Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dördüncü fəsil: İşçi vicdanı və ümumi mədəniyyət



Yüklə 0,66 Mb.
səhifə4/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
1   2   3   4   5   6   7   8   9   10

Dördüncü fəsil: İşçi vicdanı və ümumi mədəniyyət


Proqram hazırlayanlar xalq arasında işçi vicdanı və ictimai nizam-intizam hissini təbliğ etsinlər!

Mədəni sahələrdə çalışanlar bu məsələləri düzgün təbliğ və izah etsinlər. Proqram hazırlayan şəxslər xalq arasında işçi vicdanı və ictimai nizam-intizam hissini gücləndirmək üçün proqram hazırlasınlar. İş və fəaliyyətlə məşğul olan şəxslər özlərində bu iki hissi yaratsınlar. Hər kəs özü üçün bu işi görsün. Xalqa izah edənlər və xalq arasında təbliğat aparanlar da bu barədə xalqla söhbət etsinlər. Elə edək ki, qurucu iş və əməl – istər mədəni, istər iqtisadi, istər ictimai, istər siyasi iş onu görən şəxs üçün müqəddəs bir əməl sayılsın. Sadə bir fəhlədən tutmuş sadə bir idarə işçisinə, yüksək rütbəli müdirə, ölkədə mühüm və böyük sənaye sahibinə, yüksək rütbəli dövlət məmuruna, bir müəllimə, tələbəyə, təbliğatçıya və ruhaniyə qədər hamı və hamı gördüyü işin ibadət, xeyir və saleh əməl olduğunu bilsin, hamı işini ciddi və yaxşı formada görsün. Əziz Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah işini möhkəm, yaxşı və düzgün görən şəxsə rəhm etsin.58 Başdansovdu iş görməkdən, necə gəldi işləməkdən, işlə məşğul olmamaqdan və bir işin yaxşı görülməsinə etinasızlıqdan ciddi çəkinmək lazımdır. Bu, işçi vicdanına aiddir. İctimai qayda-qanun barədə də belədir. Hamı qanunun tərif, ilahi qaydaların və çərçivələrin müəyyən etdiyi düzgün ictimai həddə diqqətlə riayət etsin ki, həyat düzgün və sağlam olsun. Bu il bu iki şüarı qoruyun. Natiqlər onun barəsində danışsınlar, yazıçılar yazsınlar, məmurlar ona dair proqram hazırlasınlar və cəmiyyətin fərdləri özlərini bu meyarla ölçüb inkişaflarına nəzər salsınlar. Bu, birinci tövsiyə.59


İşçi vicdanı xalqın ümumi mədəniyyəti olmalıdır!

Mənim əzizlərim! İş və təlim lazımlı məsələlərdir. Əziz müəllimlər! Gəncləri yetişdirin, yeniyetmələri iş, müstəqillik və elmsevərlik ruhiyyəsi ilə yetişdirin, diplomsevərlik hissi ilə yox. Diplom fərdin bu məlumata malik olmasını göstərmək üçün olsa, yaxşıdır. Lakin təsir mənşəyi ola bilməz, mühüm olan elmdir. Cəmiyyətə elm və iş lazımdır. Bütün xalq və məmurlar bilsinlər: mənim "işçi vicdanı" deməyim bir kompliment deyil, bunun üçün proqram hazırlamalıdırlar, işçi vicdanı xalqın ümumi mədəniyyətinə çevrilməlidir. Əgər kimsə bir iş görürsə, hətta yalqız halda və kimsəsiz bir otaqda olsa da, başının üstündə bir nəfərin dayandığını düşünməlidir; iş kamil, möhkəm, yaradıcı və ehtiyacla yanaşı görülməlidir.60

Sizə tövsiyəm budur ki, hər iki sahədə işin keyfiyyətini günbəgün yaxşılaşdırasınız. Biz iki-üç il bundan öncə işçi vicdanı haqqında danışdıq; bu söz dillərdə təkrar olunur. Bu çox əhəmiyyətli bir məqamdır. Mən bilmirəm bu cümləni deyən şəxslər bu məzmunun əhəmiyyətinə və onun təsirinə nə qədər diqqət yetirirlər. İşçi vicdanı siyasi vicdan və elmi vicdan tipindən olan bir sözdür. Bu sözün mənası odur ki, işlə məşğul olan şəxs işinə qarşı vicdan hissi keçirsin, özünü bu işin qarşısında məsuliyyətli bilsin. Bu, işi sifariş edənin qarşısındakı məsuliyyətdən başqa bir şeydir. Şəriət cəhətindən, insani və öhdəlik cəhətindən əlavə, insan özünü bu işin özü qarşısında məsuliyyətli bilsin, işi düzgün, kamil, güclü və ən yaxşı şəkildə yerinə yetirməyə çalışsın; istər onun başı üstünə bir kəs olsun, yaxud olmasın. İşçi vicdanının mənası budur.

İslamda işləmək ibadət və dəyər sayılmışdır. Bunun nəticəsi odur ki, kim bir işi qəbul edib öhdəsinə götürsə, onu ən yaxşı şəkildə yerinə yetirsin. Bu söz dərs sinfinə, istehsal xəttinə, tarlanın içinə, tikiş maşınına və evin daxili işinə də aiddir. Bu hesabla müəllimlik, tərbiyə və təhsil də bir işdir; özü də çox dəyərli bir iş. Əgər işi görənin işçi vicdanı olsa, o iş ən yaxşı şəkildə görüləcək. Bu, ölkə problemlərinin açarı olan məsələdir. Əgər siz hansısa məhsulu alıb evə gətirdikdə qısa müddətdən sonra onun xarab olduğunu və üzərində görülən işin düzgün olmadığını müşahidə edirsinizsə (yəni gördüyü işə etimadsızlıq), işçi vicdanı olan surətdə bu daha baş verməyəcək. İnsan öz övladını məktəbə göndərir, amma onun məktəbdə nəyə və hansı amilə çevriləcəyini bilmirsə, bu daha olmayacaq.61


Təlim və tərbiyə sahəsində işçi vicdanının lazım olması

İşçi vicdanının lazım olduğu yerlərdən biri də təlim və tərbiyə sahəsidir... Mənim əzizlərim! Bir xalq komplimentlə öz ağalığını qoruya, qəddar və qaniçən düşmənlərlə komplimentlə üz-üzə gələ bilməz. Əməl, fəaliyyət və proqram lazımdır. Biz dedik "işçi vicdanı", "ictimai qayda-qanun", yaxud "iqtisadi qayda-qanun". Ölkə məmurları, hökumət, Ali Məhkəmə və parlament bu işlərin görülməsi üçün proqram hazırlamalıdır, əks təqdirdə, "filankəs necə yaxşı söz danışdı" - deyə tərifləməklə iş bitmir. Xalq da kömək etməlidir. Hər bir nəfər işin həqiqi görənidir.

Mənim əzizlərim! Bu ev sizin eviniz, bu məmləkət sizin məmləkətinizdir; böyük, bərəkətli və sərvətli məmləkətiniz. Bu torpaqda çoxlu sərvət gizlənmişdir, hamısı da sizə və bu ölkənin gələcək nəsillərinə məxsusdur. Bu ölkədə çoxlu mənəvi sərvət vardır və hamısı sizə məxsusdur. İslamın sayəsində, qədim İslam mədəniyyətinin və bu xalqın keçmişinin sayəsində bu ölkədə bu qədər elm, istedad, ayıqlıq və yaxşı xarakterlər var və hamısı sizə məxsusdur. Siz nə zaman bundan istifadə edə bilərsiniz? Xalqın işə hazır olduğu zaman; kəmərini bağladığı, heç kəsin öz işində səhlənkarlığa yol vermədiyi və işsizliyi özü üçün fürsət saymadığı zaman. Elə adamlar var ki, işdən yorulduqları zaman da çox həvəslə işləyirlər. Kimsə bunlardan soruşmur ki, siz nə üçün işləmədiniz; ilahi qınaq və xalqın ehtiyacı bunları işə vadar edir. Bu hiss ümumi olmalıdır. Bu, sözügedən işçi vicdanıdır.62
İşin yaxşı görülməsinə fikir verin!

Hamı işçi vicdanı ilə işlədikdə və işi görərkən onun sahibi olmasa da, Allah-Taalanın hazır olub gördüyünü, əməlləri yazan mələklərin hazır olduğunu və Allahın yaxın mələklərinin baxdığını anladıqda işin yaxşılaşması üçün göstərilən hər bir diqqət yazan mələklər tərəfindən təqdir və onun əməl qovluğunda qeyd olunur. Bu işlər bizim bəşəri hesablarımızda sayılmır, çox zaman onları görmürük, unuduruq, onlara diqqət yetirmirik, Allahın hesabında isə belə deyil.

Əgər siz sinifdəki son bir dəqiqəni də dərs deyib tələf olmağa qoymadınızsa, yaxud pis öyrənən uşağa doğrudan da vaxt ayırıb çalışdınızsa, yaxud zavodda, tarlada, evdə və ya başqa bir yerdə işinizdə diqqətli oldunuzsa, iynəni diqqətlə parçaya batırdınızsa, sizin bu diqqətiniz və bu ciddiliyiniz əməl dosyenizdə qeyd olunacaq. İlahi qovluqlarda bu qeydin faydası təkcə qiyamətə aid deyil, bu dünyada da təsirlidir. Yəni dünya işində diqqətlə və möhkəm işləmək başıuca və abad olan, güclü, möhkəm, düşmən qarşısında təslim olmayan, Allahın bütün xalqından və cəmiyyətin düşmənlərindən ehtiyacsız insanlara malik bir cəmiyyət yaradacaq, bu cəmiyyət üçün və bu ölkə üçün dünyada yaxşı bir ad vücuda gətirəcək. Bunlar ölüm sərhədinin bu tərəfinə aiddir. Sərhədin o tərəfi də bərzəx, qiyamət və ilahi savabdır. Bu bizim sizə tövsiyəmizdir. Mən həm ölkənin fəhlə toplumuna, həm təlim-tərbiyə ilə məşğul olan toplumuna səmimi-qəlbdən təşəkkür etməklə yanaşı, bunu da istəyirəm. İnşallah öz işinizi günbəgün yaxşılaşdırasınız.63
İşi yaxşı görməmək istehlakçı üçün minlərlə problem yaradır!

Bu ümumi prosesdə hamı yerinə yetirdiyi və ona həvalə olunan işi yaxşı, düzgün və dəqiq yerinə yetirməlidir: "Allah bir iş görərkən onu möhkəm şəkildə yerinə yetirən insana rəhm eləsin!"64 Hədis deyir ki, hər hansı bir işi - istər əl işlərini, istər düşüncə işlərini möhkəm və yaxşı şəkildə yerinə yetirən şəxsə Allah rəhm etsin. Məsələn, "İran Xodro" şirkətinin bir fəhləsi hansısa boltu yarım dövr artıq fırlatmağı lazım bilməyib. Bu onun üçün çox kiçik işdir, amma etməyib. Təsiri budur ki, maşın bir neçə kilometr gedən sonra birdən laxladığını görürlər. Çünki o, işini möhkəm şəkildə yerinə yetirməmişdir. Maşının sahibi olan bu yazıq minlərlə başağrısına düşür, çünki hansısa fəhlə yalnız bir saniyə bir iş görməli idi, amma görməyib. İşi möhkəm görmək budur.65


Ölkənin inkişafı üçün fəhlələrin işi əsl ibadətdir!

Mən fəhlələrə tövsiyə edirəm ki, hər hansı bir sahədə və hər hansı bir yerdə - böyük zavodlarlda, kiçik zavodlarda, əl işlərində, nəhəng maşınlarda, əkinçilik və kənd təsərrüfatında çalışırlarsa, bu günləri iş günləri bilsinlər, bu dövrü ciddi iş dövrü saysınlar və işi də ibadət bilsinlər. Ölkənin inkişafı üçün sizin gördüyünüz bu iş əsl ibadətdir. Məmurlara da tövsiyə edirəm ki, fəhlə təbəqəsini, məhrum və kasıb təbəqələri və bu mömin camaatı qorusunlar, qanunlarda, idarə işlərində və dövlət orqanlarına müraciət etdiklərində onlara diqqət ayırsınlar.66


Fəhlələr işi özlərinin insani, dini və vicdani vəzifəsi bilsinlər!

Ölkə zavodlarının hamısı işləsin və ölkənin fəhlələri işi özlərinin insani, dini və vicdani vəzifələri bilsinlər. Fəhlə də yalnız zavodda olan şəxs deyil, bu məmləkətdə kim faydalı bir iş görürsə, bir fəhlədir. Bir yazıçı, bir sənətkar, bir müəllim, bir yaradıcı və bir tədqiqatçı da fəhlə və işçidir.

Fəhləlik fəxrdir. Kiminsə fəhlə olması fəxrdir; o ki qala bu zavodları işlədən güclü və qüdrətli qollara. Əgər o qollar olmasa, o zavodlar işləməz və belə bir vəziyyətə düçar olan xalqın günü qara olar.67
Xalqımızın istedadı parlaqdır!

Bu sahənin məsul şəxslərinə də deyirəm ki, cari və gündəlik problemlərə qərq olmasınlar, bu problemlərin fonunda bu sahənin keyfiyyətini yüksəltmək barədə düşünsünlər. Bizim xalqımızın istedadı parlaqdır. Biz bir neçə ildir yerli istedad üzərində təkid göstəririk. Bəzi adamlar elə bilirdilər ki, xalqımıza və ölkəmizə sevgi üzündən bir söz demək istəyirik. Halbuki bizim dediyimiz statistik məlumatlara əsaslanır. Xoşbəxtlikdən, son bir neçə ildə güclü sənəd və xəbərlər yayılıb xalqın ixtiyarına verildi və nümunələrini siz də gördünüz. Olimpiada adlı bu beynəlxalq yarışmalarda görürsünüz ki, gənclərimiz işə təzə başlasalar da, əksər ölkələrdən yaxşı parlayırlar. Beynəlxalq musabiqələrdə, elmi yarışmalarda, bəzi böyük və mürəkkəb sənaye işlərində, dəqiq və xırda sənayedə və sair sahələrdə ölkəmizin nümayəndələri digərlərinə üstün gələ bildilər. Bu, sözügedən dəyərli istedaddır.68





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə