Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32983
1   2   3   4   5   6   7   8   9   10   ...   52

 
 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.493 
 
103) Ağır dərəcəli kəllə-beyin travmaları zamanı eşitmə orqanında, adətən, 
hansı dəyişikliklər baş verir? 
A) Eşitmə funksiyası pozulmur 
B) Eşitmə səsi qəbuletmə və nəqletmə aparatlarının pozulması tipində zəifləyir 
C) Eşitmə səsi qəbuletmə aparatının pozulması tipində zəifləyir  
D) Eşitmə səsi nəqletmə aparatının pozulması tipində zəifləyir  
E) Qulaqlarda yalnız küy müşahidə olunur 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.457 
 
104) Qulağın travması zamanı təbil pərdəsinin hansı hissəsində adətən 
perforasiya müşahidə olunur? 
A) Arxa-yuxarı kvadrantda 
B) Arxa-aşağı kvadrantda 
C) Ön-aşağı kvadrantda 
D) Total perforasiya 
E) Ön-yuxarı kvadrantda 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.493 
 
105) Antibiotiklərin hansı qrupu ototoksik sayılmır? 
A) Qrupların hamısı 
B) Aminoqlikozid qrupu 
C) Makrolid qrupu 
D) Penisillin qrupu  
E) Sefalosporin qrupu 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.457 
 
106) Neyrosensor ağıreşitmənin müalicəsi və profilaktikasinda hansı dərman 
preperatları önəmlidir? 
A) Beyin qan damarlarının mikrosirkulyasiyasını bərpaedici preparatlar 
B) Bioloji stimulyatorlar 
C) Hipotenziv preparatlar 
D) Neyroleptiklər 
E) Vitaminlər 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.457 


 
 
 
107) Neyrosensor ağıreşitmənin erkən formalarında əsas şikayət hansıdır? 
A) Başgicəllənmə 
B) Nitqin ayırdedilməsinin pozulması 
C) Baş ağrısı 
D) Qulaqda küy 
E) Eşitmənin pozulması 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.457 
 
108) Sol tərəfli kəskin neyrosensor ağıreşitmə zamanı kamertonal müayinədə 
hansı sınaq qeyd olunmur? 
A) Jelle sınağı solda müsbətdir 
B) Weber sınağında səsin lateralizasiyası sol qulağadır  
C) Sümük keçiriciliyi dəyişmişdir 
D) Rinne sınağı solda kiçik müsbətdir  
E) Şvabax sınağı solda qısalmışdır 
 
Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. 
«Медицина», 2001, стр. 147 
 
109) Kəskin tubootit zamanı hansı müalicə üsulunu aparmaq olar? 
A) Ümumi dərman müalicəsi 
B) Kompleks şəkildə müalicələrin hamısını 
C) Təbil pərdəsinin vibromassajı və pnevmomassajı 
D) Eşitmə borularının kateterizasiyası 
E) Politser üsulu ilə üfürmə 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.411 
 
110) Xroniki tubootit  zamanı hansı müalicə üsulunu aparmaq olar? 
A) Politser üsulu ilə üfürmə 
B) Ümumi dərman müalicəsi 
C) Təbil pərdəsinin vibromassajı və pnevmomassajı 
D) Eşitmə borularının kateterizasiyası 
E) Kompleks şəkildə müalicələrin hamısını 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001,стр.411 
 
 
111) Kəskin orta otit zamanı hansı müalicə üsulunu aparmaq olar? 
A) Politser üsulu ilə üfürmə 
B) Eşitmə borularının kateterizasiyası 


 
 
C) Kompleks şəkildə müalcələrin hamısını 
D) Ümumi dərman müalicəsi 
E) Təbil pərdəsinin vibromassajı və pnevmomassajı 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.395 
 
112) Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsaslanaraq otomikozun 
hansı forması bu cərgəyə daxil olmur? 
A) Xarici qulaq keçəcəyinin otomikozu 
B) Xroniki orta otit zamanı təbil boşluğunun otomikozu 
C) Qulaqda radikal əməliyyatdan sonra yaranan otomikoz 
D) Təbil pərdəsinin otomikozu 
E) Qulaq seyvanının otomikozu 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.389 
 
113) Stapedoplastika əməliyyatı zamanı xarici qulaq keçəcəyinin hansı divarı 
görmə sahəsini tutur və əməliyyat gedişatında yonulur? 
A) Alt 
B) Ön 
C) Arxa 
D) Divarların hamısı dairəvi formada 
E) Üst 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.470 
 
114) Stapedoplastika  əməliyyatı zamanı hansı autoimplant  oval  pəncərəyə 
qoyulur? 
A) Selikli qişa 
B) Gicgah əzələsinin fassiyası 
C) Dəri loskutu 
D) Ayaqdan vena 
E) Qığırdağ 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.470 
 
115) Titan protezləri, adətən, hansı otocərrahi əməliyyatda istifadə olunur? 
A) Mirinqoplastika 
B) Timpanoplastika 
C) Stapedoplastika 
D) Stapedoektomiya 
E) Ossikuloplastika 


 
 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.470 
 
116) Aşağıdakılardan hansını ayırd etmə qabiliyyəti ototopika terminini  ilə 
ifadə olunur? 
A) Səsin tembrini 
B) Səsin gücünü  
C) Səsin istiqamətini  
D) Səsin sürətini  
E) Səsin tezliyini  
 
Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д 
М К пресс.Москва, 2003, стр. 17 
 
 
 
117) Təbil boşluğunun hansı divarında adətən degistensiyalar müşahidə olunur? 
A) Ön 
B) Bütün divarlarda 
C) Alt 
D) Arxa 
E) Üst 
 
Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д 
М К пресс. Москва, 2003, стр. 34 
 
118) Xarici qulaq keçəcəyinin hansı divarının yaxınlığında üz siniri yerləşir? 
A) Alt-arxa 
B) Ön 
C) Alt 
D) Üst 
E) Arxa 
 
Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д 
М К пресс. Москва, 2003, стр. 34 
 
119) Atreziya zamanı xarici qulaq keçəcəyində hansı yığıntı müşahidə olunur? 
A) Qıqırdağ 
B) Əzələ 
C) Sümük 
D) Dəri 
E) Maye 
 
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, 
М:. Медицина, 2001, стр.488 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə