Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   2   3   4   5   6   7   8   9   ...   49

xırıltılı səslə “ay oğul” deyib çağırmışdı. Gecə yarıydı, saat üç, dördə işləmiş… Yuxuma haram 
qatmağından acıqlanmışdım. 
 
-Duzun var? Bir çimdik istəyirəm.  
Əl boyda qəzet parçasına duz töküb lal-dinməz ona uzatmışdım. Min dəfə razılıq edib qaravul 
daxmasına getmişdi. Sonralar qoca ilə rastlaşanda ehtiramla görüşüb əlini sıxırdım. Get-gedə 
isinişirdik, canımı qoymağa yer tapmayanda bu daxma toxtaqlığımı özümə qaytarırdı; çay 
hortdadıb köhnə əyyamlardan qalan xatirələrinə qulaq verirdim. Bir də görürdün, meyvənin ucuz 
vaxtlarında torba dolusu gilas, şaftalı alıb gecə yarıyacan vaxt öldürürdük. Öyrənmişdim ki, on 
beş ildir qaçqın düşüb. Arvadını iki il əvvəl itirmişdi; qızlarının hərəsini bir rayona köçürüb 
yerbəyer edəndən sonra bu daxmada məskunlaşmışdı. 
… Sonra heç kimin gözləmədiyi bir hadisə oldu: Leyla bizim məhəllədəki doqquzmərtəbəyə 
köçdü. Məni qarabaqara izləyən uğursuz günlərin, nizamsız həftələrin binası elə o günlərdə 
qoyuldu.  
* * * 
Mən qaravulçunun pəncərəsini döyəndə, şam yeməyini ertədən hazırlayan qoca ortalıqdakı boyat 
çörək tikələrini suda isladıb udquna-udquna birtəhər içəri ötürür, pəncərənin kirli şüşəsindən tez-
tez bayıra boylanırdı. Bəs, necə, yetmiş yaşlı kişinin bu iynə üstə oturmağı nigarançılıq kimi 
görünsə də, bənd olmayın, əslində, işini sevən adamın gündəlik vərdişindən savayı nədir ki? 
Gecə saat on ikidən sonra binanın işıq süzülən pəncərələri gözlərini yumanda, şüşənin o 
tərəfindəki adamlar həyətdə yan-yana düzülən maşınlardan nagüman qalmayıb, səhər qəpik-
quruşu kişinin ovcuna basırdılar. Qoca əli sinəsində xeyir-dua verir, müti bir təbəssümlə 
gülümsəyir, yola çıxanların arxasıyca bir qab su atmağa da vaxt tapırdı. Bu su atmaq məsələsi 
binanın sakinlərinə kişinin nurlu üzündən, möminliyindən daha artıq xoş gəlirdi. Belə şeyləri 
çoxdan yadırğayan adamlar, əvvəllər təəccüblənib dodaqlarının altında gülümsəyirdilər, amma 
hiss olunurdu ki, ürəklərinin lap dərinliyində bir nostalji baş qaldırıb onlara gizli hüzn gətirir. 
Dönə-dönə şahidi olmuşdum: özündənrazı yeniyetmə qızlar bu köhnədənqalma kişiyə ağız 
büzüb bahalı xarici maşının şüşəsindən onu istehzalı baxışlarla süzürdülər. Hələ bu azmış kimi, 
öz aralarında pıçıldaşıb altdan-altdan gülməklərini demirəm. Təzə-təzə gözəlləşən bu su 
sonalarının (özü belə deyirdi) uşaqağıllığı qocanın eyninə gəlmirdi. Hərçənd, işləri düz 
gətirməyəndə belə şeylər qəlbinə dəyir, ürəyinə salırdı. Amma çox çəkmirdi ki, xeyirxahlıq 
tökülən baxışlarını onlara zilləyib itaətkarcasına, naəlac bir təbəssümlə gülümsəyirdi. Yəni, səhv 
edərəmmi: nədənsə, İsmayıl kişinin çöhrəsində çiçək kimi açan bu ifadəyə müti təbəssüm 
deməkdən başqa söz tapmıram, neynim! 
Qaravul otağının kirli pəncərəsində görünən qara “Toyota”nı birinci mən gördüm. Qocaya 
deyəndə, ağzındakı tikəni birtəhər udub, tələsik qapıya yaxınlaşdı. Bayıra çıxmaq istəyirdi ki, 
ayağı stola ilişib stəkanı yerə saldı; qapının cırıldamasıyla stəkanın cingildəyib çiliklənməsi bir 
oldu.  
- “Allah xeyir eləsin”, - gödəkcəni əyninə keçirdi. Oktyabrın azğın küləyi çinar ağaclarının 
yaxasını əlinə keçirib gücü çatdıqca silkələyir, cansız budaqları qırıb tökürdü. Kişi nimdaş 
gödəkcəsinin yaxasını qaldırıb, Leylanı qarşılamağa çıxdı.  
“Toyota” keçib gedəndə, qoca gülümsədi, dodağının altında pıçıltıyla salam verdi. Qara şüşənin 
arxasındakı qaşqabaqlı xanım ona fikir vermədi nədir, heç vecinə də almayıb, maşını binanın 
qarşısına sürdü. 
Qoca Leylanın bu sayğısızlığından pərt olmağına oldu, di gəl, özünü sındırmayıb maşının 
arxasıyca boylandı, çiyinlərini çəkib təəccübləndi. “Yəqin, fikirlidir, səhər çıxanda nəyisə evdə 
qoyub gedib. Heç belə eləməzdi”.  
* * * 
30 iyun, 2009-cu il 
Leylanın məhəlləmizə köçdüyü gün! Yaxşı xatirimdədi, hər şey elə bil dünən olub. Həmin gün 
qonşular arasında pıçapıç başlamışdı, o maşından düşən kimi uzun donunun ətəyini yığıb iti, 
əsəbi addımlarla bloka səmt alanda, yuxarı mərtəbələrdən boylanan adamlar deyərdin bir-birinin 
üstünə çıxıblar. Məktəbdən qayıdan oğlan uşaqları üzük qaşı kimi onu dövrəyə alıb yarıaçıq 
döşlərinə heyranlıqla tamaşa edirdilər. Leyla liftin düyməsini tez-tez sıxanda bir-birilə mərc 
gəlməklərinə bax: kim ürəklənib onunla bir liftdə qalxar, qapılarınacan ötürüb, ayrılanda 


dodağından öpər! Axır, binanın cüvəllağı uşaqlarından biri ürəkli çıxmışdı, liftin qapısı 
açılhaaçılda qızı yaxalayıb iki kəlməyə başını bişirmişdi. Pah, yox bir, saqqızını oğurlamışdı!!! 
(Özü uşaqlara belə deyib, qürrələnirdi). Leyla balaca çoxbilmişin yuxarı qalxmağına razı 
olmağına olmamışdı, eləcə dodağını onun üzünə toxundurub başından etməyə nə gəlib? Musiqi 
sinfində not öyrənən məktəbli qızlardan biri camaatın heyranlığını görüb rəfiqəsinin qulağına 
qayğılı-qayğılı nə pıçıldasa yaxşıdır: məşhur müğənni olanda mənim də başıma yığılıb barmaqla 
göstərəcəklər. Belə-belə işlər...  
Zibil yeşiklərini təmizləyən fəhlələrdən biri Leylanın maşınının yanını kəsdirib imama and 
içmişdi; and içmişdi ki, onu yaxından görməyincə, görüb araq içmək üçün pul almayınca bir 
addım tərpənməyəcək. Qəribəydi, çox qəribə... Dodağının altında Leylanın mahnılarını 
zümzümə edib dəli bir maraqla maşının içinə boylanan zavallı, qızın arxa oturacaqdakı 
lifçiklərini, rəngbərəng prezervativ paketlərini görüb havalanmışdı (Bu nə başısoyuqluq idi, bu 
ağılumulmaz nə niyyətlə onları oturacağın üstündə “sərgiyə” düzmüşdü?!). Sonra fəhlə zibil 
yeşiklərinin içində eşələnən dostlarına sevincək əl eləyib onları tələsdirmişdi (İmam andından 
keçə bilsəydi, özü yanlarına qaçardı). Həmin ağıldankəmin bir saat sonra şalvarının qabağını 
tuta-tuta ayaq yoluna tərəf götürülməyini İsmayıl kişi də görmüşdü. Axşam Leyla haqqında 
danışanda, fəhləni xatırlayar-xatırlamaz qocanın dodağının qaçmağı gözümdən yayınmamışdı. 
Mənə elə gəlmişdi, belə-belə şeyləri ağlına gətirdiyinə görə özünü Allah qarşısında günahkar 
sayırdı. Hələ onu demirəm: fəhlələr matı-qutu quruyub maşının içinə boylananda, içinə dolan 
marağı boğa bilməyib bir-iki addım irəli atmışdı. Sonra utanıb balaca daxmasına gedəndə, adım 
kimi əmin idim: günorta namazında tövbə eləyib bu şeytan fitnəsini qəlbindən çıxarmaq 
istəyirdi.  
Əslində, İsmayıl kişinin belə şeylərlə maraqlanmağı qəbahət deyildi. Leyla bu binaya köçməzdən 
qabaq telekanalların maqazin verilişlərində onun haqqında bir-birinin ardınca biabırçı söhbətlər 
danışırdılar. Yaman çayxor idi İsmayıl, verilişi hazırlayan əngiboş müxbirin tez-tez “bu xəbərdən 
şoka düşəcəksiniz!” deməsindən elə maraqlanırdı ki, stolun üstündə buğlanan çayın soyuyub 
buza dönməsindən xəbəri olmurdu. Həmin kadrlarda Leylanın əxlaqsızlıq yuvası saxlamasını, 
uşaq evlərindəki yeniyetmə bakirə qızları xaricdən gələn sənət adamlarının bahalı otellərdəki 
otaqlarına salmasını, hansısa bankın puluyla maşın alıb borcunu ödəməkdən boyun qaçırdığını 
dönə-dönə sübut etməyə çalışırdılar. Mahnıları dillər əzbəri olan güdəboy, erkəkliyinə çoxunun 
şübhə etdiyi müğənni, illər əvvəl keçirilən musiqi yarışmalarından birini xatırlayıb, öfkə qarışıq 
istehza ilə danışırdı: 
- Leyla fahişəliyə meylli qızların yer qazanmasına çalışıb, onlara kömək edəcəyini açıq-açığına, 
heç kimdən çəkinmədən bildirirdi. Təəssüf ki, öz yolunun davamçılarını yetişdirmək niyyəti ona 
nəsib olmadı! 
Elə beləcə, çörək haqqı: ütülü, şax cümlələrlə!  
Ekrandan evlərə, evlərdən dillərə yayılan bu xəbərlər, səhər məktəbə gedən uşaqların, 
bazarlıqdan qayıdan arvadların bal tamlı qeybət mövzusu olurdu: başına ip salıb, sürü ki, 
sürüyəsən!  
7 oktyabr, 2010-cu il 
Qocanın Leyla ilə görüşdüyünü öz dilindən eşitmişdim. Danışırdı: axşamdan xeyli keçmiş 
gözlərimə dolan acı yuxu bəbəklərimi yandırırdı. Qapının cəftəsini keçirib qaravul otağının 
yuxarı başındakı taxta çarpayıda təzəcə gözümün acısını almaq istəyirdim, kimsə qapını zərblə 
çırpmağa başladı. İsmayıl kişi ilan görmüş kimi diksinib ehmal addımlarla qapıya yaxınlaşıb. 
Qapı cırıltısının ardıyca Leylanın hıçqırığı eşidiləndə, qorxuya düşüb. Gecənin bu gec vaxtı 
böyüklü-kiçikli hamının tanıdığı, pis-yaxşı haqqında danışdığı, bəzilərinin xoşbəxtliyinə qibtə 
elədiyi adamın bu kasıb qaravul daxmasında nə işi ola bilərdi?! Divarlarını his tutan daxmaya 
dolan bahalı ətir qoxusu kişinin burnunu qıcıqlandırmışdı. Nədənsə, Leyla qocanın yaddaşında 
birinci gün gördüyü uzunətəkli, sinəsi açıq donda qalmışdı. İndi dəvət gözləmədən, salamsız-
kalamsız daxmanın yuxarı başına keçən qızın əynindəki dizdən yuxarı yubka, beli açıq köynək 
onun qanını birinci günkündən də artıq qaraltmışdı. Qoca Allahın haram buyurduğu, namazını-
orucunu batil edən şeylərdən nə qədər nəfsini qorumağa çalışsa da, kişilik hissləri onun gözlərini 
Leylanın ətli, ağ baldırlarına sancıb üzü yuxarı - dopdolu döşlərinə sarı qaldırmışdı. Ürəyində 
“Allahın lənətinə gələsən” deyib utana-utana özünü yığışdıranda, lənəti imanını deşən kor 
şeytanın, yoxsa Leylanın ünvanına söylədiyini özündən başqa kimsə bilmədi. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə