Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu



Yüklə 0,66 Mb.
səhifə8/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
1   2   3   4   5   6   7   8   9   10

Səkkizinci fəsil:


Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibətilə fəhlələrlə görüşündə mühüm daxili və beynəlxalq məsələlərə dair sözlərinin xülasəsi
Yalan, böhtan, təxribat və hiylə olmasa, ölkə işlərinə dair fikir bildirməyin eybi yoxdur!

Bu gün fikir və düşüncə adamları tərəfindən bəhs olunan məsələ müzakirə edib-etməmək məsələsidir.126 Bəzi adamlar danışıb bir söz deyirlər, digərləri başqa söz; bunlar bir şey yazırlar, onlar başqa bir şey. Bu məsələ barədə mən xeyirxahlıq və qarğıkeşliklə qısa bir cümlə deməliyəm. Öncə bunu deyim ki, mən öz siyasi fikrini bəyan edən şəxsin fikir bildirməsindən ötrü narahat olmuram. Fikirdə yalan, böhtan, təxribat və hiylə olmasa, bunun eybi yoxdur. Bəli, əgər yalan, iftira və hiylə olsa, biz məsul şəxs kimi bir nəfərin xalqı aldatmasına, yaxud onlara yalan deməsinə imkan verməməliyik. Amma yalanın, böhtanın, hiylənin və kiməsə qarşı təhqirin olmadığı yerdə hər hansı bir şəxsin öz fikrini deməsinin eybi yoxdur.

Mən yazıçılara, düşüncə sahiblərinə, qələm adamlarına və tribuna sahiblərinə tövsiyə etmək istəyirəm ki, müxalif sözdən təşvişə düşməsinlər. Biz nə üçün təşvişə düşək?! Bizim məntiqimiz və əsaslandırmamız var. Bizim sözümüz təkcə öz xalqımız üçün yox, hətta dünyanın yüz milyonlarla müsəlman və qeyri-müsəlman insanı üçün məqbuldur. Bizim məntiqli sözümüz olduğu halda nə üçün kiminsə danışmasından təşvişə düşməli və iztirab keçirməliyik?! Bəli, hər bir sözü cavabsız qoymaq olmaz; əgər səhvdirsə, cavab vermək lazımdır, lakin əxlaq normalarından kənara çıxmamaq şərtilə.127
ABŞ-la müzakirə tərəfdarları ya sadəlövhdürlər, ya da qorxurlar!

Mən düşünürəm ki, hegemonizmin zirvəsi olan ABŞ-la müzakirə etməli olduğumuzu düşünən şəxslər ya sadəlövhdürlər, ya qorxurlar. Mən dəfələrlə demişəm ki, hegemonizm öz güc və bacarığından daha çox öz heybətindən və qəzəbindən bəhrələnir. Ümumiyyətlə, hegemonizm qəzəblə, heybətlə, onu-bunu qorxutmaqla yaşayır.

İndi ABŞ üçüncü dünya ölkələri ilə, hətta son zamanlar sərvətli və güclü xalqlarla elə danışır ki, sanki istəməsə, bunlar nəfəs ala bilməzlər. Bu gün ABŞ SSRİ və Avropa ilə də belə danışır, Afrika və Asiyadakı üçüncü dünya ölkələri öz yerində. Təəssüf ki, bu ölkələrin başçıları da inanırlar. Halbuki dünyanın bütün ölkələri, yaxud bütün sərvətli ölkələri yox, on yoxsul ölkəsi birləşib ABŞ-dan qorxmamaq, ona bac verməmək qərarına gəlsələr, özlərindən strateji, hərbi və iqtisadi istifadəsinə icazə verməsələr, təkcə ABŞ yox, dünyanın bütün hegemon cinahını geri çəkilməyə məcbur edə bilərlər.

Bunun aydın dəlili odur ki, hansı yoxsul ölkədə inqilab baş versə və bir hökumət iş başına gəlib ABŞ-a bac vermək istəməsə, ABŞ onu ortadan götürmək və öz tərəfdarı olan bir hökuməti gətirmək üçün bütün qüvvələrini səfərbər edəcək. Nə üçün? Çünki qorxur və bilirlər ki, hətta Latın Amerikasında, yaxud Afrikanın sonunda olan bir inqilabçı dövlətlə maraqlarını təmin edə və istədikləri işi görə bilməyəcəklər.

Nikaraquada bəzi qüvvələr hakimiyyətə gəlmişdi. Bu ölkə çox yoxsul, kiçik, əhalisi az və maliyyə mənbələri çox zəif bir ölkə idi, amma eyni zamanda ABŞ əksinqilabçılara o qədər pul verdi və müxtəlif tərəflərdən o qədər təzyiq göstərdi ki, hakimiyyətdən getməyə məcbur oldular. O yazıqların da sosial və iman təməlləri o qədər də möhkəm deyildi, təzyiqə gücləri yox idi, əvvəldən də başqa bir yerə söykənmişdilər. Odur ki, bacarmadılar və kənara çəkildilər.

Əgər ABŞ inqilabçı dövlətlərdən qorxmursa, onların müqaviməti ABŞ üçün məğlubedilməz bir müqavimət deyilsə, nə üçün onları devirmək istəyir? Əgər ehtiyacı yoxdursa, haradasa inqilabçı bir hökumət iş başına gəlsə, ABŞ desin ki, sizinlə əlaqəni kəsirik və sizə kömək etməyəcəyik. Nə üçün o hökuməti devirmək üçün plan hazırlayır? Ona görə ki, o hökumət iş başında qalsa, bunlar daha maraqlarını təmin və orada hegemonluq edə bilməyəcəklərini anlayırlar. Deməli, hətta bir inqilabçı dövlət də öz imkanları qədərincə ABŞ-ı geri oturda, yaxud dayandıra bilər. Bunlar göstərdikləri kimi məğlubedilməz deyillər.

ABŞ-ın iddia etdiyi gücünün olmamasına və zəif insanları qorxudan heybətinin həqiqi gücündən olduqca artıq olmasına başqa bir aydın dəlil odur ki, çox yerlərdə güc və şiddət işlətmək istəyirlər, amma bacarmırlar. Hansı dəlilə əsasən? Dəlil budur ki, bacardıqları yerdə etdilər; misal üçün Panamada. Əgər ABŞ Panamada gördüyü işi128 digər inqilabçı ölkələrdə, çox narahat və pərt olduğu Kubada görə bilsəydi, görərdi. Deməli, bacarmır. Əgər bu işi o regionda, yaxud digər regionlarda olan və ABŞ siyasətinə qarşı çıxan digər ölkələrdə görə bilsəydi, görərdi. Dəlili budur ki, Panamada gördü.

Bunlar insani məsələləri düşünmürlər. ABŞ dövləti beynəlxalq qanunlar barədə fikirləşmir. Bunlar xalqların hüququna hörmətlə yanaşmırlar. Nə vaxt bacarsalar, bir ölkəyə daxil olurlar, o ölkənin xalqının hüququna etina etmədən hökumətlərini və dövlətlərini ortadan götürürlər. O şəxsi də götürüb apardılar və öz ölkələrində həbsxanaya saldılar. Harada bacarsalar, bunu edirlər. Harada etmirlərsə, bacarmırlar.129


ABŞ İslam Respublikası quruluşunu məhv edə bilsəydi, edərdi!

Aydın nümunəsi bizim inqilabçı ölkəmizin özüdür. Hərbi hücum etmək istədilər, amam bacarmadılar. Təbəs hadisəsini xatırlayırsınızmı? Deməli, gəldilər, amma bacarmadılar. Əgər bacarsaydılar, on dəfə də gələrdilər. Bacarmadılar, ona görə gəlmədilər, gücləri yox idi; bilirdilər ki, məğlub olacaqlar. Bacaracaqlarını zənn etdikləri zaman xalqımızın hüququnu əsla nəzərə almadılar. İnsanın dünyanın o başından gəlib helikopter və təyyarə ilə ölkə sərhədlərinə girməsi beynəlxalq qanun və normaların ziddinədir. Əvvəlki nadan130 elə bilirdi bacaracaq. Buna görə gəldi, sonra gördü ki, bacarmır və məğlub oldu. Əgər bacarsaydı, yenə də gələrdi, lakin bacarmadı. Şübhə yoxdur ki, bu 11 ildə ABŞ İslam Respublikasını məhv etməyi bacarsaydı, edərdi, amma bacarmayıb. Bu, imamın buyurduğu sözün real açıqlamasıdır. İmam haqlı olaraq belə demişdi: "Amerika heç bir qələt eləyə bilməz".131


ABŞ-ın gücündən qorxmaq çox səhv işdir!

Müsbət tərəfdən də ABŞ-ın gücündən qorxmaq çox səhv işdir. Çoxlu ölkələr var ki, ABŞ-a bağlıdırlar, onunla əlaqələri var, başçıları ABŞ-ın dostlarıdır və ölkələrində ona qarşı ən kiçik hörmətsizliyə də icazə vermirlər. ABŞ o ölkələr üçün nə edib? Onların hansı problemini həll edib? Onların həyatındakı hansı kor düyünü açıb? Hansı sərvəti başlarından töküb? Onlara hansı xeyri verib? Nə üçün ABŞ-ın qüdrətindən qorxuya düşürsünüz?!

Əksinə, o, evin qapısını bu xain oğruya açıq qoyan ölkələrə daxil oldu və nə vardısa, apardı. Əgər bir etibar verdisə, ondan ötrü idi ki, onun bazarlarına gedib mal alsınlar. O da hər malının qiymətini iki qat hesablasın ki, zavodları işləsin. Əgər kredit verdisə, ona görə verdi ki, o kreditlə gedib özlərinin, yaxud müttəfiqlərinin məhsullarını alsınlar. Əgər silah verdisə, ona görə verdi ki, bu silahdan öz düşmənlərinin yox, onun düşmənlərinin əleyhinə istifadə etsinlər. Nümunəsi bizim köhnə rejimimizdir.132
Hegemonizmlə dostluq xalqların bədbəxtliyinə və rəzilliyinə səbəb olur!

Belə deyil ki, ABŞ hansı ölkə ilə pis münasibətdə olsa, o ölkə dünyada daha nəfəs ala biməsin və hansı ölkə ilə yaxşı münasibətdə olsa, o ölkə daha arxayın ola bilsin. Amerikalıların özləri belə təbliğ və təlqin edirlər ki, hansı ölkənin onlarla münasibəti pis olsa, bütün yollar üzlərinə bağlanacaq. Xeyr, belə deyil. İllərdir "Amerikaya ölüm!" şüarı bizim xalqımızın dilindən düşmür, yollar da üzümüzə bağlanmamışdır. İradə ilə çalışdıqda öz yolumuzu aça bilirik. Məgər dünya ABŞ-ındır?! Dünyanın sahibi olduqlarını iddia edən bu quldur, təkəbbürlü və fəsadçı hegemonlar kimlərdir? Qələt edirlər! Əgər bunlar kiminləsə dost olsalar, o xalqın başına xeyir-bərəkət enməyəcək. Bunlar dost olduqları xalqlara bədbəxtlik və fəlakət gətirirlər. Bu, qorxmaq məsələsinin izahı idi.133


ABŞ-ın xalqımıza qarşı qəzəbinin səbəbi

Sadəlövhlük və müzakirəyə gəlincə isə, müzakirə nədir? Sizin gedib ABŞ-la oturub danışmanızla, müzakirə etmənizlə problemlər həll olunacaq? Belə deyil. Siyasi normada müzakirə bazarlıq deməkdir. ABŞ-la müzakirə - yəni ABŞ-la bazarlıq etmək. Bazarlıq - yəni alış-veriş: bir şey al, bir şey ver. Sən İslam inqilabından ABŞ-a nə vermək istəyirsən ki, ondan bir şey alasan. Sizin ABŞ-a verib qarşılığında nəsə almaq istədiyiniz nədir? Biz ABŞ-a nə verə bilərik? O bizdən nə istəyir? Bilirsinizmi o nə istəyir: "Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar".134 Allaha and olsun ki, ABŞ xalqımızın müsəlman olması və əsl Məhəmməd (ə) İslamına sadiq olması qədər heç bir şeyindən narahat deyil. O istəyir ki, siz bu sadiqliyinizdən əl çəkəsiniz. O istəyir ki, sizin bu uca boynunuz olmasın. Razısınız?!

Deyirlər gəlin girovlarla bazarlıq edin.135 Bu da sadəlövhlükdür. Biz əlbəttə, əvvəldən elan etdik ki, gücümüz çatan qədər girovların azad olunmasına kömək etmək istəyirik. Biz girovların sahibi deyilik, onlar məzlum və məhrum insanlardır, müxtəlif səbəblər üzündən girovları saxlayırlar. Bizim prinsiplərimiz baxımından eybi olmayan və sözümüzün kəsəri qədərincə kömək etməyə hazırıq; amma ABŞ-a görə yox, məsuliyyət hissinə, insaniyyətə və prinsiplərə görə. Bunlar bizim prinsiplərimizdir. ABŞ kimdir?! Biz ABŞ-a görə bu işi görərik?! Fərz edək bir nəfər gəlib ABŞ-a görə bu işi gördü; ABŞ necə cavab verəcək?!

Dünənki və srağagünkü telekslərdə oxuduq ki, Buş girovların azadlığı üçün göstərdiyi köməyə görə Suriyaya təşəkkür etmişdir. Digər tərəfdən də ABŞ hökuməti Suriyaya xəbərdarlıq etmişdir ki, elə bilməyin bu girovların azadlığı sizin ABŞ-la əlaqələrinizin adiləşməsi üçün kifayət edəcək; siz siyasətlərinizə yenidən baxmalısınız. Sonra sadalayır ki, ərəblərin İsraillə müharibəsinə aid siyasətlərə yenidən baxın; yəni Kemp-Deyvid müqaviləsinə qoşulun.136


Amerikalılar beynəlxalq hüquq və prinsiplərə inanmırlar!

ABŞ-ın belə boyunduruqları altına girən xalqın və hökumətin başına kül ələnsin! ABŞ-ın azca zəiflik duyduğu şəxslərə qarşı gözləntisi belədir. Açıq şəkildə deyir ki, siyasətlərinizə - ərəblərlə İsrailin müharibəsi siyasətlərinə yenidən baxmalısınız. Gedib hegemon, insani prinsiplərə və beynəlxalq hüquqa inanmayan təkəbbürlü bir qurumla stol arxasında oturmağımızı istəyən şəxslər necə də sadəlövhdürlər. Amerikalılar beynəlxalq hüquq və prinsiplərə inanmırlar.

ABŞ hökuməti elə hökumətdir ki, cinayətkar zabitinin atəş əmri ilə raket atıb bir neçə yüz nəfərlik sərnişin təyyarəsini suya saldılar, kişini, qadını, uşağı və böyüyü məhv etdilər və ABŞ hökuməti bu zabiti mühakimə etmədi. Eşitdim ki, ABŞ-ın indiki prezidenti137 o zabitə ləyaqət ordeni vermişdir. Bunlar belədirlər. Siz nə danışırsınız?! Məgər bunlar beynəlxalq hüquqa inanırlar?! Məgər bunlar insan hüquqlarına inanırlar?! Xeyr. Mən ABŞ-la müzakirənin əleyhinəyəm və İslam Respubliakası hökumətinin mənim icazəm olmadan belə bir iş görməsi imkansızdır. Təbii ki, özləri də bu işlə müvafiq deyillər.

Bəziləri deyirlər ki, fəal diplomatiya. Bəli, biz fəal doplomatiyaya inanırıq. Biz düşünürük ki, bizim Xarici İşlər Nazirliyimiz dünya səviyyəsində istisna etdiyimiz bir neçə yerdən başqa hər yerdə fəaliyyət göstərsin. Əlbəttə, dəfələrlə demişik ki, başucalığını və məsləhəti qoruyun. Gedib bütün dövlətlərlə, müxtəlif sistemlərlə, müxtəlif etiqad və üsullarla əlaqə qursunlar. Eybi yoxdur, lakin qadağan olunmuş bir zona var, onu keçmək olmaz.

Avropa bir nümunədir. Həzrət imam Avropa dövlətləri ilə əlaqələrə icazə vermişdi. Bizim Xarici İşlər Nazirliyimiz də çox fəaliyyət göstərdi. İndi mən soruşuram: bizim bir çox Qərbi Avropa dövlətləri ilə dost münasibətlərimizə, alış-verişimizə və əlaqəni kəsmək vəziyyətində olmamağımıza rəğmən, onlar həqiqətən İslam Respublikası ilə gözlənilən tərzdə rəftar etdilər? Xeyr! Üstəlik, onlar ABŞ-dan zəifdirlər. Biz bunu müxtəlif hadisələrdə gördük. Onlar özlərinin İslam Respublikasına və İslama müxalif içlərini göstərdilər. Məsələ İslam məsələsidir.138
Hegemonizmin bəşəriyyətə hakimiyyəti ciddi bir təhlükədir!

Mənim əzizlərim! Hegemon qüvvələr belədirlər. Hegemonizmin bəşəriyyətə hakimiyyəti təhlükəsi ciddi bir məsələdir. Bir müddət öncəyə qədər aralarında bir qədər rəqabət olan və bu yolla bir-birini müəyyən qədər nəzarətdə saxlayan iki Şərq və Qərb gücü vardı. Bu gün isə hegemonizm tam azaddır. Amerikalılar bu qədər həyasız olmuşlar ki, bütün dünyanı gəzir, digər ölkələrə gedib deyirlər ki, bizim yaxşı münasibətdə olmadığımız İslam Respublikası ilə əlaqənizi kəsin. Bu qədər həyasızlıq! Əlbəttə, avropalılar və dünya ölkələri ağızlarından vurub onlara etina etmirlər, lakin bunların həyasızlığı bu həddədir.

Bunlar bəşəriyyətə hakim olub caynaqlarını batırmaq, hegemonluq etmək, mühüm beynəlxalq məsələlərdə fikir bildirib hamını o fikri dinləməyə məcbur etmək istəyirlər. Fələstin məsələsində bir cür, Livan məsələsində bir cür, Bosniya məsələsində bir cür, müxtəlif məsələlərdə və hadisə olan hər bir yerdə bir cür fikir bildirsinlər, saqqal tərpətsinlər və sonra da bütün dövlətlər onlara tabe olsunlar. Zəif, əskik və dəyərsiz hökumətlər də xalqlarının maraqlarının ziddinə olaraq bəh-bəh deyir və bunları daha çox böyüdürlər.139
Quruluş xalqa və onun güclü iradəsinə arxalanaraq bütün təhdidlərin qarşısında dayanmışdır!

Belə bir vəziyyətin qarşısında kim dayanmışdır? Onların hər gün artan təhdidlərinə heç bir əhəmiyyət verməyən hansı hökumət və xalqdır? O hansı quruluşdur ki, xalqa, əziz və başuca xalqının güclü iradəsinə arxalanıb onların bütün tamahlandırmalarına və təhdidlərinə "yox" deyir? Ora haradır? Siz elə bilirsiniz ki, bunu yalnız biz iddia edirik? Bu gün beynəlxalq məsələlərdən baş açan, əksər qlobal və xüsusən regional məsələri bilən bütün ölkələr etiraf edirlər ki, bunların günbəgün artan boyunduruğu qarşısında dayanıb "yox" deyəcək şücaətə və qüdrətə yalnız İslam Respublikası quruluşu malikdir.

Xalqımızın və hökumətinin bu "yox" deməsi hətta bəzi hökumətləri də gücləndirir və müqavimətə cəsarətləndirir. Əgər xəbərlərə fikir versəniz, onun nümunələrini müxtəlif hadisələrdə və region ölkələrinin bəzi məmurlarının sözlərində görərsiniz. Mən indi ad çəkmək istəmirəm; bu nümunələr Livan məsələlərində və digər hadisələrdə təkrar-təkrar müşahidə olunur. Sizin bu müqavimətiniz hökumətlərə təsir göstərir, xalqlar da həyəcanlanır, onlara köçürülməsinə səy göstərilən qorxu ruhunu kənara atmağa şücaətlənir və cəsarətlənirlər. Bizim xalqımızın bu müqaviməti və inkişafı dünyanın ictimai rəyinə bu şəkildə təsir buraxır.140
Hegemonizm xalqımızın öz prinsipial və İslam mövqelərindən əl çəkməsini istəyir!

Mənim əzizlərim! Müsəlman ölkəmiz bu gün müharibə illərində olduğu kimi çox mühüm və həssas bir keçid dövründədir; onda bir cür idi, indi də bir cür. Bu dövrdə ölkəmizin xaricində olan düşmənlərimiz - yəni hegemon dövlətlər və onların müttəfiqləri oturub gözlərini İrana dikiblər ki, xalqı öz prinsipial İslam mövqelərindən endirə biləcəklər, yoxsa yox. Səyləri budur.

Baxın, dünyada başında bir neçə hegemon ölkənin - yəni ABŞ və bəzi Avropa ölkələrinin durduğu bir silsilə vardır. Onlar özlərini dünyanın inkişaf etmiş ölkələri sayırlar. Bunlar silsilənin başındadırlar, arxalarında da kiçik, yoxsul və zəif ölkələr, antidemokratik hökumətlər durur və həmin silsilə vasitəsi ilə bir tərəfə çəkilirlər. O silsilə ölkələr arxadakı ölkələri özləri istədikləri hər bir işə və seçdikləri hər bir istiqamətə məcbur edirlər. Bu yazıqlar da o hegemonları hegemonluğa vərdiş etdirmişlər. Bu iki qrupun işi uşaqların oynadığı bir oyuna bənzəyir; bir neçə nəfər öndə dayanır və digərləri onların ətəyindən tutub arxalarınca yüyürür, hərəkət edirlər. Mənim fikrimcə, bugünkü hegemon və zalım dövlətlərin hegemonluğunun təqsiri böyük həddə öz zəiflikləri ucbatından onları həyasızlığa, artıq gözləntiyə və hegemonluğa vərdiş etdirmiş rejimlərin boynuna düşür.

Bu arada müsəlman İran 17-18 ildir ki, bu ölkələrə müraciətlə deyir: Özünüz olun, müstəqil olun, öz xalqlarınıza diqqət yetirin, özünüzü idarə edin, öz mədəniyyətinizə, müstəqilliyinizə və yolunuza sadiq olun; nə üçün başqalarının ardınca gedirsiniz? İran hökumətinin və xalqının özü də dağ kimi dayanıb onların həyasızlıqlarına və hegemonluqlarına təslim olmur. Halbuki keçmişdə İran da ən gerilərdə durub öndəkinin ətəyini tutan, bunların ardınca qaçıb hərəkət edən ölkələrdən biri idi.

Müharibə bitdikdən sonra dedilər ki, indi müharibə bitib, bəlkə İran dövlətinin və xalqının quruculuğa başlamaq istədiyi vəziyyətdə zəruri məsələlərdə təzyiq göstərməklə onu öz mövqeyindən uzaqlaşdırıb yenə də hegemon ölkələrin ardıcılı olmağa vadar edə bilək. Amma gördülər ki, olmadı, xalqımız bu illər boyunca da Allahın lütfü ilə inkişaf yolunu keçmiş, ölkə inkişafı istiqamətində böyük addımlar atmış və çoxlu işlər görmüşdür, həm də beynəlxalq məsələlərdəki siyasi mövqeləri baxımından öz mövqelərini günbəgün daha açıq, daha aydın və daha qətiyyətli etmiş, onlara təslim olmamışdır. Buna görə də təzyiq göstərmək istəyirlər.141
Xalqımız özünü islah etmək və həqiqi özünütəmininə nail olmaq barədə düşünməlidir!

Bu dövrdə xalqımız özünü islah etmək barədə çox düşünməlidir. Xalqımız hələ onların ümidlərinin qırılmadığı bu illərdə bütün səyini toplamalıdır ki, öz sərhədlərindən xaricə azca belə söykənməsin; yəni tam mənada həqiqi özünütəminə nail olsun ki, hegemonluq edə bilməsinlər.

Dünən Avropa xarici işlər nazirlərinin keçirdiyi iclasa baxın; əbəs və nəzakətsiz sözlər danışdılar, qeyri-düzgün mövqelər seçdilər, dedilər və qalxdılar. Məqsəd nə idi? Məqsəd hökumətə və xalqa təzyiq göstərmək idi. Xalqımız hegemon, zorakı və nəzakətsiz dövlətlər müqabilində rəftarının çox sərt və qətiyyətli olacağını göstərməlidir.

Bunların çox səhv sözlərindən biri bu idi; bir yerdə oturub ağıllarını birləşdirdilər və dedilər ki, gedib İran dövlətindən insan hüquqlarına hörmət etməsini istəyək. Mən bunların mövqeləri üzərinə hansı adı qoymağın mümkünlüyü və işlərinin mənasının nə olduğu barədə nə qədər fikirləşdimsə, gördüm ki, onların bu işinə həyasızlıqdan başqa heç bir ad verə bilmərəm. Bu sözləri deyərkən həyasızlıq etdilər. İnsan hüquqları?! Avropa dövlətləri son bir əsrdə ən böyük hüquq pozuntusunu törətmişlər. Yüz il və əgər kimsə yüz ildən öncəyə də getsə, belə olmuşdur.

Mən Avropa tarixini çox vərəqləmişəm, ən azı bu yüz ildə həmin avropalı cənablar faciə dolu iki dünya müharibəsi yaratmışlar. İki dünya müharibəsi bunların əməyi idi. Həmin avropalı cənablar - dünən Lüksemburqda oturub saqqallarını uzadan, bir-biri ilə danışıb “hikmət” dolu bəyanat verən bu şəxslər onlarla dünya ölkəsini müstəmləkəyə çevirmişlər. Əgər müstəmləkə və xalqların hüququnu tapdamaq günahdırsa, bu günah yalnız dünən nümayəndələrinin oturub İran haqda danışan, "insan hüquqlarına riayət edin" deyən həmin dövlətlərin boynuna düşür. Fəlakətlər törətmiş iki dünya müharibəsini alovlandırmaq on illər öncəyə aiddir, bəs öz dövrümüzdə İraqda kimyəvi silah zavodlarını kim yaratdı ki, o qədər faciə baş verdi?! Həmin cənablar. İraqda atom bombası düzəltmək üçün atom təsisatını kim yaratdı ki, bütün regionu təhdid etsin?! Həmin cənablar. Hər gün bir cinayət törədən İsrailin cinayətlərinə kim şərait yaradır və haqq kimi cilvələndirir?! Həmin cənablar. Burada Qana şəhidlərinin yaxınları əyləşiblər. Ötən il sionizm dövləti bu cənabların gözü qarşısında özünün ən faciəli cinayətlərindən birini törətdi. Ağızlarını açdılar? Bir kəlmə sözlə pislədilər? Əsla. Onların vücudları hüquq pozuntusu ilə bu qədər qarışmışdır.

İndi işğal olunmuş torpaqlar daxilində bu qədər cinayət törədirlər. Hər gün Livan xalqının adi evlərini bombalayırlar, helikopterlərlə Livan kəndlərinə basqın edib insanları götürüb həbsxanalara aparırlar. Bu işlər özlərindən olan həmin avropalı cənabların gözü önündə baş verir. Bir kəlmə danışmır, bir kəlmə acıqlanmırlar. Bosniya-Herseqovina məsələsində o qədər faciə törədildi, sonra pis olduğunu gördükdə - çünki digər cinayətlər Avropadan xaricdə, bu cinayət isə Avropanın ürəyində törədilirdi - bir qədər səs-küy saldılar, amma heç bir real tədbir görmədilər. İndinin özündə də müsəlmanlar serblər tərəfindən təzyiqə məruz qalırlar. Minlərlə insanı öldürən, diri-diri basdıran, həbsxanalarda aclıqdan məhv edən cinayətkarlar indi Avropada düz-düz gəzirlər, heç kim də onlara etiraz etmir. Ya özləri tərəfindən, yaxud gözləri önündə baş verən və danışmadıqları bu cinayətlərə rəğmən, Avropa dövlətlərinin necə üzləri gəlir ki, müsəlman İranı - bir xalq quruluşunu və rəşadətli bir xalqı insan hüquqlarını pozmaqda ittiham etsinlər?! Bu, həyasızlıqdan başqa bir şey deyil. Bunlar həqiqətən həyasızdırlar.

Hökuməti qorxutduqlarını zənn edir və deyirlər ki, biz tənqidi müzakirələri dayandıracağıq. Cəhənnəmə dayandırın! Əgər tənqidə qalsa, biz sizi tənqid edərik. Bu müzakirələrin adı əvvəldən səhv idi. Mən əvvəldən deyirdim ki, deyin bu müzakirələr ikitərəfli tənqiddir. Əgər tənqidlər ikitərəflidirsə, bizim sizdən artıq tənqidimiz var, nəinki sizin bizdən. Sizin nə tənqidiniz var? Sizin tənqidiniz budur ki, biz nə üçün öz İslam prinsiplərimizə sadiqik. Bu bizim fəxrimizdir. Görün xalqımızın düşmənləri nə qədər həyasız, zalım, insafsız və xəbisdirlər! İslam Respublikasının düşmənləri belədirlər. Əlbəttə, bu düşmənliklərdən də böyüyünü görmüş xalqımız dağ kimi dayanmışdır.142
Biz ölkəmizi Avropasız da idarə edə bilərik!

Bunu həm avropalılar, həm də digərləri bilsinlər. Avropa elə bilməsin ki, bizim ona ehtiyacımız var. Əsla! Bizim Avropaya heç bir ehtiyacımız yoxdur. Biz öz ölkəmizi Avropasız da idarə edə bilərik. Fərz edin filan yerdən üç-dörd lüks və dəbdəbəli məhsul gəlir. Gəlməsin, nə əhəmiyyəti var?! Bizim xalqımızın ehtiyacı olan məhsul daxildə istehsal olunur. Əgər bizə bir şey lazım olsa da, sıraya düzülüb bizə satan ölkələr çoxdur. Bu bir neçə Avropa ölkəsinə nə ehtiyac var ki, dünyanın sahibi olduqlarını düşünsünlər!143


Bu xalq canlı, ayıq, qurucu və fəaldır!

Mənim fikrimcə, bunlar bu məsələdə də sionistlərə və amerikalılara aldanıb, yenə amerikalıların təzyiqinə məruz qalıblar, lakin kiminlə tərəf-müqabil olduqlarını anlamayıblar. Bilmirlər ki, müsəlman İran bu sözlərlə mövqeyindən çəkilən, yaxud kiminsə qarşısında təslimə məcbur olan bir ölkə deyil. İran elə bir ölkədir ki, supergüclərin yaratdığı bütün əngəllərə rəğmən, 18 il tam qüdrət və şərəflə özünü buraya çatdırmışdır. İran elə bir ölkədir ki, əlində heç bir şeyin olmadığı, nə zavodlarının işlədiyi, nə tarlasının, nə ixracatının və nə idxalatının olduğu inqilab günlərindəki vəziyyətdən buraya çatmışdır. Bu gün isə bu ölkədə bu qədər iş, istehsal hərəkəti, elmi-tədqiqat fəaliyyətləri baş verir. Bu hamını başa salmalıdır ki, bu xalq canlı, ayıq, qurucu və fəal bir xalqdır və heç bir kəsə ehtiyacı yoxdur. İranla əlaqə qurmaq istəyənlər bilsinlər ki, əlaqə hegemon əlaqəsi olsa, xalqımız rədd edəcək.144


İmanın ayıqlıqla yanaşı olması möcüzə edir!

Deməli, mövzular çoxdur; həm ölkənin daxili məsələləri, məsələn, iş, fəhlə və fəhlə təbəqəsinin əhəmiyyəti, həm bizim əziz xalqımızın xəbərdar olmasının lazım olduğu digər müxtəlif məsələlər var. Bizim xalqımız elə bir xalqdır ki, indiyədək ayıq şəkildə hərəkət etmişdir. İman ayıqlıqla yanaşı olduqda möcuzə edir. Bizim düşmənlərimiz harada bacardılarsa, məlumatsızlıqdan istifadə etdilər. İslam dünyasının məsələləri də mühüm məsələlərdir. Güman olunmasın ki, İslam dünyasının işləri, Fələstin məsələləri, Orta Şərq məsələləri daxili məsələlərdir və bizim taleyimizlə əlaqəsi yoxdur. Bu gün dünya məsələləri bir-birinə bağlanmışdır və xalqların məsələləri bir-biri ilə əlaqədardır. Dünyada xalqlar üçün problemlər yaradan siyasətlər öz məqsədlərinin və qərəzlərinin inkişafından ötrü heç bir xalqı tanımırlar. Bu məsələlərin hər biri üçün imkan və vaxt həddində bir neçə cümlə deyəcəyik.145


Bizim ən mühüm xarici məsələmiz Fələstin məsələsidir!

Xarici sahədə bizim ən mühüm məsələmiz Fələstindir. Fələstin məsələsi təkcə bir xalqın məsələsi deyil, beynəlxalq diktatura hakimiyyəti və zorun hakimiyyəti məsələsidir. Siz görün bu gün Fələstin ərazilərində nə baş verir. Bu gün biz Fələstində ən qanlı hadisələrin şahidi oluruq. İşğalçı və qondarma İsrail dövləti özünün hərbi qüvvəsi ilə, tank, təyyarə, özünün rəhmsizlik alovu və zülmü ilə Fələstin şəhərlərini mühasirəyə almışdır. Bir-bir bu şəhərlərə daxil olur, xalqı qətliam edir, evləri uçurur;.

...Bu cinayətlər bəşəriyyətin gözü qarşısında baş verir. Bu işlərin mənası nədir? Bu işlərin mənası odur ki, heç bir bəşəri, insani, dini və ilahi qanunu saymayan zalım bir dövlət tamahlara və özünün bir neç onillik zülmünü davam etdirməyə görə bu faciələri törədir. ABŞ kimi bir dövlət də tam və yüzfaizli şəkildə onu himayə edir, bütün insan hüquqları şüarlarını, xalqları, demokratiyanı, azadlığı və hər bir şeyi müdafiə şüarlarını unudur. Dünyanın vicdanı hərəkətə gəldi, amma ABŞ-ın və Ağ evin başçılarının vicdanı azca da tərpənmədi. Bunlar dünya üçün iki şey müəyyən etmək istəyirlər: biri budur ki, bu xərçəng vəzisi nəyin bahasına olursa olsun, qalmalıdır; ikincisi isə, dünyaya demək və başa salmaq istəyirlər ki, siz bu gün hegemonizmlə üz-üzəsiniz. Biz hegemonluq etmək istəyirik, kim nə demək istəyirsə, desin. Yəni dünya xalqını qane etmək istəyirlər ki, ABŞ-ın süngü və hərbi gücü qarşısında heç bir söz və heç bir hərəkət heç bir işə qadir deyil.146
Bütün məsələlərdə son sözü deyən insanların iradəsi və imanıdır!

Əlbəttə, indiyədək məğlub olmuşlar və bütün bu qüdrətli çıxışlara rəğmən, öz məqsədlərinə çatmamışlar. Nə üçün? Çünki Fələstin təslim olmamışdır. Onlar təzyiqlə, qırğınla, rəhmsizliklə və bütün insani əlamətləri tapdamaqla Fələstin xalqını təslimə vadar etmək, bu xalqın qolubağlı şəkildə onların boyunduruğu altına girməsini və özünün haqlı istəklərindən əl çəkməsini istəyirlər. Amma indiyədək bacarmayıblar. ABŞ və İsrailin təsəvvürünün əksinə olaraq, təsirli olan bu güc və zorakılıq deyil, insanların bütün məsələlərdə son sözü deyən iradə və imanlarının qüvvəsidir. Bu məsələdə də belə olacaq.

Bu günlərdə Fələstin xalqına qarşı icra olunan faciəli zülmlə mübarizə üçün iki çıxış yolu vardır. Bu iki çıxış yolu qaçılmazdır; hamı onu qəbul etməli və bu iki yolla getməlidir.147
Fələstində hegemonizmin zülmü ilə mübarizənin yolları

Birinci yol: Fələstin xalqının intifazəsinin və müqavimətinin davam etdirilməsi

İntifazəni davam etdirməyin birinci yolu Fələstin xalqının müqavimətidir. Allaha şükür olsun ki, indiyə qədər möhkəm dayanmışlar. Bu müqavimətin zirvəsi indiki şəhadət əməliyylatlarıdır. Bir kişinin, bir gəncin, bir oğlanın və bir qızın xalqının və dininin maraq və məsləhətləri uğrunda öz canını fəda etməyə hazır olması fəxrin, şücaətin və igidliyin son həddidir. Bu, düşmənin qorxduğu amildir. Buna görə siz gördünüz ki, ABŞ prezidentindən tutmuş bütün dünyada ABŞ xəttində işləyənlərin və çalışanların hamısı rişxəndlə, məzəmmətlə və özlərindən fəlsəfə çıxarmaqla şəhadət əməliyyatlarını dayandırmağa çalışdılar.148


Şəhadət əməliyyatları - bir xalqın hegemonizmin zülmü qarşısında əzəmət və müqavimətinin zirvəsidir!

Xeyr, şəhadət əməliyyatları bir xalqın əzəmətinin zirvəsi və qəhrəmanlığın uca nöqtəsidir. Bir hərbi qüvvənin tam fədakarlıqla öz vətənini müdafiə etməsi məgər şəhadət əməliyyatı deyil?! Zalım bir ordunun bir ölkəyə təcavüz etdiyində, o ölkənin xalqının həmin ordu qarşısında dayanması məgər şəhadət əməliyyatı deyil?! Kim bu işi məhkum edə bilər?! Bu işin vicdanlı və insaflı insanların gözündəki əzəmət və dəyərini kim azalda bilər?! Şəhadət əməliyyatları onların əzəmətinin zirvəsidir. Qoy bəziləri oturub özləri üçün danışsınlar, yazsınlar, əlli ildir keçmişdəkilərin səhlənkarlığından, özlərindən qabaqkı nəslin uzunmüddətli maraqlara diqqət yetirməməsi səbəbindən bu gün öz canı ilə meydana atılıb hüquqlarını bərpa etməyə məcbur olan xalqı qınasınlar. Məgər bu o xalqa təsir edər?! Fələstin xalqı yaşayır, oyaqdır və inkişaf edir.149


İkinci yol: Hökumətlərin və xalqların məzlum Fələstin xalqını himayə etməsi

İkinci yol himayələrdir. Bütün dünya bunları himayə etməlidir. Əlbəttə, xalqlar himayə etdilər. Avropada da xalqlar himayə etdilər, yürüşə çıxdılar və müxtəlif yol və üsullarla öz ürəklərinin istəyini göstərdilər. Bu dəstəklər hətta Amerika Birləşmiş Ştatları daxilində də göründü. Bundan sonra da bu işlər davam etdiriləcək. Lakin hökumətlər öz vəzifələrinə əməl etməlidirlər. Hamıdan vacib müsəlman, xüsusən də ərəb hökumətləridir.

ABŞ dövləti, ona bağlı media qurumlarının daim dünyanın rəhbərliyi, insan hüquqları və digər bu kimi məsələlərin lazım olması barədə ağız dolusu söylədiyi bütün iddialara rəğmən, İsrail dövlətinin arxasında dayanmışdır. İnsan doğrudan da dünyanın bəzi hegemon dövlət başçılarının həyasızlığına təəccüb edir. Bunu ədaləti müdafiə bilirlər, amma ədalətin mənasını anlamırlar. ABŞ hökuməti ədalətin mənasını dərk etmir. Bunların hansı işi ədalətli olmuşdur? Bu cinayətləri bir ədalətli müharibə və terrorizmlə müharibə hesab edirlər, halbuki ən faciəli terrorçuluq işlərini aşkar şəkildə müdafiə edirlər. Doğrudan da xəcalətdən bəşəriyyətin alnı tərləyir.

Əlbəttə, bu gün amerikalılar özlərinin bu absurd rəftarlarını görən xalqların gözündən bütünlüklə düşmüş, mənfur olmuşlar, bütün dünyada pak qəlblərin və sağlam vicdanların nifrətini qazanmışlar. Bu haqlı mövqeləri seçən hər bir hökumət ABŞ hökumətinin nəzərində rədd olunur. Onların İslam Respublikasına qarşı nifrəti onun haqq sözü deməsinə görədir; çünki qorxu altına düşmür, ABŞ-dan qorxmur, oz yolunu və iradəsini ABŞ dövlət başçılarının istəyinə və iradəsinə qurban etmir, öz müstəqilliyini əldən vermir. Keçmişdə İslam Respublikası əleyhinə danışmaq istəyəndə şüar verirdilər ki, burada insan hüquqlarına riayət olunmur. Bu gün hər şey aşkarlanmışdır və onların İslam Respublikasına qarşı çıxmasının səbəbi bəllidir. Çünki İslam Respublikası onların zorakı və quldur məntiqinə təslim olmur və olmayacaq.

İslam Respublikasının mövqeləri açıq-aydın və tamamilə məntiqlidir. Bu mövqelər ölkənin məsul şəxslərinin dəfələrlə söylədikləridir. Möhtərəm prezident də bu günlərdə digər xalqların gözü önündə və beynəlxalq toplantılarda dəfələrlə onları təkrar etdi və söylədi. Əgər siz İslam dünyasında hərəkət etsəniz, bu mövqelərin bütün insanların qəlbində mədh və pərəstiş olunduğunu görəcəksiniz. Xalqlar haqq istəyirlər.150
Hegemonizm istəyir ki, bütün hökumətlər və xalqlar güc və zülm məntiqini qəbul etsinlər!

Hegemonizm istəyir ki, dünyanın bütün hökumətlərini və onların ardınca bütün xalqları özünün zor, zülm və insafsızlıq məntiqini qəbul etməyə və həmin yolla hərəkət etməyə vadar etsin. Dünyanı zülm üzərində qurmuşlar və onu böyük kompaniyaların, oliqarxların, dünyanın nəhəng maliyyə qaynaqlarının sionist və qeyri-sionist idarəçilərinin xeyrinə və xalqların əleyhinə idarə etmək istəyirlər. Bütün hökumətlərin və xalqların bu mövqelərə tabe olmasını gözləyirlər. Məgər belə bir şey mümkündür?! Bəzi hökumətlər öz məmurlarının şəxsi mənafeyinə görə təslim ola bilərlər, lakin İslam adı ilə danışan, öz müstəqilliyinin və milli kimliyinin adı ilə mövqe seçən, haqqı deyən, haqqın arxasınca gedən bir hökumətin və xalqın təslim olması mümkündürmü?!

İndi ABŞ-la müzakirə məsələsi bəzi adamların dilinin əzbəri olmuşdur. Nə müzakirəsi?! Deyirlər ABŞ-la müzakirə edin ki, əziyyət verməsin, təzyiq göstərməsin, təhdid etməsin və bizim milli maraqlarımıza riayət etsin. Məgər bu gün İslam Respublikasından başqa ABŞ-ın təhdidi altında olan ölkələr ABŞ-la müzakirə aparmırlar?! Məgər onların ABŞ-la əlaqələri yoxdur?! Müzakirə və əlaqə təzyiq göstərməyə, təhdid etməyə, xəbisliyə və təcavüzə mane olmur; müzakirə problemi həll etmir. ABŞ hökuməti açıq şəkildə İslam quruluşu ilə, xalqımızın İslam kimliyi və İslam imanına müxalifliyini elan etmişdir. Səbəbi budur ki, İslam bu xalqın öz mövqelərində möhkəm və sabit dayanmasına və onlara təslim olmamasına bais olmuşdur. ABŞ-ın məqsədi budur ki, mənfur Pəhləvi dövründə, xüsusən də o rejimin son otuz ilindəki kimi ölkənin hər bir yerinə hökmranlığını yenidən bərqərar etsin. Bəllidir ki, xalqımız bu böyük inqilabdan, fədakarlıqlardan, qəhrəmanlıqlardan və bütün bu şəhadətlərdən sonra belə hegemonluğa təslim olmayacaq. Xeyr, müzakirə heç bir problemi həll etmir.

ABŞ-la müzakirə ABŞ hökumətinin xeyrinədir. Müzakirə ilə o öz istəklərini daha artıq diktə etmək və gözləntilərini bu xalqın və hökumətin başına daha sıx şəkildə tökə bilmək üçün ayaq yeri tapır. Müzakirə ABŞ hökumətinin indi uzaqdan etdiyi bu təhdidləri, müsahibə və çıxışlarda bəyan etdiyi yersiz və quldur gözləntiləri müzakirə stolu arxasında daha böyük həcmdə və daha çox çənə vurmaq gücü ilə ölkəmizin məmurlarının başına endirməsinə bais olacaq. Müzakirənin mənası bu deyil ki, ABŞ bu xalqın kimliyini, İslam Respublikası quruluşunu, bu xalqın imanını və mövqelərini rəsmən tanımağa hazır olsun. Onlar bu əsasa, bu mömin xalqın iştirakına müxalifdirlər. Onlar istəyirlər ki, Pəhləvi hökuməti dövründə icra olunan üsullar - həmin fəsad, istismar və hökmranlıq yenidən yaransın. Bu isə müzakirə ilə həll olunmur. Məgər bu xalq icazə verər ki, ölkənin hər hansı bir məmuru - rəhbərdən tutmuş digər məsul şəxslərinə qədər kimsə İslam mövqelərindən, əsaslı və taleyüklü maraqlardan bir addım geri çəkilsin?!151


İraq səhnəsi xalqlara ibrət və çoxlu həqiqətlərin ifşası oldu!

Qonşu İraqda baş verən və bütün dünyanın diqqətini cəlb edən çox mühüm məsələlər barədə yalnız bir cümlə demək istəyirəm. İraq səhnəsi xalqlar üçün çoxlu həqiqətləri ifşa edən ibrət oldu. Dünyada demokratiya bayrağını əlində tutmuş şəxslər açıq şəkildə elan edirlər ki, İraq xalqı yalnız bizim istədiyimiz hökuməti iş başına gətirə bilər. Bu, demokratiyadır?! Bu, xalq hakimiyyətidir?! Açıq şəkildə deyirlər ki, əgər bütün İraq xalqı bir İslam hakimiyyətinin iş başına gəlməsini istəsə də, biz qəbul etməyəcəyik. Cənabların demokratiyasının mənası bəlli oldu. Amerikalıların demokratiyası hər yerdə - ABŞ-ın özündə də belədir. Bir neçə il öncə ABŞ-ın iki hakim partiyasından olmayan bir amerikalı şəxsiyyət prezident seçkilərində iştirak etmək üçün çoxlu pul xərclədi və çoxlu səs-küy saldı, yarıya qədər də getdi, lakin onu elə yerə vurdular ki, daha kimsə ABŞ-ın məşhur iki partiyasından xaric bir adamın iş başına gəlməsi fikrinə düşməsin. Odur ki, orada da belədir. Onların demokratiyası budur.

Terrorla mübarizə bayrağını qaldırıb hələ də xəcalət çəkmədən öz iddialarını təkrarlayırlar. Amma əlləri xalqımızın, İraq kürdlərinin və şiələrinin qanına bulaşmış münafiqlərlə əməkdaşlıq edirlər. İraqın 1990-cı il qiyamında Səddam İraqın cənubunda və bu ölkənin bir çox bölgələrində şiələri qətliam etdi. Münafiqlər də səddamçıların kənarında şiələrlə vuruşurdular. Terror onların işidir; özləri də etiraf və bununla fəxr edirlər. Dünya da onları terrorçu tanımışdır, amma ABŞ onları qanadı altına aldı. Bəlli oldu ki, terrorizm yalnız ABŞ-ın nökəri olmayanlar üçün pisdir, amma terrorçu ABŞ-ın nökəri olsa, çox yaxşıdır və heç bir eybi də yoxdur. Bu, terrorizmlə mübarizənin və demokratiyanın nə olduğunu göstərən bir sınaqdır.152
İraqda ingilis loyallığı

İngilislər özlərini dünyada loyal və güzəştə gedən kimi tanıtdırmışlar. Bizim bəzi elmi və mədəni şəxsiyyətlərimiz də fəxr edirlər ki, onlar kimi loyal olsunlar. Biz İraqda ingilis loyallığını gördük: tüfənglə xalqın evinə daxil olmaq, təhlükəsiz həyatı bir-birinə vurmaq, kiçik uşaqları vahiməyə salmaq, istər Bağdadda, istər Mosulda, istər digər şəhərlərdə xalqın yürüşlərini odlu silahlarla cavablandırmaq; bu onların demokratiyası, güzəştə getməsi, humanizmi və insan hüquqlarıdır. Bunlar ibrət səhnəsidir. Bunları anlamaq lazımdır. Əlbəttə, səhv edirlər, bunlar da Səddam kimi devriləcəklər. Səddam İraq xalqının qəlbini ala bilsəydi, ABŞ-ın hərbi gücü onu devirə bilməzdi. Səddam İraq xalqının qəlbində deyildi və onların səsini eşitmirdi. Bunlar da İraq xalqının fəryadlarını eşitmirlər, onların yürüşlərini və toplantılarını görmürlər. Göstərirlər ki, bəli, biz xalqın fəryad çəkməsi üçün azadlıq yaratmışıq. Onlar fəryad edirlər, siz də eşitmirsiniz, nə vaxt lazım olsa, avtomatları işə salırsınız. Qəribə humanizmdir! Bunlar da xalqın səsini eşitmədiyindən onları da eyni aqibət gözləyir. Sözsüz ki, onun kimi uzun müddət yox, çox tez; çünki bunlar işğalçıdırlar.153


İslam ümməti oyanış mehini hiss etmiş və İslam təlimlərinə qayıdış ətrini duymuşdur!

Uğursuzluqları onun-bunun ayağına yazmaq olmaz. ABŞ və İngiltərə rejimlərinin başbilənləri tez-tez mikrofon arxasına keçib deməsinlər ki, İran təhrik edir. Xeyr, İran heç kəsi təhrik etmir. Öz küçəsində və evində əcnəbi tankını və çəkməsini görən iraqlı gənci təhrik etməyə ehtiyacı yoxdur. Dünyanın harasında qeyrətli gənclər, kişilər və bir cəmiyyətin şücaətli qadınları işğalçılara dözmüşlər ki, bunlar da dözsünlər?! Heç bir yerdə dözməyiblər, bunlar da dözməyəcəklər. Odur ki, təhrikedici lazım deyil, əsas amil İslam oyanışıdır; bunu da özləri yaxşı anlayıblar. Bu yalnız İraqa da məxsus deyil, bu gün İslam dünyasının hər bir yerində amerikalılar, ingilislər və onlar kimilər olsalar, özlərini xalqla üzləşdirsələr, İslam hərəkatının və oyanışının möhtəşəm dalğasını duyacaqlar. İslam ümməti oyanış mehini hiss etmiş və İslam maarifinə qayıdış ətrini duymuşdur. Bunların hamısı siz xalqın böyük hərəkatından və bu okeanı təlatümə gətirib ürəkləri oyadan böyük və səmavi insandan - yəni böyük mərhum imamdan qaynaqlanır. Onlar da anlamışlar. Onların sizinlə, imamla, İslam inqilabı və İslam quruluşu ilə düşmənliyi ondan ötrüdür ki, burada bir bulağın çağladığını və bütün İslam dünyasına sarı axdığını bilirlər. Dedilər ki, inqilabı ixrac etməyin. Biz dedik məgər inqilab əmtəədir ki, insan onu ixrac etsin. İnqilab gözəl çiçək ətri kimidir; özü ixrac olur. İnqilab bahar mehi kimidir; tutqun və üfunətli havanı dəyişdirib gözəlləşdirir. İnqilabı kimsə ixrac etməməlidir, özü ixrac olmalıdır!

Mənim əzizlərim! Mənim qardaş və bacılarım! Mənim övladlarım! Bu gün İslam dünyasının gözü sizə baxır. Əgər siz düzgün, nizam-intizamlı və məsuliyyətli yaşasanız, çalışdığınız yerdə - istər dövlət məsuliyyətində, istər birbaş işdə yaxşı işləyib çalışsanız, həm öz ölkənizin izzətini, iftixarını, səadətini, rifahını, elm və sivilizasiyasını zirvəyə çatdıra biləcəksəniz, həm də bütün İslam xalqlarını bu fəxrli yolu getməyə həvəsləndirəcəksiniz; onlar da zəncirləri qırıb rifah, mənəviyyat, maddiyyat və insani həyat yoluna qədəm qoysunlar və inşallah o yolda irəliləsinlər.154
Hegemonizm Orta Şərqi udmaq fikrindədir!

Orta Şərq sərvətli regiondur. Onu udmaq tamahı bunları sakit buraxmır. Məqsədləri bu regionu udmaqdır. Sözsüz ki, bacarmayacaqlar. Bu tikə iridir və onları boğacaq. Bu siyasətlər və bu bəd niyyətlər ölkəmizə də yönəlib. Lakin, İslam İranından qorxurlar. Məndən və mənim kimilərdən deyil, sizdən, xalqdan qorxurlar, imanınızdan qorxurlar, sizin səhnədə fəallığınızdan qorxurlar, seçkilərinizdən qorxurlar. Buna görə yaxınlaşmırlar, lakin tamahları çəkir.155


Bir quruluşun tənəzzülü öz siyasi haqlılığını əldən verdiyi zaman başlayır!

Görün İraqa nə edirlər! Görün məzlum Fələstin xalqına nə edirlər! Bu gün terrorizmlə mübarizə bayrağı ABŞ-ın əlindədir. Bu bayrağı tutub, dayanmadan o tərəf-bu tərəfə çapır, özünü sağa-sola vurur. Deyir ki, biz terrorizmlə mübarizə aparmaq istəyirik. Sonra sionist cinayətkarlarının fələstinli şəxsiyyətlərə qarşı həyata keçirdiyi açıq və qabaqcadan elan olunmuş terroru dəstəkləyirlər; utanmır, xəcalət də çəkmirlər. Bunun özü göstərir ki, bunlar məhvə doğru gedirlər, ancaq anlamırlar. Siyasi bir quruluş və rejim üçün həqiqi zəiflik və qüdrətin tənəzzülü o zaman başlayır ki, bu rejim və quruluş öz işi və siyasi düzgünlüyü üçün siyasi və qaneedici dəlilini əldən verir. Bir rejimin siyasi düzgünlüyü və işləri üçün dəlili əlindən çıxdıqda, o zaman öz mənəvi qüvvəsini əldən verir və onun süqutu başlanır; zahirdə bir şey anlaşılmasa və onun özü bilməsə də. Bunlar o qədər qüdrət və şəhvətdə məst olublar ki, dəlilin zəifliyinin və onların dünyada siyasi düzgünlüyünü itirmələrinin onlara nə etdiyini anlamırlar.156


Bütün xalq İslam ümməti səviyyəsində vəhdəti qorusun!

...Mənim son tövsiyəm budur ki, çalışın xalqın ümumi vəhdəti qoruyun. Əgər İslam bəzi təbəqələr üzərində dayanırsa və onlar üçün – məsələn, müəllimlər, din alimləri, fəhlələr və əkinçilər üçün xüsusi hörmət tanıyırsa, bu, İslamın təbəqəçilik etməsi demək deyil. Xeyr, İslam təbəqəçiliyə qarşı çıxır. Möminlər bütün böyük İslam ailəsində bir-biri ilə qardaşdırlar, onların münasibətləri qardaşlıq münasibətidir. Bütün insanlar öz cəmiyyətimizin böyük miqyasında və ondan sonra böyük İslam ümməti miqyasında bu əlaqəni qorumalıdırlar.

Mən Allahın lütfü ilə gələcəyi işıqlı görürəm, çoxlu ümidlər müşahidə edirəm, düşməni nigaran və hətta məyus hiss edirəm. Görürəm ki, bizim bütün dünyada olan ayıq dostlarımız məsələləri yaxşı dərk edirlər, öz cəmiyyətimiz daxilində məlumatlı və ayıq insanlar İslam Respublikası quruluşunun gələcəyinə qarşı çox nikbin, şad və ümidlidirlər. Şərti budur ki, biz öz iman və təqvamızı qoruyaq və ilahi lütfə inanaq. Bu, bütün peyğəmbərlərin, övliyaların və saleh bəndələrin tövsiyəsidir.157
Özünüzə güvəni və birliyinizi qoruyun, düşməndən qorxmayın!

Özünə güvəndiyinə görə xalqımız hətta düşmənlərin gözündə də ucadır. Özünüzə güvəni qoruyun, düşməndən qorxmayın, ABŞ-ın dəlisov hay-küyündən qorxmayın, öz birliyinizi qoruyun. Mən xüsusən vəhdət üzərində təkid göstərmək istəyirəm. Hökumətinizin arxasında durun. Əgər kimsə düşmənlərin təbliğatını izləmiş olsa, görəcək ki, bu gün onların ən çox dayandığı iki nöqtə var: ixtilaf və iqtisadi məsələlər. Daim deyirlər ki, ixtilaf var; əgər kimsə qulaq assa, bir ixtilaf görməsə də desin yəqin bir şey var ki, bunlar deyirlər. O tərəfdən də daim təlqin edirlər ki, İranın maliyyə vəziyyəti geri qalıb, filandır və filandır. Halbuki bu, həqiqətin əksinədir. Düzdür, indi bizim problemlərimiz var və onların həllinə sarı inkişaf halındayıq. Məgər səkkiz il müharibə zarafatdır?!

Mən bir neçə il bundan öncə bir televiziya çıxışında dedim ki, müharibədən sonra (1940-cı illərdə) mən çox kiçik idim, amma ümumi şəkildə xatırlayıram. O vaxt İranda müharibə olmasa da, dünyada baş verən müharibənin İrana aidiyyəti olmasa da, onun küləyi İrana toxunmuşdu və uzun müddət buğda çörəyi tapılmırdı. Biz öz evimizdə arpa çörəyi yeyirdik. Camaat yeməyə buğda çörəyi tapmırdı və çox pis vəziyyətdə yaşayırdı; çay içmək üçün qənd və şəkər tapmırdılar.

Bu gün Allaha şükür olsun ki, biz səkkiz il müharibəyə dözdük, amma elə problemlərimiz olmadı. Bu ona görədir ki, xalq hökumətin arxasında dayanır; ona görədir ki, xalq ayıqdır, ölkə məmurları xeyirxahdırlar və xalqı sevirlər. Bu yolla gedin, Allahın lütfü ilə və bu cəmiyyətin ixlaslı insanlarının qüvvəsinə arxalanmaqla problemlər aradan qaldırılacaq və düşmənlərin gözü kor olacaq.158


Ölkə və xalqımızın inkişafı digər xalqlara güclü təsir buraxır!

Biz öz vəziyyətimiz barədə əcnəbi radioların mühakiməsini dinləmirik. Bəllidir ki, əcnəbi radioları pul alıb başdan-ayağa söyüş dolu məqalə tənzim edən bir qrup muzdur adam təmin edir. Bir nəfər o birinə söyüş verirsə, məgər bu söyüşü verməkdə həqiqəti gözləyər?! "Sənin atan filandır" deyən şəxs məgər gedib onun atasını görmüşdür?! O, söyüş vermək istəyir; İslam Respublikası əleyhinə söyüş verirlər və bunun dəyəri yoxdur. Biz mühakiməni reallıqlara əsasən yürüdürük. Bu gün dünyanın reallığı budur. Bu müstəqil İslam ölkəsi və bu şücaətli xalq nə qədər irəliyə getsə, elmi, işi, təcrübəsi, universiteti, məktəbi, zavodu və laboratoriyası nə qədər yaxşı olsa, bu psixoloji amilin xalqlara təsiri bir o qədər çox olacaq. İqtisadi blokada yaradanlar İslam Respublikasının sənaye, texnologiya və elm inkişafı ilə xalqlara təsir göstərə bilməməsini istəyirlər. Allaha şükür olsun ki, bacarmırlar və biz də günbəgün inkişaf edirik.

Allaha şükür edirik ki, bu gün İslam Respublikası hökuməti, xidmətçi hökumətin məmurları, bizim əziz və fəal prezidentimiz bütün vücudları ilə çalışırlar, xalq da həqiqətən kömək edir. Xalqın dəstəyi çox dəyərlidir. Hər şey məmur və xalq arasındakı bu bağlılıqdan asılıdır. Bu səylər yaxşı bəhrə verəcək. Sizin işiniz, elminiz, mədəniyyətiniz, sinfiniz, laboratoriyanız, universitetiniz, sexiniz və zavodunuz bu ölkənin inkişafına günbəgün təsir göstərib xalqları ümidvar, düşməni xar, dünya müstəbidlərini və simvolu ABŞ hökuməti olan beynəlxalq diktatorları mənfur məqsədlərindən uzaqlaşdıra bilər. Bu, işin sözügedən istiqamətidir. Bu gün İslam Respublikasında işin istiqaməti bu olmalıdır.

Allaha şükür edirik ki, onun lütfü və həzrət İmam Mehdinin (ə) diqqəti altında düşmənlərin istəyinə rəğmən, ölkənin vəziyyəti inkişafa döğru gedir. Bu gün ölkə inqilabdan öncəki ölkə ilə müqayisəediləsi deyil. Ölkənin vəziyyəti günbəgün həm insani məsələlər baxımından, həm təlim-tərbiyə baxımından, həm də yenidənqurma, inkişaf və ölkə quruculuğu baxımından irəliləyir.159


Xalqımız bütün ölkələrə saçan bir günəş olacaq!

İnşallah bu yolu sona çatdırmaq üçün hamı çalışıb əl-ələ verməlidir. Siz əziz xalqımız bütün ölkələrə saçan, xalqlara ruh və həvəs bəxş edən bir günəş olacaqsınız. Siz yenilik yaradacaq və xalqların ayağa qalxıb həyatları üçün qərar vermələrinə bais olacaqsınız. Allah-Taala da sizə kömək olacaq və uğur bəxş edəcək; inşallah.160




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə