Bipolar pozuntular üzrə klinik protokol



Yüklə 288,13 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix17.09.2017
ölçüsü288,13 Kb.
#291
1   2   3   4   5   6   7   8   9   10   11

 

12

Depressiv epizod  

A.  Depressiv epizod diaqnozunun qoyulmasına əsas verən ümumi 

meyarlara depressiv vəziyyətin ən azı 2 həftə ərzində davam 

etməsi, psixoaktiv maddələrin qəbulu və ya üzvi mənşəli psixi 

pozuntu ilə əlaqənin olmaması aiddir. 

 

B.  Aşağıdakı üç simptomdan ən azı ikisinin mövcud olması:  



1.   pasiyent üçün aşkar şəkildə normal olmayan səviyyədəki 

depressiv əhvalın, demək olar ki, hər gün və günün çox 

hissəsini əhatə etməklə azı 2 həftə davam etməsi, bu zaman 

mövcud olan situasiyadan əsasən asılı olmaması; 

2.   adətən xəstə üçün xoş olan məşğuliyyətə qarşı marağın və ya 

alınan həzzin aşkar şəkildə azalması; 

3.   enerjinin azalması və yorulmanın artması. 

 

C.  Aşağıda sadalanan əlavə simptomlar (ümumi sayı azı dörd 



olmaqla): 

1.   özünə inamın və özünü qiymətləndirmənin aşağı düşməsi;  

2.   səbəbsiz yerə özünü təqsirləndirmə hissi və ya həddən artıq 

və qeyri-adekvat günah hissi; 

3.   ölüm və ya intihar haqqında təkrarlanan düşüncələr, yaxud 

intihara yönəlmiş davranış; 

4.   düşünmək və ya diqqəti toplamaq qabiliyyətinin azalmasının 

təzahürləri və bununla bağlı şikayətlər, inamsızlıq və ya 

tərəddüd hissləri;  

5.   psixomotor aktivliyin pozulması, həyəcan və ya ləngimə ilə 

(subyektiv, yaxud obyektiv); 

6.   hər hansı tipdə yuxunun pozulması;  

7.   iştahada dəyişiklik (artma və ya azalma), buna uyğun olaraq 

bədən çəkisinin dəyişməsi. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

13

İlkin tibbi yardım sistemində 



 bipolyar pozuntunun aşkar edilməsi 

 



Özü və ya ətrafdakılar üçün təhlükə törədən, yaxud psixotik 

simptomları olan maniyalı  və ya ağır depressiyalı  xəstələr ilkin 

səhiyyə  həkimləri tərəfindən təxirə salınmadan psixiatrın 

qəbuluna göndərilməlidir. 

 

İlkin səhiyyə həkimləri bipolyar pozuntuya şübhəli olan xəstələri 



aşağıdakı hallarda müayinə üçün psixiatrın qəbuluna 

göndərməlidirlər: 

 

pasiyentdə  ən azı 4 gün müddətində hiperaktivlik və ya 



həyəcan müşahidə olunur (depressiya dövrləri haqqında 

məlumatların olub-olmamasından asılı olmayaraq) 

 

pasiyentdə  təkrarlanan depressiya epizodları qeyd edilir və 



anamnezində hiperaktivlik və ya həyəcan hallarının olması 

haqqında məlumatlar mövcuddur 

 

İlkin səhiyyə  həkimləri depressiyalı  xəstəni müayinə edərkən 



maniakal və ya hipomaniakal simptomların olmasını 

öyrənməlidirlər. 

 

Bipolyar pozuntusu olan pasiyentin ilkin səhiyyə  səviyyəsində 



müşahidə edilməsi zamanı  aşağıdakı hallarda mütəxəssislərə 

göndərişə ehtiyac yaranır: 

 

funksional adaptasiyanın pisləşməsi  



 

müalicəyə qarşı rezistentlik və ya müalicə rejiminə  əməl 

edilməsi ilə bağlı problemlər aşkar edildikdə 

 

nisbi sabit vəziyyət dövründən sonra pasiyentin profilaktik 



müalicəni dayandırmaq istəyi 

 

pasiyentin alkoqol və ya narkotik maddələr qəbul etməsi 



İxtisaslaşdırılmış tibbi yardım sistemində  

BAP-li pasiyentin müayinəsi 

 



Bipolyar pozuntuya şübhəli olan pasiyenti müayinə edərkən 

psixiatr bunları yerinə yetirməlidir: 

 

irsi meyllilik, əvvəlki affektiv epizodlar, həmin epizodlara 



səbəb olmuş  vəziyyətlər, epizodlararası dövrdə müşahidə 

edilən hər hansı psixi pozuntu, sosial adaptasiya, yanaşı 

xəstəliklər, psixoaktiv maddələrin qəbulu, həyəcan, riskli 

davranış, fiziki sağlamlıq və hazırkı psixososial stress 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

14

faktorları haqqında  tam anamnez toplamaq, o cümlədən 



pasiyentin ailə üzvlərindən obyektiv məlumatlar almaq 

 

klinik qiymətləndirmə  şkalalarının köməkliyi ilə pasiyentin 



hazırkı psixi vəziyyətini müayinə etmək.  

 



Bipolyar pozuntunun diaqnostikası psixi və davranış 

pozuntularının 10-cu beynəlxalq təsnifatı meyarlarına 

əsaslanmalıdır. 

 



Bipolyar pozuntu diaqnozu qoyularkən  şizofreniya spektrindən 

olan xəstəliklərlə, üzvi patologiya ilə (məsələn, qalxanabənzər 

vəzin xəstəlikləri, beyin-damar insultu) diferensial diaqnostika 

aparılmalıdır. 

 

Pasiyent tərəfindən alkoqol, narkotik maddələr, yaxud maniakal 



və ya depressiv simptomlar törədə bilən preparatların qəbulu 

haqqında məlumatlar olduqda, bipolyar pozuntu diaqnozunun 

təsdiqi üçün 7 gün gözləmək lazımdır və bu müddət  ərzində 

pasiyent psixoaktiv vasitələrdən istifadə etməməlidir. 

 

İlk dəfə bipolyar pozuntu diaqnozu qoyulduqda və ya stasionardan 



çıxarış zamanı, həmçinin bipolyar pozuntusu olan xəstənin 

həyatında və ya psixi vəziyyətində  əhəmiyyətli dəyişikliklər baş 

verdikdə həkim təhlükəli davranış riskini qiymətləndirməlidir. 

 



Əgər pasiyentdə intihara cəhd, aqressivlik aşkar edilərsə, o öz 

tələbatlarına qarşı  əhəmiyyətli dərəcədə etinasızlıq göstərərsə, 

yaxud anamnezində  məcburi hospitalizasiya halları mövcud 

olarsa, o zaman pasiyentin iştirakı ilə böhran planı  tərtib 

edilməlidir və həmin plana aşağıdakılar daxil olmalıdır: 

 

təhlükəli davranışa gətirib çıxaran amillərin nəzərdən 



keçirilməsi və kəskinləşmənin erkən əlamətlərinin siyahısı 

 

risk müəyyən olunduqda yardıma müraciət etmənin qaydası 



(məsələn, dərmanların qəbulu qaydası, həkimlə  əlaqələrin 

artırılması, böhran zamanı müraciət etmək lazım olan 

müəssisələr haqqında məlumat) 

 

az miqdarda dərman preparatlarının təyini 



 

Bipolyar pozuntusu olan pasiyentlərin psixiatriya müəssisəsinə 



hospitalizasiyası məsələsi yalnız onların özünə və ətrafdakılara zərər 

vermə riskinin əhəmiyyətli dərəcədə olması halında nəzərdən 

keçirilir. Bəzi hallarda xəstənin gündüz stasionarına yerləşdirilməsi 

tamdəyərli stasionar müalicəsini əvəz etməyə kifayət edir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 288,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə