Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   2   3   4   5   6   7   8   9   ...   64

   
14  
 
A       a 
mümkün  deyildir.  Nizami  onun  tamamilə  əksidir.  O,  öz  zamanının 
bazası üzərində durmuşdur. Lakin üzü irəliyə çevrilmişdir. O həmişə 
gələcəyə baxır və bir neçə əsr irəlini görürdü... Sözün tam mənasında 
o dahi insan, humanist və xalq şairi idi" (39, 270). 
"XII  əsr  lirik  poeziya  əsridir.  Nizami,  Xaqani  və  öz  mədhiy-
yələri  ilə  məşhur  olan  Ənvəri  bu  əsrin  ən  görkəmli  nümayəndələ-
ridir"  (40).  bu  sözləri  görkəmli  fransız  alimi  Barbye  de  Meynar 
yazmışdır.  Ümumiyyətlə,  Fransanın  bir  çox  görkəmli  şərqşünas 
alimləri hələ XVII əsrdən başlayaraq, dahi Nizaminin həyat və yara-
dıcılığını tədqiq edərək onun şəxsiyyətini çox yüksək qiymətləndir-
mişlər. Məsələn, hələ XVII əsrdə  görkəmli fransız alimi Bartelemi 
D'Erblo dahi şairin nəinki Şərq ədəbiyyatına, eyni zamanda Avropa 
ədəbiyyatına  böyük  təsirindən  bəhs  edərək  yazmışdır:  Öz  əksini 
bizim  əsərlərdə  tapan  (yəni  fransız  ədəbiyyatında  –  B.A.)  bir  neçə 
macəra  Nizaminin  “Yeddi  gözəl”,  “Xosrov  və  Şirin”  əsərlərindən 
götürülmüşdür (Yenə orada). 
Görkəmli fransız alimi Marsel Eqretu “Sovet Şərqi” əsərində 
N.Gəncəvi  haqqında  yazır:  "...  şair  Azərbaycan  türkü  idi  və  öz 
əsərlərində  özünü  ölkəsinin  tarixçisi,  xalqının  hiss  və  həyəcanının 
tərənnümçüsü  kimi  göstərir"  (Yenə  orada).  Görkəmli  fransız  şairi 
Lui  Araqon  da  dahi  Nizaminin  sənəti  və  şəxsiyyəti  haqqında  çox 
yüksək fikir söyləmişdir: "Nizami Gəncəvi nəinki Azərbaycan, eyni 
zamanda  İran  da  daxil  olmaqla  bütün  qonşu  xalqların  şairlərinin 
müəllimi  olmuş,  onun  beş  böyük  poeması  –  "Xəmsə"si  latın  və 
yunan şairlərinə nisbətən daha çox tədqiq edilmişdir" (Yenə orada). 
Fransız  şərqşünası  H.Bamate  1958-ci  ildə  Paris  şəhərində 
fransız dilində çap etdirdiyi "İslam dünyası" adlı kitabında N.Gən-
cəvi haqqında yazır: "Şair öz dövründə böyük hörmət sahibi, səmi-
mi,  ehtiramlı,  mömin,  heç  bir  səhvi  olmayan  bir  insan  olmuşdur" 
(44). 
Məşhur alman şairi İ.V.Höte N.Gəncəvinin yaradıcılığına çox 
yüksək qiymət verərək yazmışdır: "Yüksək şair dühasına malik olan 
nəcib  ruhlu  Nizami  əsərlərində  zərif  eşq,  dərin  məhəbbət  əlaqə-
lərindən,  sevgililərdən  bəhs  edir.  Poemaları  heyrətamiz  dərəcədə 


   
15  
 
A       a 
gözəl,  müxtəlif  və  rəngarəngdir.  Nizaminin  əxlaqi  məsələlərə  həsr 
edilmiş əsərlərində belə bədii səmimilik vardır" (39, 268). 
Dahi  şairin  şəxsiyyəti  və  sənəti  Şərq  alimləri  və  mütəfəkkir-
ləri  tərəfindən  daha  yüksək  qiymətləndirilmişdir.  Məsələn,  Dövlət 
Şah  Səmərqəndi  yazır:  "Nizaminin  bilik  və  kamalda  böyüklüyü  o 
dərəcədədir  ki,  yazmaqdan  qələm  və  söyləməkdən  dil  acizdir". 
(Yenə  orada).  Abbasqulu  Ağa  Bakıxanov  –  Qüdsi  dahi  şairi  misli- 
bərabəri  olmayan  bir  şəxsiyyət  kimi  dəyərləndirmişdir:  "Həkimi- 
mənəvi  Şeyx  Nizami  Gəncəvinin  böyüklüyü  və  fəzilətlərini  söylə-
məkdən  dil  acizdir.  Zərifliyi,  söz  və  söhbətilə  məclis  bəzəməkdə, 
ümumun rəyincə, onun misli olmamalıdır" (Yenə orada, səh. 269). 
Şərqin təkcə görkəmli alimləri deyil, eyni zamanda N.Gəncə-
vini  özlərinin  müəllimi  hesab  edən  məşhur  şairlərinin  əksəriyyəti 
onu əvəzsiz poeziya korifeyi saymış və ona olduqca yüksək qiymət 
vermişlər.  Məsələn,  böyük  hind  şairi,  alim  və  musiqiçisi  Əmir 
Xosrov Dəhləvi N.Gəncəviyə çox yüksək qiymət verərək onu özünə 
"ustad",  "müəllim"  saymış,  "Xəmsə"yə  nəzirə  yazmışdır.  O, 
Nizamini həm dahi şair, həm də böyük alim adlandırmışdır. 
 
Söz xəzinəsinə, mülkünə hakim, 
Gəncə hünərvəri, o böyük alim. 
Qızıl rəngli meyi əlinə aldı, 
O içdi safını, xılt bizə qaldı (30, 268). 
 
Şərqin  böyük  mütəfəkkir-şairi  Əbdürrəhman  Cami  N.Gəncə-
vinin "Xəmsə"sini yüz xəzinədən daha dəyərli hesab etmişdir : 
 
Çox zamanlar təlim quşu söz bağında qanad açdı, 
Qafiyəli nəğmələrin yeddi evə inci saçdı. 
"Yeddi gözəl" əsəritək o gəncəli xəznədarın 
Yüz xəzinə qiyməti var şeirindəki mənaların (Yenə orada). 
 


   
16  
 
A       a 
Böyük özbək mütəfəkkiri və şairi Əlişir Nəvai N.Gəncəvinin 
poeziyasını sonsuz xəzinəyə bənzədərək yazır: 
 
O Gəncə torpağında yatan müqəddəs insan
Şeir xəzinələri yaratdı kəlamından. 
Qiymətli incilərlə bəzədi bu aləmi, 
Yoxdur o incilərin sayı ulduzlar kimi... 
Nizami, bu dünyada kimi tay tutsan sənə
Şeirinin qüdrətinə bərabər olmaz yenə (yenə orada). 
 
Azərbaycanın böyük şairlərinin demək olar ki, hamısı N.Gən-
cəvinin  poeziyasından  bu  və  ya  digər  dərəcədə  təsirlənmiş  və  bəh-
rələnmiş,  ona  çoxsaylı  əsərlər  həsr  etmişlər.  Məsələn,  xalq  şairi 
Səməd Vurğun dahi şairə həsr etdiyi şeirində yazır : 
 
Yoğruldu bütün varlığın ümidlə, hünərdən, 
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən. 
Hər kəlməni, hər şeirini bir top kimi atdın, 
Sevda yuxusundan bizi vaxtında oyatdın. 
Sənsən əbədiyyət dediyim sevgili dildar
Daşlarda, çiçəklərdə, ürəklərdə adın var. 
Aydanmı, günəşdənmi yarandın, de, nədən sən? 
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən (39, 270). 
 
Çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələ-
rindən  biri  olan  xalq  şairi  Məmməd  Araz  N.Gəncəviyə  həsr  etdiyi 
şeirdə onu böyük mütəfəkkir şair kimi dəyərləndirir: 
 
Bu torpaq üstündə qalxan Nizami
Bəşərin ən uca fikir dağıdır. 
 
Yuxarıda qeyd olunan nümunələrin sayını istənilən qədər ar-
tırmaq olar. Lakin başlıcası sayda deyil, bu nümunələrdən yerli-ye-
rində istifadə etmək, beləliklə, onların təhlilinə şagirdləri geniş cəlb 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə