrək  ləyənində,  sidik  axarlarında,  sidik 

kisəsində  iltihabi proses  qeyd  edilə  bilər.  Degenerativ  dəyişikliklər  ürək  əzələlərində,  sinir 

sistemində,  xüsusən  simpatik  sinir  sisteminin  qanqlioz  hüceyrələrində,  vegetativ düyünlərdə 

müşahidə  olunur.  Qarının  düz  əzələsində  mumabənzər  nckrozun inkişafı  xarakterikdir.  Nadir 

hallarda  ağ  ciyərlərdə  tipik  qranulomaların  əmələ gəlməsi  ilə  müşayiət  olunan  pnevmoniya  - 

pnevmotif rast gəlinir. 

downloaded from KitabYurdu.org




36 

 

Klin i k a s ı. Kliniki formasından və gedişindən asılı olaraq qarın  yatalağının 

aşağıdakı kliniki təsnifatı təklif edilir : 

I.    Gedişinə görə: 

a)    tipik forma 

b)     alipik  forma  -  silinmiş,  abortiv,  ambulator;  nadir  hallarda  rast  gəlinənlər: 

pnevmotif, mcninqotif, ncfrotif, kolitif, tifoz qastroenterit 

II.    Davam etmə müddətinə görə:    a) kəskin, b) residiv verən 

III.    Ağırlığına görə: a) yüngül, b) orta ağır, c) ağır 

IV.    Ağırlaşmalarına görə: 

a) ağırlaşmalar olmayan 

b)  ağırlaşmalarla: spesifik -  bağırsaq  qanaxması,  bağırsaq  deşilmosi,  İTŞ 

və qeyri-spesifık - pnevmoniya, parotit, xolesistit, tromboflcbit, otit və s. 

Xəstəliyin inkubasion  dövrü 7-25  gün,  orta  hesabla  9-14  günə  bərabərdir. 

Törədicinin yüksək dozada daxil olması (qida ilə yoluxma) zamanı inkubasion dövr qısa, xəstəlik 

isə ağır keçir. 

Qarın  yatalağının  gedişində  aşağıdakı  dövrlər  ayırd  edilir: başlanğıc,  qızğın, 



əlamətlərin  sönməsi,  sağalma  dövrləri. Tipik  hallarda  xəstəlik tədricən  inkişaf edir.  Bəzən 

xəstəliyin başlanğıc gününü belə müəyyənləşdirmək mümkün olmur. Xəstələrdə ümumi zəiflik, 

tez yorulma, adinamiya, baş ağrıları inkişaf edir, bir balaca titrəmə də ola bilər. Günlər keçdikcə 

bu  əlamətlər  güclənir,  hərarət  getdikcə  artır,  xəstəliyin  4-7-ci  günü  maksimuma  çatır. 

İntoksikasiya, adinamiya, baş ağrıları güclənir, iştaha azalır və ya olmur, yuxu pozulur. Gündüzlər 

yuxululuq,  gecələr  yuxusuzluq  olur,  defekasiya  gecikir,  qəbizliyə meyllilik  olur,  meteorizm 

meydana  çıxır.  7-9  gün  müddətində  xəstəlik  tam  inkişaf  edir.  Temperatur  pilləvari  artaraq  39-

40°C-ə yüksəlir. Xəstəlik kəskin başladıqda isə ilk 2-3 gün ərzində intoksikasiya əlamətləri tam 

inkişaf edib maksimuma çatır. Müasir dövrdə xəstəliyin kəskin və tədricən başlanma təsadüfləri 

eyni tezlikdə rast gəlinir. 

İlk  günlər  kəskin  büruzə  verən  intoksikasiya  əlamətləri  fonunda  orqanların 

zədələnməsi bir o qədər nəzərə çarpmır. Xəstələr suallara həvəssiz, ləng cavab verir, laqeyd, qeyri-

fəal olur, hərəkət etmək istəmirlər, gözlərini yumaraq uzanmağı üstün tuturlar. Rəngi avazımış, 

bəzən  isə  yüngülcə  hipercmiya,  pas-tozluq  qeyd  edilir.  Dəri  quru,  isti  olur.  Periferik  limfa 

düyünləri böyümür. Bəzi xəstələrdə nadir hallarda arxa boyun və qoltuqaltı limfa düyünlərində 

böyümə, həssaslıq qeyd edilə bilər. Bəzən əsnəyin hiperemiyası, badamcıqlarm böyüməsi olur. 

Ürək-damar  sistemini  müayinə  etdikdə  hipotoniya,  ürək  tonlarının  kar-

laşması, nisbi bradikardiya (temperaturun 39-40°C-dok yüksəlməsinə baxmayaraq nəbz sayı az 

olur) qeyd edilir. Zirvədə və ürək əsasında kobud olmayan sistolik küy eşidilə bilər. Bəzən nəbzin 

dikrotiyası olur. Nəbzin dikrotiyasına daha çox cavan, fiziki cəhətdən inkişaf etmiş şəxslərdə rast 

gəlinir. Ürək fəaliyyətinin gücü ilə damar divarlarının elastikliyi və qanın orqanizmdə paylanması 

arasında olan dissosasiya nəticəsində baş verir. 

Ağ ciyərlər üzərində sərt tənəffüs və quru xırıltılar eşidilə bilər ki, bu da çox 

vaxt spesifik qarın yatalağı bronxiti kimi qiymətləndirilir. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə