Bitki mühahizəsi 3
44. Buğda sünbüllərinin fuzariozu və onunla mübarizə.
Fusarium cinsinə daxil olan növlər ümumi taksonomik xarakteristikaya malikdirlər.
Aydın görünən əyri mikrokonidilər (20-70 mkm ölçülü) və makrokonidilər müxtəlif sayda
arakəsməlidirlər. Bəzi növlər 10 mkm ölçüyə qədər mikrokonidilər, 20 mkm-ə qədər
diametrli xlamidosporlar verirlər. Onlar qalın örtüklüdürlər. Morfoloji əlamətlərin kompleksi
növlərin identifikasiyasında əsas kimi götürülür. Bütün sünbül verən dənlilər sünbül fuzariozu
ilə sirayətlənirlər. Yoluxmadan 7-10 gün sonra sirayətlənmiş sünbüllərdə narıncı-çəhrayı rəngli
konidilər kütləvi formalaşırlar. Göbələyin mitseli, xlamidosporu, peritesiləri infeksiya uğramış
bitki qalıqlarında, toxumlarda qışlaya bilərlər. Həm askosporlar, həm də konidilər çiçəkləmədən
dərhal sonra buğda sünbüllərinə düşə bilirlərsə, xəstəliyi törədirlər. Sporlar cücərirlər və tez bir
zamanda pulcuqlara və sünbülün başqa hissələrinə yayılırlar. Konidilər küləklə kifa-yət qədər
böyük məsafələrə yayılır, başqa dənlilərin sünbülünə düşür və yenidən onları yoluxurlar. Sünbüllər
həssaslığını itirənə qədər yoluxma prosesi təkrarlanır. Belə sirayətlənmələr xəstəliyin yayılmasını
təmin edir.
Mübarizə tədbirləri. Növbəli əkində dənli taxılların və qarğıdalının fasilələrlə (1 ildən az
olmayaraq) yerləşdirilməsi, rayonlaşdırılmış sortlarla səpin aparılması, xəstəliyə qarşı
tolerant sortlardan istifadə edilməsi, cürümələrin qarşısını almaq üçün toxum materialının
dərmanlanması, vegetasiya dövrü fungisidlərin tətbiqi və s. məsləhət görülən tədbirlər
kompleksinə daxildir. Buğda əkinlərini fuzariozdan kompleks qorumaq üçün əkinlərin folikur BT
preparatı ilə 1 l/ha məsariflə çilənməsi önəmlidir. Çiləmə buğdanın çiçəkləmə dövrü işçi məhlulun
məsarifi 400-500 l/ha olmaqla aparılır. Bu xəstəliklə bağlı mübarizədə vinner, ferazim, strayk
fungisidləri də yüksək bioloji səmərəliklə fərqlənirlər.
45. Almada unlu şeh və ona qarşı mübarizə tədbirləri kompleksi.
Alma plantasiyalarında unlu şeh erkən yazda, tumurcuqların açılmasının başlanğıcında qeydə
alınır. İlkin yarpaqcıqlarda zərif, ağ unlu örtük görünür. Bu simptomlar əvvəlki il yoluxmuş zoğların
təpə tumurcuqlarında formalaşan ilkin yarpaqcıqlara məxsusdur. Bundan sonra yarpaqlar açılıb
və zoğlar böyüdükcə unlu örtük intensivləşir, yarpaqlarda olduğu kimi zoğların odunlaşmamış
hissəsini də tutur. Xəstələnmiş yarpaqlar deformasiyaya uğrayır, lanset forması alır, ətrafları
aşağı doğru bükülür, yarpaq ayəsi kobudlaşır, qalınlaşır, kövrək olur. Belə yarpaqlar turqoru
itirir, qonurlaşır, quruyur və tökülürlər. Güclü yoluxmuş zoğların təpə hissəsi ölüşgəyir, bununla
əlaqədar çox zaman aşağıda yerləşmiş yan tumurcuqlar böyüməyə başlayır. Bu isə lazımsız
budaqlanmaya və çətirin sıxlaşmasına səbəb olur.
Mübarizə tədbirləri. Müasir təsərrüfat sistemində sortların davamlılığının yüksəldilməsinə
xidmət edən aqrotexnika bu xəstəliklə mübarizədə və ekoloji təmiz məhsul alınması prosesində
önəmlidir.
Torpağın daim becərilməsi, alaq otlarının məhv edilməsi, torpağın səthinin qurumasının qarşısını
alan və daha rentabelli damcı üsulu ilə suvarma, NRK dozalarının torpağın aqrokimyəvi analizə
uyğunluğu əhəmiyyətli bir kompleksin tərkib hissəsidir.
46. Tağlı bitkilərin fuzarioz soluxması xəstəliyi, onunla mübarizə.
Xəstəliklə əsasən qarpız və yemiş bitkiləri yoluxurlar. Torpağa səpilmiş sirayətlənmiş toxumlar
aşağı cücərmə qabiliyyətinə malikdir. Belə cücərtilərin filqə yarpaq örtüyü torpağın səthinə
çıxmadan tələf olur. Cücərtilərdə xəstəlik 2 formada meydana çıxır: soluxma və kök boğazının
çürüməsi. Birinci forma zamanı filqə yarpaqcıqlar solğun yaşıl rəng alır, turqoru itirir, soluxur və
2-3 gün müddətində quruyurlar. Kök boğazının çürüməsi torpaqda temperatur aşağı olduqda və
rütubət hədsiz çox olduq-da baş verir. Bitkinin kök boğazı nazilir, çürüyür, gövdə sulu görkəm alır.
Belə cücərtilər sınır və düşür.
Mübarizə tədbirləri. Növbəti əkin sisteminə əməl edilməli, tağlılar əvvəlki əkin yerinə 2-3 ildən
sonra qaytarılmalıdır. Bitkinin böyüməsi və inkişafı üçün əlverişli şərait yaradan aqrotexniki
tədbirlər kompleksi həyata keçirilməlidir. Bu tədbirlər bitkilərin xəstəliyə qarşı davamlılığını
yüksəldir.
47. Pomidorda unlu şeh xəstəlikləri və onunla mübarizənin yolları.
Pomidor bitkisi üzərində Unlu şeh xəstəliyi Azərbaycanın Abşeron yarımadası bölgəsində daha
çox rast gəlinir. Xəstəlik açıq və örtülü sahədə becərilən bitkilərdə əvvəlcə aşağı yarus yarpaqları
üzərində ağımtıl-boz rəngdə, kiçik dairəvi örtüklər şəklində təzahür edir. Əlverişli şərait olduqca,
O.lycopersicum bütün yarpaq səthini əhatə edir. Xəstəlik Abşeron yarımadasında polietilen
örtüklü əksər
istixanalarda yayılmışdır. Pomidor yarpaqları üzərində ilk müşahidə olunduğu vaxtdan başlayaraq
vegetasiyanın sonuna qədər model bitkilər üzərində xəsətəliyin inkişaf dinamikası öyrənilmişdir.
Pato gen vegetasiyanın axırına qədər öz inkişafını davam etdirir. 20-30°C temperatur və 55-95%
nisbi rütubət O. lycopersicumun inki şafı üçün əlverişlidir. Göründüyü kimi belə şərait bütün
istixana larda mövcuddur.
Mübarizə tədbirləri. Oidium lycopersicum və ya Leveillula taurica göbələklərinin yaratdığı
xəstəliklərə qarşı mübarizə tədbirlərinin təşkili zamanı əv vəlcə törədici təyin olunmuşdur.
Patogen məlum olduqdan sonra ona qarşı təbii antoqonistindən alınmış bioloji preparatlardan
isti fadə edilmişdir. Oidium lycopersicuma qarşı Planriz preparatının tətbiqi səmərəli olmuşdur.
Preparat tətbiq edildikdə titr 2×109 vahid/qram olmuş, xəstəliyin kütləvi yayıldığı illərdə kvadris,
SK
(Azoksistrobin) 0,4-0,6 l/ha, Strobi (krezoksim-metil) preparatının 0,3-0,5 kq/ha tətbiqi
səmərəlidir. Qeyd olunan preparatlar olma dıqda Topaz (Penkonazol), Bayleton (Triadimefon)
preparatlarından istifadə edilə bilər.
48. Armud yarpaqlarının ağ ləkəliyi və ya septoriozu, mebarizə məsələləri.
Dünyanın armud plantasiyalarında geniş yayılmışdır. MDB məkanında Azərbaycan, Gürcüstan,
Moldova və Ukrayna üçün xarakterikdir.
Xəstəlik armudun çiçəkləməsindən sonra meydana çıxır və yayın II yarısın-da kütləvi inkişafına
çatır. Xəstəliyin xarakterik əlaməti yarpaqlarda, bəzən isə hətta meyvələrdə kiçik girdə,
tünd-qonur haşiyəli boztəhər ləkələrin əmələ gəlmə-sidir. Müəyyən müddət keçdikdən sonra
ləkənin orta hissəsində göbələyin koni-dispor mərhələsindən ibarət, adi gözlə görünən qara
piknidlər formalaşır. Sortlar-dan asılı olaraq septorioz simptomlarının dəyişməsi müşahidə
olunmuşdur. Bir qrup sortların yarpaqlarında ləkələr çox kiçik (0,5-2 mm diametrli), çoxsaylı,
şəf-faf, məhdud, zorla seçilən qəhvəyi çalarlı, başqa sortlarda onlar orta ölçülü (2,4-4,0 mm
diametrli), daha şəffaf orta hissəli, dağınıq tünd haşiyəlidir. Elə sortlar da vardır ki, onların
yarpaqlarında ləkələr kifayət qədər iri (4,5-7 mm diametrli), sarı-təhər boz, geniş dağınıq
haşiyəlidir.
Mübarizə tədbirləri. Dəmgillə mübarizədə əsas diqqət erkən yaşda ağac-ların kisəsporlarla
yoluxması və yay dövrü xəstəlik törədicinin konidilərlə yayıl-masının qarşısını almağa
yönəldilməlidir. Özündə müxtəlif mübarizə üsullarını birləşdirən inteqrir mühafizə xəstəlikdən
etibarlı mühafizəni təmin edir.
İnfeksiya mənbəyi olan tökülmüş yarpaqlar məhv edilməli, cərgəaraları be-cərilməli, bütün
infeksiya mənbələri ağacətrafı dairədə basdırılmalıdır. Belə şəraitdə torpaq mikroorqanizmləri
tökülən yarpaqlarda olan psevdotesiləri parça-layaraq dağılmasına səbəb olur. Həyətyanı
sahələrdə, bağ yerlərində, kiçik fermer təsərrüfatlarında tökülmüş yarpaqları toplayaraq
kompostirə etmək mümkündür.
49. Çəyirdəkli meyvə bitkilərində klasterosporioz və deşikli ləkəlik xəstəliyi.
Xəstəliklə ərik və şaftalı daha güclü, nisbətən az gavalı, albalı, gilas, alça və başqa çəyirdəklilər
yoluxurlar. Bu bitkilərin praktik olaraq bütün yerüstü hissələri-yarpaq, tumurcuq, çiçək, toxumluq,
meyvə, zoğ və budaqlar xəstəliyə qarşı həssasdırlar. Yarpaqlarda olan deşiklərin mövcudluğuna
görə klasterosporiozun bu forması çox zaman deşikli ləkəlik adlandırılır. Cavan zoğlar yoluxan
zaman qabıqda böyük olmayan tünd haşiyəli və daha şəffaf ortalı qırmızıtəhər ləkələr formalaşır.
İlkin mərhələdə onlar dəyirmi, böyüdükcə uzununa dartılır və partlayır. Yarıqdan kütrə çıxır, zoğ
üzrə aşağıya doğru axır, sarıtəhər və ya tünd-qonur rəngli şüşəyə bənzər pərdə formasında
yerləşir. Güclü yoluxmuş zoğlarda xəstəlik xroniki xarakter daşıyır. Yarıq yerlərində kitrə yaraları
əmələ gəlir. Bunun hesabına yaranın ətrafında xərçəngəbənzər törəmələr qabıq toxumalarını
əhatə edir. Belə forma xəstəlik şaftalı üçün daha xarakterikdir.
Mübarizə tədbirləri. Bağda olan infeksiya ehtiyatını azaltmaq üçün klasterosporiozun törədicisi
ilə yoluxmuş zoğların kəsilməsi vacibdir. Bu iş payızda yarpaq tökümündən sonra aparılanda
səmərəlilik daha da yüksəlir. Zoğlar və budaqlar kəsildikdən dərhal sonra bağda 3%-li bordo
məhlulu ilə çiləmə aparılmalıdır. Şaftalı bitkisi üçün bu daha vacib tədbir hesab edilir. Ağacların
güclü xroniki yoluxması zamanı cavanlaşdırıcı budama aparılır, budama yerləri 2%-li miş və ya
3%-li dəmir kuporosına qatılmış əhəng südü ilə dezinfeksiya edilir. İri kəsilmə yerləri bağ məlhəmi
və ya təbii əlifə qatılmış yağlı boya ilə yağlanmalıdır. Bitkinin böyümə və inkişafını sürətləndirən
digər aqrotexniki vasitələr də işə salınmışdır.
50. Badimcan və bibərin fitoftoroz xəstəliyi, onunla mübarizənin əsas istiqamətləri.
Bitkinin bütün orqanları yoluxa bilir. Köklərin yoluxması adətən bitkinin tezliklə xəstələnməsinə
səbəb olur. Sirayətlənmiş köklər tünd-qəhvəyi rəng alır və kökün xarici qabığı asanlıqla qatlara
ayrılır və düşür. Kök boğazının yoluxma simptomları əvvəlcə tünd-yaşıl sulutəhər xəstələnmiş
sahələr şəklində meydana çıxır. Lakin belə ləkələr iriləndikcə tünd-qəhvəyi rəng alır. Yarpaqlarda
simptomlar qeyri düzgün formalı kiçik sulu zədələr formasında əmələ gəlməyə başlayır.
Xəstələnmiş toxuma ölçücə böyüdükcə sirayətlənmiş hissə quruyur və sarıtəhər-qəhvəyi
rəngə malik olur. Göbələyin böyüməsi üçün əlverişli şəraitdə yoluxmuş yarpaqların səthində
spormərhələsi müşahidə etmək olur. Sirayətlənmiş gövdələr halqalanır və bunun nəticəsində ölür.
Meyvələrdə xəstəlik əvvəlcə tünd-yaşıl sulu ləkələrlə zühur edir, infeksiya yayıldıqca meyvələr
büzüşür, lakin məhsulun dəriminə qədər adətən tökülmürlər. Meyvələrin səthində göbələyin
spor və mitselini görmək mümkündür.
Mübarizə tədbirləri. Bitkilərin normal böyüməsini və inkişafını təmin edən aqrotexniki tədbirlər
kompleksi həyata keçirilməlidir. Növbəli əkinə əməl edilməli, badımcan və bibər plantasiyaları
kartof və pomidor əkinlərindən 0,5-1 km kənarda yerləşdirilməlidir. Fungisidlərlə çiləmələr hələ
parnikdən başlamalıdır. Şitillərin 0,3-0,4%-li oksixom preparatının işçi məhlulu ilə dərmanlanması
vacibdir. Bu məhlulla şitil yetişdirilən substrat da suvarıla bilər.
51. Buğdanın askoxitozu və onunla mübarizə tədbirləri.
Xəstəlik törədici buğda yarpaqlarında askoxitoz ləkəliyi əmələ gətirir. Ləkələr ilkin mərhələdə
həlqəvi və ya qeyri-düzgün formalı, daha açıq mərkəzli, tünd-qəhvəyi haşiyəli olur. Son nəticədə
ləkələr qovuşur. Yarpaqlar çirkli-boz rəng alır və quruyur. Ləkənin mərkəzində patogenin
piknidləri əmələ gəlir. Göbələk bitki qalıqlarında piknid və mitsellə qışlayır. Ləkələr erkən yazda
əvvəlcə payızlıq buğdada, sonra isə yazlıq buğdaya keçir. Piknidlər şarşəkilli, tünd-qonur,
substrata yüklənmiş və 165 mkm-ə qədər diametrlidir. Konidilər geniş uzunsov (1 nadir halda 2)
arakəsməli, ölçüləri 15-23 x 4,5-6 mkm-dir.
Mübarizə tədbirləri. Torpaqda dərin şum aparılmalı, sirayətlənmiş bitki qalıqları torpağın profilinə
doğru yönəldilməli, yazlıq və payızlıq buğda əkinləri bir-birindən 1000-1500 m məsafədə
yerləşdirilməklə təcrid edilməlidir. Zonanın xüsusiyyətlərinə uyğun olaraq səpin müddətinə
və səpin normasına əməl edilməli, aqrokimyəvi torpaq analizlərinə uyğun yemləmələr təmin
edilməlidir. Növbəli əkin sisteminə riayət edilməli və ən yaxşı sələf kimi yonca bitkisi hesab
edilməlidir. Xəstəliyə qarşı davamlı sortlardan istifadə məsləhət görülür.
52. Pomidorda alternarioz xəstəliyinin simptomologiyası, mübarizəsi.
Pomidorun yarpaqları, saplaq, gövdə və meyvələri yoluxur. Xəstəlik alt yarpaqlardan başlayır,
onların səthində iri, 5-15 mm-ə qədər diametrli, yaxşı zonallıqla seçilən iri tünd qəhvəyi ləkələr
və göbələyin spor mərhələsindən ibarət qəhvəyi məxməri örtük əmələ gətirir. Rütubətli hava
şəraitində ləkələr birləşir, yarpaqlar isə ölüşkəyirlər. Saplaq və gövdələrdə məxməri örtüklü
uzunsov tünd ləkələr, meyvələrdə isə örtüklü qara basıq ləkələr inkişaf edir. Göbələyin mitseli
bitkinin toxu-malarında yerləşir, səthdə formalaşan örtük isə konididaşıyanlarla konidilərdən
ibarətdir.Mübarizə tədbirləri. Bitki qalıqlarının məhv edilməsi, məhsul yığımından sonra sahənin
dərin şumlanması, növbəli əkinə əməl etməklə, pomidorun əvvəlki əkin yerinə 3 ildən sonra
qaytarılması, parniklərdə torpağın dezinfeksiyası (1 hissə for-malin, 40 hissə su), davamlı
sortların becərilməsi vacib tədbirlərdəndir. Xəstəliyin ilkin simptomları göründükdə fungisidlərlə
çiləmələr aparmaq lazımdır. Lakin fitoftorozla mübarizədə tətbiq edilən fungisidlər (akrobat MS,
ridomil qold MS, kurzat, iteral, klip və s.) alternariozun da inkişafının qarşısını alır.
53. Buğdanın zolaqlı və ya gövdə pası və onunla mübarizə tədbirləri.
Buğdanın zolaqlı və ya gövdə pası xəstəliyinin törədicisi Puccinia graminis f.tritici göbələyi
ikievlidir. Spermaqonial və etsial spormərhələləri zirinc bitkisinin, uredino və teleytospor
mərhələləri buğda, arpa və çoxlu sayda başqa növlərdə inkişaf edir.
Spermaqonilərdə küllü miqdarda açıq, birhüceyrəli spermasiyalar formalaşır. Spermaqonilərin
əmələ gəlməsindən 2-5 gün sonra zirinc yarpaqlarının alt tərəfində etsilər inkişaf edir. Etsisporlar
çox vaxt şarşəkilli, mövtəviyyatı sarıdır. Onların örtüyü rəngsiz, təpə hissədə qalındır. Onlar
uçuşaraq cücərirlər, buğda dənlərinə düşür və taxıl bitkilərini sirayətləndirir. Etsisporlar damcı
su və 5-240C temperaturda cücərirlər. Sahib bitkinin üzərində bundan sonra uredinosporlarla
uredinalar forma-laşırlar. Uredinalar pasabənzər qonur, uzunsov, zolaqlı olaraq, gövdələrdə,
yarpaq qınlarında, yarpaqlarda, mil oxlarında və sünbül pulcuqlarında əmələ gəlirlər. Uredinomər
hələdə xəstəliyin inkişafı üçün optimal temperatur 18-280C-dir. Bitkilərin vegetasiyası dövrü
meteroloji şəraitdən asılı olaraq bir necə generasiya baş verir.Buğdanın vegetasiyasının sonuna
yaxın yarpaqlarda, xüsusilə yarpaq qınlarında teleytosporlarla telioyastıcıqlar inkişaf edirlər.
Uredinalar formalaşan yerlərdə inkişaf edən teliosporlar qara uzun 22 mm-ə qədər zolaqlar
əmələ gəlir.
Mübarizə tədbirləri. Yüksək aqrotexnika, aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı
sortlardan istifadə, növbəli əkinə əməl edilməsi vacibdir. Xəstəliyin ilkin simptomları göründükdə
ekoloji fungisidlərdən biri ilə çiləmə aparmaq mümkündür. Son illər 25% tilt k.e., 0,5 l/ha məsariflə
xəstəliyin inkişafını tamamilə dayandıra bilir. Müasir dövrün tələbinə uyğun iki komponentli
sistem xüsusiyyətlərə malik Folukur BT fungisidi də vegetasiya dövrü 1l/ha məsariflə buğda
bitkisinin pas mənşəli xəstəliklərinə qarşı öldürücü təsir göstərir. Lakin bu xəstəliyi törədən
göbələk inkişaf tsiklində aralıq sahib bitkisindən istifadə etdiyi üçün profilaktika olaraq zirinc
bitkilərinin buğda əkinləri ətrafında məhv edilməsi məcburi xarakter daşıyır.
54. Badimcan və bibərin quru çürüməsi, onunla mübarizə yolları.
Gövdədə torpağın səthindən qismən yuxarı da tünd qəhvəyi zədələr əmələ gəlir. Son nəticədə
quru çürümə ilə yoluxmuş gövdələr, cavan bitkilər sınır və məhv olurlar. Daha yaşlı bitkilər yoluxan
zaman sahib bitkinin alt yarpaqlarında və gövdələrində həlqəvi və ya düzgün olmayan formalı
zədələnmiş sahələr meydana çıxır. Onların rəngi bozdan qəhvəyiyə qədər dəyişir. Yoluxmuş
sahələr ölçücə böyüyür və birləşirlər, nəticədə yarpaqların tam saralması baş verir və onların
əksəriyyəti tökülür. Gövdələrin səthində yerləşən yaralar soluxmaya səbəb olmaqla, bitkilərin
təpə hissəsini məhv edir. Meyvələrdə sirayətlənmə əvvəlcə yumşaq və şəffaf-qəhvəyi, basıq, oval
formalı ləkələrlə zühur edir. Daha sonra meyvələrin səthində olan sirayətlənmiş sahələr dərinləşir,
ölçüləri böyüyür, birləşir, yumşaq çürüməni əmələ gətirir. Quru hava şəraitində yoluxmuş
meyvələr büzüşür və mumyalaşırlar. Xəstəliyin diaqnostik əlaməti konsentrik həlqələr şəklində
yoluxmuş orqanlarda düzülən kiçik piknidlərdir. Piknidlər eyni zamanda infeksiya mənbəyi olaraq
fitopatogen orqanizmin qışlamasını təmin edir. Göbələk piknid formasında bitki qalıqlarında və
ya torpaqda mumyalaşmış meyvələrdə saxlanılır. İnfeksiya çox zaman yağış damcıları və ya əkin
suyu verilməsi ilə yar-paq və ya gövdəyə düşür və
xəstəliyin yayılmasını təmin edir.Quru və rütubətli hava xəstəliyin yayılmasında mühüm əhəmiyyət
kəsb edir.
Mübarizə tədbirləri. Xəstəliyə qarşı elmi
əsaslara söykənən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Davamlı sortlardan
istifadə, quşüzümü fəsiləsinə daxil olan bitkilərin bir-birindən 1000 metr təcrid edilməsi, növbəli
əkin dövriyyəsinə əməl edilməsi xəstəliyin inkişafını minimuma endirir. Yoluxmuş bitki qalıqları
toplanır və məhv edilir. Bitkilərin xəstəlik
törədicisinə qarşı davamlılığını yüksəltmək üçün balanslaşdırılmış mineral gübrə dozalarından
istifadə edilir. Bu baxımdan fosfor və kalium gübrələrinə üstünlük verilir
55. Çəyirdəkli meyvə bitkilərində kokkomikoz xəstəliyi, mübarizə tədbirləri.
Kokkomikoz çəyirdəkli bitkilərin (ərik, gavalı, alça, badam) əksəriyyətini sirayətləndirir, ən çox isə
albalı və gilasa vurur.
Adətən xəstəliklə yarpaqlar, bəzən cavan odunlaşmış zoğlar, meyvəyarpaq-cıqları və meyvələr
sirayətlənirlər. May ayının ortalarında yarpaqların üst tərəfində çoxsaylı kiçik (0,5-2 mm
diametrində) əmələ gəlir. Rütubətli hava şəraitində yarpağın alt tərəfində xəstəlik törədicinin
konidial spormərhələsindən ibarət çəhrayı-ağ yastıcıqlar meydana çıxır. Çox zaman ləkələr
mərkəzi damar boyunca qruplaşırlar. Yarpaqlar saralır, qıvrılır və tökülürlər. Əsasən orta yaşlı
yarpaqlar yoluxurlar. Buna görə də bəzən yayın II yarısında vaxtından əvvəl kütləvi yarpaq tökümü
müşahidə edilir, bu zaman albalı yalnız daha yaşlı yoluxmaya meylli olmayan yarpaqlar qalır. Belə
yarpaqlar zoğun əsasında yerləşir.
Mübarizə tədbirləri. Albalı və gilas ağaclarını kokkomikozdan mühafizə etmək üçün yüksək
səviyyəli aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. İnfeksiya mənbəyi olan yoluxmuş
yarpaqlar toplanmalı, yandırılmalı və ya qum vasitəsilə torpağın dərinliyinə basdırılmalıdır.
Bağlarda havalanmanın yaxşı təşkil edilməsi yağış damcılarının yarpaqlarda uzun müddət
saxlanmasına mane olur, bununla da konidilərin yayılması məhdudlaşdırılır.
56. Tağlı bitkilərin ağ çürüməsi xəstəliyi və onunla mübarizənin yolları.
Yoluxmuş orqanların üzərində topa şəklində pambığa oxşar ağ rəngli örtük inkişaf edir. Bu
örtük göbələyin mitselindən ibarətdir. Patogenlə sirayətlənmiş gövdənin toxumaları yumşalır,
sulanır. Bu sudan və torpaqdan qəbul edilən mineral maddələrin daxil olma prosesini pozur,
nəticədə bitki soluxur və məhv olur. Sonrakı müddətdə müəyyən yoluxma yerində mitsel kipləşir
və tündləşir. Bununla da göbələyin sklerosial inkişafının başlanğıc mərhələsi meydana çıxır.
Yoluxmuş gövdə hissələrinə toxunan xiyarın meyvələri daha tez sirayətlənirlər.
Mübarizə tədbirləri. Məhsul toplanışından sonra bitki qalıqları sahədən və istixanadan
çıxarılmalıdır. İstixana və parniklərdə torpaq dezinfeksiya edilməli və ya dəyişdirilməlidir.
Müntəzəm olaraq yoluxmuş, soluxmuş və yaşlı yarpaqlar, habelə çürüyən meyvələr məhv
edilməlidir. Vegetasiya dövrü istixanada sutka ərzində 18-200C temperatur həddini saxlamağa
çalışmaq lazımdır.
57. Üzümdə bakterial xərçəng, onun əmələgəlmə prinsipləri.
Bakterial xərçəng: Bu törədici çubuqvari, qrammənfi Agrobacterium tumefaciens və yaxud
Pseudomonas tumefaciens Smith. et Towns bakteriyalarıdır. Xəstəlik törədiciləri tənəklərə
zədələnmiş yer lərdən daxil olaraq, həmin yerlərdə fırlar və yaxud
şişkinliklər əmələ gətirirlər. Bakteriya törədiciləri bitkiyə daxil olduqları yerdə hüceyrələrin intensiv
bölünməsinə səbəb olur ki, nəticədə həmin yerlərdəfırlar əmələ gəlir
Xəstəlik gövdə və budaqlarda fırların əmələ gəlməsi, çoxillik budaqlarda maddələr mübadiləsinin
pozulması, ötürücü borucuqlarda keçilməzlik yaranması, kolların inkişafının zəifləməsi və zoğların
pis yetişməsi, məhsuldarlığın aşağı düşməsi və bitkinin ömrünün qısalması ilə səciyyələnən
əlamətlərlə təzahür edir
Mübarizə üsulları: fitosanitar nəzarətin həyata keçirilməsi, tənəklərdə əmələ gələn fırların
ehtiyatla və tamamilə kəsilməsi, həmin yerin isə 2%-li DNOK məhlulu ilə yuyulması, eyni zamanda
tinglərin 1-2 dəqiqə ərzində 1%-li qranozan məhlulunda saxlanılması da yaxşı nəticə verir,
həmçinin calaq materiallarının 1%-li tetrasiklin məhlulu ilə yuyulması məsləhət görülür.
58. Çəyirdəklilərdə nekrozlu həlqəvi ləkəlik xəstəliyi haqqında.
Xəstəlik yenicə açılmağa başlayan yaz yarpaqlarında qeyri-düzgün formalı qəhvəyi nekrozlu
ləkələr formasında əmələ gəlir. Yarpaq ayası böyüdükcə ləkə yerlərində olan toxuma tökülür, bu
isə deşikliyə səbəb olur. Deşikliyin ardınca bir sıra yarpaqlarda parlaq-yaşıl həlqə əmələ gəlir,
yüksək yay temperaturlarının başlanması ilə əlaqədar proses zəifləyir. Bu xəstəliyin simptomları
müəyyən qədər həşərat zədələnməsini və Clasterosporium carpophilum Aderh. göbələyi ilə
yoluxmanı xatırladır.
Lakin həşəratla zədələnmə zamanı qəhvəyi nekrozlar, parlaq-yaşıl həlqə və xətlər olmur,
klasterosporioz zamanı isə qırmızı-qonur haşiyəli ləkələr əmələ gə-lir. Vizual olaraq virus və
fitoplazma xəstəliklərini aşkar etmək üçün baxış keçi-rilir. Xarici görkəmcə sağlam yarpaqların
şirəsi laboratoriyada serodiaqnostik üsulla yoluxmaya qarşı yoxlanır, sonra istixanada otlu
indikatorlarla şirənin testləşməsi aparılır. Bu yolla aşkar edilmiş sağlam anaclıq bitkilər təkrar
olaraq ağac indikatorlarda yoxlanır, bu isə tingliklər üçün sağlam material almağa imkan verir.
Əgər qiymətli çəyirdəkli sortları və calaqaltıları virus və fitoplazma mənşəli patogenlər ilə
yoluxmuşsa termoterapiyadan istifadə edilir.
59. Tağlı bitkilərin damarlı bakteriozu və mübarizə tədbirləri.
Xəstəliyə əsasən örtülü qruntda becərilən tağlı bitkilər yoluxur. Patogen bitkinin gövdə və
yarpaqlarında çiçəkləmə və meyvəvermə fazasında soluxma ilə meydana çıxır. Eninə və uzununa
kəsiklərdə aydın, qonurtəhər, qırmızı-qonur və ya pasvari-qonur damarlar görünür, gövdənin
yoluxma yerlərində isə damarlar yağlıtəhər, sarı çalarlı zolaqlıdır. Daha sonra onlar qonurlaşır
və partlayır. Yoluxmuş bitki zəif inkişaf edir və tezliklə tələf olur. Yarpaqların səthində nöqtəşəkilli
yağlı-xlorotik ləkələr tədricən irilənir (8- 10 mm diametrə qədər) qonur və ya qırmızı-qonur rəng
alır. Ləkənin nekrozlaşmış hissəsi heç vaxt tökülmür.
Mübarizə tədbirləri. Ancaq yoluxmayan meyvələrdən toxum tədarük edilməli, məhsul
toplanışından sonra bütün bitki qalıqları məhv edilməli, günəşli günlərdə isti-xanalarda
25-270C-lik optimal temperaturun saxlanılmasına nail olunmalı, bitkilərdə damcı suyun
qalmasına yol verilməməlidir. Toxumlar səpindən əvvəl 80%-li TMTD (4-8 qr/1 kq toxum) ilə
dərmanlanmalıdır.
61. Şaftalıda unlu şeh xəstəliyi və ona qarşı mübarizə tədbirləri.
Praktiki olaraq şaftalı becərilən bütün ölkələrdə unlu şeh geniş yayılmışdır. V.F.Peresipkin (1991)
göstərir ki, unlu şeh Ukraynanın cənubu, Moldova, Şimali Qafqaz, Zaqafqaziya və Orta Asiyada
daha təhlükəli xarakter daşıyır.
Xəstəlik ölkəmiz üçün daha xarakterikdir. 1991-1995-ci illərdə Naxçıvan MR şəraitində aparılan
tədqiqatlar göstərir ki, xəstəliyə qarşı həssas sortlarda (Sarı tərəli, Qırmızı Tərəlli yarpaqların
unlu şehlə yoluxması 50-90%-ə çatır. Meyvələrin yoluxması 30-40 % təşkil edir. Xəstəlik Abşeron
yarımadası, Şəki –Zaqatala, Quba-Xaçmaz zonaları üçün də səciyyəvi olub, 4-5 ildə bir dəfə
epifi-totiya xarakteri daşıyır.
Mübarizə tədbirləri. Xəstəlik kifayət qədər təhlükəli olub, bitkilərə forma vermək də daxil olmaqla,
yüksək aqrotexniki qulluq işləri tələb edir. Yüksək aq-rafon yaradılması ilə yanaşı kimyəvi
preparatların tətbiqi də qaçılmazdır. Aparı-lan tədqiqatlar sübut edir ki, Azərbaycan şəraitində
bütün çiləmələr ağacların çiçəkləməsindən sonra aparılmalıdır. Lakin hava şəraitindən asılı
olaraq çiləmə müddələrinə düzəliş edilə bilər. Topaz (1 l/ha), topsin M-(1,5-1,7 kq/ha), kumu-lus
(8 kq/ha), kolloid kükürd (8-10 kq/ha), skor (0,4 l/ha) kimi sistem və kontakt təsirli fungisidlər
növbələşdirməklə 3 çiləmədə yüksək bioloji səmərəliliyi təmin edirlər.
62. Buğda dənlərinin kiflənməsi və onların qarşısının alınma yolları.
Saprotrof kif göbələkləri toxumların səthi mikobiotasını təşkil edirlər. Dən yetişmə dövrü yüksək
rütubət və aşağı temperaturlarda yoluxma baş verir. Lakin ən çoxu saxlama rejimi pozulduqda
xəstəlik inikşaf edir.
Kif göbələklərinin sporları dən saxlanan anbarlarda saxlanılır, əlverişli şəraitdə onlar kütləvi
surətdə dənləri yoluxa bilirlər.
Mübarizə tədbirləri. Saxlama rejiminə ciddi əməl etməklə toxumlar səpinqa-bağı
dərmanlanmalıdır. Son illər bu xəstəliklərlə mübarizədə yeni sintez edilən toxum dərmanlarından
vinsit ekstra adlı 50%-li suspenziya konsentratı səmərəlidir. Preparat triazol birləşmələrindən
olub, sistem təsirlidir. Xarici görkəmcə qırmızı rəngli mayedir. Məsarif norması 0,7 l/t. Bir ton
buğda toxumunu dərmanlamaq üçün verilən məsarif norması 9 l su ilə qarışdırılır və dərmanlama
aparılır. Müasir toxumçuluq təsərrüfatlarında toxumluq dənləri PS-10, PSŞ-5, Mobitoks, habelə
stasionar KPS-10 maşın ava¬danlıqları ilə işləyirlər.
63. Kartofun xərçəng xəstəliyi, onunla mübarizə yolları.
Bitkilər bütün vegetasiya dövrü yoluxur. Bakterial xərçəng iki formada meydana çıxır: diffuz və
yerli yoluxma. Diffuz yoluxmada boru sistemi yoluxur, nəticədə şitillər və yaşlı bitkilər soluxur və
quruyur. Fuzarioz soluxmadan fərqli olaraq bakterial xərçəng inkişaf edən zaman bitkilər tədricən
soluxur, bəzən ayrı-ayrı gövdələr və yarpaqlar xəstələnirlər. Gövdənin və ya yarpaq saplağının
eninə kəsiyində boruların (damarların) qaralması müşahidə olunur. Bakteriya çox vaxt borulardan
keçərək bitkini və toxumları sirayətləndirir.
Mübarizə tədbirləri. Səpin üçün yüksək reproduksiyalı sağlam toxumlardan istifadə olunmalıdır.
Toxumlar 20 dəqiqə müddətində 48-500C temperaturlu qaynar suda saxlandıqda qismən
infeksiyadan azad olunur. Bitki qalıqlarının məhvi, dərin dondurma şumu, növbəli əkinə əməl
edilməsi, toxumların dərmanlanması vacibdir. Son illər ölkənin pes¬tisid bazarında aşağıdakı
toxum dərmanları mövcuddur: Vial TT, TMTD, Taçiqaren və s.
64. Üzümün oidium və külləmə xəstəliyi, mübarizənin əsas prinsipləri.
Sirayətlənmiş hamaşçiçək, bığcıq, daraq və meyvəayaqcıqları da boz örtüklə örtülürlər. Oidium
güclü inkişaf edən zaman hamaşçiçəklər quruyurlar və tökülürlər.
Oidiumun inkişafı gilələr üçün daha təhlükəlidir. Gilələrin üzərində formalaşan boz örtüyü sildikdə
spesifik balıq iyi verir. Onların yoluxmuş qabığında düzgün olmayan formalı ləkələr əmələ gətirən
çoxsaylı çirkli-boz nöqtələr əmələ gəlir. Yoluxmuş qabıqda böyümə prosesləri dayanır, lətli
hissənin normal böyüyən toxumlarının təzyiqi altında qabıq partlayır və toxumlar üzə çıxır. Quru
havada partlayan gilələr quruyur, rütubətdə çürüyürlər.
Mübarizə tədbirləri. Xəstəliyə qarşı yüksək aqrotexniki tədbirlər sistemi həyata keçirilməlidir.
Tənəklər normal havalanmalı, seyrəltmə, kəsmə, budanma, yaşıl zoğ əməliyyatı və s. müasir
tələblərə cavab verən səviyyədə olmalıdır.
Oidium xəstəliyinin ilkin simptomları göründükdə 0,7-1%-li kolloid kükürdlə çiləmə, döyülmüş
kükürdlə 30-35 kq/ha tozlanma aparılmalıdır.
Dostları ilə paylaş: |