Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Üçüncü fəsil: Quruluşda və cəmiyyətdə işin və fəhlənin mövqeyi



Yüklə 0,66 Mb.
səhifə3/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
1   2   3   4   5   6   7   8   9   10

Üçüncü fəsil: Quruluşda və cəmiyyətdə işin və fəhlənin mövqeyi


Cəmiyyətdə fəhlələrin uca mənəvi və insani mövqeyi

Fəhlə üzərinə ağır məsuliyyət düşdüyünü mənəvi cəhətdən hiss etməlidir. Məmurlar və xalq onun məqamını və rolunun əhəmiyyətini dərk etməli və bilməlidirlər ki, fəhlənin uca mənəvi və insani məqamı vardır. İslamın dəyər sistemində pullu olmaq, ümumiyyətlə, dəyər sayılmır. Hətta çoxlu nəfsi xüsusiyyətlər də dəyərlərdən hesab olunmur. Lakin fəhlə olmaq, hətta özü üçün işləsə də, bir dəyərdir; görülən iş cəmiyyətin məişətinin inkişafına təsirli olduqda isə onun dəyəri daha artıq olur. Məhz buna görə əziz Peyğəmbər (s) fəhlənin əlini öpdü. Fəhlənin əlini öpmək onun üçün maddi imtiyaz hesab olunmur. Bu bir mənəvi imtiyazdır, çünki cəmiyyətdə fəhlənin məqamını ucaldır.

Siz fəhlələr bilməlisiniz ki, əziz xalqımızın şərəfli həyatının davamı, İslam Respublikası quruluşunun dünya quldurları və qlobal hegemonizm qarşısında dəyərli mövqelərinin və şüarlarının qorunması və davam etdirilməsi sizin iş və faəliyyətinizdən asılıdır. Bu işi ixlasla, qayğıkeşliklə və yaxşı şəkildə yerinə yetirməlisiniz. Əlbəttə, dövlət məmurları sizin üçün xammalı təmin etməyə çalışmalıdırlar ki, zavod və fabriklər var-gücləri ilə işləsinlər; yeni istehsal mərkəzləri yaransın və işçi qüvvələr bu mərkəzlərə cəlb olunsunlar.39
Maddi həyat, ölkənin istehsalı və xalqın məişətinin təmini fəhlələrin əlindədir!

Bildiyiniz kimi, fəhlə təbəqəsi öz-özlüyündə cəmiyyətin dəyərli təbəqələrindəndir. Ölkənin maddi həyatı, istehsalı və xalqın məişətinin təmini fəhlə təbəqəsinin əlindədir. Buna əsasən, bu təbəqənin əhəmiyyətini öz-özlüyündə aşkar görürsünüz və fəhlənin əhəmiyyətindən ötrü bizim dəlil göstərib əsaslandırmamız lazım deyil.

Bu təbəqənin əhəmiyyəti aydındır. Əlbəttə, inqilabdan sonrakı vəziyyətdə, həmçinin ölkəmizin indiki durumunda bu təbəqə daha böyük əhəmiyyət kəsb etmişdir. Çünki son on beş il ərzində ölkəmizdə baş verən hadisələrdə və xalqın o hadisələrdə iştirakının lazım olmasında, məsələn, məcburi müharibədə bu təbəqə cəmiyyətin fəallarından oldu. Siz görün müharibədə nə qədər fəhlə iştirak etdi. Bu, ölkəmizdə fəhlə təbəqəsinin vəziyyətini göstərən bir nümunədir.

Bir zaman fəhlə işini görür və qalan vaxtını ailə-uşağına sərf edir. Amma bir zaman işdən əlavə ölkədə böyük bir hadisə baş verdikdə və o hadisə xalqın iştirakını tələb etdikdə möhkəm iradə ilə meydana atılır. Bizim fəhlələrimiz belə bir rol ifa etdilər və əhəmiyyətləri daha da çoxaldı. Əlbəttə, dünyanın digər ölkələrində də belə halların baş verməsi mümkündür, bizim tam məlumatımız yoxdur, amma ölkəmizdə bu təbəqənin vəziyyəti dediyim kimidir. Buna əsasən, çox əhəmiyyətlidirlər.40


Proqram hazırlayanlar fəhlə təbəqəsini nəzərə alsınlar!

Bunu da qeyd etmək lazımdır ki, bu təbəqənin imkanları da azdır və bu onlar üçün başqa bir imtiyazdır. Deməli, fəhlə əziz, hörmətli, cəmiyyətin çox ehtiyac duyduğu və həqiqi dəyərlər əsasında hörmət etdiyi təbəqədir; bu öz yerində şübhə doğurmur. Proqram hazırlayanlar və ölkənin gələcəyi üzərində işləyən digər şəxslər bizim cəmiyyətimizin bu təbəqəsinin bu qədər doğma, səmimi, mömin və ölkənin taleyini sevən olduğunu nəzərə alıb bu mühüm məsələni öz proqramlarına salsınlar.41


Fəhlə əməlin timsalıdır!

Müəllim elmin, fəhlə isə əməlin timsalıdır. Buna görə Müəllim və Fəhlə günü elm və əməl günüdür. Cəmiyyətin varlığı da elm və əmələ bağlıdır. Əgər biz öz aramızda bu iki əsası – yəni elm və əməli, təlim və tərbiyəni, iş və yaradıcılığı inkişaf etdirib bu iki sahədə nəzərəçarpacaq inkişaf yarada bilsək - Allaha şükür olsun ki, bu gün bu böyük həddə yaranmışdır - ölkənin məqsədlərə sarı hərəkəti sürətlənəcək, problemlər aradan qalxacaq və bizim böyük inqilabımızın təsvir etdiyi vəziyyət yaxınlaşacaq. Odur ki, bu iki əsas mühüm məsələlərdir. Bu iki əsasın nümayəndələri - yəni bir tərəfdən ölkənin müəllim təbəqəsi, təlim və tərbiyə işçiləri, digər tərəfdən də fəhlə təbəqəsi, işə, yaradıcılığa, istehsala, sənayeyə, əkinçiliyə və bu kimi sahələrə aid olanlar ölkə üçün çox əhəmiyyətlidirlər.42


Fəhlələr hər bir cəmiyyətin ən şərafətli təbəqələrindən biridir!

Müəllim və fəhlələr barədə deməliyəm ki, bu iki təbəqə hər bir cəmiyyətin, xüsusən də bizim cəmiyyətimizin ən şərafətli təbəqələri, yaxud ən azı ən şərafətli təbəqlərindən biridirlər. Müəllim də əslində bir fəhlədir. Ən dəyərli işlərdən birini - yəni təlim, tərbiyə və kamil insan istehsalı işini müəllimlər görürlər. Fəhlələr də öz növbələrində həm elm adamıdırlar, həm əməl adamı. Çünki fəhlə öz işini bilməsə, bir iş görülməz. Bu iki təbəqə ümumilikdə elm və əməlin - yəni iki üstün dəyərin sahibidir. Bu iki təbəqənin ölkəmizə xidmətlərinin də bənzəri azdır. Mən həm inqilabdan öncəki dövrdə müəllim və fəhlələrin rolunu xatırlayıram, həm inqilabın qələbəsinin ilk illərində. Əgər o zaman bizim mömin fəhlələrimiz olmasaydı, bu ölkədə hər biri ölkə üçün problemlər yaradacaq onlarla təxribat planı həyata keçərdi.43


İşin əsas amili fəhlədir!

Müharibə dövründə də fəhlələr ön cəbhədə, arxa cəbhənin gücləndirilməsində və cəbhəyə əsgərlər yollamaqda ən böyük rollardan birini ifa etdilər. Bir ölkənin ən əsas mərkəzlərində belə təsirli bir təbəqəyə çox hörmət göstərilməlidir. Bu gün də belədir. Bu gün də biz iqtisadi inkişaf istəyiriksə, mütləq işi gücləndirməliyik. Tez-tez kapital qoyuluşundan söhbət düşür. Mən kapital qoyuluşunun rolunu qəbul edirəm. Kapital qoymadan bir iş görülməz. Lakin kapital qoyuluşu işin bir tərəfidir, əsas tərəfi isə fəhlədir. Ürəkdən, peşəkarlıqla, müntəzəmliklə və çətin şərtləri qəbul etməklə görülməyən iş ölkəni xilas edə bilməz. Belə bir iş olmadan ölkə lazımi yerə çatmaz.44


İşə və fəhləyə xüsusi diqqət neft gəlirindən ehtiyacsız olmağın şərtidir!

Biz bu gün iqtisadi müstəqillik, ölkənin neftdən asılılıqdan qurtulmasını istəyirik. Bu gün ölkə iqtisadiyyatının elə tənzimlənməsini istəyirik ki, neftin bir barelinin qiymətinin bir qədər enməsi ölkəmizə bu qədər təsir göstərə bilməsin. Bu işlər necə mümkün olar? Biz özümüzü neftdən ehtiyacsız etmək istəyiriksə, işə, fəhləyə, iş yerlərinə və fəhlələrin təhsilinə xüsusi diqqətdən başqa bir iş görülməlidir?! Düzdür, Allaha şükür olsun ki, hökumət bu işlərlə məşğuldur. Həqiqətən bizim hökumətdəki qardaşlarımız dəyərli işlər görürlər. Lakin demək istəyirəm ki, ölkənin əsaslı işlərindən biri budur. Həm parlament, həm hökumət, həm müxtəlif məmurlar iş və fəhlə məsələsinə bəzən üzləşdikləri və bir sıxıntı yaranan mövzu kimi baxmasınlar, ölkənin əsaslı və həqiqi bir məsələsi kimi baxsınlar. Bizim fəhlələrimiz sözsüz ki, yaxşıdırlar, mömindirlər, sayıqdırlar, düşmənin təxribatlarından xəbərdardırlar. Bizim bu böyük fəhlə toplumumuz sayıq insanlar olmasaydı, inqilabı, dini, dövləti və quruluşu sevməsəydi, bu gün düşmənlərimiz fəhlə mühitlərində faciə yaradardılar. İndi də çalışırlar, lakin bunlar güclüdürlər. Bizim fəhlələrimiz - bu nəcabətli, mömin və zəhmətkeş təbəqə Allahın lütfü ilə ayıqdır, diqqətlidir və onların təxribatlarına uymur. Göstərilən bu fəaliyyətlər davam etdirilməli və gücləndirilməlidir. İqtisadi inkişaf işi gücləndirmədən və işə baxışı artırmadan imkansızdır. Özünü bu işə sərf edən insan bilməlidir ki, quruluş onun arxasında dayanır.

...Xalq işin və fəhlənin qədrini bilməlidir. Əlbəttə, bunu bilin ki, Allah qədir bilir: "Əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də"45. Allah və Peyğəmbər (s) qədirbiləndir. Əməlləri yazan mələklər qədirbiləndirlər. Bilin ki, Allah yanında və Allahın idarəsində siz əzizlərin əziyyətlərinin bir anı da yaddan çıxmır. İşin son dəqiqələrində yorulduğunuzda, lakin qanuni və dini vəzifələrinizə görə həmin dəqiqələrdə də ciddi şəkildə işlədiyinizdə sahibkar, müdir, zavodun, yaxud məktəbin direktoru bundan xəbər tutmaya bilər, ancaq Allah-Taala o anları da qeyd edir. Bunlar dəyərlidir. Güman etməyin ki, bunlar gələcəyə həvalə etməkdir. Düzdür, gələcək qiyamət olsa, çox mühümdür; qəbrin birinci gecəsi olsa, həmin gələcək də çox mühümdür. Lakin yalnız bu deyil. Ölkəni, quruluşu və gəncləri düzəldən bunlardır; Mütəhhəri yetişdirən bunlardır.46
Peyğəmbərin (s) Əmirəlmömininə nəsihəti

Əziz fəhlələr! Ölkənin sizə ehtiyacı var. Bilin ki, sizdən minlərlə adamın adla tanınmaması mümkündür, lakin hər birinizin bu ölkənin gələcəyinə – uzaq gələcəyinə yox, yaxın 10-20 ilə təsiri böyük olacaq. Odur ki, işləyin. Əziz Peyğəmbər (s) Əmirəlmömininə buyurub ki, iki işdən çəkin: məlalətdən və tənbəllikdən.47 Məlalət odur ki, insanın işləməyə hövsələsi olmasın. Həmçinin əziz Peyğəmbərdən (s) belə nəql olunmuşdur: “Allah işini möhkəm şəkildə yerinə yetirən şəxsə rəhm eləsin!” Bilin ki, İslam əleyhinə, İslam dəyərləri əleyhinə, inqilab əleyhinə, imam əleyhinə, şəxsiyyətlər əleyhinə, Mütəhhərinin özünün əleyhinə təbliğatı hamıya əyan olan - kimsə kor olub mədəni mühiti görsə və bu düşmənçilikləri görməsə, heç - düşmənləri bu gün ümidlərini bağlayıblar ki, müəllim, fəhlə, tələbə, ruhani təbəqələri (bunlar cəmiyyətin həssas və təsirli toplumlarıdır) öz işlərini görə bilməsinlər. Əgər hamı öz işini düzgün, möhkəm, kamil, elm və biliklə yerinə yetirsə, bilin ki, bu ölkə və quruluş bizim tanıdığımız bu əsrlərdə bu ölkədə iş başına gələn ən möhkəm quruluş olacaq və ən böyük təzyiqlər qarşısında tab gətirə biləcək. Bu söz, danışıq, əməl, təbliğat, blokada və təxribatlar güclü iradə ilə dayanıb nə iş gördüyünü bilən, nə iş görmək istədiyini anlayan, sayıq şəkildə və imanla öz işi ilə məşğul olan bir xalqa qarşı bir iş görə bilməyəcək.

Mən ümidvaram ki, Allah-Taala sizin hamınıza uğur bəxş etsin! Əziz məmurların üzərlərinə düşən vəzifələri ən yaxşı şəkildə yerinə yetirmələrinə kömək etsin! Xalqımızın bütün təbəqələri, xüsusən də iki mühüm və həssas təbəqə olan fəhlə və müəllimlər Allah qarşısında və ölkənin gələcək tarixində indiyədək üzüağ olduqları kimi, inşallah həmişə üzüağ qalsınlar!48
Ölkənin maddi inkişafı fəhlənin əlinin bəhrəsidir!

Fəhlələri iki səbəbə görə uca tutmaq lazımdır. Biri buna görə ki, hər bir ölkənin nə qədər maddi inkişafı və sərvəti varsa, fəhlənin əlinin bəhrəsidir. Sərvəti istehsal edən, iqtisadi inkişafı yaradan fəhlədir. Əgər fəhlə olmasa, bütün iqtisadi proyektorların, mühəndislərin və mütəfəkkirlərin işi yerdə qalar. İqtisadiyyat elminin bütün düşüncəsini, məqsədlərini, proqramlarını və inkişafını praktikada həyata keçirən amil fəhlənin əlləridir. Deməli, fəhlənin bütün xalq üzərində böyük haqqı var. Çünki xalqın məişətini əməli şəkildə sahmana salan odur.49


Fəhləyə hörmət işə hörmətdir!

Fəhləni uca tutmağın ikinci səbəbi budur ki, fəhləyə hörmət işə hörmətdir. İş çox mühüm məsələdir. İşsizlik bəşəriyyətə nə qədər ziyan vurur; istər tənbəllikdən və şəxsi iradəsizlikdən irəli gələn işsizlik, istər işə qüdrətin olmamasından irəli gələn. Deməli, iş bir dəyər və həqiqi ibadətdir. Bir ölkənin inkişafı üçün həqiqi amil işdir. Buna əsasən, biz fəhləyə hörmət edirik ki, işə hörmət olsun.

Fəhlələr çox mühüm təbəqədirlər. Bu o demək deyil ki, digər təbəqələr əhəmiyyətsizdir. Hər bir toplumun öz daxilində yaradan, törəyən və təşkil edən elementləri vardır və hamısı öz yerində əhəmiyyətlidir. Lakin bu təbəqəyə diqqət böyük və ziyanlı qafilliyin ölkəni və xalqı məhv etməsinə mane olur. Kim diqqət yetirməlidir? Birinci növbədə işə məsul şəxslər, ikinci növbədə isə bütün xalq fəhlənin qədrini bilməlidir. Bunlar dəyərlidir. Fəhlələr öz ömürlərini Allah-Taalanın əziz saydığı işə sərf edən insanlardır.50
Fəhlələr ölkə inkişafının əsas amilləridir!

Fəhlələr ölkə inkişafının əsas amilləridir. Buna əsasən, mənim fikrimcə, sizin toplumunuz dəyərli və üstün bir toplumdur. Fəhlələrin günü olan 1 May müxtəlif cəhətlərdən həqiqətən dəyərli və üstündür. Bizim sizə və əziz xalqımıza çoxlu sözlərimiz var; qalaq-qalaq sözlər var və siz ən yaxşı dinləyicilərsiniz.51


Əziz Peyğəmbər (s) bəşərin müəllimi, iş və faəliyyətə hörmət bayrağını ucaldan insan idi!

Təlim-tərbiyə, istehsal və işlə bağlı günlərdə əziz Peyğəmbərin (s) adını xatırlamaq və söyləmək lazımdır. Çünki o həzrət bəşərin müəllimi, təlim-tərbiyə, iş və fəaliyyətin uca tutulması bayrağını ucaldan insan idi. O həzrət dünyada ədalət, humanizm, ayrıseçkiliklərin götürülməsi, mənəviyyata, ruhi və mənəvi fəzilətə diqqət fəryadını ucaltdı. Bu gün də həmin səslərin əks-sədası tarixdə və indiki dünyada eşidilir.52


Fəhlənin dəyəri o qədər yüksəkdir ki, Peyğəmbər (s) onun əlini öpmüşdür!

Fəhlə təbəqəsi diqqətli olsun ki, verdiyi şüarlar və danışdığı sözlər onların xalqın gözündəki mənəvi şərafətini və həqiqi ucalığını məhv etməsin. Qeyd etdiyimiz kimi, həm maddi, həm də mənəvi ehtiyaclar var. Lakin insanı ürəkləndirən, qane və şad edən mənəvi hörmətdir. Çoxları öz hörmətlərini və ucalıqlarını qorumağa, heç kimə əl uzatmamağa və heç kəsdən pul almamağa razıdırlar. Şərəfli insan mənəvi ucalığa əhəmiyyətli yanaşır. Fəhlə təbəqəsində olan böyüklüyü - həqiqətən də Allah yanında, ağıla, ictimai və insani hesablara görə böyükdürlər – tanıyaq, onu yüksəyə qaldırıb hamıya göstərək. Fəhlənin dəyəri o qədər çoxdur ki, Peyğəmbər (s) onun əlini öpmüşdür. Mənim kimi kiçik insanlar nə iş görək ki, Peyğəmbərin (s) əl öpməsinin yerini tutsun? Bu mənəvi dəyərləri unutmayaq.53


İnsani cəmiyyətdə mənəvi dəyər və insani ucalıq birinci sözü deyir!

Bir qrup insan cəmiyyətdə elə danışır və hərəkət edir ki, camaat vur-çatlasın və maddiyyat yarışmasının olduğunu zənn etsin; kimin pulu çoxdursa, kim çox pul əldə etdisə və daha çox istifadə etdisə, udmuşdur; kim az istifadə etdisə, geriqalmış və bədbəxtdir! Belə deyil. Bu, müasir heyvanların meşə qanununa aiddir. Bəli, pul və maddiyyat üstündə dava gedən kapitalist quruluşlarında belədir; çünki mənəviyyatları yoxdur. Lakin insani cəmiyyətdə fəzilət, şərəf, hörmət, insani ucalıq və mənəvi dəyər birinci sözü deyir. Əlbəttə, bu bəhanə olmasın ki, maddiyyat və məişət barədə fikirləşməsinlər. Bu barədə fikirləşməlidirlər, yolu da qeyd etdiyimdir: iqtisadi təməlləri möhkəmlətmək.54

Bizim istər bu gün münasibətilə, istər digər münasibətlərlə fəhlənin məqamına etdiyimiz hörmət sırf kompliment deyil, əmək və fəhlə barədə İslam məntiqini bəyan etmək, uyğun İslam mədəniyyətini göstərməkdir. Bir çox yerlərdə cəmiyyətin problemi səhv anlamaq olur. Bir cəmiyyətdə fəhləyə, məsələn, bir istehsal aləti kimi baxıldıqda, onun insani şəxsiyyəti və ucalığı görməzliyə vurulduqda, nə qədər maddi mükafat versələr də, onu qane etməyəcək.55
Fəhlələr cəmiyyətin hərəkətinin ən mühüm hissəsini üzərlərinə götürmüşlər!

Fəhlə cəmiyyətin hərəkətinin ən mühüm hissəsini üzərinə götürən şəxsdir. İş, fəaliyyət, quruculuq və istehsalın əsas hissəsi insani qüvvə üzərində mərkəzləşmişdir. Bu da fəhlənin gördüyü işdir. Cəmiyyətdə fəhlənin dəyəri dərk olunsa, cəmiyyətin hər hansı bir nemətindən bəhrələnən şəxslər özlərini fəhləyə borclu biləcəklər. Bu, fəhlə üçün şərafət, böyüklük və hörmət hissi yaradır. Bir cəmiyyətdə bu, mühüm məsələdir.

Siyasəti təyin edən, proqram hazırlayan və qanun yazan da fəhlə təbəqəsi üçün həmin böyüklüyə və hərəkətə insansa, qanunu elə yazar, icra siyasətini elə tənzimləyər ki, onların haqqına layiqincə riayət olunsun. Əgər həqiqəti görən gözlə baxsaq, ölkənin əsas qurucuları, istehsalçıları və bir cəmiyyətin həqiqi idarəçiləri sayılan fəhlə təbəqəsinin hazır süfrə başında oturub yalnız istifadə edən, cəmiyyətə və onun inkişafına xeyir yetirməyən şəxslərdən yüz qat artıq şərəfli olduğunu görərik.56
Fəhlə təbəqəsi ölkə inkişafının ən mühüm sütunlarından biridir!

Bizim fəhlələrimizin düzgün dəyərləndirilməsinə və hamının ölkə inkişafının ən mühüm sütunlarından birinin fəhlə təbəqəsi olduğunu anlamasına ehtiyacımız var; işini və vəzifəsini bilən mömin fəhlənin; elə bir fəhlənin ki, ona iş tapşırıldıqda ən yaxşı formada yerinə yetirmək istəyir; elə bir fəhlə ki, bir cəmiyyətin ən dəyərli qüvvələrindəndir.57





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə