BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,27 Mb.
səhifə9/9
tarix21.06.2018
ölçüsü1,27 Mb.
#50045
1   2   3   4   5   6   7   8   9

Peyğəmbər öldüyü üçün məgər siz

“Dininizdən geri dönəcəksiniz?”

“Peyğəmbər ölərmi” deyənlər ki var

Ağlaya–ağlaya inanırdılar.

Peyğəmbər vəsiyyət etmişdir: – əli

Ona qüsl verib həm dəfn etməli.

Buna əməl edib əmisi oğlu

Qüsl verib tutdu kəfənə onu.

Yaxın qohumlardan yardımçı aldı

Onun cənazəsin qaydaya saldı.

Dəfn olan yeri təklif edirlər

Bəzisi Məkkə ya Qüds də deyirlər.

Əbu Bəkr dedi: – Xatırlayıram

Buyurub Peyğəmbər əleyhissəlam.

Peyğəmbərlər üçün belə qayda var

Keçindiyi yerdə dəfn olunarlar.

Demək o demişdir qüvvədə qaldı

Otağın içində qəbir qazıldı.

Müqəddəs borcların verənə qədər

Cənazə namazın qılır gələnlər.

Kişilər qadınlar sonra uşaqlar

Namaz qıldığı vaxt içində ağlar.

Qılınan namazda görünmür imam

Hər kəs növbə ilə edirdi tamam.

Ondan ötrü namaz uzun sürmüşdü

Onu dəfn etmək gecəyə düşdü.

Mübarək cəsədin qəbrə qoydular

Üstünü torpaqla etdilər hamar.

Peyğəmbər məzara qoyulan zaman

Həzrəti Fatimə eylədi fəğan.

Qəbrindən bir ovuc torpağı aldı

Onu qoxlayanda səsi ucaldı:

– Başıma gör necə gəldi müsibət!

Gündüzün başına gəlsəydi fəqət

Üzü qaralardı olardı gecə.

Belə müsibətə mən dözüm necə?

Deyərək o ki var yazıq ağladı

İçini çəkərək ürək dağladı.

Altmış üç yaşın bitirən anda

Qurani–kərimi tamamlayanda

İslamiyyət vüsət aldığı zaman

Gözlərini yumdu o böyük insan.

Ürəkdən ağladı bütün camaat

Həzrətin ruhuna verdi salavat.

Rəsuli–əkrəmin hər nəyi vardı

Şəxslərə deyil o xalqa paylardı.

Bu dünya malından miras qoymadan

Əbədiyyətə o köçdü dünyadan.

Çox böyük mənəvi miras qoyduğu

Ədəbi əbədi miras oldu bu.

İnsanlara Haqqın yolun göstərdi

Xeyir və fəzilət dərslərin verdi.

Heç kimin qəlbini qırmazdı əsla

Fərqi yox ya varlı ya yoxsul ola.

Aləmlərə rəhmət göndərilmişdi

Ömrünü buna həsr edə bilmişdi.

Gördüyü adama ilk salam verər

Kiçiyə yaşlıya ehtiram edər.

Yetim olanları hədsiz sevərdi

Bağrına basaraq əzizləyərdi.

Xəstə adamlara müntəzəm dəyər

Gülər üz göstərib şirin söz deyər

Həddini aşmağı sevməzdi qəti

Cantək qoruyardı o əmanəti.

İnsanlığın böyük mürşidi oldu

Bu yoldan nə döndü nə də yoruldu.

Ən yüksək əxlaqa malik bu adam

Əmalını yüksək göstərdi müdam.

Allahın kəlamın bizə yetirdi

İslamiyyətə o birlik gətirdi.

Onun əxlaqına heyran olanlar

İslamın nuruna gəlir bu anlar.

Yüksək möcüzəsi Qurani–şərif

Dil yorular onu eyləsə tərif

Hər bir ayəsində elə qüvvə var

Ən qara qəlbləri işıqlandırar.

Hekayə nə dastan nə şerdi bu!

Allah tərəfindən gələnlərdi bu!

Ayə–ayə nazil olduğu zaman

Bir yerdə cəminə deyilir Quran.

İslamda budur ilk müqəddəs kitab.

Bütün elmlərə o verir cavab.

Bizə xəbər verir yerin altından

Fəzanın görünməz yüksək qatından.

Ay Ulduz Günəşin hərəkətindən

Tarix fəlsəfənin fəzilətindən.

Nəbatət istəsən nəbatət də var.

Təbabət istəsən təbabət də var.

Ədəbi ərkani öyrənsən ondan

Olarsan dünyada ən kamil insan.

Əxlaqı haqqında belə deyərmiş:

– “Məni uca Rəbbim tərbiyə etmiş”!

Elm təsdiq edir bir bəşərdir o.

Xəlq olunmuşlardan mötəbərdir o!

O sönməz bir nurdur günəşə bənzər

Uzaqdan baxana kiçik görünər

Yaxından baxanın gözü qamaşar

Allah yaratmamış tay ona oxşar.

Allahın sevimli Rəsulu odur

Hər bir şəfaət də ondan umulur.

O nur vermək üçün islamiyyətə

Peyğəmbər gəlmişdi bəşəriyyətə.

Uca Peyğəmbərin şan–şövkətinə

Səlam olsun əsil–nəcabətinə!

Bu fani dünyanın vəfası budur

Biz köçəri quşuq daimi Odur.

Karvana qoşulub gəlib gedən çox

Geriyə dönənlər görünməyib yox.

Şahidi olaraq görürük bunu

Nə qədər yaşasaq ölümdür sonu.

Dünyadan kimsəyə mal–dövlət olmaz

Nə mənə nə sənə heç kimə qalmaz.

Nə mal gəz nə şöhrət nə sərvət axtar

Çalış bacardıqca yaxşılıq apar.

Dünyada qalacaq yığılan sərvət

Bizimlə gedəcək ancaq ibadət.

Bu dünya malından bir zərrə qədər

Heç nə aparmayır ölüb gedənlər.

Beş arşın kəfənə qoyub bükürlər

Gözünə bir ovuc torpaq tökürlər

Bu ucsuz–bucaqsız bu yer bu səma

Əbədi qalmamış heç bir adama.

Dünyada gördüyün nə var anidir

Tək Allahdan başqa hər şey fanidir.

Nə qədər arxayın alırıq nəfəs

Yaxşı əməllərə göstərək həvəs.

Bizə nemətlərin yedirdən torpaq

Vaxtı yetişəni çəkib udacaq.

Dünyanı lərzəyə salan fatehlər

Torpağa döndülər görmürsən məgər?

Şan–şöhrət sahibi olsan da inan

öləndə Allaha yalvaracaqsan.

İmkan əlindəkən elə yaxşılıq

“Balıq bilməsə də biləcək Xaliq”.

Allahından qorxan hər bir müsəlman

Müsəlman qardaşın incitməz inan.

Siz ey maddi nemət sevib yığanlar

Qiyamət gününə inanmayanlar

Qurani–kərimdə yazılıbdı bu

Mən də yadınıza salıram bunu

Qiyamət gününü kim edir inkar

Allahın əmridir olsun xəbərdar.

Qiyamət adında gün gələcəkdir

Allah ölənləri dirildəcəkdir.

İnsanlarla sorğu–sual edəcək

Bütün əməllərin ölçüb–biçəcək.

Qılınc kimi iti tük kimi nazik

Sirat körpüsündən biz keçəcəyik.

Günahkar cəzasın alacaq yəqin

Odur ki heç kimə pislik etməyin.

Bunun nicat yolu səxavətdədir

Bir də ki Allaha ibadətdədir.

Allahın varlığın dərk edən hər kəs

Məzluma zalimlik eyləyə bilməz.

Yetimin malını yemək haramdır

Qeybət böhtan yalan demək haramdır.

Halalı haramla birləşdirməyin

Məzluma zülm edib əzab verməyin.

Hər kim dövlətindən versə xums–zəkat

Allah əvəzini ödəyər qat–qat.

Müsəlman qan töküb olsa günahkar

Cəhənnəm odunda alışıb yanar.

Bu bir həqiqətdir inanın buna

Qiyamət gününün var olduğuna.

Hər kim tək Allaha iman gətirsə

Mühəmmədi Ona Rəsul deyirsə

Namazın orucun vermirsə bada

Ondan razı qalar Rəsuli–Xuda.

Tanrının şəriki yox desə əgər

Allah onu Cənnət sakini edər.

Kimdən uzaq olsa Cəhənnəm odu

Allah dərgahına yüksəlişdi bu.

Kim uca Tanrıya sitayiş edir

Allah da onların sözün eşidir.

Bəndələr Allaha qovuşmaq üçün

Ona həmd–səna etməli hər gün.

Dünyanı xəlq edən yaşadan Odur!

“Göylərdə və yerdə nə var Onundur!”

Ayı Günəşi O yaratdı nurlu

Heç nə yaratmadı olsun qüsurlu.

O öz hikmətindən qurdu bir saray

Çırağı göylərdə yanan Ulduz Ay.

O bizə göstərir müstəqim yolu.

Nə qədər ucadır nə qədər ulu.

Onun dərgahına kim açsa əlin

Gözəl mükafatın alacaq yəqin.

Açaq dərgahına əllərimizi

Qəbir əzabından qorusun bizi.

Quran ayələri müjdə verəndir:

“Allah bağışlayan və rəhm edəndir”.

Tükənməz mərhəmət rəhm Ondadır

Nurilə aləmi işıqlandırır.

Üzümü tutmuşam nur gələn yerə

Allahın səlamı olsun sizlərə.

Sən ey məxluqatı yoxdan yaradan

Bütün möhtacların pənahı olan!

Tayın bərabərin şərikin yoxdur!

Lütf ehsan səndə olduqca çoxdur!

Ziyarətə məni çağırdın həccə

Kəbəni ziyarət eylədim öncə

Sonra Mədinəyə birbaşa getdim

Peyğəmbərin qəbrin ziyarət etdim

Salavat çəkərək onun ruhuna

Müqəddəs borcumu yetirdim ona.

Sonra da minbərlə durdum üzbəüz

Ziyarət namazın qıldım düzbədüz.

Qəbiristanlığa–Baqiyə girdim

Onların ruhuna fatihə verdim.

Gəzdim Mədinənin məscidlərini

Gözlərimlə gördüm Ühüd yerini.

Burada yetmiş dörd şəhid qəbri var

Ühüd döyüşünün qurbanıdırlar.

Bütün gördüklərim bu mənzərələr

Gözümdə canlanıb oldu bir əsər.

Rəsuli–əkrəmin həyatını mən

Dərindən öyrənib bilmək istərkən

Yoluma nur saldın ey Pərvərdigar!

Köməyimə gəldi dini kitablar.

Qarşımda yığılmış bir neçə kitab

Onlarla etdikcə mən sual–cavab

Dəyərli sözlərin hallandıraraq

“Allahın elçisin” yazdım bu sayaq.

“Bismillah” deyərək başladıqda mən

Bəhrələndim sənin səxavətindən.

Hikmətindən mənə nur saçmasaydın

Fikrimi cəm edib yazmazdım aydın.

Məni qaranlıqdan çıxardan ey Nur!

Səndən başqa qüvvət sahibi yoxdur!

Hər iki dünyada mənim ey Ağam!

Bunları yazmağa sən verdin ilham.

Sənin yardımına arxayın oldum

Nə əziyyət çəkdim nə də yoruldum.

Hünər aləmində etmişəm hünər

Səkkiz ay yatmadım səhərə qədər.

Ümmanlar dibindən yığdım mirvari

Cərgəyə nizamla düzdüm onları.

Bağladım bir yerə boyunbağı tək

Hikmət sərrafları qiymət verəcək.

Gecə–gündüz sənin duaçınam mən

Bəndəni salmadın öz nəzərindən.

Bilmədiklərimi öyrətdin mənə

Dualar təriflər layiqdir sənə.

Mən də cəlalına dua edərək

Kitabı bitirdim istədiyim tək.

Dualardan sonra deyərlər: Amin!

“ƏLHƏMDU LİLLAHİ RƏBBİL ALƏMİN!”

30.01.96

“Bismillah” sözüylə başlanır Quran

“Rəhmanir–Rəhim” də deyir oxuyan.

Mən də ilk sözümü yazım “Bismillah”

Ardını yazmağa kömək ol Allah!

Sən qoyma qələmim əlimdə əssin

Qələmdən yapışan əlim titrəsin.

Qəlbimin sözlərin yazmayınca mən

Məndən uzaq elə hər bəlanı sən.

Qapında dayanıb qul kimi sənə

Yalvarıram rəhm et kömək ol mənə.

Yazığam sən məni çatdır vüsala

Qoyma başladığım yarımçıq qala.

Sənə bağlamışam öz həyatımı

Qəbul et bu qısa münacatımı.

Ya Allah! Ey Tanrım! Rəbbim ey Xuda!

Doxsan doqquz adın vardır dünyada.

Nə qədər ən gözəl yaxşı sifət var

Sənin adlarında tutubdur qərar.

Səndə sifətləri dərk edən hər kəs

Sənə yaxın olar kənarda gəzməz.

“İxlas” surəsini oxuyan bilir

“Tək Allah heç kimə möhtac deyildir.

doğulub nə də doğub törəməz

Ona tay bərabər yoxdur bir əvəz”.

Uca dərgahına hər kim baş əyər

Sənin varlığına əbədi deyər.

“ət–Tin” surəsində dediyin kimi:

“Sənsən hakimlərin gözəl hakimi.”

“Loğman” surəsini oxuyan görər

Hikmətli ayənin qiymətin verər.

“Ya Mühəmməd yada sal ki bir zaman

Oğluna nəsihət edəndə Loğman

Demişdi: – Allaha şərik qoşma sən

Qurtara bilməzsən onun zülmündən.

Yoxu var eyləmək Allah işidir

O hər şeyi görür həm də eşidir”.

Adilsən Rəhmansan səbri Kərimsən

Nə var asılıdır sənin əmrindən.

Hər şeyi etməyə qadirsən özün

Canlıya cansıza qanundur sözün.

Nə etmək istəsən qüdrətin çatar

Xaliqsən rəhmin də qəzəbin də var.

Bir dəfə “ol!” dedin yarandı cahan

Yer Günəş Ay Ulduz sonsuz asiman.

Bir dəfə “yan” desən torpaq od tutar

Su da öz–özünə alışıb yanar.

“əs” desən tufanlar sellər başlayar

Yerdə də göydə də qiyamət qopar.

Dalğalar dağların sinəsin yarar

Nə var yer üzündən yuyub aparar.

Külli–kainatı yaradan da sən

İstəsən özün də alt–üst edərsən.

Müşkül qapıların açarı səndə

Hər şey səninkidir nə var ki məndə!?

Sənin əmrindədir xeyir də şər də

Zülmət gecələr də nurlu səhər də.

Dünya istəyinlə edir hərəkət

Sənin əlindədir ruzi bərəkət.

İstəsən gədanı varlı edərsən

Varlını gədaya sən döndərərsən.

Hansı bir bəndəni istəsən əgər

Daş əksə əlində daş da göyərər.

Yüz iyirmi dörd min Peyğəmbərin sən

Dördünə müqəddəs kitab vermisən.

Musaya Tövratı eylədin zühur

Davud avaz ilə oxudu Zəbur.

Sonra da İsaya göndərdin İncil

Mühəmmədə Quran eylədin nazil.

İslamdı dinlərin ən sonuncusu

Əvvəlki dinlərdən şərəflidir bu.

İnsanlar yolunu azdığı zaman

Onları düz yola çağırdı Quran.

Qurani–kərimin mənası dərin

Müdriklər anlayar onun sirlərin.

“Həmd” surəsini göndərdin bizə

Adını həkk etdin ürəyimizə.

Biz sənə sığınıb səcdə edərkən

Deyirik haqq günün maliki sənsən.

Müstəqim yol ilə sən bizi apar

Qayıtsın bu yola Haqdan azanlar.

Qarşında durmuşam dəstəmazlıyam

Üzü qiblədəyəm ağzımda duam.

Səcdəyə gedəndə bir qulunam mən

Əsla yorulmaram “Təkbir” deməkdən.

Qəlbimin arzusun dinlə İlahi!

Bəndəni əfv eylə olsa günahı.

Səni and verirəm öz cəlalına

Bizi həris etmə dünya malına.

Həccə ziyarətə gedənlər deyir

Bütün müsəlmanlar orda eynidir.

Hamısı tər–təmiz boynunda kəfən

Heç kəs artıq deyil biri–birindən.

Varlıya kasıba ayırma bizi

Paxıllıq üzməsin ürəyimizi.

Gün–gündən çoxalır çapıb–çapılan

Yoxdur kasıbların qeydinə qalan.

Varlılar dövlətin artırır qat–qat

Nə xums verirlər nə də ki zəkat.

Səni and verirəm öz birliyinə

Tükənməz qüvvət ver islam dininə.

Bu şiə bu sünni deyib bu sayaq

Hər növ təriqətə parçalanmayaq.

Biz müsəlmanları yaradanda sən

“Yaratdım mən sizi qardaş” –demisən.

Bizim aramızda sən birlik yarat

Bir məslək bir amal uğrunda yaşat.

Səni and verirəm öz qüdrətinə

Dünyaya sığmayan şərafətinə

Şeytan əməlindən hifz elə bizi

Günahdan təmizlə qəlblərimizi.

Ya Rəbbim sən özün ol bizə dayaq

Mühəmməd dinindən uzaqlaşmayaq.

Kərəm sahibisən Kərəm et Allah!

Çətin günümüzdə dada yet Allah!

Bütləri sındıran İbrahimi sən

Yanar od içindən xilas etmisən.

Bizi də Cəhənnəm odundan qurtar

Amin! Amin! Amin ey Pərvərdigar!

1991–ci il.

Şükr olsun Allahın kəramətinə!

Şükr olsun Rəbbimin səxavətinə!

Şükr olsun Tanrımın öz qüdrətinə!

Şükr olsun Xaliqin mərhəmətinə!

Dilimdə “Bismillah” boynumda kəfən

Gəlmişəm Kəbənin ziyarətinə.

Ya Rəbbim evinə gəlmişəm qonaq

Bilmirəm qaradır üzüm yoxsa ağ.

Qəlbimi bağladım məhəbbətinə

Quru cəsədimi gətirdim sənə.

Həyatın mürəkkəb kəşməkəşində

Kiminsə qəlbinə dəymişəm mən də.

Bəlkə də xətalar çıxıb əlimdən

Haqqın qarşısında günahkaram mən.

Əmr et çiynimdəki mələklərinə

Olan əməlimi desinlər sənə.

Onsuz da hər şeyi bilirsən Allah!

Bütün sirrlər sənə hamısı agah!

Bu müqəddəs yeri bilirəm əziz

Odur hüzuruna gəlmişəm təmiz.

Cöhfə məscidində bağladım ehram

Sevincdən ürəyim tapmadı aram.

Kəfəni əlimlə əynimə geydim

“Ləbbeyk əllahümmə Ləbbeyk!” mən dedim.

Sənin qarşındayam ey Allahım mən.

Heç bir şərikin yox sən yeganəsən!

Qəlbimi nurundan eyləmisən saf

Evini yeddi dövr edəndə təvaf

Xəyalən özümü hiss etdim mələk

Həcərül–əsvəddən yapışdım bərk–bərk.

Üzümü sürtərək öpdüm əlindən

Qarşında baş açıq ayaqyalın mən.

Məqam İbrahimin arxasında düz

Təvaf namazını qıldım üzbəüz.

Səfadan səy edib Mərvəyə gəldim

İki dağ arasın qaçıb löhlədim.

Hər gedib gələndə dilimdə əzbər

“əlhəmdülillahi” “Allahu əkbər.”

“Təqsir” eləməkçün keçdim bir yana

Beşinci əməli çatdırdım sona.

Zəmzəmin suyundan alıb içincə

Tanrıya dualar söylədim öncə.

Zilhiccə ayının səkkizində mən

Məkkədə ehrama girdim təzədən.

Niyyətim “Təməttö həcci” olaraq

Əvvəl ərəfatda gedib dayanmaq.

Dualar edərək mən həmin gecə

Üzümü torpağa sürtdüm gizlicə.

Allahım ilə çox etdim raz–niyaz

Tanrım günahımdan əvf etsin bir az.

Bu yerdə əməlisaleh adamlar

Allahın varlığın əbədi sanar.

Bu yer şərafətli mərhəmət yeri

Müsəlmanlar üçün ibadət yeri.

Bu yerdə oxunan vacib dualar

Allah dərgahında müstəcab olar.

Diqqətlə bu yerə kim salsa nəzər

Qiyamət gününün səhnəsin görər.

Mən də həmin günü salaraq yada

Ağlayıb çağırdım Onu imdada.

Ya Rəbbim! Sən güclü mən zəif bəndə

Köməyim olmusan dara düşəndə.

Mən günahkar qulun sən bağışlayan!

Rəhmət sahibisən sən ey Yaradan!

Əlimi açmışam uca göylərə

Olan günahımı burda tök yerə.

Bu rəhmət ayında gəlmişəm dilə

Ölüm səfərimi sən asan eylə.

Məhşər ayağında qiyamət günü

Cəhənnəm odundan xilas et məni.

Ərəfat əməlin elədim tamam

Gün batandan sonra həmin gün axşam.

Məşərül–həramə mən gedə–gedə

Yol boyu dualar zikr edə–edə

Gecədən məşərə gəlib gözlədim

Günəşin çıxmasın səhər izlədim.

Dan yeri sökülüb ağaran zaman

Vüquf niyyətini elədim o an.

Vaxt başa çatanda yola düşüb mən

Xırda daşlar yığdım Müzdəlifədən.

Sonra da Minaya götürdüm ayaq

Burada ilk əməl oldu daşlamaq.

İbrahim şeytanı daşladığıtək

Arxa cəmərədə tərpəndim zirək.

Atdığım daşlardan yeddisi dəydi

Sandım ki şeytanın belini əydi.

Hər daşı atanda dilimdə “Təkbir”

Lənət olunmuşa dəyirdi bir–bir.

Qurban bayramında düz ayın onu

Ayağım altına yıxdım qoyunu.

Üzünü qibləyə çevirdim onun

Duasın oxuyub kəsdim hülqumun.

“Təqsir” eləyərək başımı qırxdım

Ehram paltarından o günü çıxdım.

Rəbbimə həmd–səna elədim o gün

Mənə bu imkanı verdiyi üçün.

Gecəni beytutə niyyəti tutdum

Sübhətək yatmağı tamam unutdum

Səhəri Məkkəyə gələrkən erkən

Kəbəni yenidən təvaf edərkən

Təvaf namazını qılıb səy etdim

Yenə də Səfadan Mərvəyə getdim.

Mərvədə yeddi şovt tamam olanda

Nisa təvafını etdim o anda.

Nisa təvafının namazında mən

İki rükət qılıb getdim Kəbədən.

“Təşriq” günlərini bitirmək üçün

Minaya qayıtdım yenə həmin gün.

Əvvəl cəməratı daşladıqda mən

Başladım bu işi ən birincidən.

Sonra da ortancıl cəmərəyə düz

Böyük şeytanı da vurdum üzbəüz.

Daşların miqdarı üç dəfə yeddi

Günəş batanadək bu əməl bitdi.

Gecə yarıyadək mən qaldım oyaq

Səhər şeytanları yenə o sayaq

Ardıcıl daşladım onun hər üçün

Əməllərim bitdi on ikinci gün.

Zöhr azanını eşidən zaman

Allaha şükr edib çıxdım Minadan.

İllərlə qəlbimdə qalan bu həsrət

Axır ki gözümdə oldu həqiqət.

Məkkəyə qayıtdım ağzımda duam

Yenə də Kəbənin qarşısındayam.

Yenidən içəri qədəm qoyunca

Kəbənin həyətin gəzdim doyunca.

Zəmzəmin suyuyla dəstəmaz aldım

Vida təvafından çox xoşhal oldum.

Namazın da qılıb vurarkən başa

Oturub Kəbəyə etdim tamaşa.

Bu necə möcüzə bu necə dəstgah

Sənin cəlalına yaraşır Allah!

Yalnız səndə olar belə səxavət

Qapını milyonlar edir ziyarət.

Başına dolanan bu qədər axın

Sənin dərgahına gəlibdir yaxın.

Sənin dəvətinlə gələn qonaqlar

Qul kimi qarşında yalvarıb ağlar.

Ya Rəbbim ey olan Uludan Ulu!

Məni də hesab et bu evin qulu!

“Qul xətasız olmaz” keç günahımdan

Tovbə qapısından keçdiyim andan.

Minada şeytana mən daş ataraq

Nəfsimin şeytanın etdim daş–qalaq.

Sevincimin yoxdur həddi–hududu

Kəbə ziyarəti qəlbimi yudu.

Allahın evinin ziyarətində

Həcilik adını almışam mən də

Məni pis əməldən günahdan qoru!

Üzümdən getməsin həcilik nuru!

Kimin ürəyində varsa arzusu

Ya Rəbbim evinə dəvət et onu!

Bütün yer üzünün müsəlmanları

Müstəqim bu yolun olsun zəvvarı!

05.1995. Məkkə–Bakı

Qurani–kərim Azərnəşr. – 1982. Tərcümə edənlər Ziya Bünyadov və Vasim Məmmədəliyev.

Əli Himmət Bərki Osman Kəskioğlu Xatəmül–ənbiya Həzrəti Məhəmməd və həyatı Ankara– 1993.

Osman Kəskioğlu Siyer–i Nəbi Həzrət–i Peyğəmbərin həyatı Ankara – 1983

Aidə Qasımova Məhəmməd peyğəmbərin meracı Bakı– 1994

O. Qüdrətov N. Qüdrətov Məhəmməd peyğəmbər: həyatı və kalamları Bakı – 1990

Məhəmməd peyğəmbərin həyatı Azərbaycan Dövlət Nəşriyyatı Bakı – 1990.

Bilkiz ələddin Məhəmməd peyğəmbərin hekayəti Bakı–Gənclik 1991.

Əlabbas Müznib müxtəsər ənbiya və islam tarixi. Bakı– Gənclik 1993.

Axund əbdüssəlam Axundzadə Müqəddəs peyğəmbərlər tarixi Bakı– 1993.

İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) Bəsət qurluşu və “əlhuda”nın Bakı şöbəsi– 1993.

Anri Masse İslam Bakı– 1992.

İslam qısa məlumat kitabı Bakı– 1985.

On dörd məsum Həzrət Mühəmməd(s) Besət qurluşu və “əlhuda”nın Bakı şöbəsi– 1993.

Talıbov Səma elçisi Məhəmməd peyğəmbrin tarixi Bakı– 1988.

Şeyx Abbas Qumi Rəsuləllah (s) Peyğəmbərin həyatı əhli-beyt məktəbi nəşriyyatı Qum.



Kitablarından istifadə etdiyim müəlliflərin ölənlərinə rəhmət yaşayanlarına can sağlığı arzulayıram.

Xatəmül–Ənbiya–sonuncu peyğəmbər Fatir – (yaradan) 2 Kəramət – LütfL möcüzəm səxavəts hörmət. Əsa – əl ağacı. Əkrəm – mərhəmətlim kəramətli. Mükərrəm – möhtərəmm hörmətli. Beytullah – Allahın evi. Tovhid – Allahın birliyinə inanmaq. Qüdsiyyət – müqəddəslik. Təvaf – Kəbənin ətrafında dövrə vurmaq. Cəhalət – islamiyyətdən əvvəlki nadanlıq dövrü. Əbdül Müttəlib – Həzrəti Mühəmmədin ata babası. Müəzzəm – böyük. Yəsrib – indiki Mədinə şəhəri. Kəsra – fars padşahı. Kahin – bütpərəstlərdə din xadimix qeybdən xəbər verən. Badiyə – həzrətin süd anası Həlimənin yaşadığı kənd. Əl-İnşirah “açma” və ya “genişlətmə” ayə-1 Əbu–Ləhəb – (alov atası) Əbu–Talib – Həzrəti Mühəmmədin əmisi həzrəti Əlinin atası Lat və Üzza – islamiyyətdən qabaq ərəblərin ibadət etdikləri bütlər Vərqa – Həzrəti Xədicənin əmisi burada vəkili. Qureyş – Mühəmməd peyğəmbərin mənsub olduğu qəbilənin adı (mənaca toplamaqt birləşdirmək deməkdir) Əmin – əmanət saxlayans inanılmışi təmənnasız. Həcərül–Əsvəd – Kəbədə müqəddəs qara daş. Həzrət Mühəmmədin əmisi. Ehram – burada üst geyimi. Qəbahət – pis hərəkəth murdarçılıq. Ögey bacılar nəzərdə tutulur. Ələq – (laxtalanmış qan) Namusu–Əkbər – böyük paklıq. Zövci–kərim – hörmətli ər. Əl–Müddəssir – (libasına bürünmüş) Nübüvvət – peyğəmbərlik. İqtida – təqlid etməe bənzətmə. Şüəra – (şairlər) ayə 214–215. Həzrəti Mühəmmədin əmiləri. Əl Qəmər – (ay) Hicrət – başqa yerə getməg köçmə. Mazun oğlu Osman. Küfr – söyüş. Əshab – tərəfdarlart yaxın adamlar. Hədid – (dəmir) Müşrik – bütpərəst. Hərəm – Müqəddəs yery yəni Kəbə. Xitam – ləğv. Ən–Nəhl – (bal arısı) Ən–Nəhl – 127 Müdhiş – dəhşətlid qorxunc. Buraq – qanadları olan at. Beytülmüqəddəs – “müqəddəs ev” (Yerusəlim və yaxud Quds) Sina – dağ adıdır. Allah–təaladan Musa peyğəmbərə vəhy bu dağda nazil olmuşdur. Beytülləhm – Davud və İsa peyğəmbərlərin anadan olduğu yer. Məscidüləqsa – ən uzaq məscid yəni beytülmüqəddəs. Saleh – dinin əmrlərinə uyğun hərəkət edən. Sədrətülmüntəha – göyün yeddinci qatında bir yer. Sidr – ağac adı. Ərşi əla – göyün yüksən təbəqəsi. Rəfrəf – xalçax örtük. Beyət – itaət etməke and içmək. Zühur – meydana çıxmaç zahir olma. Dini ayin – din qanunları. Ət–Tovbə (tovbə)–40. Yarı–ğar:–mağara yoldaşı. Üç fatimələr 1 Peyğəmbərin qızı Fatiməyi–Zəhra. 2. Həzrəti Əlinin anası Fatimə binti–Əsəd. 3. Əbdül–Müttəlibin oğlu Zübeyrin qızı Fatimə Hidayət:–gətirməg doğru yola çağırma Zəlalət:– doğru yoldan azma. Əl–Həcc (Həcc)–18 Taha–8 Ənsar:–köməkçik tərəfdart yaxın adama Mədinə əhalisinə verilən ümumi ad. Mədinətən–Nəbi – Peyğəmbərin şəhəri Ən–Nəbi – Peyğəmbərin məscidi Mürşid:– yol göstərəng rəhbər. Mühacir:– öz yerini tərk edib başqa yerə keçən (adam) İqbal–yaxınlaşmay yapışma. Münafiq–ikiüzlülər. Bəqərə 190 Şirk:–bütpərəstlikb çoxallahlılıq. Fidyə–əsirlərdən alınan azadlıq haqqı. Əfzəl:– ən yaxşıy daha fəzilətli. Hind: – Əbu Süfyanın övrəti. Vüsət–genişlik yayılma. Xuzaə – qəbilə adı. Əshabi–Kiram:–möhtərəm həm söhbətlərs tərəfdarlar. Ehram – Həccə gedən ziyarətçilərin geyindikləri və müqəddəs sayılan tikişsiz üst paltarı. Fəthi–mübin:– aşkara qabiliyyət. Əqdəm – ən əvvəl. Vəcdə: – cuşa gəlməg ilahi eşqə dalma. Beytülmal – islam dövlətinin xəzinəsinə verilən ad. Rəzalət –alçaqlıqa yaramaz hərəkət. İrşad – doğru yol göstərmə. Ləbbeyk: – əmr sizindirs hazıram. Raz–niyaz: – yalvarma Hövlnak: – qorxuncq dəhşətli. Seyfullah – Allahın qılıncı. Bəni–Bəkir– qəbilə adı. Mütəəssir: – qəmli. Diyə:– qan bahası. Mütəəssif: – heyfslənən. İrad:– nitq söyləmə. Əl–Qəsəs: – (hekayət)–70 Əl–Hücurat: (otaqlar)–13 İsra:–81 Yəqin – şübhəsizş şəksiz. Səqif:– Taifdə yaşayan qəbilə adı. Təcəssüm – görünmə. Mancanaq:– ağacdan düzəldilmiş araba kimi hərəkət edən qurğu. MəhərrəmM RəcəbR ZilqədəZ Zilhiccə aylarında müharibə etmək haram sayılırdı. Əhli–beyt – arvada uşaqu ailə üzvləri. Xüms:– gəlirin beşdə biri. Bürdə:– ərəblərin üstən geydikləri uzun paltar. Əl-Munafiqun (“Münafiqlər”) 3 Məsum: – günahsız. Təskin –sakit etmək. Nas: – xalqx insanlar. İltibas– dolaşıqlıqq aydın olmama. Ali İmran–59 Ali İmran–61 İslamiyyətdən əvvəl bütpərəstlər Kəbəni çılpaq vəziyyətdə təvaf edərdilər. Sələm – müamiləyə pul vermə. Müntəzəm: düzgünd qaydaya qoyulmuş şəkildə. Əşrəf – daha şərəfli çox əzizə ən möhtərəm. Xilqət – yaradılış. Həzrəti Musanın Tur dağına vəhy üçün ibadətə getməsinə işarədir. Bəqərə–51 Ali İmran (imran ailəsi) 144 Mötəbər – etibarlı inanılmışi şərəfli qiymətli. Sirat–cəhənnəm üzərində qurulmuş qıl görpü. Taha–6. “Ət–Tovbə” (tovbə)–91 Ъəlal–BöyüklükB ululuqu əzəmətə şan–şövkət. Təqsir–tük və dırnaqlardan kəsib dəf etmə. Müstəcab– xahişi qəbula keçən. Vüquf:– dayanma. Ъəmərə – Şeytanın nişanəsi. Beytutə– gecələmək Təşriq – zilhiccə ayının 11 12 13–cü günləri. Arxa cəmərədəki şeytan. Dəstgah – çox malm dövlət nəzərdə tutulur.
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə