Bütün Azərbaycan türklərinin öz qəhrəman və layiq övladı Babək Xürrəmdini düzgün tanımaq



Yüklə 145,17 Kb.
tarix18.06.2018
ölçüsü145,17 Kb.
#49761
növüYazı

MÜƏLİFDƏN
Bu təhqiqi əsəri azadlıqsevər və qəhrəmanpərvər Azərbaycan millətinə ittihaf edirəm və əsir millətimin istiqlal və azadlıq mücadiləsində faydalı olmasını diliyirəm.
Bütün Azərbaycan türklərinin öz qəhrəman və layiq övladı Babək Xürrəmdini düzgün tanımaq bütün Azərbaycan türklərinin tarixi və milli vəzifəsidir. Babəki tanımaq üçün əfsanələr yox, bəlkə müstəqil araşdırma və müstəqil baxış lazımdır. Bu yazı Babək Xürrəmdini tanımaq üçün bir başlanğıcdır ki, geniş araşdırmalara ehtiyacı var və arzu edirəm ki, tədqiqatçılarımız zamanla bu rabitədə geniş tədqiqtlar aparsın.
Bu vasitə ilə mənə kömək göstərən və qaynaq tanıtdıran, eləcə də redaksiya və texniki yardımlar göstərən əziz və hörmətli dostlarımdan: Dr.Ziya Sədrüləşrafi (tarixşünas və tədqiqatçı), Oxtay Urmulu, Dr.Firudin Qurbansoy (filoloq və nücumşünas), Arzu Fərzəliyeva və həyat yoldaşim Dr.Natəvandan təşəkkür edərək, zəhmətlərindən minnətdarlığımı bildirirəm.

Saleh Ildırım

XALQIN AZADLIQ ARZUSU
Zillət ilə ləzzəti olmaz həyatin , dustlar

Nəqd-can sərf eyləyib dunyada kam almaq gərək

Eczılə dönmək ədudən səhvdir, himmət tutub

Ya şəhid olmaq gərək ya intiqam almaq gərək

Məhəmməd Füzuli
Xalqın dərdi çoxalanda, dözülməzlik həddinə çatanda ya ağlayıb ahu zar edər , ya da qəhrəmanlar doğar.Qəhrəmanları zaman ərsəyə gətirir.Qol zoru ilə birlikdə əyilməz ruh Vətən , millət sevgisi ilə birləşəndə əsl öğullar meydana çixar.-“ Ana Vətən , növbə mənimdir”-diyə zalım hiyləgər düşmənlə üz-üzə durur , ya qazı, ya şəhid olur.
Yalançı, yabançı sözlərə aldanmayaraq millətini də hipnometik uyğudan oyadır, hər an atilmağa hazır silah məqamında durur.
Hər bir xalqın qəhrəmana ehtiyaci var. Dunya görüşündən , azadlıq arzularından asılı olaraq , hər bir qövm özü üçün qəhrəmanlar yaradır, onu əziz tutur, haqqında mahnı , hekayət qoşur. Qəhrəmanlar uzun qış gecələrində nənələrin danışdığı nağıllarla uşaqların qəlbinə, ruhuna hopur. Qəhrəmanı olmayan xalq kölədir. Millət qəhrəmanı öz ruhundan doğurur və özünü qəhrəmanına uyğun kökləyər.
Azərbaycan türklərinin qəhrəmanlıq tarixi zamanların ən əski qatlarından boylanır. Xalqının böyük bəyi , ruhunun göz bəbəyi Babək öz zəhməti ilə zamanların fövqundə durur. Onun üsyanı, mübarizələri din savaşı deyildi, azadlıq sevərliyi ilə Vətəni yolunazmış xəlifələrin gəlir menbəyinə çevirməyə , qiz-gəlinlərin izzəti-nəfsinin tapdalanmasına etiraz olaraq əlinə qılınc almışdı. Həmişə mərdləri namərdliklə tutublar. Onun da taleyinə bu düşdü. Sevimli Bəzz qalasından , elindən-obasından , silahdaşlarından ayrılıq məqamında onun nələr yaşadığını təsəvvür etmək də mümkün deyil. Babəki filə neçə qat qətranlanmış parça ilə sarıyıb böyük mühafizə ordusu ilə xəlifənin hüzuruna edam olunmaq üçün apardılar. Bir gün azadlıqda qalmağı qırx il əsarətdə yaşamaqdan üstün bilən ər babamız nəsillərə örnəkdir.
Millətin özünüdərki üçün, gələcək nəsilləri özünün yaşadığı problemlərdən qurtarmaq üçün qəhrəmanları xalq döğur. Xalq hamımızın anasıdır. Övladların biri qəhrəman , o biri qorxaq olmamalıdır. Hər kəs özündə bir təpər tapıb igitlərlə bir sırada durmağı bacarmalıdır. Axı , insan dünyaya zəncirlə , qandalla gəlmir, anacaq nəfsinə qul olandan sonra hamının köləsinə cevrilir, özünə ağa axtarır. İnsan fitrətən azaddır , həmişə azadlıq axtarır. Bu barədə böyük Azərbaycan şairi Mikayıl Müşviq “ azadlıq dastanı” əsərində qəhrəmanlığa səsləyən beytlərlə bizə müraciət edir. Qəhrəmanlıq işləri qəhrəman sözlər tələb edir. Öz həyatını qəhrəmancasına yaşamış Müşviq xalqın azadlıəq duğularını necədə böyük ustalıqla qələmə alıb:
“ Mən bütün dünyada hər şeydən əfzəl,

Hər şeydən ləzzətli , hər şeydən gözəl,

Şanlı azadlığı tərənnüm etdim,

Yaxşı insanların yolu ilə getdim.

Fəyyaz fəcirlərin səbahətindən,

Rahat axşamların lətafətindən,

Qızların,nazların şirin halindən,

Eşqin gözəlliklə həsbi halındən,

Dərədən , təpədən ilham almışıq,

Hey söhbət açmışıq, qələm çalmışıq.

Fəqət duyduğumuz bütün bu şeylər,

Oyunlar, nəşələr yaxici neylər,

Azadlıq olmasa ləzzəto olmaz .

Ondadır qüvvət də mədəniyyət də,

Onunla yuksəlir söz də səsnət də ,

Yuxusuz bir beyin susuz bir bulaq,

Çalğısız əyləncə-tüstüsüz ocaq,

Yelkənsiz bir gəmi ,- ruhsuz bir cəsəd-

Budur azadlığa yabançı millət.

Azadlıq hər kəsin əzəl naxşıdır,

Məhkum bir millətdən qatır yaxşədır”.
Məhkum olmaq istəməyən bir milləti heç kəs qul edə bilməz. Fədakarlıqla özündən keçməyı bacaran qəhrəmanlar millətin ışıqlı yol göstərən Səməndər quşlarıdır ; yana-yana hər bir qığılcımlarından yeni-yeni səməndərlər yaradırlar. Tarixdə yaşamış bir Babək indi minlərlə, milyonlarladır. Qəhrəman olmaq istəyən qəhrəman olur.

DR. Firudin Qurbansoy

Babək Xürrəmdin ya Bay Bək Şaman?
Babək və ya Xürrəmi hərəkatının haqqında aparılan təhqiqlər istər tarixi, nəzəri, istər kimlik ya inanc baxımından dəyişik və hətta demək olar ki, təzadlı iddəalara sonuclanmışdır. Kimsə Babəki Zərtuşti, kimsə məzdəki, mani, mehri və sonralarda hətta 12 imamlı şiə də adlandırıblar.

Babəki bu inanclara mənsub etmək özlüyündə bu iddeaların sadəcə nəzəriyyə olduğunu göstərir. Əgər hər hansı bir nəzər sübut olmuş olsaydı, bu qədər dəyişik nəzəriyyə ortaya çixmazdı. Sual budur ki, niyə Babəkin haqqında bu qədər səhvlərə yol verilib və verilir? Və ya təhqiqatçıları bu nəzəriyyəyə çatdıran nədir?

Məncə bu nəzəriyyələrə çatmanın əsas səbəbi, Babəkin İranla məhdudlaşdırılması və İrana mənsub ideyaların içində araşdırılmasıdır. Məhz buna görə də, Babəkə bir İranlı kimliyi yaradıb və İrana mənsub olduğu iddia olunan inanclara mənsub etməyə çalışırlar. Bunun da əsas dəlili Xürrəmi hərərkatina ciddi təsir buraxan Babək dövründə olan üc əhəmiyətli imperatorluğun birinin tamamilə unudulmasıdır. Babəkin kimliyini və inancını təşkil edən və ya təsir buraxan Türk İmperatorluğu -Xəzər İmperatorluğudur.

Azərbaycanda Türklərin yerləşmə prosesi


Ari xalqların bu gün İran adlanan coğrafi əraziyə gəldiklərindən daha əvvəllər Türk dillilərin burda yaşadıqları artıq sübut olunubdur. Əski türklərdən qalan Sümer, Elam və Urartur kətibələri danılmaz faktlardır ki, Türklərin bu bölgədə bu günə qədər ardıcıl yaşadıqlarını sübut edir. Bu faktları ört-basdır edərək, şovinist mahiyyətli İran tarixçiləri Türklərin İrana ən son zamanlarda gəldiklərini iddia edib və Türklərə aid olan bütün mədəniyyəti Arilərin mədəniyyəti kimi göstərməyə çalışırlar. Təbərinin tarixini xülasə edən Bələmi Mənuçehrin Azərbaycanda Türklərlə savaşdığını, Keyxosrov və övladlarının Azərbaycanda Türklərlə savaşdığını və Türklərin hüdudunu Türkistandan Ruma qədər olduğunu və eləcə də Gəştaspın Azərbaycanda Türklərlə savaşıb və bir çox Türkün öldürdüyünü qeyd edir. (1)
Miladdan 4000 il öncə başlayaraq Orta Asiyadan Dərbənd və Dariyaldan şərqə köç axınları olmuşdu, bu axınlar Azərbaycandan güneyə tərəf olduğu üçün Azərbaycan (şimali və cənubi) Həmədan, Qum, Qəzvin, Zəncan, Təxti-süleyman araları yerlərdə iltisaqi dillilərin, yəni qutti, lulubi, hurri, manna, orartu, sabir, alban, işğuz və s. yaşadığı yerlər olmuşdur, daha doğrusu bu yerlərin sakinləri tarixə bəlli olan ilk çağlardan iltisaqi dilli -əski türklər olublar.(2)
Türklərin Azərbaycana birinci axınları miladdan əvvəl VIII əsrdə olmuşdur. Sonki axınlar IV və V miladi yüz illərində olmuşdur. Ərməni qaynaqlarında Ağ Hunları Xilendurk ya Xilentürk adlandırmışlar (Markuart, İranşehr.s.96) və Cənubi Muğanda ki Blasağon onların mərkəzidir. “Blasağon həm də Şərqi Türkistanda bir şəhər adıdır.” Qədim Türklər, Bulqarlar, Xəzərlər, Ağaçərilər və Sabirlər Şərqi Avropaya köçəndə Azərbaycana gəlib və burda məskunlaşdılar, Ərəblər hücum edəndə burda türklər var idi. Vəhəb İbn Monnəbə, Əltican İbn Haşim kitabindakı rəvayət buna sübutdur. Kitabda yazir ki, bir gün Maviyə öz müşaviri Əbid İbn Sariyədən soruşdu ki, Azərbycanda nə var? Əbid cavab verdi: bura qədimdən Türklərin ölkəsidir.(3) Herodotun yazdiğina görə, miladdan öncə VII və VI əsrlərdə Türklər şərqdən qərbə tərəf köçüb və qərbi Sakalarla birləşib hakim oldular. Onların xaqani Əfrasiyabdır. (4)

Dunlop kitabında qeyd edir: “Bəziləri yazır ki, İranlılar gəlmədən əvvəl Aran və Gürcüstan Xəzərlərin idi. Sasani şahı Qubad (488-531) bu torpaqları işğal edir. Yəqubi yazır: “Xəzərlər bütün Ərmənistanın şəhərlərini əldə edib və Xaqanın Y-Z-?-D Q-lash adlı Naibi Aran, Corzan, Bosforcan və Siscana hakim edir ki, İran şahı Qubad oranı Dərbəndə qədər fəth edir. 100 ağac (Fərsəx) 360 şəhəri var idi ki, Ənuşiravanın oldu. İran şahı Təbərsəran, Bələncəri də ələ keçirdib, Qalıqla və bir çox başqa səhərləri tikib və farslardan ora yerləşdirmişdir. Sonra Xəzərlər bütün o yerləri ki farslar onlardan almışdı yenidən ələ gətirdilər və bir müddət onların hakimiyyətində idi ki, Rumlar Xəzərlərə qalib gəlib, 4-cü Ərmənistanda Moriyan adlı birini şah etdilər.” (5) “Ərmən” qədim türk sözləri “Ər” və “mən” sözlərindən yarandığı elmdə qəbul olmuş həqiqətdir.


Təbəri deyir ki, Ənuşirəvan şahlığını 4 Satraba bölmüşdür, biri Azərbaycan və Xəzərlərin tərəfidir, O Bəncər, Bələncər və başqa cəmiyyəti ki Ərmənistana hücum etmişdilər yenildib və onların qalanlarından 10.000 nəfəri Azərbaycanda oturmağa məcbur etdi. (6)
R.Rəisniya, Təcarubül Öməm İmamının tərcüməsindən qeyd edir: “Ənuşirəvan deyir: 37-ci şahlığımız ilində xəzər türklərindən mənə məktub yazdılar, yaşayışın çətin olduğu üçün bizim qulluğumuzda olmaq istədilər və bizdən qabaq baş verənlərdən üzr istədilər... ki, bizim savaşlarımızda bizimlə birgə vuruşsunlar. Qorxdum ki, Rumlarla birləşsinlər, çünki keçmişdə Rumlara muzdur olmuşdular. Onlara yazdım ki, hər kəs bizim əmrimizə tabe olsa, qəbul edərik. O zaman Dərbəndin qoruyucusuna məktub yazdım və fərman verdim ki, onlara dalbadal məmləkətin içində yol versin. O zaman mənə yazdı ki, 50.000 türk ailəsi ilə və 3.000 başçıları ailələri ilə onun yanına gəliblər. Məktub mənə yetişən kimi, özüm istədim onları yaxından görüm, Azərbaycana yola düşdüm. Ora yetişdikdə heyrətedici pay Qeysərdən çatdı. Böyük Xaqanın elçisi, Xarəzmin elçisi, Hind şahının elçisi, bir çox başqa elçi və 29 şah bir gündə məmim yanıma gəldilər. 50.000 türkə yetişəndə fərman verdim, sıraya düzüldülər və ata minib onlardan san aldim. Mənim yoldaşlarım da və yeni qatılanlar da mənim fərmanıma və qulluğuma yetişdilər. Onlar uzun bir 10 ağaclıq çöldə yerləşmirdilər. Allaha şükür elədim. Türkləri ailələri ilə birlikdə 7 qrupa bölünməsini əmr edib hər qrupa özlərindən bir başcı qoydum. Onlara torpaq, bəzilərinə pul, geyim verdim, maaş təyin etdim. Onların bəzilərini öz başçılarıyla Bərcand, bəzilərini Aran və bəzilərini də Azərbaycanda yerləşdirdim. Onları lazım olan hüdudlara göndərdim və hüdud qoruyucularina tapşırdım. İndiyə qədər onlara nə fərman versək ya hansı hüduda göndərsək səmimi çalışıb bizi sevindirirlər. (7)

Yuxarıda göründüyü kimi türklərin Miladdan 4000 il əvvəl Azərbaycanda yerləşmələrindən əlavə tarix boyu ardıcıl axınlar davam edib. Herodotdan nəql elədik ki, türklərin mühacirətinə işarə eləmişdi. Yenə də bunlara əlavə olaraq oxuduq ki, İran şahı Ənuşirəvan 10.000 türklərdən məcburi olaraq Azərbaycanda yerləşdirdi. Bir daha şahid olduq ki, 50.000 Xəzər türklərindən ailə və qohumları, yenə də 3.000 türk başçılarından öz ailə və əqrəbalarıyla Azərbaycana yerləşdirmişdi. Şahid olduq ki, Ənuşirəvan türklərin şimal və cənubda əlaqəsini kəsmək və milli tərkibi dəyişdirmək üçün bir sıra Farslardan Dərbənd, Təbərsəran, Bələncər və Beyləqanda yerləşdirdi. Bu məsələ ( farsların bu yerlərdə məskunlaşdırılması) daha sonralar səbəb olmuşdu ki, tarixçilər səhvən Azərbaycanın qədim dilini fars və ona bənzər dil kimi hesab etsinlər. Eləcə də Tatların mənşəyi həmən bu Azərbaycanda məskunlaşmış farslardılar ki, Sasani dövründə Azərbaycana yerləşdiriliblər. Onlara (Azərbaycanda yerləşdirilən farslara) türklər “tat” deyirdilər. Türklərin dilində Tat, yəni qəribə və ya biganə anlamındadır. Orxun daş yazılarında da bu anlamda işlənibdir. Faruq Sümər oguzlar kitabının 9-cu səhifəsində orxun daş yazılarından Tat sözünə işarə edərək belə yazır: “Taş toqytdym göngül tək sabımın orturtum Un Oq oğlunqa Tatı teqi bunu görə biləynq”. (Daşı yonub, hamarlayıb və sözlərimi orda yazdilar ki, Un Ox oğulları və biganələr görub və bilsinlər). Baxmayaraq ki, fars şovinisləri bu gün həmin tatların Azərbaycanda olduqları üçün belə iddia edirlər ki, Azərbaycanın qədim dili pəhləvi diliymiş, əslində bugünki Tatlar həmən Sasani dövrü Azərbaycanda yerləşdirilən farslardılar.

Türklərin Azərbaycanda yerləşmə ya Azərbaycana axınları haqda qısa məlumatın buna görə zərurəti vardi ki, sonki axinlarda Xəzər, Sabir, və s. öz soydaşlarila üzləşdikdə məskunlaşmaları daha da rahat olmuşdur. Xəzərlərin Azərbaycan kimliyində və tarixində əhəmiyətli rolu olub, məhz buna görə də, Babəki tanımaq üçün ilk öncə Xəzərləri tanımalıyıq. Niyə ki, Babək hərəkatı həm soy baxımından, həm coğrafi baxımdan, həm də inanc və siyasət baxımından Xəzərlərlə yaxın əlaqədə olub.
Azərbaycanın tarixini və hətta İran, Ərəb, Bizans, Vaykinq, Ərməni ve Rus tarixini araşdıranda Xəzər İmperatorluğu və onun təsiri bu məmləkət və millətlərdə araşdırılmasa, o tarix və nəzəriyyə axsantılı və yarımçıq tarix olar. Xəzər İmperatorluğu və onun Dövlət İdarə sistemi, inanci və coğrafiyası tarixin yaranışında təsirlər buraxıb. Tarixçilər Türk Xəzər İmperatorluğunun Rum (xristian) və Ərəb (islam) imperatorluqlarıyla eyni əhəmiyyətdə bilirlər.

Xəzər türkləri.


448-ci il, Attilanın sarayından xəbər verən Rum səfiri preskus (Prescus) ve VI əsrin ortalarında Zaxariya (Zacharia Rhetor) Xəzərləri Hunların tabeyi və müttəhidi kimi yad edirlər. VII əsrin ortalarında Xəzərlər başqa Türkləri özlərinə tabe edərək (sabir, sarı uyğur, bulqar, və s. Türklərin) Xəzər İmperatorluğunu yaradıb və 400 il hökumət sürürlər. (8) Dunlop və Arthur Kestler İbn Bəlxinin farsnaməsinə istinad edərək yazır: “Xosrov Ənuşirəvanın şahlığında Bizans, Çin və Xəzər İmperatorlarına məxsus olan üç qızıl taxtdan söhbət edirlər.” (9) 913-959 Bizans İmperatoru Konstantin Profirojnitus (Constantine Prophyrogenitus) öz kitabında qeyd edir ki, Pap və ya Qərb Rum İmperatorluğuna göndərilən məktubların altına iki solidus (Rum qızıl sikkəsi) bahasında və Xəzərlərə göndərilən məktublara üç solidus bahasında damğa təyin etmişdir. Bu Xəzər Xaqaninin siyasi əhəmiyyətini göstərir.(10) Artumanov qeyd edir ki, Xəzərlərin ərəblərə hücümu kömək etdi ki, Bizans ərəblərin qarşısında dayana bilsin.(11) Bunlar hamısı Xəzər İmperatorluğunun siyasi, nizami və iqtisadi əhəmiyyətini bəyan edir.
Xəzərlərin İmperatorluğu Altay dağlarından ta Qara dənizə qədər geniş coğrafiyanı təşkil edir. Bəzi tarixçilər Xorasanı İran və Xəzərin hüdudu tanıyırlar. Ancaq bizi maraqlandıran Xəzərlərin Azərbaycanın qonşuluğunda və ya özündə olmalarıdır. Ona görə də, bu bölgəyə xüsusi diqqət edirik.
650-ci Miladi ilində Xəzərlər ərəbləri yenildib və Gilana qədər təqib etdilər. (12) 725-ci ildə Xəzərlər Azərbaycanda Ərəblərlə vuruşurlar, Haris İbn Əmro Xəzərləri yenildib Araza qədər geriyə çəkilməyə məcbur edir... 728-ci ildə yenidən Azərbaycana girirlər və Haris İbn Əmro yenidən onları yenildir... 730-cu ildə Xəzərlər Xaqanın oğlunun rəhbərliyi ilə Cənubi Varsanda ərəb sərdarı Cərrahla vuruşurlar. Cərrah Xəzərlərə mane ola bilməyib, Ərdəbilə geri oturur... Daha sonra Savalan dağının ətəyində Xəzərlər ərəblərin ordusunu yenildib, Cərrahı öldürüb və ailəsini əsir tutaraq Ərdəbili fəth edərək Azərbaycanı keçib Diyarbəkir və Mosula qədər irəlləyirlər. (13)
Tarix Azərbaycanda Xəzərlərin nüfuzunu dəfələrlə sübut edir. Xəzərlərin hücumları qənimət üçün idi və gəldikləri yoldan qayıtmışlar. Amma eyni halda təbii baxımdan münasib olan yerlərdə bu ordudan ayrılıb qalanlar da olurdu. Xüsusilə, Azərbaycanda, eyni dilli insanlarla üzləşdikdə bu sakinləşmə prosesi daha da rahat olubdur. Azərbaycan yaylaqları özəlliklə Muğan ərazisinin köçəri elatlar üçün çox münasib təbiəti olması da onları burda yaşamağa sövq edib.
Seyyid İbn Əmro Əl Hərəşi Varsanda Xəzərlərin mühasirəsində olan müsəlmanları qurtarmaq üçün Xəzər dilini bilən İranlılardan faydalanıb və bu adamlar Xəzərlərin içindən keçib Varsandakı müsəlmanlara köməyin yolda olduğunu bildiriblər. Xəzərlər Bəcərəvan mühasirəsi ilə dala oturub və Seyyidin yaxınlaşması ilə Varsanın mühasirəsindən əl çəkib yenə də Ərdəbilə yollandılar. (14)
Bu Xəzər dilini bilən İranlılar əcaba kimlərdilər? Bunlar həmən Azərbaycan Türkləridir ki, heç bir çətinlik çəkmədən Xəzərlərin içindən keçə bilirdilər. Xəzərlərin əsl yerləşdiyi yerlər bu günkü Dağıstandır. (15) Daha əvvəllər, yəni Ənuşirəvanın 531 və 579-ci illərinin arasında 10000 Xəzərin Azərbaycanda yerləşdirilməsini Təbərinin dilindən qeyd etdik. Eləcə də Ənuşirəvanin 50.000 Xəzəri 3000 başçisini ayilələrilə bərabər Azərbaycanda yerləşdirdiyini, ondan əvvəllər Xəzərlərin Qorqana qədər gədiklərini və bu hadisədən sonra dəfələrlə Azərbaycana gəldiklərini nəzərdən keçirtdik. Bu hadisələr Azərbaycanın kimliyi tərkibində yəqin ki təsir buraxmışdır, xüsusilə də Azərbaycanlıların Türk olmaları bu təsiri sürətləndirmişdir. Bu təsirlər daha sonra Xürrəmi hərəkatında özünü göstərir. Yəni həm inanc, həm dövlətçilik forması və xarici siyasət bu iddianın şahididir. İndi isə Xəzərlərin və Xürrəmilərin inanc birliyini göstərməyə çalışırıq.
Artur Kestler Xəzərlər haqqında çox əhəmiyyətli tədqiqatlar aparıb, amma fars şovinistləri onun kitabının etibarsız olduğunu iddia edirlər. Ona görə də, onun haqqında bir az məlumat verməyi lazım bilirik. Macar əsilli olan Artur Kestler Xəzərlərin zühuru, yəhudiyyəti qəbul etməsi və İmperatorluğun sona çatması haqda geniş təhqiqatlar aparmışdır. Bu işin dəqiqləşdirilməsi üçün bütün ərəb, ibrani, rus və latın qaynaqları incəliklə oxumuş və eyni halda müasir tarixçi və mühəqiqlərin əsərlərini də incələmişdir. Bu araşdırmanın sonucu 13-cü qəbilə adlı kitabdır. Bu kitab 1982-ci ildə Cəmşid Səttarının vasitəsilə farscaya çevrilmişdir. Artur Kestler qaynaqlarıni 1-ci və 2-ci dərəcəyə bölmüşdür. 1-ci dərəcəli qaynaqları Constantine Prophyrogenitus 950-ci ildə dövlətçilik kitabı və ərəb səyyahı İbn Fəzlanın raportu hesab edir. Bununla yanaşı, o cümlədən Təbəri 921, İstəxri 932, Məsudi 956, İbn Huqul 977, Yaqut 1179 – 1229, Rus və Ərməni tarixçilərindən faydanmışdır. Yeni tarixçilərdən, o cümlədən Toyenbee-Bury,Vernadski, Baron, Macartney, Poliak və s. Xəzərlər haqqında təhqiqat aparan və ən əhəmiyyətli olan böyük şərqşünas Eric Kahle və onun şagirdi, Kolumbiya Universitetinin professoru Douqlas Morton Dunlopla yanaşı Zəki Vələdidən ki İbn Fezlanın kitabını Məşhəddə tapıb və tərcümə edib faydalanmışdır. Bu kitabın oxunmasını bütün soydaşlara tövsiyə edərdim.

Xəzərlərin inancları


İbn Fəzlan 21 yanvar 921-də Bağdaddan yola düşür və bu səfərdə gördüklərini qeyd edibdir. İbn Fəzlan Xəzərlərdə şamanizmə işarət edərək, qeyd edir ki, Başqırdların ağaca pərəstiş eləmələrini görüb və dilmançının vasitəsilə bir nəfərdən soruşur ki, niyə bu ağaca pərəstiş edirsiniz? Adam cavab verir ki, mən ondan yaranmışam və ondan başqa Allah tanımıram. Onların içində adamlar var ki, 12 Allahın olduğuna inanırlar, Qış Allahı, Yay Allahı, Yel Allahı, Ağac Allahı, Adam Allahı, Heyvan Allahı, Su Allahı, Yağış Allahı, Gecə Allahı, Gündüz Allahı, Ölüm Allahı, Yer Allahı və Goy Allahı ki, bu Allahların ən böyüyüdür. Eyni halda bunların arasında birlik var və öz ortaqlarında razıdırlar... Onlardan bəzilərini gördüm ki, ilana pərəstiş edirlər, başqa tayfa baliğa və bəziləri bildirçinə pərəstiş edirlər. Bunlar Allaha inanmırlar və ərbablarını Allah çağırırlar... Qadınları özlərini kişilərdən gizlətmir, qadınlar bədənlərinin heç nəyini kimsədən gizlətmirlər... Bunlar təharət və qüsul bilməzlər... (16) Bu həmən türklərdə olan şamanizmdir.
Mir Əli Seyidov yazır ki, şamanizm hər şeydən əvvəl Türk ata-babalarımızın inancı ilə bağlıdır.(17) Qədim Türklər “Ölgən”, yəni göyləri yaradan və ya Göy Allahı adlandırırdılar. Yaqutlar Ağ Şaman ya Ay Allahına inanırdılar, Ərlik (Yer Allahı), Çinar, Dağ, Balıq və sairəyə pərəstiş edirdilər.
Bunu əlavə etməliyəm ki, Xəzərlər İmperatorluğun son zamanlarında siyasi dəlillərə görə, yahudi dinini dövlət dini kimi qəbul etmişlər, yəni bir tərəfdən müsəlman, o biri tərəfdən xristian mədəniyyətləriylə qarşılanaraq öz dinlərini genişləndirmək istəyirdilər, xəzərlər öz istiqlallarını qorumaq üçün yəhudi dinini qəbul etdilər, bir tərəfdən müsəlmanlar və xristianlar bu dini ilahi din kimi qəbul edir, başqa tərəfdən isə bu dinin siyasi gücü olmadığı üçün xəzər dövlətçiliyini və xəzərlərin istiqlalına xələl yetirmir. Amma millət ümumiyyətdə eyni inanclarına (şamanizm) davam etmişdi. Məsudi deyir: “Bu şəhərdə müsəlman, nasiri, yahudi və cahiliyyət dövrünə inananlar var. Şah və onun ətrafi yəhudidirlər və Harun Əl Rəşid dövründə yəhudiyyəti qəbul ediblər.”(18) Daha sonra Məsudi yazır: “Xəzərlərin paytaxtında 7 qazı var, 2-si müsəlmanlar üçün 2-si Xəzərlər üçün ki Tövratla hökm edirlər, 2-si Nasirilər üçün ki İncillə hökm edirlər və bir nəfər Səqalib (slavyanlar), Rus və s. Cəhalət əhli üçündür ki, agıl ilə qəzavət edirlər... Və onların diyarında tacir, sənətçi müsəlman və s. çoxdur ki, əmniyyət və ədalətə görə oraya qaçıblar, Məscid də tikiblər.(19) Kestler əlavə edir ki, Xəzərlər başqa dinlərə qarşı Rum və İslam İmperatorluğundan yaxşı və güzəştli davranırdılar. (20)
Demək Xəzərlər yəhudi dinini dovlət dini kimi qəbul etsələr də eyni halda burada şamanizm və digər dinlər də mövcud idi. Yəhudiyyəti qəbul edənlər də sadəcə üzdə etmişlər, çünki onlar Sebt, Sünnət və başqa yahud dininin qaydalarına əməl etmirdilər.

Xəzərlərdə dövlətçilik quruluşu forması


Xəzərlərin dövlətçilik formasına gəlincə, qaynaqlar Xəzərlərdə iki şahlıq olduğunu, yəni Xaqan və Xaqan Bəydən söz edib və bunların irsi olmadığını, yəni seçki yolu ilə hakimiyyətə gəldiklərini və demokratik bir İmperatorluq olduğunu göstərir. Xəzərlərin padşahı Xaqan adlanır, hər dörd ayda bir dəfə millətin içinə çıxır. Buna Böyük Xaqan deyirlər və bir də Xaqan Bəy var. Xaqan Bəy ordunu və məmləkəti idarə edir və savaşlara gedir. (21) Bu şahlığın müddəti 40 ildir, əgər bir gün bu müddətdən keçərsə, o şahı öldürərlər və deyərlər ki, bunun ağlı zay olub.(22). Xaqan mənəvi ata kimidir, siyasi işlərdə dəxalət etmir. Xaqanin demək olar ki ilahi və müqqədəs mövqeyi var.
“Xaqan bəlli ailədən seçilir, Xaqan əmr-nəhy eləməz, fəqət ona hörmət qoyarlar...onu görəndə savaşdan əl çəkərlər... Xaqanin qəbrinin yanından keçən atdan yenib səcdə edər və qəbirdən uzaqlaşmıyana qədər atına minməz... Daha əvvəl dedik ki, bəlli ailədən seçilər. Onların bəzisi varlı və bəzisi də yoxsul olar. Əgər bir fəqir Xaqan olsa hamı onu qəbul edər... Tanıdığım bir şəxs deyirdi ki, hamı bir gənc çörək satanın ləyaqəti üçün Xaqan öləndən sonra o çörəkçinin Xaqan olmasini istəyirdilər.” (23)
İbn Fəzlan o zamana qədər görmədiyi demokrasını türklərin içində heyrətlə pisləyib, və şüursuzluğa ittiham edir: “Bu camaət çöllərdə yaşayırlar, azqındırlar, Allaha inanmırlar, ağılsızdılar, heç nəyə pərəstiş eləmirlər, fəqət böyüklərinə ərbab deyirlər və ondan məsləhət alırlar, onu Allah çağırırlar, onlar içlərində şura edirlər amma o zaman ki, bir məsələdə anlaşıb və qərara gəldilər, baxarsan lap alçaqlarından biri ayağa qalxıb hər şeyi pozar. (24) Bu məsələnin İbn Fəzlana yeniliyi olduğu üçün şurada iştirakçıların etirazını başa düşmür. Başqa yandan məsələlərə əşraf gözüylə baxdığı üçün bu təbəqəyə mənsub olmayan insanları alçaq hesab edir. Bu məsələ göstərir ki, Xəzərlərin içində məmləkətin məsləhəti bir təbəqəyə aid deyil, və şurada hamı təbəqənin numayəndəsi iştirak edirmiş ki, İbn Fəzlan fəqir təbəqənin nümayəndəsinin etirazını görmüşdür. Eyni halda qadının rolu Xəzərlər İmperatorluğunda İbn Fəzlani təəcübləndirir. Xaqanın bacısı Xatın qıtlıq illərində böyük siyasi tədbirlə milləti şəraitə tabe olmağa və səbrə dəvət edib, beləliklə Xəzər İmperatorluğunu üsyandan qorumuşdur. “Ərəblər Xəzər qadınlarının siyasi fəaliyyətindən və məmləkət idarəçiliyindən yazmasalar qadınların siyasi-ictimai fəaliyyətləri Türklərdə tamamilə təbii bir məsələdir.”(25) H.Rosenthal yahud ensklopediyasında yazır: “Xəzərlər bütün birləşmiş millətlərin üstünlüyünə malik hökumət qurmuşlar, parlaq ticarət, orqanizə və sabit orduya sahib idilər. O zaman ki, Batı Avropada cəhl və xürafə hakim idi, Xəzərlər padişahı öz ədalətli və açıq gözlü hökumətilə fərəhlənə bilirdilər.” (26) Xəzərlər rusların dövlətləşməsinə böyük yardım etmişlər, ona görə ruslar da xəzərlər kimi şahlarına Xaqan deyirdilər və onun xəlifəsi də var idi. Xəzərlər hərbi baxımından şərqi Roma görə üstünlüyə sahib idilər.(27) Əgər biri desə ki, Xaqan əməldə Rum İmperatorluğuna yeni hakim təyin edirmiş yalan sayılmaz.(28)
Sorğu yeri var ki, sabit və güclü orduya malik, yüksək ədalət, əmniyyət, parlaq ticarət və demokrasiyaya sahib olan Xəzərlər Rus və Rumlara dərin təsir buraxmışdır, Rəhim Rəisniya yazır ki, xəzərlərin Azərbaycanın milli tərkibində rolu olubdur. (29) .
Xürrəmilərə gəlincə, məlumat daha da azdır, ancaq bu az məlumata baxmayaraq bunu bilirik ki, Xürrəmilər 22 il ərəb müstəmləkəçiliyinə qarşı mübarizə edib, Azərbaycanda adil, demokratik dövlət qurub və ərəb xəlifəliyini titrəyə salmışdı.

Ərəb İstilasi və xürrəmilər


“642-ci ildə ərəblər İran ordusunu Nəhavənddə yenildəndən sonra ərəb ordusu iki hissəyə ayrılıb, biri Reyə tərəf və digəri Qəzvin yolu ilə Azərbaycana, Zəncan, Əbhərdən keçib və Ərdəbili işğal etdilər... Yaqut və digərlərinin yazılarına görə, təqribən bu işğaldan dərhal sonra üsyanlar başlamışdır. Belə nəzərə gəlir ki, təqribən bir nəsillik sürən zaman çəkdi ki, Ərdəbildə gözə çarpan qədər islamı qəbul edənlər olsun və məscid tikib quran oxunsun... Aydın bir sənəd yoxdur ki ərəblərin Azərbaycanın başqa şəhərlərinə doğru hərəkətını göstərsin. Bəzi qaynaqlar Urmu ətrafına kiçik bir ordunun yollamasından xəbər verirlər... Amma çox aydındır ki, ərəblər qüvvələrinin az olduğu üçün kifayət qədər məntəqəyə və millətə təsir edə bilmədilər... Nəticədə ərəblər bu böyük bölgədə cüzi nöqtələrdən başqa bir şey fəth edə bilməyib və bu daha çox ayaqüstü dəyib qayıtmağa bənzəyirdi. Ona görə də, dinləri bu işğal etdiyi yerlərdə artıq nüfuz edə bilmədi. Buna da dəlil ərəb dilinin Azərbaycanda anlaşılmaması idi. Yaqut deyir ki, burda danişılan dilə Azəri deyirlər və özlərindən başqa kimsə onu başa düşməz.”(30)
Daha əvvəllərdə qeyd etdik ki, xəzərlər dəfələrlə ərəbləri yenildib və Ərdəbildən çıxardıblar. VIII əsrin ilk yarısında ərəbləri yenildib, Cərrahı Savalanın ətəyində öldürüb, Azərbaycandan Diyarbəkir və Mosula qədər irəliləmişdilər. Bəlkə də yerli üsyanlar xəzərlərin qalib gəlməsini asanlaşdırmışdır. Yəni millətin müqaviməti nəticəsində ərəblər Ərdəbildən çıxıb və Savalanın ətəyində yerləşiblər. Başqa yandan da xəzərlərin burda olmaları və müdaxilələri inqilabın dərinləşməsinə, genişlənməsinə ya davamına təsir buraxmışdır.
“Xürrəmilərə 2 nəfər rəhbərlik edirdi (Cavidan və Abu İmran). Cavidanı Təbəri Cavidan İbn Sahl, Məsudi İbn Şəhrək və Fehrest Suhrak yazırlar. Eləcə də Babəkin doğulduğu yer və atasının haqqında dəyişik məlumatlar var. Bəziləri, o cümlədən, Fehrist Babəki zinazadə adlandirib. Babəkin doğum yeri Bilalabad, Meymənd, Bəzz, Xüdafərin kimi dəyişik yerlər zikr olub. Atasının adı Abdulla, Əlhəsən, Mərdas və bəziləri də Əbu Müslim Xorasaninin nəvəsı kimi iddia ediblər...Cavidan Zəncandan qayıdışında Babəkin evində qalır, onun igidliyindən xoşlanıb öz yanına aparır. Xürrəmilərin rəhbərləri arasında (Cavidan və Əbu İmran ) savaş başlayır. Əbu İmran ölur, Cavidan ağır yaralanıb və üç gündən sonra ölür. Cavidanın xanımı (Kəldaniyə) Xürrəmilərə deyir ki, Cavidan dünən dedi ki, mən bu gecə öləcəyəm və mənim ruhum Babəkin vücudunda canlanacaqdır. Mən istəyirəm o Xürrəmilərə rəhbərlik etsin... Cavidanın xanımı bir inək qurban edib dərisini soydurtdurub, yerə salır, dərinin o tərəfində çörək və şərab qoyulur. Bütün igidləri çağırıb, bunlar bir-bir dəriyə ayaq basıb o tərəfdə çörəkdən kəsib, şəraba batırıb, yeyib və təkrarlayırdılar: “Mən Babəkin ruhuna inanıram necə ki, Cavidanın ruhuna inanıram.” Onun ardından Babəkin əlini öpüb və ona tabe olduqlarını elan etdilər. Eyni zamanda o (Kəldaniyə) Babəkin yanında bir oturaq qoyub oturmuşdu. Üç qurtum şərab içəndən sonra o bir reyhan qanadını evlənmək təklifi kimi Babəkə verdi və bütün Xürrəmilər bu evlilikdən razı olduqlarını bildirdilər.” (31)
Məsudu iddia edir ki, Babək bir dəfə islamı qəbul edib və Həsən adını götürdü, amma tək bundan başqa hamı qeyd edir ki, Babək ərəb və islama nifrət edib, qədim İran mədəniyyətini yenidən qurmağa başladı. Onlar iddia edirlər ki, qədim fars adı Papəki seçdi, Allahın insanda təzahürünü (Hülul) insanın ruhunun başqa insana köçürülməsını (tənasüx) və sonucda İmamın dönüşünü, (rucət) iddiasında bulundu... Bütün millətin himayəsini qazandı. Bura kimi sənədlər göstərir ki, Babək heç bir müxalifət olmadan bütün Azərbaycana hökumət edirdi. Məhəmməd İbn Əl Bəis, Təbriz hökmüdarı onunla birləşdi. Sonralar Marağa və Zəncana qədər əldə etdi... Təəssüflərlə Babəkin inancı haqda az məlumat var... Fehrest iddia edir ki, Babək Allahliq iddiasi etdi... Sasanilər hululda ilahi ruhuna (Fərrəhi İzədi) inanırdılar... Xürrəmilərin inancına görə köçürülən ruhun xalis insan ruhu ya ilahi ruhundan olduğu aydın deyil... Onlar heç bir dini rədd ya təhqir və təzyiq etmirdilər... Onların inancında bütün dinlər düzdür, yetər ki, yaxşı əməli dəyərləndirib və pis əməli cəzalandırsın... Xürrəmilər simvolik olaraq iki ruha, yəni işıqlıq və qaranlığa inanırdılar. Onlar şərab içməyi çox sevirdilər, eyni halda xalisliyə, təmizliyə və düzlə əyrinin arasında çox diqqətli idilər. Çoxlu cinsi rabitələr qadınların istəyi ilə qanuniləşirdi. Onların idiaları ləzzət və xoşluq idi. Her şeydən, bu şərtlə ki başqasına ziyan gətirməsin faydalanıb və ləzzət almağa inanırdılar. Bu fəlsəfə ola bilər ki, yüksək əxlaqi və ya təhlükəli olsun. Xürrəmilərin şərab içmələri və cinsi məhdudiyyətin olmaması düşmənlərin əlində bir silah kimi işlənirdi.” (32)

Babəkin inanci haqda dəyişik rəvayətlər


Gərçəkdən də Babəkin inancı üzrə məlumat çox az və çox qarışiqdır. Misal üçün bir neçə nümunə: “Savalan, Babək, Meşkin” adlı kitabda bu bölgənin inancları haqda yazır ki, Manizmi, Məzdəki və Zərtüşt idi və Xürrəmilər dövrü Məzdəkə, Zərtüştə inanırdılar.(33) Babək Xürrəmdin Allahlıq iddiası edərək, məzdəkizmi diriltməyə başladı.(34) Zərrinkub başqa rəvayətlərdən qeyd edir: “Müqəddəsi deyir: xorrəmilər məcbur olmasalar qan tökməzlər, başqaları ilə yumşaq davranırlar, qadınların rizayəti şərti ilə onlara şərikdirlər... İbn Nədim deyir: “Məzdəkidilər, ləzzətpərəst və qadınlara da şərikdirlər.” Xacə Nizamülmülk: “Şəriətdən üz çevirib, namaz, oruc və qüsl bilməzlər.” Bələmi: “İslam onlara nüfuz etməyib, oruc, namaz, qurban və qüsl onlardan uzaqdır.” İbn Əsir: “onlar məcusdurlar, öz ana və bacılarıyla evlənirlər və ona görə də onlara xürrəmi deyirlər, tənasüxə inanırlar və deyirlər ki, heyvanın ruhu başqa heyvana köçür.” Dinəvəri: “Onlar Fatimiyyə firqəsindəndirlər.” (35) Və nəhayət Zərrinkub öz fikrini bildirir: “... Babək 200 hicridə xürrəmi dinini qəbul edib və məzdəki Cavidanın inqilabını davam etməyə başladı.”(36) Dr.Hüseyn Feyzullahi Vəhid iddia edir ki, Babək şiədir və əsl adı da Həsəndir. (37)
E.Wright yazır: “heç bir tanınmış sənəd və qaynaq Mani və Məzdək inanclarının IX əsrin yarılarında İranın Şimalında olduğunu göstərmir.” (38)

Xürrəmilərin inancları haqda səhvlərə yol verən əsas səbəb Babəki İrana mənsub olan əfsanəvi və ya həqiqi inancların içində axtarmaqdır.

Babəkin adı haqda
Wright nəql edir ki, əski fars adlarından Papək adını seçdi. Bunu iddia edənlər bu adı seçmədən əvvəl nə ad daşıdığını da aydınlaşdırsaydılar işimiz bir az rahat olardı. Ona görə də, Babəkin adı haqqında danışmaq lazım görülür. Yuxarıda edilən iddianın əksinə olaraq, Babəkin heç rabitəsi Papək ya diğər fars adlarıla yoxudur. Əslində “Babək” deyil, bəlkə “Bay Bək” əsil türk adıdır. Əski türkcədə “Bay Bək” zamanla sadələşib Babək olsa da, hal hazırda Bay Bək əskidəki olduğu kimi Altay və Tuva türklərində Bay Bək yazılır və oxunur. Ancaq Azərbaycan dilində sadələşib, Babək olubdur.

Babək və aryan kültürü


Bay Bəki Papəklə eyniləşdirərək onun guya, İran əski mədəniyyətini və ya Sasani İmperatorluğunun yenidən yaratmaq istədiyini iddia edənlərə göstərmək istəyirik ki, Babəkin düşüncəsi, dövlətçiliyi, inancı və apardığı siyasəti İrana mənsub olan inanclara nə ki bənzəri yoxdur, bəlkə tamamilə o inancların zidd və müqabil nöqtəsindədir. Birincisi, İran ( Ariyayı) kültüründə hakimiyyət üstün təbəqəyə (Əşraf) məxsusdur. Məhz buna görə də şahliq irsidir və Kəyanı qanından olanlara məxsusdur, buna görə də, Əhəməni və Sasani şahlıq dövrü İran tarixçiləri əsl və xalis Ariyayı dövrü bilib və başqalarını Türk və Tazi diyə nifrətlərini bildiriblər. Qan xalisliyinə, təmizliyinə və üstünlüyünə inanan bu dövrdə qanları qarışmasın diyə, Xutudət rəsm olmuşdur. Yəni şah anası, bacısı və qızıyla evlənirdi ki, bu sülaləyə onların baxışından alçaq və naxalis qan qarışmasın, ta ki atalarının Kəyani qanlarını təmiz və xalis saxlayıb qoruya bilsinlər. Dr.Məhəmməd Rza İftixarzadə, İran inancları və Ariyayı kültüri haqqında geniş təhqiqat aparmışdir. Onun dediyinə görə, Dr.Purdavud Avesta kitabının bəzi qismətlərini tərcümə etmiş, amma fars şovinistləri öz abırlarını qorusun deyə bu günə qədər o yazıların çap olmasına icazə verməmişdir. O yazır ki, Ariyayılarda: “Səltənət, ruhaniyyət və başqa siyasi, iqtisadi və ədliyyə işləri də irsi idi. Hədəf əsl qanı, əsl nəjadı, əsl dudumanı və siyasi, iqtisadi, ictimai üstünlüyü qorumaq idi və eyni qandan evlənmək də sırf bu niyyət üçün idi. İran əşraf və ruhaniləri rəiyyəti murdar bilirdilər...” (39) Yenə də davam edir: “Rəiyyət alçaq zatidəndir. Hər zaman elin alçaqları ki, kökdən, düşüncədən, qandan və soydan əşraf (üstün və varlı təbəqə) deyirlər rəhbərliyə yetişsələr, o zaman Əhrimənlərin hücumu üçün şərait yaranıb və Əhrimən zamanı başlanmışdır. Onda qara gün İranı qapsayacaqdır. Bu üstün (əşraf) soydur ki, hakim olmalıdır və üstün kök (zat) yəni daxil, düşüncə, qan və soydan əşraflardır ki, Fərrəhi İran və Kəyanidırlar. (40) Dini və tarixi dövründə bu qan təmizliyini qorumağa və soy və nəsil saxlamağa, gücü, varı, ailə və tayfa, ruhaniyyət və hakimiyyəti, siyasi və iqtisadi iqtidarı qorumaq üçündür ki, qədim İran dövründə Xutudət rəsm olmuşdur... Ktesias Yunan tarixçisi raportunda yazır ki, Midiyalılar və Farslarda rəsm idi ki, oğul, qız və ya yeznə(damad) şahlığa çata bilərdi. Buna görə də, şahların çoxu öz bacılarıyla evlənərdilər. II Kuruş öz anası , yəni Madların son şahı Astiyakın qızı ilə evləndi, Kəmbuciyə öz bacısı Atusa, II Dariyuş öz qızı Atusa və Amistrid ilə evləndi... II Ərdəşir öz qızı ilə və III Ərdəşir öz anası ilə evləndi. Sasani dövründə I Şahpur öz qızı Azərnahid, və Bəhram öz qızı Doxtəklə xutudət elədi. I Şahpurun qızı öz qardaşı Nersi ilə evləndi. Qubad Sasani öz qızı ya bacısı Sambikə ilə evləndi... (41)
Deməli, bu kültürün sahibləri və özlərini Kəyan nəslindən bilənlər nədənsə öz izzət və böyüklüklərini öz inanclarına görə alçaq, naxalis və murdar olan birisindən (Babəkdən) dilənməkdədirlər. Yəni Babək (Bay Bək) anası kəniz, atası isə tuluğda yağ satandı və özü də şahzadə deyildi, əşrafdan deyil, Ariyayıların qaydalarına görə, xalis qan və xalis soydan da deyildi. Yenə də onların inancina görə, Babək kimiləri hakimiyyətə gəlsə bədbəxtlik və Əhrimən (şeytan) İranı qapsıyar. Demək, Babəkin hökumətə gəlməsi nəinki Ariyayı kültürünü müdafiə etmək ya diriltmək üçün deyil, bəlkə o kültürün ziddinə bir üsyandır. Beləliklə, Babəkin hərəkatında Sasani, Həxamənişi ya Ariyayı inanclarına birinci ziddiyət amili ortaya çıxır.
Babəkin (xürrəmilərin) iç dünyası Türk inancları və kültürü ilə tamamilə üst-üstə düşür. Daha əvvəl dedik ki, Türk Xaqani təbəqə və ya qan mənsubiyyəti ilə yox, bəlkə şəxsin ləyaqətinə görə seçilirdi. Xaqanlıq irsi deyil və İbn Fəzlan bir çörəkçinin Xaqanın yerinə seçilməsi üçün namizəd olduğunu qeyd etmişdir. Hətta İbn Fəzlan alçaq təbəqənin şuralarda iştirakını nifrət və təəcüblə bəyan etməsi isbat edir ki, türklərdə ərəblərin və ariyayıların ziddinə olaraq hakimiyyət, siyasi və ictimai məsələlər təkcə əşrafa mənsub deyil, bəlkə millətin sadə nümayəndələri təyin edir. Yəni Babəkin hakimiyyətə gəlməsi Ariyayı qaydalarının ziddinə, amma Türk Xəzər qaydalarıyla eynidir.
Xürrəmi hərəkatının ariyayılarla zidd olan ikinci məsələ rəhbərlik və dövlətçilik məsələsidir. Xürrəmilərə iki nəfər rəhbərlik edir (Abu İmran və Cavidan) və bu sistem xəzərlərə məxsus iki şahlıq sistemini Xürrəmi hərəkatında göstərir. Yəni Ariyayılarda misli tarixdə görünməmiş və türklərin dövlətçilik sistemidir. Bundan əvvəl tarixçilərin dilindən qeyd etdik ki, xəzərlərdə iki şahlıq sistemi var idi. Xəzər şahına Xaqan deyərdilər və o dövlətdə Xaqan və Xaqan Bəy vardı. Xaqanın ilahi mövqeyi vardı, Xaqan Bəy məmləkətin idarəçiliyi, ordu başçılığı və s. məşğuldur. Xaqan Bəy Xaqana tabedir və həmişə işlərində Xaqandan məsləhət alır. Xürrəmilərdə isə Cavidanın ilahi mövqeyi və Əbu İmran hərb və idarəçiliklə məşğuldur. Bu iki rəhbərlik ariyan qaydalarına yox, bəlkə turk qaydaları yəni xəzər dövlətçiliyinin eynidir.

Xürrəmilərdə qadın huququ


Xürrəmiləri ariyılardan ayıran üçüncü məsələ türk kültürünə bağlı olduğunu göstərən, qadının siyasi və ictimai roludur. Hökumətin ya hərəkətin dağılmaması üçün rəhbərliyi Cavidanın ölümündən sonra Babəkə köçürməkdə Kəldaniyənin məharəti və kilid rolunu Xürrəmilərin siyasi və ictimai rəhbərliyində qadının rolunu göstərir. Qadının ordu başqanlığı, seçkisi, qadının cinsi azadlığı və s.... Xürrəmilərin inanclarında qadının yüksək mövqeyini isbat edir.

Ariyayilərdə qadın huququ


Bu mövqe İrana mənsub olan ariyan inanclarında görünmür. Xüsusilə ariyan düşüncəsində qadın ən aşağılıq və it bərabəri sayılır. Qadın başqa əşya kimi satılır, sadir olunur, kirəyə verilir. Onların baxışında qadin sadəcə kişini doğmaq üçün yaranmışdır, qadın əhrimən cinsindəndir. “İran fəlatının əvvəlki sakinləri arasında qadının yüksək mövqeyi var idi. Həm inancda, həm ictimai yaşayışın gəlişməsində qadının əhəmiyyətli yeri var idi. Onlar yaranışın əsasını dişilikdə bilirdilər və ona görə də, qadına - dişi Allahlara ibadət edirdilər. Onların baxışında qadın doğuşun və yaşayışın mənşəyidir, ona görə də, müqəddəs və hörmətli idi. Bu baxiş ariyan düşüncəsinə yol tapa bilməyib, və ariyanlarda əsas ərkəklikdədir... Ariyan din və tarix dövrü qaynaqlarında qadının borc, kirəyə verilməsi və satılmasından söz gedir... Qadın ərinin tərəfindən ikinci adama kirəyə verilir, və kirə edən şəxs əsl ərinə bildirmək şərtilə üçüncü şəxsə də kirə verə bilirdi. (42)
Zərtüştilər qadını şeytan cinsindən deyə qınayırlar və onu murdar, alçaq elan edib və onun yaranışından təəssüflənirlər. Vəndidat (rəsmi zərtusht dininin şəri qanunlari) 972/2 , 975, 126 , İftixarzadə nəql edir: “Əhura Məzda qadınları saleh şəxslərə tapşırdı, amma qadınlar qaçıb şeytana üz gətirdilər... Qadınlar şeytan nəsli və şeytan cinsidirlər... Əhura Məzda qadına dedi ki, sənin murdar olduğunu bilirəm, səni yaratdım və sənə kömək edirəm, çünki kişi səndən doğulur. Yenə də sən məni incidəcəksən, əgər kişini doğmaq üşün başqa bir məxluq tapsaydım, səni yaratmazdım.” (43)
Yenə də Yəştlərdə (əvistadan bir qismıt) qadının aşağılanmasını utandırıcı formada görürük. Həmən yazar Yəştlərdən Nahid mərasimi icrasından yazır “... Xəstələr, əlillər, üzvləri naqis olanlar Zəvər və Nahid nəzrindən içmə haqları yoxdur. Yəni herti, qızdırmalı, üzvü naqis, qadın, pislər, karlar, korlar, boyu qısalar, ağılsızlar, tutması olanlar, qozbelli və ya qoz sinəlilər, dişi əyrilər, qarışıq olanlar Nahid nəzrindən bir şey yeməyə haqları yoxdur.(44) Yazar din dövründən başlayaraq qadının ariyalıların yanında alçaldılmasını hətta Sasani dövrü qadınların taxıl kimi toplanıb saxlanılıb və satılmasını da qeyd edir. “Din dövrü qadınlar satliq əşya idilər və onlara malik olmaq və inhisar qanunları var idi, ona görə də, qadın ehtikar (baha satma niyyətilə cinsin toplanıb saxlanması) olurdu, dəyişilir, kirəyə verilir, satılır və sadir olurdalar... Mal, əşya, dişi heyvan və qadın bir sıradan sayılirdılar... hamı iki ayaqlı dişi və dörd ayaqlı dişilərin doğması üçün məsuliyyət daşıyırdı. O iki ayaqli qız və dörd ayaqlı itdir... Bilirik ki, uzun Sasani dövründə qadınlar buğda, taxıl və heyvanlar kimi ehtikar olurdu...” (45)

Yuxarıda göründüyü kimi ariya kültüründə qadın itlə bərabər tutulur. Bu əlbəttə ki Sasani dövrünə aid olsa da amma o dövrə məhdudlaşmır, daha sonralarda özünü göstərərək bu düşüncənin ariyayılarda nə qədər dərin və köklü olduğunu anlatir. 400 il Sasanilərdən sonra Firdovsinin şerlərində qadın eyni Sasani dövrü kimi alçaldılır. Firdovsi deyir ki, bir it yüz vəfalı qadından yaxşıdır və ya qadınların nəslini yer üzündən kəsilməsini istəyir:


Zən o əjdəha hər do dər xak beh

Cahan pak əz in hər do na pak beh “Firdovsi” (46)

Tərcumə:

( Əjdəha ilə qadın torpaqda batsa yaxşıdir

Əgər dünya bu cüt pisdən qurtarsa yaxşıdır )

Zənan ra setayi səgan ra setay

Ke yek səg beh əz səd zəne parsay “Firdovsi”(47)
Tərcumə:

( İti sev vermə könül düz qadına

Bir it əlbəttə dəyər yüz qadına)
Pəse pərde hər ke doxtər buvəd

Əgər tacdar əst bəd əxtər buvəd


Ço zən zad doxtər dəhidəş be gorg

Ke naməş zəif həst nəngəş bozorg “Firdovsi” (48)

Tərcumə:

( Qadın ər qız doğa sən ver onu qurda

Adı zəif o böyük pislikdir burda )

( şerlərin türkcəyə tərcüməsi müəllifdəndir)


Bu Firdovsi şahnaməsinin ki ariya üstünlüyünü təbliğ, ərəbi, türkü təhqir və nəhayət, İran kimliyini təşkil edən mahiyyətidir və qadını bu dərəcədə təhqir edir. Əlbəttə Firdovsi fars ədəbiyyatınin tanınmış, sevimli nümayəndəsi və daha doğrusu fəxridir. Bu şerlər sübut edir ki, hətta Xürrəmilərdən 200 il sonra da ariya (fars) larin düşüncəsi hələ də Sasani dövrünə aid irticai düşüncənin eynidir. Beləliklə, bir daha xürrəmilərlə ariyayı düşüncələri arasında ciddi ziddiyyət ortaya çıxır. Yəni Xürrəmilərdə qadın yüksək siyasi və ictimai şəxsiyyətdir, amma ariyayılarda qadın bir pislik və aşağılıqdır.

Xürrəmi və Xəzərlədə qadın huququ


İndi xürrəmilərlə xəzərləri tutuşduraq: Birincisi, türklərin şamanist köklü fəlsəfəsində “Al-al” tanrı nemət və bərəkət Allahı və “Umay” tanrı uşaqların qoruyucusu hər ikisi də qadın Allahıdırlar.(49) Daha əvvəl qeyd etdik ki, türklərdə qadının siyasi rolunu, xəzər xatını Xaqanın bacısı qıtlıqda milləti sakitləşdirib və məmləkətdə əmniyyətin yaranmasına yardım etmişdir. Çiçək - xəzər qızının siyasi təsiri Bizans hakimiyyətində, qadın şahları o cümlədən, Kuruşu yenildən Tomrus Ana (əsl adı Tomr (Dəmir) dir. “us”, “s” yunanlarda şəxs adlarının sonluğuna əlavə edilən şəkilçidir.) və quttilərin şahi Navar xatın və eləcə də Dədə Qorqud dastanlarında qadınların qılınc çalması, at çapması, yay çəkib ox atması, ov ovlaması, evləndiyi ərlə güləş və döyüşü... türk mədəniyyətində qadının yüksək mövqeyini və ictimai siyasi hüququnu nümayiş etdirir. Kimsə qadına malik deyil, əksinə qadınların neçə əri ola bilər. Dunlop, Marquart və Zəki Vələdidən nəql edir: “Bəlli olan xəzərlərin içində qadınların neçə ərli olması təbiidir.” (50) Bir daha xəzərlərlə xürrəmilərin düşüncə uyğunluğu göz qabağindadır.

Xürrəmilərin inancı


Xürrəmilərin inanclarına gəlincə Cavidanın ruhu Babəkdə zuhur edir. Simvolik olaraq iki mənəvi qüvvəyə ruha, ağ və qara ya işıqlıq və qaranlıq ruhuna inanırlar. Başqa dinləri rədd ya təhqir etmirlər. Bütün dinlərin tərəfdarları öz dini mərasimlərində azaddırlar.
Sasanilər hülul və tənasüxə inandiqları üçün bəziləri Xürrəmiləri Sasanilərin davamçısı hesab edirlər. Ancaq türk inanclarında qəhrəman ölməz, bəlkə qəhrəmanın ruhu başqa cismidə zahir olar. Görürük ki, Cavidanın ruhu Babəkdə zahir olur və bu da Sasanilərin hüluldan anlayışı ilə fərqlidir. Wright yazır ki, Sasanilərin hüluldan anlayışı Allahın ruhunu insanda təzahürüdür. Amma xürrəmilərdə bu bəlli deyil ki insan ruhudur, ya Allah ruhu.
Xürrəmilərdə din azadlığından və onların baxışından bütün dinlərin düz olduğunu daha əvvəl Wrightın dilindən qeyd etdik.

Sasanilərdə dini təziqlər


Bu dini azadlıq da Sasani dövlətçiliyi dövrü ilə tamamılə ziddiyyət təşkil edir. Sasani dövrü inancların qadağan olması, başqa inancların təhqir olunması, işgəncə və dini fərqlərə görə kütləvi qırqın Sasanilərin başqa dinlərə qarşı təzyiqlərini göstərir: “Yəzdigird 456 –ci ildə neçe min xiristianı Kərkükdə öldürdü... II Şahpur 40 il hökuməti dövrü xristianlari işgəncə edib və 16000 xristianı öldürdü...Yəzdigird yəhudilərin səbt bayramını qadağan elədi... II Bəhram Sasani şahı yəhudiləri işgəncə etdı... Ərdəşir Papəkan yəhudilərə təzyiq göstəri... Ənuşirəvan, Şahpur, Ərdəşir və V Bəhram kilsələri yıxıb və yandırdılar... Xosrov Pərviz 614-ci ildə kilsələri yandırdı...” (51) I Bəhram Maninin dərisini soydurub, saman basdırdı və başını Condişahpurdan asdı. Onlardan tövbə edənləri zindana salıb, və etməyənlərini dardan asdılar. (52) Xosrov Ənuşirəvan Məzdəki öldürüb və onun yançılarını (ardıcıllarını) qılıncdan keçirtdi.(53)
“Ariyayi kültüründə əgər mərcəyi təqlid olmasa insanın nə qədər də yaxşı əməlləri olsa, yenə də qəbul edilməz və günahlıdır. Ruhanilərdə təqlid edilməyən heç bir yaxşı əməlin də səvabi yoxdur və o adam cəhənnəmlikdir (Vəndidat). Əgər ruhanidə təqlid etmədən bir iş görülürsə, o iş günah və cəzası da ölümdür...” (54) “Ruhani təşkilatında işgəncə, edam və başqa şəri hüdudlar vardır. O cümlədən şallaq, tikə-tikə doğramaq, dəri soymaq, baş kəsmək, çarmıxa çəkmək zəif və süst ruhanilərin cəzasıdır.” (55)
Sasani dövrü nəinkki dini azadlıq yoxdur, hətta millətin adi yaşayişi tərzinə də dövlət müdaxilə edib və azadlığini məhdudlaşdirir. “Bəhramın dövründə ölülər üçün ağlamaq siyasi mahiyyət daşıdığı üçün yasaqlanmişdir və Əhura Məzdanın xoşunagəlməz və haram idi.” (56)


Xəzərlərdə Din azadlığı
Sasani dövrü dini siyasi diktatorluq, işgəncə dövrüdür və xürrəmilərin inqilabının ziddinədər. Bir daha türk inanclarına qayıdaq. Xəzərlərin haqqında İbn Fəzlandan qeyd etdik ki, xəzərlərdə 7 qazı var idi: 2-si yəhudilər, 2-si xristianlar, 2-si müsəlmanlar və 1-i də kafirlər üçündür. Yəni bu dinli, dinsiz və ya hər hansı din sahibinə üstünlük və ya qadağanlıq yoxdur. Bəlkə xəzərlərdə əmniyyət və ədalət olduğu üçün müsəlman, yəhudi və xristian tacirlərinin öz ölkələrindən qaçıb orada yaşamaqlarını da yuxarıda qeyd elədik. Deməli, dini azadlıq xəzərlər və xürrəmilərin ortaq mahiyyətidir.

Türk inancları Xürrəmilərdə
Xürrəmilərin iki güclü ruha inandıqlarını da oxuduq. Ağ (işıq) və qara (qaranlıq) ruhu. Bu inanc da türklərə məxsusdur: “İşiqlıq dünyası və yerüstü yaradıcısı, yəni Ölgən və qaranlıq ya yeraltı dünyanın hakimi də Ərlikdir... Ağ rəng- Ölgən və qara rəng Ərlik hesab olunur. Ölğən ağ insanı ağ qönçədən yaratdı və onun qardaşı Ərlik də onun yolunu davam etdi və ağ insanı yaratdı, amma Ölğən Ərlik yaradan insanları qaraltdı. Ölğən - göy tanrısı və Ərlik – yer tanrisidir.” (57) Bu iki ruh ya iki rəng türklərin adlarinda da görünür. O cümlədən Ağ Hun və Qara Hun, Ağ Xəzər və Qara Xəzər, Ağ dəniz və Qara dəniz, Ağ bulaq, Qara bulaq, Ağ dağ və Qara dağ, Ağ qoyunlu və Qara qoyunlu və s. misallar gətirmək olar. Beləliklə, bir daha xürrəmilərin inancı türk inanclarından qaynaqlandığı ortaya çıxır.

Xürrəm sözü


Xürrəm sözü pəhləvi dilində böyük və əzəmət mənasındadır. Amma bugünkü fars dilində ləzzət və xoşluq mənasındadır. Keçən səhifələrdə oxuduq ki, xorrəmilər bütün təbiətdə olan nemətlərdən və ləzzətlərdən faydalanırdılar və bütün ləzzətlər həlal idi. Ərəb yazarları məhz bu geniş fəlsəfəni tanımadıqları üçün (tanıdığı dinlərin içində belə bir din olmadığı üçün) onları xürrəmi adlandırıblar. Nəzərə gələn xürrəmi sözü Yunan dilindən pəhləviyə və pəhləvidən farscaya keçmişdir. Pəhləvi dilində “xor” – böyüklük, cəlal və şahın əzəməti ki, Allahdan nazil olar. “Xorah” – ilahi tərəfindən xəlaiqə gələn bir işıqdır və bu işıq böyük alim və adil şahlara məxsusdur. (58)
Azərbaycan ensklopediyasında xürrəm sözünü pəhləvi mənşəli olduğu və “xvar” (xur) – “od, günəş” sözü ilə bağlıdır.
Xürrəm adı Dehxuda sözlüyündə ləzzət və xoşluq anlamından başqa kənd, dağ, orman, şah, pəhləvan və bir çox yerin adı olduğunu yazır, amma mənşəyinə görə heç bir shey yazmır.
Yunan dilində “xora”- rayon və bölgə ya məmləkət adı, “Xoramou” – mənim məmləkətim, “Xəramu” isə ləzzət ya ləzzətim , “xoratvi” isə – zarafatcıl və “Xurotazis”- cok (lətifəbaz) və “Xorizo”- ayrilma, istiqlal mənasındadır. Əslində bu söz böyük və əzəmətli din və böyük fəlsəfə mənasında işlənibdir. Niyə ki, bu fəlsəfə nə islamda, nə xristianlarda, nə yəhudilərdə yerləşmir və ona görə də geniş və böyükdür, çünki bütün dünyanın nemətlərini insan üçün olduğunu və insanın faydalanmasını düşünür, orda halal - haram sadəcə birinin ziyanı olduğu zaman ortaya çıxır. Daha əvvəllər yazdıq ki, İbn Fəzlan türklərin şamanist olduqlarını, çox Allahlı olduğunu xəbər verir. Ərəb yazarlari bu inanclarin geniş olduğu üçün onlara xürrəmdin ( geniş ya böyuk fəlsəfəli din) adlandırıblar.
Babək və islam
İslamın əsasları yaxşı təbliğ olsaydı Xürrəmilər bəlkə də bu dini qəbul edərdi. Babəkin müsəlmançılıq və ya şiəçiliyi də başqa yanaşmalar kimi əsassizdir. Bir daha qeyd edək ki, ərəblərin Azərbaycanı fəth etməkləri Azərbaycana ayaqüstü dəyib - qayıtmaq kimi olmuşdur. Çünki ərəblər hər yeri fəth etdikdə ora xərac qoyurdular. Amma hər hansi şəhər ki islami qəbul etsəydi xərac yari olurdu. Buna görə də, bəzi şəhər məsullari islami qəbul edirdilər ki az xərac versinlər. Amma ərəblərin uzaqlaşmalarıla islami buraxıb və öz dinlərinə qayıdırdılar. Başqa yandan Babək və türklərin ərəb mustəmləkəçliyinə zidd olduqları üçün onların dinlərinin qarşisinda müqavimət göstərib ya nəfy edirdilər, buna görə də, İslamın nüfuzu çox yavaş olmuşdur. Bəzi qaynaqlara görə o dövrdə müsəlmanlar 8%-i də təşkil etmir. David Christian İranda və orta Asiyada islamın qalib dinə çevrilməsini 850-950-ci illər arası bilir və hətta Fryedən öz iddiası üçün dəqiq amal verir. “750-ci ildə 8%, 800-ci ildə 40% , 900-cu ildə 70-80% qeyd edir.” (59) Faruk Sümər tarixçilərin dilindən yazir ki, 960 ci ildə 200.000 türk islamı qəbul elədi ve demək olar ki, X əsrin yarılarında islam türklərin arasında kifayət qədər yayıldı... amma XI əsrdə islam oğuzlarda qalib dinə çevirildi. (60) . Deməli, Bay Bək dən 100-150 il sonra islam türklərin içində gözə gəlim bir din olur. Daha əvvəl Wright in dilinden yazdiq ki, dil fərqi bu prosesi daha da çətinləşdirmişdir. Wright Əfşinin məhkəməsinə işarə edərək qeyd edir ki, bu məhkəmədə Əfşinin xarakteri, bəlkə Azərbaycandan Moğul hüdudlarına qədər başqa dil, başqa din, başqa adət və ənənə sahibi olmasini da göstərir. (61) Dil məsələsindən başqa islamın qarşısında dini müqavimətlər də qeyd olub, İbn Fəzlan 921-ci ildə Qiçiq Yinalla göruşub. O bir dəfə islami qəbul edibmiş, əgər islami qəbul etsən daha bizə hakim ola bilməzsən, deyən millətin etirazına görə məcburi öz əski dininə qayidmişdir. (62) Demək, millət bu təhmili dinə qarşi ciddi müqavimət göstərirmiş. Buna görə də, Babəkin musəlmaçılıği ya şiəçiliyi uydurmadir.

Babək və məzdəkizm


Bəziləri məzdəkilərin Azərbaycanda dərin yayılmasını iddia edirlər və deyirlər: “Xürrəmilər məzdəkilərin davamçısıdır.” Yuxarida qeyd etdik ki, dil və din dəyişikliyi islamın o boyda xəzinə, ordu və təbliğat imkanlarına baxmiyaraq 400 il zaman çəkir ki gözə gəlim bir dinə çevrilsin. Məzdəklər həm qətli-aam (kütləvi qətl) olundular, qalanları da qaçaq düşüb gizli yaşamağa qapandılar, eləcə də maddi və təşkilatı imkanları ərəblər qədəryox idi, bəlkə ərəblərə görə, sıfir idi, ən azından neçə min il zaman istərdiki bəlkə gözəgəlim ardıcıl tapa bilsinlər. Və bilirik ki, bu imkan yox idi. Amma hansi amildir ki Xürrəmiləri Məzdəkin dəvamçisi kimi göstərməyə sövq verib?
Əslində Məzdəkilərdə qadının iştirakı olduğu bəzi tarixçiləri belə qənaətə gətirmiş ki, xürrəmilər məzdəkilərin davamçısıdır. Xürrəmilərdə qadın iştirakı deyil, bəlkə qadınınn ixtiyarı var əgər istəsə neçə kişi ilə evlənsin və bu da qadının iradə və istəyinə buraxılır. Hətta əgər məzdək də belə inanmış olsa yenə də bu rəsm məzdəkdən daha əvvəllər türklərdə var idi və bəlkə də məzdək, türklərdən təsir alıb. Nəticədə Azərbaycanlılar nə manizim, nə zərtüştizim, nə məzdəkizm və nə də islamı 950-ci ildən əvvəl qəbul etməyib və öz ata - baba adət ənənələrinə və inanclarına (şamanizm) sadiq qalmışlar.

Sonuc:
Babəkin inancı, adı və yeri haqda dəyişik düşüncələr ortaya çıxır. Əslində Babəkin inanc və hərəkatını İran və İrana mənsub olan düşüncə və kültür içində axtarış nəticəsində hər kəs ona bir növ İran donu geydirməyə çalışıb və onu zərtüştü, manəvi, məzdəki və hətta müsəlman olduğunu iddia ediblər. Qeyd etdiyimiz məsələlərə əlavə olaraq demək vacibdir ki, Babəkin necə ki zərtüştü, məzdəki və s. olduğu doğru deyil, eləcə də Babək, Əfşin və Maziyar aralarında hər hansı anlaşma iddiası da uydurma əfsanədir və sonralar yayımlanmışdır. Yəni Gərdiziden əvvəl bu haqda heç bir sənəd yoxdur ki Maziyar kimi qeddar və zalim birisilə Babəkin arasinda hər hansi bir ilişgini şerh etsin.Maziyar pul və qüdrət üçün amma Babək azadliq , ədalət və istiqlal üçün mucadilə edir.

Yuxarıda göstərdik ki, Babəkin hərəkatı həm də Zərtüştizmə qarşı üsyandır. Babəkin üsyanı milli-azadlıq üsyanıdır. Abbasi xəlifələrinin islamdan çıxmış hərəkətlərinə, işğalçılıq siyasətinə qarşı yönəlmişdir.
Məzdəkizm və xürrəmilərin arasında olan bənzərlər (2 ruha inam və cinsi azadlıq) xürrəmilərin məzdəkin davamçısı olduğu iddiaya səbəb olmuşdur. Yenə də qeyd etdik ki, bu adət türklərdə məzdəkdən daha əvvəl var idi. Bəlkə də Məzdək onlardan təsir alıb. Başqa tərəfdən Məzdəkilər Sasanilərin vasitəsilə qətlam olduqları üçün onların uğurunu zəiflətmiş və təbliqat imkanlri olmadigina görə də o inancların heç biri Azərbaycanda qalib dinə çevrilməmişdir.
Amma Azərbaycan türkləri başqa türklər kimi şamanist ideyasına inandıqları və bu ideyaların ərəb tarixçiləri tərəfindən xürrəmi adlandırılması normaldır. Şamanizim daha sonra islamlaşmiş formasindada özunu göstərir. Azərbaycanda Alaybani və Qolaybaniya inanci indidə xüsusilə kəndlərdə görunur. Yağish yağdirmaq üçün türklərin Yada dashina ibadət və duaları indi islam formasinda da icra olunur (müsəlla), müqəddəs daşa inanc indi də Azərbaycanın bəzi kənlərində xəstələri dərman eləmək üçün istifadə olunur bu iddəanı sübut edir. Bizim öz şəhərimiz Gərgərin çixişinda sonralar qəbristan olmuşdur qadin heykəli kimi yonulmuş daşlar varidi. Sonralar futbol meydanı üçün qəbristanı söküb o daşları da yıxıb dağitdilar. Bu daşlara adam daşı diyərdilər. Bu daşlar qadin Allahlarını ifadə edirdi. Yaranişin mənşəidir və bu daşlarin burada olmaları şaminzmi bu yerlərdə sübut edirdi.
Yağiş yağdirma mərasimilə bərabər dolu bağlama mərasiminin bizim öz yerimizdə mən özüm şahid olmuşam. Mənim atam həm dolu kəsmək mərasimin icra edərdi, həm də yağış yağdirmaq üçün onu ağaca bağlayib vurardilar. Qurda inanc və qurdun əlini xəstənin kürəyinə ya boğazına vurub dərman eləmək qadınlarin döşünə vurmaqla süd gəlməsinə inanclar da şamanizmi bugünkü Azərbaycanda qaldığını göstərir. Mənim öz atam və babam hər ikisi də molla idi və şəxsən həm yağiş yağdirma, həm dolu kəsmə ya bağlamaq, həm qurdun ağzını bağlamaq və həm də qurd əlilə xəstəliklərin dərman etmələrinə inanırdılar. Adət-ənənəni qoruyub saxlamaq, əslində islama heç də zidd deyil.

Bunlar və çoxlu bunlara bənzər misallarla şamanismin kökünu bu günkü Azərbaycanda göstərir. Əlbəttə Ərəb tarixçiləri o zaman bu idiyalari görəndə onları xürrəmi adlandırıblar. Başqa sözlə desək, onların o zaman xürrəmi dedikləri bugünkü tanıdığımız şamanizmdir. Ona görə də, deməliyik ki, Bay Bək Xorrəmi =Bay Bək şamanistdir.


Saleh Ildırım

2004-06-19

ildirim.azer@videotron.ca

_________________________________________________________________



Qaynaqlar:

1. Tarixe-Bələmi, təkməle və tərcümeyi tarixi təbəri, s.244,433,478

2. Dr Məhəməd Təqi Zohtabi, İran turklərinin əski tarixi birnci cild ,s.211-212

3. Dr Cəvad Heyət, seyri dər tarixe zəban və ləhcehaye turki..2 çap.s.169-170

4. hemen .s. 169 aşağiya baxin

5. Dunlop. Xəzərlərin tarixi. Frascaya çevirən, Mohsin Xadem s.32

6. Dunlop. Xəzərlərin tarixi. S.33-34

7. R.Rəisniya, Azərbaycan dər seyre tarix, cild 2, s.567-568

8. 13-cü qəbilə Arthur Kestler.1ci basim,farscaya çeviren Cəmşid Səttari. s. 21, 27

9. 13-cu qəbilə A.Kestler. s.28 . Dunlop, s.24

10. Arthur Kestler. s.17

11. Arthur Kestler s.33

12. Dunlop. Xəzərlərin tarixi. s.67

13. Dunlop. Xəzərlərin tarixi. s.79-83

14. Dunlop. Xəzərlərin tarixi. s.83

15. David Christian. A history of Russia, Central Asia and Mongolia. s.283

16. Arthur Kestler, s.40-43

17. M,Ə Seyidov. Qam-Şaman. Farscaya köçürən: Səməd Çaylı. s. 9

18. Arthur Kestler, s.63

19. Arthur Kestler, s.55. Dunlop s.170

20. Arthur Kestler. s.55

21. Arthur Kestler, s.47

22. Arthur Kestler, s 56

23. Arthur Kestler, s.58

24. Arthur Kestler, s.40-42

25. Dunlop. s.158

26. Dunlop. s.205

27. Dunlop, s.209

28. Dunlop, s.151

29. R.Rəisniya, Azərbaycan dər seyri tarix, cild 2, s.561

30.The Muslim World, volume XXXVIII, E.M.Wright, Babak of badhdh and Al- Afshin during the years 816-841. s.43-44

31... E.M.Wright...s.46-47

32... E.M.Wright... s.44-49

33. Məqsud Əsnaəşəri Xiyavi, Savalan, Babək, Meşkin s.280.

34. Abbas İqbal Aştiyanı, Tarixi İran, 5-ci basım, s.100

35. Dr. Əbdülhüseyn Zərrinkub, 2 qərn sükut, s.213-214

36. həmən, s.217

37. Şəmsi Təbriz. N.104, Vijenameyi Babək, 30 Xurdat, 1380. s.4

38...E.M. Wright. s.45

39. İran ayın və fərhəng, Dr.Mahmud Rza İftixarzadə 1-ci cild, s.218

40. həmən. s.330

41. Həmən: s.235-236 “Ketsiyas və Vəndidatdan nəql edir.”

42. İran ayın və fərhəng, Dr.Mahmud Rza İftixarzadə 1-ci cild, s.359-369

43. İran ayın və fərhəng, Dr.Mahmud Rza İftixarzadə 1-ci cild, s.260

44. İran ayın və fərhəng, Dr.Mahmud Rza İftixarzadə 1-ci cild, s.263

45. İran ayın və fərhəng, Dr.Mahmud Rza İftixarzadə 1-ci cild, s.362

46. Əmsal o Həkəm. Əli Əkbər Dehxuda. II cild,VII basım. s.919

47. Əmsal o Həkəm. Əli Əkbər Dehxuda. II cild,VII basım. s.927

48. İran ayın və fərhəng, Dr.Mahmud Rza İftixarzadə 1-ci cild, s.368. baxın şahnamə 23/5, 260 -265 bəndlər

49. Mir Əli Seyidov, Qam Şaman. s.48 və 66

50. Dunlop. s.31

51. Dr.Mehyar Xəlili, Tarixi şigəncə, s.283-287

52. R.Rəisniya. Azərbaycan dər seyre tarix. s.816

53. həmən. s.832

54. İran ayın və fərhəng, Dr.Mahmud Rza İftixarzadə 1-ci cild, s.217

55. həmən. s.213

56. həmən. s.207, aşagiya bax

57. Qam-şaman. M.Seyidov. s.34-36

58. Vajehname pəhləvi 3. Dr.Bəhram Fərəhvəşi

59. A history of Russia, Central Asia and Monqolia, s.312 və 324-də 25-ci izah

60. Faruk Sümər “Oguzlar” farscaya köçürən Anadərdi onsury. s.96-97

61... E.M.Wright. s.56



62. Faruk Sümər “Oguzlar” farscaya köçürən Anadərdi onsury. s.96
Yüklə 145,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə