Biznes plan mərhələləri və Hazırlanma Prosesi



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix28.11.2023
ölçüsü1,84 Mb.
#135774
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Biznes Plan-Handbook

 
 
Məhsul və ya xidmət
 
 
Məhsul və ya xidmət nədir?
 
Mətn məntiqi olaraq işinizin tam bir izahatını təşkil etməlidir. Bənzər iş prinsipləri istehsal, satış və 
xidmət sənayesindəki firmalar üçün tətbiq olunur, baxmayaraq ki, metodlar dəyişə bilər. 
Məhsulun fiziki görünüşünü təsvir edin. Müştərilər və sektor tərəfindən necə qəbul edildiyini təsvir 
edin. Əvvəlсədən məhsulunuzun xüsusi üstünlüyünü və ya UST (unikal satış təklifi) deyilən 
maddənin nə olduğunu izah edin: keyfiyyəti, texnologiya, xüsusi xüsusiyyətləri, əlçatanlığı, xərci və 
s. Məhsul, təbiətinə görə yüksək texniki bir maddədirsə oxucuya çox ətraflı məlumat verməyin, sonda 
əlavə edin. Patent və ya başqa bir qoruma alıb-almadığınızı və ya müraciət edib-etmədiyinizi qeyd 
edin. Spesifik xüsusiyyətləri isə əlavə olaraq axırda (apendiks hissəsində) əlavə edə bilərsiniz. 
 
Texnologiya
Məhsulun çatdığı texniki inkişaf mərhələsini göstərin. Məhsul çeşidi genişləndirilə bilərmi və əgər 
belədirsə, hansı yeni sahələrə və hansı qiymətə? Pul toplamaqda məqsəd, bu fəaliyyətin 
maliyyələşdirilməsidirsə, bunu xüsusi vurğulayın. Eynilə, nağd pula ehtiyac duyduğunuz səbəbi də 
qeyd edin. Məsələn, istehsal müəssisələri tikmək. 
Texniki inkişafların həm spesifik, həm də ümumi aspektlərinə nəzər yetirin. Hədəfləriniz nədir və 
yeni texnologiya və texniki inkişaf planlarınıza nə qədər təsir edəcək? Tədqiqat və inkişaf işiniz üçün 
nə qədər vacibdir və nə qədər xərcləməli olacaqsınız? Bu, maliyyə və insan resurslarınızdan nə 
qədərini tələb edəcək? 
 
Rəqabət
Ətrafda nələr baş verdiyinə baxın. Rəqibləriniz kimdir və məhsulunuz onların istehsal etdikləri ilə 
müqayisədə necədir? Texnoloji inkişaflar nələrdir və onlar sizə necə təsir edəcək? Yenidən işlənmiş 


və ya ikinci və üçüncü nəsil məhsullar hazırlamağınız üçün fürsətləri, təzyiqləri və ya aktuallığı 
öncədən təxmin etməyə çalışın. 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə