Bismillahi Rahmani Rahim. Peyğambər və Nəbilərin ən şərəflisi olan, ağamiz Məhəmmədə, onun ailəsinə və səhabələrin hamısina Allahın salamı və xeyr duası olsun. Bu yazı



Yüklə 297,57 Kb.
səhifə2/4
tarix07.12.2017
ölçüsü297,57 Kb.
#14553
növüYazı
1   2   3   4

Zəlzələ və onun səbəbləri.

Əbu Abdullahdan: “Yeri daşıyan balığa elə gəlmişdir ki, o yeri öz qüvvəsi ilə daşıyır. Və ona görə Allah ölcüsü 22.5 sm balaca, 18 sm böyük bir balığ göndərdi və o balığ böyük balığın burnuna girdi. (Yeri daşıyan balığ) özünü ititirib, 40 gün belə qaldı. Allah ona rəhm edib, burnundan balaca balığı çixartdı. Allah yerə zəlzələ göndərmək istəyəndə, həmən balaca balığı yeri daşıyan böyük balığa göndərir, o diksinəndə isə, yer də titrəyir”78.

Adam bilmir gülsün yada ağlasın. Bu yeni bir elmdir!!!

Əbu Abdullahdan: “Külək bu Şam dirəyinin altında bağlıdır (Kə`bədəki), Allah ondan bir şey çixartmaq istəyəndə, çixardir, cənub, şimal, şərq və ya qərb küləyi olsun. Onun nişanəsi budur ki o, qışda və yayda, gecə və gündüz həmişə tərpənir”79.

Ancaq biz onu tərpənən heç görmədik. Bizim hər birimiz, nəsranilərin aqidələrindən olan xəbis qurbanləq iddialarını bilirk. Onlar iddia edirlər ki guya İsa (ə) özünü qurban verməklə insanları Adəmin günahından qurtarıb.

Əfsus ki, bu aqidənin əlamətlərini biz 12 imamli şiələrində görürük.

Kuleyni “Kəfi”-də Musa ibn Cəfərdən rəvayət edir: “Azzə və Cəllə olan Allahın şiələrə qəzəbi tutdu. Özümü və ya onları fəda etmək üçün sərbəst buraxdı. And olsun Allaha, mən özümü fəda edərək onları qorudum”80.

Seyf Səmmardan rəvayət olunur: “Əbu Abdullah ilə bir qrup şiə hicrdə (Məkkə məscidində) idik. (O) dedi: “Bizi izləyirlər”. Sağımıza, solumuza baxdıq, heç kimi görmədik. Dedik: “Bizi heç kim izləmir”. (İmam) 3 dəfə dedi: “Kəbənin Rəbbinə and olsun! Əgər Musa və Xızr yanında olsaydım, onlara xəbər verərdim. Mən onların ikisindəndə bilikliyəm, onlarda olmayan xəbərləri onlara açiqlayardım. Çunki Musa və Xızıra olanlarla bağlı biliklər verilsə də, qiyamət gününə qədər olacağlarla bağlı elm verilməyib. Bizə isə o bilik peyğəmbərdən varis qalıb”81.

Əli ibn Əbu Talibdən rəvayət olunur ki, ondan Mehdinin qeyb müddəti barədə soruşanda dedi: “6 gün, 6 ay ya da 6 il”82.

Sözüm budur ki, şiələr iddia edirlər ki, Mehdi hicri ilin 260-da qeybə çekilib. İndi isə 142383 ildi yani 1163 il keçib. Əli (r.a) isə qeybin müddətini 6 il olduğunu deyib. Nəsə indiyə qədər cixmayıb84.

Kuleyni Əbu Haşim Cə`fəridən rəvayət edir: “Əbu Məhəmədə bir problem barəsində şikayət etdim. O torpağı qamçısı ilə qazıdı (mənə elə gəlirdi ki onu dəsmalla örtmüşdü) və 500 dinar (torpağdan) çixardıb dedi: “Ey Əbu Haşim götür və məni üzürlü hesab et”85.

Maşallah, sehrbaz imamlar!! Allaha and olsun ki onlar belə deyildilər, onlrın adınan yalan uydurublar!


Fəzilətli əməllər babı.

Qeyd edim ki bu çox gəribə babdı.

Əmmamənin fəziləti: Əbu Abdullahdan rəvayət edirlər ki: “Kim mənzildən ağzının altında əmmaməli səfərə çıxsa86 , ona səfərdə nə oğurluq, nə yanğın nədə sevilməyən bir şey rast gəlməz”87.

Ayaqqabının fəziləti: Xususən Amerika və Avropada ayaqqabı geyinənlər üçün. Əbu Abdullah dostunu qara ayaqqabı geydiyini gördü və dedi: “Sən niyə qara ayaqqabı geymisən? Sən bilmirsənmi ki o, gözə ziyan verir, cinsi orqanı zəiflədir, özüdə o başqalarından daha bahadır, onu yalnız ədalanan şəxs geyinər”88.

Həmin səhifədə Hənan ibn Sədirdən rəvayət olunur: “Dedi: “Əbu Abdullahın yanına daxil oldum, ayağımda qara ayaqqabı var idi, mənə dedi: “Ey Hənan, sən niyə qara geymisən, sən bilmirsənmi ki onun üç xisləti var: Qayğı gətirir, eyni zamanda o zalımların geyimidir”. (Ravi): “Hansı ayaqqabını geyim?” (İmam):”Sarını gey, onun üç xisləti var. Gözü işiqlandırır, cinsi orqanı gücləndirir, qayğını qovur və o peyğəmbərlərin geyimidir”89.

Əbu Abdullah deyib: “Xuff geyinmək gözü gücləndirir” (yazığ həkimlər bunu bilmirdi) və deyib ki:”vərəmdən qoruyur”90.

İmam deyib ki: “Xuffu vərdiş etmək pis ölümdən qoruyur”91.

Bu şiələrin nəzərində ən düzgün və yaxşı kitabdır, onlara görə islam dünyasında bu kitabın misli yoxdur....


Rəngləmə.

Yani saç və saqqalın xına ilə rənglənməsi.

Peyğəmbər (s.a.s)-dən rəvayət edirlər: “Xına ilə rənqlənməyə sərf olunan bir dirham, Allah yolunda sərf olunmaqdan daha üstündür. Onda 14 keyfiyyət var: Qulaqlardan küləyi qovur, burnu yumuşaldır, ağız iyini yaxşılaşdırır, damağı gücləndirir, özündən getməyi aradan qaldırır, gözdən pərdəni qaldırır, şeytanın vəsvəsənini azaldır, mələklər ona sevinir, mömin mücdələnir, kəfir isə qəzəblənir. O bir zinətdir, bir ətirdir (aromatdır). Qəbirdə onun üçün bəraətdir. Münkər və Nəkir ondan utanırlar”92.
Kəfi” və dırnaqların qırxılması.

Kuleyni Əbu Cəfərdən rəvayət edir: “Kim Cümə günü dırnaq və bığından: “Bismillah və billah, və Məhəmməd (s.a.s)-in sünnətinə uyuğun olaraq” sözlərini deyib alsa. Və ondan heç bir qırıntı yerə düşməsə, Allah ona bir nəfər azd etmə savabını yazar və yalnız öləcəyi xəstəlikdən başqa heç bir xəstəliyə düçar olmaz”93.

Əbu Abdullahdan rəvayət edir ki: “Cümə günü dırnaq tutmaq, cuzam və kör olmaqdan qoruyur”94.
Nar.

Əbu Abdullah dedi: “Elə bir nar yoxdur ki, onda cənnətdən bir dənən olmasın. Kəfir onu yedikdə, Allah Əzzə və Cəllə ondan çixartmaq üçün bir mələk göndərər”95.

Həmin səhifədə Əbu Abdullahdan rəvayət olunur: “Kim nardan bir dənə yesə, şeytanı 40 gün xəstələndirər”. Bəlkə nar yeyən peyğəmbər olur?

Həmin səhifədə Yezid Abdulmalikdən, o da Əbu Abdullahdan: “Elə bir mömin yoxdur ki, narı tam yedikdə şeytanı onun ürəyindən uzaqlaşdırmasın96, kim iki nar yesə, Allah Əzzə və Cəllə şeytanı onun ürəyindən bir il uzaqlaşdırar və o şəxs ki, Allah onun qəlbindən şeytanı bir il uzaqlaşdırsa, günah etməz. Kim ki, günah etməsə cənnətə daxil olar”.


Kəfir və mömin çaylar.

Təəccüblü şeylər bitmək bilmir.

Əbu Həsəndən: “İki kəfir və iki mömin çaylar var. İki mömin çay, Fərat və misirin Nil çaylarıdır. İki kəfir çay isə Dəclə və Bəlx çaylarıdır”97. Bəs Missisipi, Seyhan və Ceyhan çayları? Unudub...Ola bilər ki onlar orta, küfr ilə iman, arasındadılar.

Bu kitabda, çox ciddi bir məsələ olan “namusa toxunma” haqqında nə qəlib?

Əbu Cəfər ibn Məhəmməd Baqirən: “Ey Əbu Həmzə, and olsun Allaha, bizim şiələrimizdən başqa hamı fahişələrin övladrarıdı”98.

Şiələrdən başqa hamı vələdüzinadır!! Bu hədis başqa rəvayətdə şərh olunur.

Əbu Abdullahdan: (Əbu Bəsirə dedi): Həqiqətən şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, etdiyi kimi edir, cinsi əlaqədə olduğu kimi olur”. (Ravi) dedim: “Bu nə ilə bilinir?” (İmam cəvab verdi): “Bizə olna sevgi və nifrətlə, kim bizi sevir qulun (sperması olur) kim nifrət edər (sperma şeytanın olar)”99.

Nütfə məsələsi bir kənara. Belə çıxır ki hər bir ər arvadı ilə yaxınlığ etdikdə, şeytan onlar ilə olur?


Lut qövmünün əməlini edənin müalicəsi.

Ömər ibn Yeziddən: “Əbu Abdullahın yanında idim, onunla bir kişi var idi. (Kişi) ona dedi: “Sənə fəda olum, mən oğlan uşaqlarını sevirəm”. Əbu Abdullah dedi: “Və nə edirsən?” (Kişi) dedi: “Arxama alıram100”. Bu an kişi ağladı. Əbu Abdullah ona baxdı, sanki ona rəhm etmişdir, və dedi: “Ölkənə qayıtdıqda, bir yağlı dəvə (kəsilmək üçün satılan) al, onu yaxşı bağla, bir qılınc götür onun büküşünə elə vur ki, dərisi soyulsun, sonra onun üstündə isti-isti otur”....101.


Kuleynidən kürdlərə bir müjdə.

Əbu Rabi Şamidən: “Əbu Abdulla dedim: “Bizlərdə bir kürd qövmü var, onlar bizə satış məqsədi ilə gəlirlər. Bizdə onlar ilə alver edirik”. (İmam dedi): “Ey Əbu Rabi, onlarla yaxınlıq etmə, kürdlər cinlərin ilanlarından biridir. Allah onların üstündəki örtüyü götürüb, onlarla yaxınlıq etmə”102.

Əli ibn Əbu Talibdən (r.a): “Ey insanlar, zülm öz sahibini cəhənnəmə aparar. Allaha birinci usyan edən Adəmin qızı İnaq olmuşdur. Onun məclisi çox böyük idi103. Onun 20 barmağı, hər barmağında oraqlı 2 dırnaq var idi. Allah ona fil boyda aslan, dəvə boyda canavar, qatır boyda bir qartal göndərdi. Onlar onu öldürdülər. Allah cəbbarları hal və vəziyətlərində belə öldürür”.

Necə deyərlər “bişmiş toyuğun gülməyi gəlir”.

Əgər bu, Adəm (a.s) gızının formasıdırsa, 20 barmaq, hər barmaqda 2 dirnaq, hər dırnaq sanki bir oraq. Onda Adəmin forması necədi? Allah Tin sürəsində deyir: “4 - Biz insanı ən gözəl biçimdə yaratdıq!”.

Darvin deyir ki insanlar meymundan əmələ qəlib, şiələr deyirlər ki Ədam (ə.s) qızının forması belə olub. Biz bunlara inanaq, yoxsa Allaha?

İcazı verin sizə bir sual verim, ana əkiz uşağ doğsa. Aralarında beş dəqigə fərg olsa. Ananı kunyası xansı uşağın adı ilə bağlı olar?104 Birinci uşağ ilə, ya da ikinci?

Kuleyni isə rəvayət edir: “Bir kişinin iki uşağı olmuşdur. Əbu Abdullah onu təbrik etdi. Sonra dedi: “Hansı böyükdür?” Dedi: “1-ci dünyaya göz açan”. Əbu Abdullah dedi: “Yox, axırıncı çixan böyükdür. Sən bilmirsən, qadın onun ilə birinci hamilə olub, o biri onun yoluna daxil olub. O cıxmayana qədər, buda çixa bilməyib. Axırıncı çixan, onların böyüyüdür”105.

Yani ikinci onun yoluna girib, txac yaradıb!!! Qadının hamiləliyi sanki maşın dayanacağı imiş.

Belə hədislər həqiqətən bu kitabdadılar. Dediyimdən özüm iyrənirəm. Sadəcə bu kitabdan hamını xəbərdar etmək istəyirəm. Bilmirəm hansı ağıll ilə bu nağıllar kitabını ismanın ən düzgün kitablarından hesab etmək olar? Bu ən düzgün kitabdırsa, onda yerdə qalanlar barəsində nə deyək?

Allahdan bu yalanı nəql etdiyimə bağışlanmasını istəyirəm.

Əbu Abdullah dedi: “Peyğəmbərin yanına bir kişi qəlib dedi: “Ey Allahın elçisi, məndə kişilərdə olanın çox böyüyü var106 məndə olan dişi eşşək və ya dəvə ilə yaxınlıq edim? Məndə olana qadınlar dözə bilmirlər”. Allahın elçisi (s.a.s) dedi: “Allah Təbərəkə və Taalə sənə dözə bilən məxluq yaratmadan (səni) yaratmazdı”. Kişi getdi, bir müddət keçmədi ki peyğəmbərin (s.a.s) yanına qayıtdı. Ona əvvəlki sözləri dedi. Nəni (s.a.s) ona dedi: “Sən anatnata107 qarasına niyə baxmırsan?”. Kişi getdi, bir müddət keçmədi ki yenə qayıdıb dedi: “Şəhadət verirəm ki, sən Allahın doğrudanda elçisisən, sən dediyini mən etdim. Mənim halımı dözəgəyi tardım”108.

Mən bilmirəm bu peyğəmbər olub yoxsa nə? O kisiyə onun cinsiyət üzvünə dözən qadını ona məsləhət verir? Özüdəki, kişi heyvanlara əl atmağa istədikdə, Nəbi (s.a.s) ona hec demir ki bu haramdı! Allaha sığınıram.

İshaq ibn İbrahim Cüfidən olan ikinci rəvayət: “Əbu Abullahın dediyini eşitdim: “Allahın elçisi (s.a.s) Ummu Sələmənin evinə daxil oldu, və bir iy iylədi (burnuna deydi). (Sonra o dedi): “Sizə Havlə gəlib?” “Hə, odur, ərindən şikayət edir”. Bu anda Havlə çixdı və dedi: “Atam anamdan mənə əzizsən. Ərim məndən üz çevirib”. Nəbi (s.a.s) dedi: “Kaşki o bilərdi sənə yaxınlaşmaqla nə alacaq?” (Qadın):”Mənə yaxınlaşmaqla nə alacaq?” (Dedi):” O sənə yaxınlaşsa onu iki mələk əhatəyə alar (yani cinsi əlaqəyə girəndə onunla iki mələk olur?), o qılıncını Allah yolunda çixartmış kimi olar, ondan ağaclardan tökülən yarpaqlar kimi günahlar tökülər. (Sonra) o qüsl alarkən günahları silinər”109.

Allah özü kömək olsun! Bəzi şeyxlərin bu rəvayəti şərh verdiklərini eşitmişəm. Deyirdilər ki belə sözlər Nəbi (s.a.s)-ə yox, sərhoş adama daha uyuğun olar. Belə sözlər peyğəmbər (s.a.s)-in ağzından heç vaxt çixa bilməz.
Öskürməyin dərmanı.

Əbu Abdullahdan: “Gözəl qadın bəlğəmi kəsir. Qara qadın isə qara ödü coşdurur”110.

Qaralar bağışlasın. Məni yox, Kuleynini! Mənim günahım deyil.

Bu şiə alimi peyğəmbər (s.a.s)-dən rəvayət edib ki, o qadın ilə evlənmək istədikdə, ona baxacaq bir qadın göndərirdi və ona deyirdi: “Onun “litini” (yani boğazını) iylə, iyi yaxşı olsa, onun bütün iyi yaxşı olacaq. Sonra topuğuna bax, əgər topuğu duşubsə “kəsubu” böyükdür”111.

Heç bilirsiz “kəs`ub” nə deməkdi? Qadının cinsi orqanıdır. Belə söz peyğəmbər deyər? Hec adi saleh insan belə söz deməz. Şiələr bur cür hədislərə inanır? Allah gorusun!

Əbu Abdullahdan: “Yahudi və nəsrani ilə evlənmək, nəsibi (kişi yada qadın) ilə evlənməkdən daxa yaxşıdı”112. Nəsibi isə onlar əhli-sünnə müsülmanları sayırlar.

Əbu Abdullah: “Bir şəxs qadın qul ilə kişi qulu ilə evlənirsə, ondan sonra o qadını istəsə. Kişi qula deyər ki ondan uzaqlaş, qadın aybaşi olduqda, onun ilə yaxınlıq edər, sonta istəsə onu qaytarar”113.

Faciə!!! Yani bir şəxsin bir kişi və bir qadın qulu var. Onları evləndirir. Sonra bu şəxs qul qadını arzulayır, və yazıq qulun arvadı ilə cinsi əlaqədə olmaq istəyir. Qula onda uzag durmaqa əmr edib, qadın aybaşı olur və o onun ilə cinsi əlaqəyə girir. Sonta istəsə onu qaytarır!

Əbu Həsən Musadan, atasından, babasından: “Peyğəmbərin (s.a.s) Əliyə tövsiyə etdiklərindən: (o dedi): “Ey Əli, ayparanın bir gecəsi114, ortada və sonuncu gecə əhlinlə cinsi əlaqədə olma. Çünki bu özbaşnalığ etmək övlad üçün qorxuludu”115.

Səffan ibn Yahyadan, imam Rzaya dedi: “Sənin tərəftarlarından biri bir məsələni səndən soruşmağı mənə əmr etdi. Özü səndən soruşmaqdan utandı”. (İmam) dedi: “Nə məsələdir?” (Ravi): “Kişi öz qadını ilə arxadan (yaxınlıq edir) olur”. (İmam): “Olar”. (Ravi):”Sən bunu edirsən?” (İmam): “Yox biz bunu etmirik”116.

Əbu Abdullahdan: “Bir kişinin iki kəniz və iki azad qadın arasında yatmağının heç bir eybi yoxdur. Sizin qadınlarınlz ouyn üçündür”117.Yani övrət yerləri açiq olarkən? Bu bir axlaqsızlıqdır. Kişi iki lüt qadın arasında!

Əbu Abdullah dedi: “Cəbrayil peyğəmbərə cənnətdən bir qab ilə gəldi. İçində hərisə (yemək növü) var idi. (Cəbrayil) dedi: “Bunu sənin üçün huzul (huriya) düzəldib. Sən, Əli və sizin nəslindən olanlar yesinlər. Onu sizdən başqası yeməməlidir”. Allahın elçisi (s.a.s), Əli, Fatimə, Həsən və Hüseyn oturub yedilər. Həmin yeməkdən peyğəmbərə 40 kişinin qüvvəsi gəlmişdir. İstədiyi vaxt bir gecədə qadınların hamısı ilə ola bilirdi”118.

Halınızı durultmaq üçün “Kəfi”-dən bir məzələi əhvalat.

Əbu Abdullah dedi: “Bir kişi öz arvadı ilə Ömərin yanına gəldi və dedi: “Bu qadınımdır. O da qaradır, məndə. O ağ uşaq doğub”. (Ömər) öz ətrafdakilərə dedi:” Nə deyiriz?”. Dedilər:”Biz deyirik onu daşqalaq etmək lazımdır.” Əri qara özü qara amma ağ uşaq doğub”. Onu daşqalaq etməyə aparanda, əmirəlmöminin (Əli) dedi: “Sizə nə olub?” Ona danışdılar. Qaraya dedi: “Qadınını ettiham edirsən?” Dedi, yox. (Əli) soruşdu:”O aybaşi olanda ona yaxınlaşmısan?” (Qara):”O mənə gecələrin birində demişdir ki, o aybaşılıdır. Ancaq mənə elə gəldi ki, o soyuqdan qorxur (yani qusl etmək istəmir) və onunla yaxınlıq etdim”. Qadına dedi: “Sən aybaşılı olanda sını yaxınlaşıb?” Dedi: “Bəli, ondan soruş mən imtina edirdim”. (Əli) dedi: “Qedin sizə bəraət var. O sizin oğlunuzdur. Qan nütfəyə üstün gəlib oda ağarıb. Hərəkət etsəydi qaralardı. Böyüyəndə qaralacaq”119.

Qadın aybaşının sonunda, yaxınlıq edib, və qan artıq saralmışdır. Ona görə onun ilə cinsi əlagənin nəticəsində ağ uşağ doğulub. Deyir ki böyüyəndə qaralacaq!!!! Ağ uşağ istiyən qaralar üçün bundan yaxşi metod ola bilər? Problem ondadır ki, aybaşı olan qadın hamilə olmur!!

Kuleyni bu cür nağılları haradan götürüb? Budu islamda tayı bərabəri olmayan kitab? Bu kitab üzərində müsülman öz əgidəsini gurmalıdı? Amma bir şey düz deyiblər, islamda bu kitab kimi (əlhamdulillah ki) kitab yazılmayıb!



Bu başqa bir qəribə əhvalat.

Həsəndən (r.a) rəvayət olunur: “Allahın iki şəhəri var. Biri şərqdə biri qərbdə. Onları dəmir divarlar əhatə edir. Hər birinin 1000 1000 (yani 1000 000) qapısı var. Həqiqətən orada 70 min min (yani 70 000 000) dil var. Hər dildə danəşanlar var. Mən isə bütün dilləri və onlarda (şəhərlərdə) olanları bilirəm. Onlara mən və qardaşım Hüseyndən başqa höcət yoxdur”120.

170 million dil bilir!!!!

Yeni əhvalat.

Məhəmməd ibn Muslim:”Bir gün Əbu Cəfərin yanında idim. Birdən divarın üstünə iki çöl qöyərçini qondular və başladılar gülüdamağa. Əbu Cəfər onlara bir saat cəvab verdi. (Yani aralarında bir saat söhbət gedirdı). Sonra qalxdılar, divara qonanda, erkək dişi ilə bir saat danışdı.. Sonra isə uçub, getdilər. (Mən) dedim: “Sənə fəda olum, bu nə quşdur?” (İmam) dedi: “Ey ibn Museim, Allahın yaratdığı quş, heyvan dan hər bir varlıq bizə Adəm oğlundan daha itaətkardır. Bu xoruz göyərçin öz qadınından (fərəsindən) şübhələnib. O da ona and içibki heç nə etməmişəm. (Fərə) dedi: “Sən Məhəmməd ibn Əliyə razısan hakim kimi?” O da razılaşdı. Mən ona dedim ki o zülm edir, və o inandı”121.

Şükr olsun Allaha, yada quşların nəsli batardı!


Yalnız peyğəmər və onun əhli-beytinə deyil, bəlkədə bütün insanlara tə`nə.

Əbu Abdullah: “Biz bəni haşim və şiələrimiz ərəb, yerdə qalan isə bədəvidir”122.

Musa Kazım deyib: “İsnanlar üç qrupdur, ərəb, ağa, və kəntoy. Biz ərəblərik, şiələrimiz ağadır, biz olmadığımız kimi olanlar kəntoydürlər”. Qureyşdən biri sual verdi: “Bəs ərəblər və Qureyş nə oldu?” (İmam) dedi: “Mən sənə dediyim kimidir”123.

Ubeydullah Dabigidən: “Mədinədə bir hamam daxil olmuşdum. Birdən oranı saxlayan bir qocanı gördüm. Ona dedim: “Bu kimin hamamıdır?” (Dedi):”Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseynin”. (Ravi): “O bura daxil olurdu (gəlirdi?)” Dedi: “Bəli”. (Ravi) soruşdum: “Necə edirdi (çimirdi)?” Dedi: “Girib, başlayırdı övrət yerinin üstünü124 və ətrafını örtməyə125, sonra cinsi orqanının ucuna126 dalayırdı, və məni çağırırdı, məndə bədəninin başqa yerlərini örtürdüm. Onu görəməyimi istəmədiyi, ancaq gördüyüm günlərin birində ona dedim127. Cəvab verdi: “Yox, nura (yani bədənə qoyulan qips) örtükdür”128.

Əbu Həsən Madidən: “Övrət ikidir, qabaq və anus. Anusa gəlincə onu budlar örtür. Penis ilə yumurtaları örtsən, artıq örtülmüsən”129.

Əbu Abdullahdan: “Müsülman olmayanın övrətinə baxmaq, eşşəyin övrət yerinə baxmaq kimidir”130.

Yani insan eşşəyə baxdığı kimi, problemsiz qeyri müsülmanın övrətinə baxa bilər.....

Peyğəmbərin əhli-beytinə tə`nələrdən biri, Ömər ibn Hatabın (r.a) Əlinin (r.a) qızıni alması barədə, Cəfər As Sadiqdən hədis. Umm Kulsumun ərə qetməsi barəsində ona sual verəndə, dedi:”Bu zorla ona verilən vaqinadır”131.

Başqa rəvayətdə: “O qızı istəyəndə, (Əli) ona dedi: “O hələ gəncdir”. O (Ömər) Abbasla rastlaşdı və ona dedi: “Mənə nə olub, mənə nəsə var?” (Abbas dedi):”Nə məsələdir?”. (Ömər):”Mən qardaşın oğlundan qızını istədim, imtina etdi. Allah and olsun ki, zəmzəmi körlayaram, sizin bütün hörmətinizi yox edərəm, ona (yani Əliyə) qarşı iki şahid qətirərəm ki, o oğurluq edib və sağ əlini kəsərəm”. Abbas onu (Əlinin) yanina apardı. Ona xəbər verdi və haiş etdi ki, istədiyi kimi etsin, oda etdi”132.
Şiələrin Baqirdən qabaq ki sapıqlığı.

Əbu Abdullahdan: “Əbu Cəfərdən qabaq şiələr nə həcc qaydalarını nə də halal və haramı bilirdilər. Əbu Cəfər qəlib onlara, halal və haramı, həcc qaydaları öyrətdi”133.

Başa düşmədim, bəs Əbu Cəfərdən qabaq Əli ibn Hüseyn, Həsən, Hüseyn, Əli ibn Abu Talib (Allah onlardan razı olsun) nə edirdilər?

Sədir Əssayazafi rəvayət edir ki, Əbu Abdullah ona deyib: “Allaha and olsun ey Sədir, aqər mənim şiələrimin sayı bu çəpiş (keçi balası) qədər olsaydı, mən belə oturmazdım”. Düşdük və namaz qıldıq. Namazdan sonra, çəpişləri saydım, onların sayı 17 idi”134.

Əbu Abdullah: “Daş (yani qara) Allah yanında böyük bələklərdən idi”135.

Əbu Abdullah: “Zəvvar burnunu yaxşı iydən tutar, pis iydən tutmaz”136. Bu əyri bir fiqhə baxın. Heç müsülman özü özünə əzab verər? Başqa bir hədisdə, Kuleyni Əbu Abdullahdan rəvayət edir: “Uşaqlıgın yolu dörddür. Hər hansı yola spermatazoid düşsə, bir, iki, üç və dörd uşaq olar, hər yolda bir uşaqdan cox olmaz”137. Yani qadın yalnız 4 uşaq doğa bilər? Bu hədisi uyduran qadının 5 uşaq döğmasını görməyib. Bir müddət əvvvəl qadın Kuveytdə 9 əkiz döğmuşdur. Dördü öldü, o (qadın) hələdə xəstəxanadadır.

Əbu Həsən Rzadan: “Fil məsxdir138. O zinakər bir şah idi. Cənavar məsxdir. O dəyus bir bədəvi idi. Dovşan məsxdir ərinə xəyanət edən bir qadın idi. Yarasa məsxdir. İnsanların xurmasını oğurlayırdı. Donuz və meymun bəni israildən olan bir qövmdir. Altıncı günü aşmışdılar. Kərtənkələ və cirris139 İsaya süfrə enməsinə inanmayan bir qövmdür. Onlar azdılar, bir dəstəsi suya, bir dəstəsi qururya düşdü. Sıçan balası fasiqdir. Ərəb söz qərdirən idi, ayı və arı tərəzidə aldadan qəssablar idilər”140.

Bizə tülkü, pələnq və aslanın nə olduğunu kim deyər? Görəsən onlar kimdən dönmədilər?


“Kəfi”-dən başqa qəribə əhvalatlar.

Musa ibn Bəkrdən:” Mənə Əbu Həsən (yani birinci imam) dedi: “Sənə nə olub, salarmısan?” (Ravi) dedim: “Mənə xəstəlik dəyib”. (İmam):”Ət ye”. Mən yedim, cümədən sonra məni gördü. Mən yenə sarı idim. Dedi: “Mən sənə ət yeməyə əmr etmədimmi?” (Ravi):”Sən əmr etdiyin vaxtdan, ətdəm başqa heç nə yemirəm!” (İmam):”Onu necə yeyirsən?” (Ravi):”Suda bişirib”. (İmam):”Kəbab kimi ye”. Mən yedim, məni cağırıb cümədən sonra mənə dua etdi. Qan üzümə qayıtdı. Dedi:”İndi yaxşı”141.

Eyni vaxtda həm gülməli, həm ağlamalı hədis.

Əli (r.a) Salman Farisiyə (r.a) dedi: “Heç bilirsən Əbu Bəkrə peyğəmbərin minbərində birinci kim be`yət edib?” Salman dedi:”Yox, mən örtüyün altında (naves) ənsarlarla düşmənçilik etdiyi vaxt bəni səidəni gördüm. Birinci ona beyət edən Bəşir ibn Sa`d, Əbu Ubeydə ibn Cərrah, sonra Ömər idi, sonra Səlim. (Əli) dedi:”Mən səndən bunu soruşmuram. Heç bilirsən Əbu Bəkr peyğəmbərin minbərində çıxdığı vaxt ona birinci kim be`yət edib?” (Salman):”Yox, ancaq mən bir yaşlı adam gördüm. Əsaya söyükənirdi. Qarşısında bərk bükülmüş xalça var idi. O Əbu Bəkrin yanına qalxan birinci adam idi, ağlayıb dedyirdi: “Əlhamdulillah, ölmədim səni bu yerdə gördüm. Əlini uzat”. Əılini uzatdı və be`yət etdi. Sonra düşdü və məsciddən çıxdı”. Əli dedi: “Hec bilirsən o kimdir?” (Salman):”Yox, amma onun sözləri xoşuma qəlmədi. Sanki o, peyğəmbəri (s.a.s) söyürdü”142. Yani o iblis idi.

Əbu Abdullahdan: “Cəsurluq ürəkdədir, rəhmət və köbudluq qara ciyərdədir, həya isə ağ ciyərdədir”143.

Əbu Basir Cəfər Sadiqə dedi: “Sənə fəda olum, bizə elə ləqəb veriblər ki, belimiz bükülüb, urəklərimiz ölüb, dövlət adamları bu ləqəbə qörə qanımızı hahal bilir. Bunu onların fəqihləri hədislərində rəvayət edib”. (İmam) dedi: “Rafizilər?” Dedim:”Bəli”. (İmam) dedi:”Yox, Allaha and olsun, onlar yox, Allah sizə bu ləqəbi verib. Sən ey, Əbu Məhəməəd bilmirsənki, bəni israildən 70 nəfər firaun və qövmünü inkar edib144?”145.

İmam şahid durur ki Allah onları rafizi adlandırıb.
Misir şiələrinə və şiə ilə xoş rəftar edən misir sünnilərinə.

Əbu Həsən Rzadan deyiblər ki, o deyib:”Peyğəmbər (s.a.s) dedi:”Başınızı misir ili ilə yumayın, o namusu aparır və oğraşlıq gətirir”146.


Xoruzdan.

Əbu Abdullah dedi: “Ağ xoruz mənim və bütün möminlərin dostudur”147.

Əbu Həsən:”Xoruzda peyğəmbərdən beş xislət var:”Əli acıqlıq, şücaət, qənaət, namaz vaxtlarını biliyi, çoxlu cinsi əlaqədə olma imkanı və qeyrət”148.

Əbu Abdullah:”Az çoxa salamla başlayır (burada heç bir problem yoxdur. Bu düzdür, az olanlar çoxa salam verir, minikli gedənə həmçinin ağla batandır ki) qatir sahibləri eşşək sahiblərinə, at sahibləri qatır sahiblərinə birinci salam verməlidir”149. Bu gündən sonra ərək deyək ki, Mersedes sahibi, BMV sahiblərinə salamı birinci versinlər.


Yüklə 297,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə