гага alındı. Bu ölkələrə gəliş-gediş ciddiləşdirildi. Qəbul edilən
qətnaməyə uyğun olaraq siyasi müdafiə üzrə fövqəladə məsləhət
komitəsi yaradıldı. Müşavirədə müharibə dövründə Latın Amerikası
ölkələrinin xammal bazası rolu oynaması bir daha təsdiqləndi. ABŞ
Latın Amerikasının 16 ölkəsi ilə gömrük rüsumlarını qarşılıqlı
azaltmaq barədə saziş imzaladı. Müşavirənin yekununda Amerika
dövlətlərarası müdafiə şurası yaradıldı. Müşavirədə müharibədən
sonrakı dünya quruluşu məsələləri də müzakirə edildi. Beynəlxalq
təhlükəsizlik məsələləri üzrə təşkilat yaratmaq tövsiyə olundu.
Konfransdan sonra Latın Amerikasında ABŞ-ın rolu xeyli gücləndi.
Beləliklə, bütün Latın Amerikası ölkələri ABŞ-ın ətrafında Almaniya
blokuna qarşı daha sıx birləşdilər. Aprelin 1-də ABŞ prezidenti
Ruzvelt Qərbi Avropada hərbi əməliyyatların aparılmasına dair
strateji planı təsdiq etdi.
Mayın 26-da Londonda Almaniyaya və onun müttəfiqlərinə
qarşı
müharibədə ittifaq, müharibədən sonra isə əməkdaşlıq haqqında
sovet-ingilis, iyunun 11-də isə sovet-amerikan müqavilələrinin
imzalanması antihitlerçi koalisiyanı möhkəmləndirdi. Tərəflər
qarşılıqlı yardım göstərmək barədə öhdəlik götürdülər. Beləliklə,
imzalanan sənədlər antihitlerçi koalisiyanın formalaşmasını başa
çatdırdı. Braziliya Almaniya və İtaliyaya müharibə elan etdi. Meksika
da müharibəyə qoşuldu. Alman bloku ölkələrinə qarşı ikinci cəbhənin
açılması məsələsinin müzakirəsini keçirmək zərurətə çevrildi.
Müharibənin ikinci dövrü.
İkinci cəbhə haqqında məsələ
Müharibənin ikinci dövrü 1942-ci ilin iyun ayından 1944-cü ilin
yayınadək davam etdi. ABŞ-ın müharibəyə qoşulmasından sonra
Avropada ikinci cəbhənin açılması məsələsi üçtərəfli məna kəsb
etməyə başladı. İkinci cəbhənin açılması haqqında məsələ ABŞ,
Böyük Britaniya və SSRİ münasibətlərində mühüm yer tutdu.
349
Avqust ayında yapon donanmasının etdiyi növbəti hücum cəhdi
də uğursuz nəticələndi.
Antihitlerçi koalisiyanın üzvü olan dövlətlər Afrikada da uğur
qazandılar. 1942-ci ildə Almaniyanın qərbdən bir sıra diviziyalarını
ayırıb Şimali Afrikaya çıxarması müttəfiqlərin vəziyyətini
çətinləşdirdi. Buna cavab olaraq həmin ilin payızında ingilislər
general Montqomeri başda olmaqla Misirdəki qüvvələrini
gücləndirdilər. Oktyabrın 22-də ingilis orduları Məşəl adı altında
Əl-Əlarrieyn rayonundan ümumi hücuma keçərək düşmənin qarşısını
kəsdilər. Noyabrın 8-də general Eyzenhauer başda olmaqla Əlcəzairə
ingilis- amerikan ordu hissələri çıxarıldı. Onlara qarşı Fransadakı
Peten hökumətinin 200 minlik ordusu dayansa da müqavimət göstərə
bilməyərək məğlub oldu. Afrikadakı uğurlu əməliyyatların təkcə
hərbi deyil, eyni zamanda mühüm diplomatik-siyasi əhəmiyyəti var
idi. Almaniya və İtaliya Afrikadakı fransız mülklərinin sərvətlərindən
məhrum oldu. Bundan sonra Fransa antihitlerçi koalisiyaya meyl etdi.
1942-ci ildə 1943-cü ilin əvvəllərində Atlantik okeanında
kommunikasiyaları ələ keçirmək uğrunda alman donanması total
dəniz müharibəsinə başladı. 1943-cü ilin mart ayında Amerika
sahillərində ən böyük dəniz döyüşü oldu. Döyüşdə 40-dək alman
sualtı qayığı iştirak edirdi. Onlar düşmənin 21 gəmisini batırdılar.
Lakin sualtı qayıqlardan müdafiə olunmağın mükəmməl texnikasına
sürətlə yiyələnən amerikanlar itkilərini azaltdılar.
Nəticədə Almaniya
böyük sualtı müharibədə uğursuzluğa düçar oldu. Atlantika uğrunda
döyüş başa çatdı.
Stalinqrad ətrafında alman qüvvələrinin məğlub edilməsi
antihitlerçi koalisiyanı gücləndirdi. Almaniyanın müttəfiqlərindən
olan İtaliya, Rumıniya və Macarıstanın antihitlerçi koalisiyaya daxil
olan dövlətlərlə separat sülh bağlamaq cəhdləri uğursuzluqla
nəticələndi.
Antihitlerçi koalisiyanın möhkəmləndirilməsində 1943-cü il
yanvarın 14-24-də Kasablankada Ruzvelt və Çerçilin
iki ölkənin
351