48
“Ey oğul, çətinliklər zamanı özünü ələ al. Xoşagəlməz hadisələr
zamanı səbirli ol. Rifah zamanı isə şükür et. Namazlarını xüsusi ilə
yerinə yetir və onları təxirə salma. Haqqa itaət edəni təhqir etmə,
günahkarlara isə ehtiram etmə. Sənin olmayan bir şey üçün iddia etmə.
Sənin üzərində olan haqları inkar etmə. Batilə öz etirazını bildir.
Haqdan utanma. Bilmədiyin şeyi demə. Bacarmayacağın işi öhdənə
götürmə.
Ey oğul! Elm öyrən! Baxmayaraq ki, ondan o qədər də
bəhrələnməyəcəksən. Ruzigarı (fürsət verməməkdə) pisləsələr də, bu,
sənin öz dövründə xəcalətli olmandan daha üstündür.
◘İmam Sadiqdən (ə) nəql olunur ki, Loğmanın öz oğluna etdiyi
moizələrdən biri də budur: “Səndən qabaq yaşayan kişilər övladları
üçün mal-dövlət ələ gətirdilər, lakin bunlar həmişəlik qalmadı. Sən
muzdla işləyən bəndəsən. Sənə iş sifariş veriblər və bu işə görə də
haqqını alacaqsan. İşi tamam yerinə yetir, haqqını da kamil al. Dünyanı
körpü hesab et ki, keçirsən keçirsən və əbədi olaraq bir daha
qayıtmırsan.”
◘İmam Sadiqdan (ə) Loğmanın hikməti barəsində belə nəql olunur:
“And olsun Allaha, Loğmanın hikməti cah-cəlal, var-dövlət, əhl-əyal və
ya gözəl surət və boy-buxuna görə deyildi. Onun hikmət sahibi olması
buna görə idi ki, o, Allaha aid olan işlərdə qüvvətli, dində pərhizkar,
aram və vüqarlı, dərin fikirli, nəzər sahibi, dəqiq görüşlü idi. Heç vaxt
gündüzlər yatmazdı, dostların cəm olduğu yerdə yuxuya getməzdi. Çox
danışmazdı. Bir kəsin eyblərini axtarmazdı. Heç kəs onu təxəlli (tualet)
və qüsl zamanı görməzdi. Həyalı, dərin düşüncəli, işlərində dəqiq idi.
Heç vaxt gülməz və qəzəblənməzdi. Günah iş görməkdən çox
qorxurdu. Heç kəslə zarafat etməzdi. Nə dünyanın əvvəlinə görə
narahat olurdu, nə də axırına görə qüssələnirdi. Bir kəsdən bir söz
eşidəndə əgər bəyənsəydi izah və açıqlanmasını istəyərdi. Çox zaman
hikmət sahiblərinin cəm olduğu yerdə olar, onlar qarşısında
təvazökarlıq edərdi. Sultanlar və qazilərlə oturub-durardı, lakin
qazilərin (qəzavət edənlərin, hakimlərin) halına ağlayardı ki, öhdələrinə
təhlükəli vəzifə götürüblər. Sultanlara Allahın onlar üçün qoyduğu
möhlətə görə qürurlanıb dünyaya arxayın və meyilli olduqlarına,
dünyaya aldandıqlarına görə onlara ürəyi yanar, özü isə bu barədə
fikirləşər və bunlardan ibrət götürərdi.
Bu təcrübələr ona öz nəfsi ilə mübarizə və şeytanla müxalifət
etməkdə qüvvət verərdi. Faydalı sözdən başqa heç nəyə qulaq asmazdı.
Lazım olduğu qədər danışardı. Bu səbəbdən hikmət məqamına və ismət
49
feyzinə sahib oldu. Gecə yarısı gözlər yuxuya gedən zaman Allah-
təalanın göstərişi ilə bir dəstə məlaikə onu çağırıb dedilər: (Loğman
onların səsini eşidir, lakin özlərini görmürdü) “Ey Loğman istəyirsənmi
ki, Allah səni öz canişini etsin və sən də camaata hakim olasan (onlara
hökumət edəsən)?” Dedi: “Əgər Allahın fərmanıdırsa və əgər O özü
kömək olub fəryada yetişəcəksə, işin tərzini öyrədəcəksə və xatalardan
qoruyacaqsa sözsüz itaət edirəm. Yox əgər ixtiyar mənimlədirsə, mən
asayiş və salamatlığı seçirəm.” Dedilər: “Niyə?” Dedi: “Ona görə ki,
camaat arasında hökumət etmək dinə görə ən aşağı məqamdır, fitnə və
çətinliyi çoxdur. Hakimin dostu, yavəri yoxdur. Zülm onun ətrafını
əhatə edər, o, isə iki yol ayrıcında qalar; əgər haqla hökm etsə
mümkündür salamat qalsın, yox, əgər xata etsə behişt yolundan çıxmış
olar. Dünyada insanlar arasında xar və dəyərsiz olan şəxs axirətdə
bundan da aşağı olar. Hər kəs dünyanı axirətdən üstün tutsa hər ikisini
uduzar. Biri əlindən çıxar, ikincisinə də çatmaz.”
Məlaikələr Loğmanın hikmətindən heyrətə gəldilər. Allah da onun
məntiqini bəyəndi. Gecənin bir aləmi yatağında uzandığı zaman Allah
ona hikmət nazil etdi. Belə ki, bu onun bütün vücudunu bürüdü.
Yuxudan ayılan zaman yer üzündə olan insanların ən həkimi
(hikmətlisi) oldu.”
◘İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, Loğman oğluna belə
nəsihət edib: “Mən dünyaya ayaq qoyan vaxtdan arxası dünyaya, üzü
axirətə olmuşam; üzü ona tərəf getdiyin ev sənə, arxada qalıb səndən
uzaqlaşan evdən daha yaxındır.”
“Ey oğul! Əlindən çıxan işin arxasınca düşmə və sənə tərəf gələn
işdən də üz döndərmə! Əgər belə etsən bu rəyi xarab, əqli nöqsanlı
edər.
“Ey oğul! Düşmənə qalib gəlməkdən ötrü bu göstərişlərdən istifadə
et; günahdan uzaq ol və öz alicənablığını qoru. Öz pak ruhunun qədrini
bil və onu Allahın itaətindən çıxmaqla, pis əxlaqla və pis rəftarla
çirkinləşdirmə. Öz başını bağla. Öz daxilini və rəftarını gözəlləşdir.
Əgər belə etsən Allahın amanında olarsan. Düşmənin sənin sərhədinə
yaxınlaşıb səni çaşdırmaq qüdrəti yoxdur. Amma eyni zamanda onun
məkr və hiyləsindən də arxayın olma. Çox mənfəəti az hesab et, az
zərəri isə çox.”
“Ey oğul! Camaatla onların təfəkkür tərzlərinin ziddinə rəftar etmə.
Onlara bacarmayacaqları şeyi yükləmə. Bu iş sənin ən yaxın dostlarını
da səndən uzaqlaşdırar və camaat arasında tənha qalarsan; nə sənə
həmdəm olacaq dostun olar və nə də sənə kömət edəcək qardaşın.
Tənha qalsan sığınacaqsız və zəlil olarsan. Üzrünü qəbul etməyəcək
kəsdən üzürxahlıq istəmə. Öz işlərində dostu olmayan və muzd alan
Dostları ilə paylaş: |