Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər



Yüklə 1,44 Mb.
səhifə26/26
tarix17.09.2017
ölçüsü1,44 Mb.
#452
1   ...   18   19   20   21   22   23   24   25   26

Bu firqənin nəzərində ümumi prinsip hər bir Yəsui fərdin özündən yüksəkdə duran şəxsə tam sədaqətlə və kamil şəkildə itaət etməsi idi. Onların cərgəsinə daxil olan hər bir yeni şəxsə dörd həftə müddətində bir sıra ruhani-mə’nəvi tə’limlər öyrədilir, daha sonra isə, ləyaqət və çıxarına uyğun olaraq ona müəyyən vəzifə və tapşırıqlar verilirdi. O, heç bir qeyd və şərt olmadan öz mə’muriyyət yerində, hətta uzaq ölkələrdə olsa belə, hazır olmalı, ardıcıl və müntəzəm surətdə öz gördüyü işlər barədə yuxarı məqamlara mə’lumat verməli idi.

Yəsuilər firqəsi qurduqları bu təşkilat, rütbələr silsiləsi və üzvlərindən aldıqları ağır iltizamlara görə müxtəlif məntəqələrdə böyük işlər görə bildilər. Onlar təbliğatçılar göndərməklə Asiyanın ucqar yerlərində, xüsusilə Çin, Yaponiya, eləcə də Afrikada çoxlu müvəffəqiyyətlər əldə etdilər. (Can bi nas, tarixi cameyi ədyan).

Nurmun kilsələri adı ilə məşhurlaşan son dövrlərin qibti məsihi kilsələri 1830-cu ildə Jozef İsmit Cunivur (1805-1844) tərəfindən yaradılmışdır. İlk əvvəldə yalnız 6 nəfər ardıcılı olan bu firqənin hal-hazırda Amerikada 3 milyondan artıq üzvü vardır.

Bu firqənin başçısı olan Cuniver 1820-ci ildə iddia edirdi ki, ona bir sıra ilhamlar olunmuşdur və o, Allahla və İsa Məsihlə görüşmüşdür. Bu sözlərdən sonra o, ilahi hidayətdən bəhrələnmək üçün meşələrə çəkilmişdi. Orada səmavi varlıqlar ona demişlər ki, bütün kilsələr Allahın nəzərində çirkin və bəyənilməz bir yerdir; Allah yer üzündə İncilin yeniləşdirilməsi tapşırığını ona verəcəkdir. Sonrakı mükaşifədə Murini adlı mələk ona yol göstərdi ki, iki daş üzərində və qızılı səhifələrdə yazılan kitabı kəşf edə bilsin. Tərəfdarlarının iddia etdiyinə görə o, 1823-cü ildə Nyu-York yaxınlığındakı təpədə yerləşən mağarının içində bu kitabı kəşf etmişdir. Murmunların inancına görə, bu kitab təqribən 1500 il bundan əvvəl qədim Amerika sakinlərinə oxunan həqiqi İncildir.

Murmun kitabı müqəddəs kitabdan əlavə, əqidələr və peymanlar, dəyərli mirvarid kimi iki kitaba da şamildir ki, murmunlar kilsəsinin əsas e’tiqad və tə’limləri orada yerləşdirilib və o bu firqənin müqəddəs kitabı kimi tanınıb.

Murmunların əqidəsinə uyğun olaraq, Rəbblərdən bir qurupu dünyaya nəzarət etməyi öhdələrinə alıblar. Bu Rəbblər müəyyən dövrlərdə torpaqdan ibarət olan göy cismlərdə yaşayan adi fərdlər olmuşlar. Onlar özlərini ruhi cəhətdən paklaşdırmış ilahlar idi ki, hələ də təkamül mərhələsini qət etməkdədirlər. Amma müxtəlif aləmlərin Rəbbləri arasında yalnız bu dünyanın Rəbbi pərəstişə layiq görülür. Bu dünyanın Rəbbi üç müxtəlif şəxsdə təcəlli etmişdir:

Ata, oğul və Ruhul-qudus. Bunların hər biri digərlərinə nisbətən müstəqildir; cöhvər baxımından da vahid deyildirlər. Murmunlar inanırlar ki, ata və oğul qanı olmayan sümük və ətdən təşkil olunan bədənə malikdir, lakin Ruhul-qudus ruh cinsindəndir.

Murmunlar məsihiyyətin dini qayda-qanunları arasında yalnız rəbbani gecəni dini müqəddəs şüarlar kimi qəbul edir və hər bazar günü onu təşkil edirlər. Amma tə’mid qüslü və izdivac mərasimini dini hökmlər sırasında qəbul etmirlər.

Bu firqə Çarliz Taze Rasselin tərəfindən 1370-ci ildə müqəddəs kitabın tələbələrinin beynəlxalq toplantısı adı ilə Amerikada təşkil olunmuşdur. 1931-ci ildən e’tibarən Yəhüvəhin (Yeqovanın) şahidləri adı ilə tanınmışdır. Rassel həzrət İsanın zühurunun çox yaxın vaxtlarda olacağına inanırdı.

Müqəddəs kitabın sözlərinə çox tə’kid edən Yəhüvəh şahidləri müqəddəs kitabın ilham və vəhy əsasında olan gələcək xəbərlərini və sair mətləblərə xüsusi diqqət yetirir, dünyanın axırında yaxşı və pis qüvvələr arasında baş verəcək son mübarizənin çox yaxın olduğuna göz dikmişlər. Həzrət Məsihin tərəfdarları ilə bu firqənin e’tiqadına görə bütün dünyanın nəzarətini öz əllərinə keçirən şeytani qüvvələr arasında son müharibə baş verəcəkdir. Həzrət İsanın qələbəsi bir növ dini hökuməti dünyaya hakim edəcəkdir ki, şəxsən həzrət Məsih bu hökumətin hakimi olacaqdır. Bu firqənin ardıcılları inanırlar ki, həzrət Məsihin yenidən zühur etdiyi vaxta qədər insanın nicat tapıb qurtuluşa nail olması elm və mə’rifət yolu ilə əldə olunur və həqiqət müqəddəs kitabda və dini ədəbiyyatlarda gəlmişdir. Həmçinin bu firqənin nəzərində həzrət İsanın yenidən zühuruna qədər kilsə hökumətləri və ticarətin nəzarəti şeytanın əli ilə olacaqdır.

İttihad kilsəsi adlanan bu firqə Songmyung tərəfindən yaradılmışdır. O, 1926-cı ildə iddia etmişdir ki, mükaşifə aləmində həzrət İsa ilə görüşmüşdür; həzrət ona göstəriş vermişdir ki, o, sona çatmamış işi təkmilləşdirmək və dünyanı xilas etmək üçün seçilmişdir. Songmyung bu mükaşifədə anlamışdı ki, həzrət İsa Məsih insanların xilası üçün öhdəsinə aldığı vəzifəni təkmilləşdirmədən öncə dara çəkilmişdir. Buna görə də iyirminci əsrdə başqa bir Məsih Koreyadan zühur edəcəkdir. O, bu məqsədlə 1944-cü ildə bir neçə nəfəri öz ətrafına toplayıb, özünə vəhy olunduğunu iddia etdiyi şeyləri onlara öyrətdi.

Monun əqidə və tə’limləri onun yazdığı «İlahi əsas» kitabında şərh olunmuşdur. Onun ardıcıllarının inancına görə, bu kitab müqəddəs kitabın mətləblərindəki sirləri bəyan edir. Bu kitabda Allahın, bəşəriyyətin bünövrəsini yenidən qurub tə’mir etmək planı izah olunur.

1. Yəsui firqəsi necə bir təşkilata malik idi?

2. Yəsui firqəsinin ruhani qaydaları necədir?

3. Yəhuvəh şahidlərinin nəzərində həzrət İsanın yenidən zühur etməsindən qabaq mö’minlərin vəzifəsi nədir?

4. Yəhuvəh şahidləri dünyanın axırı haqda necə fikirləşirlər?

5. Munizm firqəsinin e’tiqadları hansılardır?

Mormunların əqidəsini bəyan edin.



Məsələn, dində deyilmir ki, Allah-Təala göydən su tökür və nəticədə yağış yağır; qeyd olunur ki, günəşin hərarəti və istiliyi nəticəsində dənizlərin və okeanların suyu buxarlanır, səmada bulud şəklinə düşür, küləklər buludları müxtəlif istiqamətlərə aparır və nəhayət bütün proseslər başa çatdıqdan sonra yağış yağır. Amma bütün bu ünsürlərə və mərhələlərə təsir qüvvəsi Allahdandır. (Tərcüməçi) Brahman ayinində ictimai sistemin ən yüksək təbəqəsidir. Brahman ayinində ictimai sistemin ikinci təbəqəsidir. Brahman ayinində ictimai sistemin üçüncü təbəqəsidir. İtin, canavarın, donuzun qarnında, yaxud cəmiyyətin aşağı təbəqəsindən olan bir qadının bətnində. Aşağı elm dedikdə brahmanin təzahürlərini tanımaq və ona necə ibadət etməyi bilmək nəzərdə tutulur. Həcc-17. Əli Əsğər Hikmət, «Tarixi ədyan». Pur Davud, «Yaddaşthaye qasaha». Zərdüştlərin müqəddəs kəməri. (ar.si.zənd. Tülu və ğürubu zərdüştgəri, tərcümə: Teymur Qadiri). Peydayiş sifri, 32-ci bab, 24-32-ci ayələr. Sami qövmünün bir şaxəsidir ki, Misirin fir’onları və qəbilələri həmin şaxayə mənsub edilir. Bəqərə-49, Ə’raf-141, İbrahim-6. Maidə surəsi 20-26-cı ayələr. Qur’ani-kərim, Nisa-154, Ə’raf-160 və 171, Bəqərə-57 və 60. Bəqərə-61. Ə’raf-248, Taha-85, 95. Bəqərə-259. Tövbə-30. Qəsəs-7. Taha-38-39. Qəsəs-12. Taha-40. Qur’ani-kərim, Qəsəs surəsi 15-28-ci ayələr. Taha-44. Nisa-163. Ən’am-79-86. Bəqərə-130-133. Taha-50. Taha-98. Sifri xuruc, 3-cü bab, 6-cı ayə. Sifri xuruc, 3-cü bab, 13-16-cı ayələr. Sifri xuruc, 6-cı bab, 3-cü ayə. Sifri xuruc, 4-cü bab, 9-11-ci ayələr. Sifri xuruc, 25-ci bab, 8-ci ayə. Sifri xuruc, 32-ci bab, 14-cü ayə. Kitabi əvvəli Səmuil, 15-ci bab, 10-cu ayə. Bəqərə-55. Nisa153. Ə’raf-142. Ə’raf-151. Sifri xuruc, 32-ci bab, 1-9-cu ayələr. Can.Bi.Nas «Tarixi cameyi ədyan» 13-cü fəsil. Saffat, 123-125. İrmiya Nəbi kitabı, 2-ci bab, ayə 4-5. İrmiya Nəbi kitabı, 5-ci bab, 19-cu ayə. Kitabi əvvəl padşahan, 12-ci bab, 23-26-cı ayələr. Bəqərə-96. Mu’min-39,40. Maidə-13 və 14, Nisa-46. Bəqərə-79. Sifri-peydayiş, 9-cu bab, 19-25-ci ayələr. Sifri-peydayiş, 19-cu bab, 31-32-ci ayələr. Sifri-xuruc, 32-ci bab. Padşahların birinci kitabı 11-ci bab. Sifri peydayiş, 32-ci bab, 25-32-ci ayələr. Əcad Nohihəz, səhyun həkimlərinin protokolları, doktor Əhməd Şəlbi: Müqari nətl ədyan 1-ci cild, Əl-yəhudiyyə, Qazi Məhəmməd Fərid, Ən-nişatus-sirriyyil-yəhudiyyi. Tövbə-130) (İbni Həzm, Əl-fəsli fil-miləli vəl əhvai vən-nihəl, 1-ci cild. Yəhudilərin nəzərində müqəddəs sayılan bir dağın adıdır ki, Beytül-müqəddəsin yaxınlığında yerləşir. o zaman dünya sionist təşkilatının rəhbərlərindən biri idi. “Durnəmayi xavərmiyanə” jurnalı, 1978-ci il səh-341. Sanbi-tayms jurnalı. Birinci protokoldan. Birinci protokoldan. Birinci protokoldan. Birinci protokoldan. Birinci protokoldan. Üçüncü protokoldan. Beşinci protokoldan. Altıncı protokoldan. Bəsrə ətrafında Fərat çayının sahillərində. Bəqərə-136. Nisa-136. Bəqərə-285. Bəqərə-128-130-131, Ali-İmran-67-68, Yunis-72-84, Maidə-111, Yusif-101 və Qəsəs-50-53. Nisa-46. Bəqərə-59. Bəqərə-75. Bəqərə-79. Ən’am-91. On üçüncü dərsdə bunun nümunələri verildi. Ali-İmran-35. Ali-İmran-36. Ali-İmran-37. Ali-İmran-42. Mu’minun-50. Məryəm surəsi, 16-26-cı ayələr. Ənbiya-91, Mö’minin-50. Ali-İmran-45. Maidə-110. Məryəm-29. Məryəm-30. Ali-İmran-49. Mətta İncili, birinci fəsil, 18-25-ci ayələr. Markos birinci bab, 9-13-cü ayələr. Əhdi-cədid, Rəsulların işləri, 23-cü bab, 6-cı ayə. Əhdi-cədid, filiplər, 3-cü bab, 596-cı ayə. Əhdi-cədid, Ğülatlar, birinci bab, 14-15-ci ayələr. Rəsulların işləri, 7-ci bab, 58-ci ayə. 8-ci bab, 1-ci ayə. 8-ci bab, 1-3-cü ayələr. Rəsulların işləri, 9-cu bab, 1-6-cı ayələr. Rəsulların işləri, 9-cu bab, 19-20-ci ayələr. Rəsulların işləri, 13-cü bab, 9-cu ayə. Ğulatiyan, 1-1. Ğulatlar, 1-ci bab, 11-12-ci ayələr. Rəsulların işlər, 9-cu bab, 28-ci ayə 1-ci Timu tavus, 6-cı bab, 20-21-ci ayələr. Ğulatlar, 1-ci bab, 6-9-cu ayələr. Can-nas, tarixi cameyi ədyan, 15-ci fəsil. Kulilər, 1-ci fəsil, 15-171-ci ayələr. İbranilər, 10-cu fəsil, 10-cu ayə. Rəsulların işləri, 11-ci fəsil, 26-cı ayə. Siryani dilində əsl yaxud şəxs mə’nasına olan üqnum deməkdir. Henri Tisen, İlahiyyati məsihi, Can Van vurd, Bizim «Allahımız İsa Məsih» kitabı. Markos, 12-ci bab, 28-30-cu ayələr. Maidə-73. Nisa-171. Buş və başqaları, cahani məzhəbi, 2-ci cild, Əbdürrəhim Güvahinin tərcüməsi. Əhdi-cədid, rumlular, 5-ci fəsil. Markos, 10-cu fəsil, 44-45-ci ayələr. Yuhənna, 3-cü fəsil, 15-17-ci ayələr. Rumlular, 5-ci fəsil, 8-10-cu ayələr. Sifri-təsniyə, 24-cü fəsil, 16-cı ayə. Əhdi-cədid, Markos, 16-cı fəsil. Əhdi-cədid, Əfsəsilər, 1-ci fəsil, 20-23-cü ayələr. Əhdi-cədid, Yuhənna İncili, 5-ci fəsil, 22-ci ayə. Məryəm-30-32. Maidə-82. Mətta, 9-cu fəsil, 1-3-cü ayələr. Markos, 1-ci fəsil, 15-16-cı ayələr. Luka İncili, 3-cü fəsil, 5-6-cı ayələr. Luka, 14-cü fəsil, 25-27-ci ayələr. Luka, 9-cu fəsil, 57-62-ci ayələr. Luka, 6-cı fəsil, 27-32-ci ayələr. Mətta, 5-ci fəsil, 38-41-ci ayələr. Mö’minin-96, Fussulət-34. Göz göz müqabilində, diş diş müqabilində; Qur’ani-Kərim, Maidə-45. Mətta, 23-cü fəsil, 15-25-ci ayələr. V.M. Müller; Roma və İran imperatorluğunda qədim kilsənin tarixi. Ali-İmran 3-4. Məryəm-30. 9-cu fəsil, 20-ci ayə. Burintilərin əvvəli, 7-ci fəsil. Luka, 14-cü fəsil, 25-27-ci ayələr. «Buş və başqaları» «Din dünyası» 2-ci cild, Əbdürrəhim Güvahinin tərcüməsi Buş və başqaları «Dinlər dünyası» 2-ci cild. onların ən görkəmli şəxsiyyəti Marten Lüter idi. Hüseyn Tofiqyan, «Dünyanın mövcud dinlərinə bir baxış». Qərblilər bu dövrü «qaranlıq əsr» adlandırırlar; bu illər son dərəcə gerilik, tənəzzül və irtica ilə xarakteriza olunur. Buş və başqaları, Cəhani məzhəbi, 2-ci cild, Əbdürrəhim Güvahinin tərcüməsi.
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə