Bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin xttm təlim mərkəzinin 10 illiyinə həsr edilmiş çıxışı



Yüklə 20,64 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü20,64 Kb.
#8210


VACİB MİLLİ SƏRVƏT 

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti 

Qordon Birrellin XTTM təlim mərkəzinin 10 illiyinə həsr edilmiş çıxışı 

27 may 2014-cü il 

 

Möhtərəm qonaqlar, xanımlar və cənablar

 

Biz  burada  çox  əlamətdar  bir  hadisəni  –  dünya  səviyyəli  Xəzər  Texniki  Təlim 



Mərkəzinin (XTTM) fəaliyyətə başlamasının 10 illiyini qeyd edirik. 

 

Ötən on il ərzində XTTM Azərbaycanın ən nüfuzlu - uğur tarixçəsi ictimaiyyətə bir o 



qədər də məlum olmayan təlim mərkəzlərindən birinə çevrilmişdir.  

Bu mərkəz daha çox tanınmağa layiqdir. O, 2004-cü ilin may ayında açıldığı vaxtdan 

etibarən  900  nəfərdən  çox  yerli  texnikə  təlim  keçirilib.  Onların  böyük  əksəriyyəti 

Xəzər  regionunda  BP-nin  idarə  etdiyi,  dənizdə  və  quruda  yerləşən  qurğularda  işə 

təyin edilib. 

 

Lakin, XTTM bundan da artıq iş görüb: 



 

 



O, regionda BP-nin həyata keçirdiyi texniki əməliyyatlarda əməyin təhlükəsizliyi 

mədəniyyətinin ardıcıl tətbiqini təmin edib. 

 



 



O,  texniklərin  milliləşdirilməsi  ilə  bağlı  planımızın  həyata  keçirilməsində  bizə 

dəstək olub. 

 



 



O,  əsas  diqqəti  səriştə  əsaslı  təlimlərə  yönəltməklə  yüksək  səviyyəli  təlimi 

sürətləndirib. 

 



 



Bu  mərkəz  nisbətən  qısa  müddət  ərzində  Azərbaycanda  neft  və  qaz 

sektorunda  ixtisaslaşmış  çox  sayda  texniklər  yetişdirib  –  onların  hamısı 

beynəlxalq standartlara uyğun təlim keçib. 

 



 

Və o, bizə bütün regionun enerji sektorunda daha yüksək təlim standartlarına 

təkan vermək üçün istifadə edə biləcəyimiz bir platforma təmin edib. 

 

Mən başa düşürəm ki, bütün bunlar çox iddialı səslənir. Amma bunlar həqiqətdir. Bu 



sənayedə biz milyardlarla dollar dəyərində investisiyaları xüsusi vurğulayırıq. Biz dəniz 

platformalarının,  Səngəçal  terminalının  və  BTC  boru  kəmərinin  tikintisi  kimi  böyük 

infrastruktur nailiyyətlərini qeyd edirik.  

Lakin,  çox  vaxt  bir  şeyi  nəzərimizdən  qaçırıq  ki,  hər  bir  işin  arxasında  insanlar  və 

xüsusən  də  quyularımızda  qazma  işi  aparan,  qurğularımızı  idarə  edən, 

avadanlıqlarımıza xidmət göstərən texniklər dayanır. 

 

Bugünkü  tədbir  bizə  fürsət  verir  ki,  bu  işi  qaydasına  qoyaq,  çox  sağol  deyək  və 



XTTM-dəki təlim sahələrinin əhəmiyyətini vurğulayaq. Bu sahələrdən sadəcə üçünün 

adını  qeyd  etsək,  qazma  əməliyyatlarını  idarəetmə  otağının  trenajor  kompleksini, 

Əməliyyatlar üzrə Təlim Qurğusunu və emalatxana kompleksini misal göstərmək olar. 

 

Bu  mərkəzin  məzunları  həqiqətən  də  bizim  biznes  əməliyyatlarımızın  onurğa 



sütunudur  –  onlar  planları  gerçəkliyə  çevirən  insanlardır.  Onlar  XTTM-də  təlim 


keçdikdən  sonra  vacib  keyfiyyətləri  XTTM-dən  kənrada  da  yayırlar  –  xüsusən  də 

əməyin  təhlükəsizliyi  və  məhsuldarlıq  üzrə  daha  yüksək  standartların  vacib 

əhəmiyyətini təbliğ edirlər. 

 

Biz burada əldə edilmiş nailiyyətlərə görə təşəkkür etməli olduğumuz bir çox təşkilat 



və  insanlar  var.  İlk  növbədə,  bu  mərkəzin  qurulmasında  bizə  yardım  etmiş  və  o 

vaxtdan  bəri  çox  dəstək  göstərmiş  Azərbaycan  hökumətinə;  ikincisi,  on  il  ərzində 

XTTM-in  maliyyələşdirilməsinə  yardım  etmiş  bizim  AÇG,  Şahdəniz,  BTC  və  CQBK 

layihələrindəki tərəfdaşlarımıza və o cümlədən ARDNŞ-yə;  

 

üçüncüsü isə, təlim proqramının həyata keçirilməsində texniki bilik və təcrübəni təmin 



edən  və  mərkəzin  fəaliyyətinə  dəstək  olan  “TTE-Petrofac”  şirkətinə  öz 

minnətdarlığımızı bildiririk. Onlar mükəmməl bir iş görüblər və bu, təqdir olunmalıdır. 

Biz təkbaşına bütün bu işlərin öhdəsindən gələ bilməzdik. 

 

Bu  təlim  mərkəzi  öz  xərclərini  əhəmiyyətli  dərəcədə  doğruldur  və  biznes 



əməliyyatlarımıza  nəhəng  töhfə  verir.    Biz  ona  dəstək  verməkdə  davam  etmək 

niyyətindəyik. 

 

Bütün bunlarla yanaşı, bu, bizim Azərbaycanda digər təlim təşəbbüslərinə və xüsusən 



də ARDNŞ-nin Qobustan Regional Təlim Tədris Mərkəzinə dəstək vermək öhdəliyimizi 

vurğulamaq  üçün  gözəl  bir  imkandır.  Biz  Səngəçal  terminalı  yaxınlığındakı 

qəsəbələrdə  yaşayan  100  nəfər  üçün  peşə  və  texniki  təlimi  maliyyələşdirməklə 

Qobustan Təlim Tədris Mərkəzi ilə əməkdaşlıq etməyi öhdəmizə götürmüşük. 

 

 

Bizim  XTTM-də  həyata  keçirdiyimiz  hər  iki  təşəbbüs  və  ARDNŞ  ilə  olan  yeni  saziş 



daha bir məqamı da vurğulayır – BP və onun tərəfdaşlarının mümkün qədər tez bir 

zamanda  Azərbaycandakı  yerli  işçi  qüvvəmizin  təkmilləşdirilməsi  ilə  bağlı  götürdüyü 

uzunmüddətli öhdəliyi əks etdirir. 

 

Biz  2014-18-ci  illər  üzrə  yeni  plan  qəbul  etmişik.  Bu  plana  əsasən  müxtəlif 



təşəbbüslər  və  ümumi  yeni  hədəf  kimi  2018-ci  ilin  sonunadək  ixtisaslaşmış  işçi 

qüvvəsinin  90%-nin  milliləşdirilməsi  nəzərdə  tutulur.  Hazırda  Azərbaycanda  BP 

şirkətində 2854 nəfər Azərbaycan vətəndaşı işləyir ki, bunların da 85%-i ixtisaslaşmış 

kadrlardır. Onların bir çoxu çox yüksək vəzifələrdə işləyir. 

 

Şirkətimizdə  XTTM-də  təlim  keçmiş  bir  sıra  yüksək  vəzifəli  kadrlar  işləyir.  Bu  da, 



mərkəzin  on  illik  fəaliyyəti  dövründə  onun  böyük  nüfuzu  və  nailiyyətlərini  göstərən 

bariz  nümunədir.  Əminəm  ki,  qarşıdan  gələn  illərdə  hələ  daha  çox  uğurlar  əldə 

olunacaq. 

 

Diqqətinizə görə minnətdaram! 



 

 

Yüklə 20,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə