Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə20/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   16   17   18   19   20   21   22   23   ...   44
BİOSFER muhazirə

Atmosferin ozon təbəqəsi
«Ozon» - yunan sözü olub «kəsgin iy» deməkdir. 1881-ci ildə troposfer və strotosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12-17
km - ə qədər və strotosfer ozonu -50 km qədər, ozonun ən sıx qatı isə yer səthindən -50 km-ə qədər hündürlükdə
yerləşir. 1998 - ci ildə səmanın mavi rəngdə olmasının səbəbi ozon olması təsdiq olundu. Ozonun çox hissəsi strotosferdə
yerləşir. Troposferdə isə ozonun miqdarı azdır və mövsüm üzrə o, həm də havanın çirklənmə dərəcəsindən asılıdır.
Troposfer ozonu atmosferdə elektrik və şimşək çaxması nəticəsində yaranır. Troposfer ozonu həm də günəş radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlirBu zaman ozon fotokimyəvi smoqun baş komponenti sayılır. Troposferdə ozonun texnogenez nəticəsində yaranması yüksəkdir (çoxdur). Bu prosesin qarşısı alınmazsa gələcəkdə qlobal istiləşməyə səbəb ola bilər. Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji fəlakətlərə gətirib çıxara bilər.
Biosferdə baş verən ekoloji təzadlardan biri də yer kürəsində canlı aləmi günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyan strotosfer ozonunun təbəqəsinin nazilməsi, cənub və şimal qütblərində tez – tez deşilməsidir.
Öz həcminə görə Yerin atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi olduqca
zərif və nazikdir. lakin onun canlı təbiət üçün rolu
əvəzsizdir.
Ozonun əsas rolu onun udma spektrinin xaraktri ilə əlaqədardır. Ultrabənövşəyi (UB) və infraqırmızı (İQ)
spektr sahələrində intensiv udma zolağına malikdir.
Ozonun spektri udma xüsusiyyəti ilə bərabər mühüm qoruyucu funksiyası da vardır. Strotosfer ozon qatı
Yer səthindəki həyat üçün zərərli sayılan «bioloji aktiv» UB – B şüalanmanı (280 – 315nM) tamamilə
udur.Atmosferdə ozonun miqdarının azalması zamanı Yer səthinə çatan UB – B şüalanmanın miqdarı da hiss
olunacaq dərəcədə artır.
Ozon qatının 10% dağılması zamanı Yer səthində UB – B şüalanmanın intensivliyi təxminən 20% artır. Planetin
ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezisinin dağılmasına,
flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların
immunitet sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.Əldə olunan
məlumatlara görə ozon qatının azacıq dağılması dəri xəstəliyinin artmasına, «bədxassəli melanoma» adlanan
xəstəliyin inkişafına səbəb olmuşdur.Yer üzərində UB – B şüalarının artması «katarakt» göz xəstəliyinə,
göz billurunun deformasiyasına gətirib çıxarır.
Yerin ozon təbəqəsinin dağılması insanlara və təbiətə fəlakətli neqativ təsir göstərir.Belə ki, ozon deşiklərindən düşən günəş rentgen və ulturabənövşəyi şüalar görünən spektr şüalarının enerjisindən 50-100 dəfə yüksək olur. Bu isə meşə yanğınlarının sayını artırır. Atmosferdə
ildə artan azot, kükürd, karbon oksidləri və b. maddələr də ozona mənfi təsir göstərir. Göründüyü kimi ozonu azaldan səbəblər çox cəhətlidir . Yer kürəsi ilə Günəş sistemi arasında tənzimlənən maqnetizm tarazılığının pozulması , reaktiv təyyarələr, kosmosa buraxılan minlərlə peyk və qurğulardaşıyan nəhəng raketlər , nüvə sınaqları , ildə milyon hektarlarla təbii ozonator hesab edilən meşələrin qırılması və yanğını
nəticəsində yox olması və s. atmosferdə hidroksil birləşmələrin artmasına səbəb olur , nəticədə atmosferin strotosfer qatlarında qazların bir – birinə nisbəti pozulur.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə