Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   2   3   4   5   6   7   8   9   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 16 - 
deyilsən”. 
ﻟا ﻚﻴﻠﻋ ﷲا لﺰﻧاو
ﺗ ﱂﺎﻣ ﻚﻤﻠﻋو ﺔﻤﻜﳊاو بﺎﺘﻜ
ﻠﻌﺗ ﻦﻜ

 
Bu  söhbət  təkcə  dunyada  elmin  səviyyəsinin 
aşağı olan vaxtına aid deyil, bəlkə həmişə və əbədi 
olaraq  Quran  bəşərin  əli  çatmayan  elmlərin 
müəllimidir.  Qurani-Kərim  xüsusi  yerlərdə  qeyd 
edir ki, dünyanın  gizli olan sirrlərini ancaq vəhyin 
nurunda  tapa  bilərsiniz:  “Döyüşmək  sizin  üçün 
yazılıb,  bu  sizə  acıdır,  amma  sizə  acı  gələn  işlərin 
sizə  xeyri  olar,  bəzən  də  bir  işi  sevərsiz,  amma  o  
sizin  ziyanınızadır,  Allah  bilir,  amma  siz 
bilmirsiniz” (Bəqərə-216). 
اﻮﻫﺮﻜﺗ نا ﻰﺴﻋو  ﻢﻜﻟ  ﻩﺮﻛ  ﻮﻫو لﺎﺘﻘﻟا ﻢﻜﻴﻠﻋ ﺐﺘﻛ
 
 ﺎﻴﺷ
 ﻢﻜﻟ ﺮﺷ ﻮﻫو
نﻮﻤﻠﻌﺗ ﻻ ﻢﺘﻧاو ﻢﻠﻌﻳ ﷲاو
  
Bu xitab bütün fərdlərə aiddir.  
8.  Elmi kitablarda adətən bir şeyi bəyan edərkən onun 
misdaqını*  aşkar  etməzlər.  Amma  Quran  bunun 
əksinə  olaraq  onu  bəyan  edir.  Məsələn,  yaxşı  və 
yaxşıları bəyan edərkən buyurur: “yaxşılıq məşriqə 
və  məğribə  üz  döndərməkdə  deyil,  lakin  yaxşılıq 
Allaha  və  qiyamət  gününə  iman  gətirənlərdədir”. 
(Bəqərə-177).  
 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 17 - 
 ﱪﻟا ﻦﻜﻟو بﺮﻐﳌاو قﺮﺸﳌا ﻞﺒﻗ ﻢﻜﻫﻮﺟو اﻮﻟﻮﺗ نا ﱪﻟا ﺲﻴﻟ
ﺮﺧﻻا مﻮﻴﻟاو  ﷲاﺎﺑ ﻦﻣاء ﻦﻣ
  
9.  Quranın  üslublarından  biri  də  mətləbi  təkrar 
etməkdir.  Çünki,  Quran  hidayət  kitabıdır  və 
hidayət  məqamında  bir 
mətləb  gərək  hər 
münasibətdə  xüsusi  bir  dil  ilə  əda  olunsun  ki, 
təsirli olsun. 
Bunlardan  başqa  da  bir  neçə  üslublar  vardır  ki, 
ixtisarə görə onları qeyd etmirik. 
Bəli,  yuxarıda  dediyimiz  xüsusiyyətlər  məhz 
Qurana  məxsusdur  və  bu  göstərir  ki,  Quran  çox 
dərin  mənalı  bir  kitabdır.  Ona  görə  də  bu  kitabla 
gərək  çox  ehtiyatla  davranasan.  Təfsir  və 
tərcüməsində  fikirləşəsən  ki,  bu  kitab  Allah 
kəlamıdır, onu hər necə gəldi məna etmək olmaz. 
Həyatda  təcrübə  etdiyimiz  bir  məsələyə 
diqqətinizi yönəltmək istəyirəm. Biz böyük bir alimin 
kitabına  baxarkən,  yaxud  ondan  istifadə  edərkən 
müəllifin savadını və elminin çoxluğunu nəzərə alaraq 
onun  kitabı  ilə  ehtiyatla  davranırıq.  Bütün  elmlər 
Allah  tərəfindən  Quranda  cilvələnibdir.  Gərəkdir  bu 
kitabla  da  rəftar  edərkən  məsuliyyət  hiss  edək  və 
kimin  kitabına  rəy  və  nəzər  verdimizi  fikirləşək. 
Bilmədiyimiz  məqamlarda  acizliyimizi  etiraf  edib, 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 18 - 
bildiyimiz məsələlərdə isə daha  mötəbər  mənbələrdən 
istifadə  edək,  ta  inşaallah  səhv  və  xətadan  qoruna 
bilək.  Yoxsa  yaxşılıq  etmək  istədiyimiz  halda  pisliyə 
düçar  olaraq  dünyada  rüsvay,  axirətdə  isə  əbədi  əzab 
sahibi olarıq. Allaha pənah aparıram axirət əzabından. 
Allah-Təala  Qurani-Kərimdə  onun  hökmlərini 
olduğu  kimi  çatdırmayanları  üç  ayədə  fasiq,  kafir  və 
münafiq adlandırır. Bu dəstənin  hər  üçü də cəhənnəm 
əhlidir.  “Kim  Allah  buyuran  kimi  hökm  etməsə”  bir 
ayədə kafir, birində fasiq, üçüncüsündə isə münafiqdir 
söylənilir.  Allahın  hökmünü  o  buyuran  kimi 
çatdırmamaq,  ya  cahillikdəndir,  ya  kiminsə  xoşuna 
gəlməkdən  ötəridir,  ya  da  ki,  insan  özünə  məğrur 
olaraq, öz rəyinə əsasən hökm çıxarır. Hər üç sifət pis 
sifətlərdən  olub  insanı  dünya  və  axirət  rüsvayçılığına 
düçar edir. 
Buna  görə  də  biz  hidayət  kitabını  təhrif  edib 
yuxarıda  deyilən  sifətləri  qazanmaqdan  çəkinməli  və 
Allahın  qəzəbindən  özümüzü  qorumayılıq.  Yoxsa 
şeytana  itaət  edib,  onun  kimi  insanları  zəlalətə 
aparanlardan olarıq. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 19 - 
 
1-ci Dərsin Sualları 
1)  Quran nazil edildikdən sonra onda hansısa 
dəyişiklik olubmu və ya gələcəkdə ola bilərmi? 
Cavabınıza Quranın özündən dəlil gətirin. 
2)  Quran nə üçün nazil edilib? 
3)  Quranın ümumbəşəri kitab olmasına dəlil olaraq 
Qurandan bir ayə gətirin. 
4)  Quran hansı dildədir? Bir hədislə cavabınızı 
əsaslandırın. 
5)  Maarif bəyan etməkdə Quranın başqa 
kitablardan fərqini bir neçə cəhətdən izah edin. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 20 - 
2-ci DƏRS 
I.  Quran elmləri (Ulumi-Quran) 
II.  Quranın ünvanları 
1.  Quranın adları 
2.  Quranın sifətləri  
Quran elmləri (Ulumi-Quran) 
Qurani-Kərimi  başa  düşməkdən  ötrü  istifadə 
olunan elm “Ulumi-Quran” adlanır. Başqa sözlə desək 
o  bəhslər  ki,  ilahi  ayələri  başa  düşmək  üçün  verilən 
təfsirdən  qabaq  olunur  və  onunla  tanış  olmaq  hər  bir 
müfəssir  və  mühəqqiqə  lazımdır.  Həmən  bəhslərin 
ümumisinə “Ulumi-Quran” deyilir. 
 
Burada  Qurana  aid  olan  bəhslər,  Quranın  nazil 
olması, tərtibi, toplanması, yazılması, oxunuşu, təfsiri, 
nasex və mənsuxu və sairə barədə söz açılır. 
 
Quran ilahi vəhy və əbədi  möcüzə olduğu üçün 
islamın əvvəlindən müsəlmanlar bu kitab barədə ciddi 
çalışmışlar. Əvvəli böyük səhabələr, sonralar isə islam 
alimləri  müxtəlif  sahələrdə  Quranın  təfsiri  və  başqa 
cəhətlərinə  fövqəladə  diqqət  yetiriblər.  Alimlərin 
dəqiq  nəzərinə  görə  Peyğəmbər  (s)-in  səhabələrinin 
arasında,  birinci,  Quranın  təfsir  və  elmi  ilə  məşhur 
olan  Həzrət  Əli  (ə)  oldu.  İbni  Abbas  kimi  bir 


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə