27
28
Orta əsrlərə aid olan Moritzbastei
qalasının tikintisi 1551-ci ildən 1553-cü
ilə qədər davam etmişdir. O, Leypsiq
şəhərinin qədim müdafiə divarının
müasir dövrə qədər gəlib çatmış son
hissəsidir. 1982-ci ildən qala binası
mədəniyyət mərkəzi kimi istifadə edilir.
150 il boyunca isə qaladan üzərində
ucaldılmış məktəbin bünövrəsi kimi
istifadə edilmişdir.
“Moritzbastei tamamilə torpaqla
dolmuşdu və bina kimi istifadəsi
artıq mümkün deyildi, onunla nə
etmək lazım olduğunu heç kim
bilmirdi. Keçən əsrin 70-ci illərində
qalanın rekonstruksiyasına, sözün əsl
mənasında, torpaq altından qazılıb
çıxarılmasına başladılar.
Biz müəyyən akustik problemlər ilə
üz-üzəyik – konsert zalında səs XVI əsr
mağaralarındakı kimi əks-səda verir.
Bura əvvəllər əsgərlərin qaldığı otaq
olub. Yaxşı səs almaq çox çətindir. Biz
buna nail olmaq istəyirik, ancaq səsi
yaxşılaşdırmaq üçün parçadan və ya
başqa nədənsə istifadə etsək binanın
tarixi görünüşünə xələl gətirə bilərik,
buna isə qətiyyən yol vermək olmaz. Biz
təslim olmaq fikrində deyilik, akustikanı
yaxşılaşdırmaq məqsədi ilə parça ya
da taxtadan ibarət müxtəlif müvəqqəti
konstruksiyaları sınaqdan keçirməyə
çalışırıq.
Torsten Reitler
Bəzi üstünlükləri ilə yanaşı tarixi abidə statusu çox
sayda öhdəlik qəbul olunmasını tələb edir.
12
mühafizə olunan obyektlər
“Moritzbastei” mədəniyyət mərkəzi, Leypsiq
29
30
“UFA İkinci Dünya müharibəsi
zamanı, eləcə də ondan əvvəl və sonra
Almaniyanın vacib kino şirkətlərindən
biri idi. Faşist Almaniyasının təbliğat-
təşviqat filmləri burada çəkilirdi. Bunu
öyrəndikdən sonra bu məkandan necə
istifadə edə biləcəyimizi götür-qoy
etməyə başladıq.
O vaxtlar Qərbi Berlində və
Almaniyanın digər regionlarında
insanlar tarixin bir daha xatırlamaq
istəmədikləri səhifələrini xatırladan
bütün binaları dağıtmağa, məhv etməyə
çalışırdı.
Biz qanunsuz zəbt yolu ilə belə
binaları qorumaq qərarına gəldik.
Bir qədər götür-qoy etdikdən sonra
bu istiqamətdə qəti addımlar atmağa
başladıq. Binaların rəmzi sağalması
mərasimi təşkil etdik – UFA-nın
köhnə, pis imicli ruhlarını qovaladıq
və yeni, yaxşı ruhları dəvət etdik.
Biz, UFA binalarının ikinci nəfəsiyik.
Bizim sayəmizdə onlar yeni ideyaların
yarandığı yaradıcılıq mərkəzinə
çevrilmişdir.
O vaxt atdığımız addımlar uğurlu oldu
və biz, həvəslənərək burada incəsənətin
digər formaları ilə də məşğul olmağa
başladıq.
Sigrid Niemer
Əgər məkanın tarixi imici onu neqativlik simvoluna
çevirmişdirsə, hər şeydən əvvəl bununla əlaqədar öz
mövqeyinizi dəqiqləşdirib onu ucadan səsləndirməli
və hər şeyi yenidən başlamalısınız.
13
ruhların qovulması
“ufaFabrik” mərkəzi, Berlin
31
32
yumaq üçün çanaq qoya biləcəyimizi
düşünüb çox sevindik. Biz işə başladıq
və kəşf etdik ki, çirkab suyunun axmalı
olduğu boru.... saxta imiş! Həmin
borunun ucu bağlı idi. Bu hələ harasıdır.
Sizə divarlardan danışım.
Niyə fabriki burada, əldən-ayaqdan bu
qədər uzaq yerdə tikmişdilər? Özü də
bünövrəsiz? Aydınlaşdırdıq ki, o vaxt,
yəqin ki, iqtisadi inkişafa təkan vermək
məqsədi ilə dövlət dağlıq ərazilərdə
sənaye zonalarının tikintisinə pul
ayırıbmış. Fabrikin tikintisində məqsəd
ayrılan pulları mənimsəmək olub, nəticə
isə göz qabağındadır.”
Paola Simoni
“Bu bina keçən əsrin 80-ci illərində
mətbəə kimi istifadəyə verilib. Cəmi
altı ay işlətdikdən sonra onu bağladılar,
çünki gediş-gəlişi çox çətin idi. Küçələr
kağız daşıyan yük maşınları üçün çox
dar imiş.
Sonra binada 4 il ərzində şirniyyat
fabriki fəaliyyət göstərdi. Əvvəl şirniyyat
istehsalı nəzərdə tutulsa da, burada
ancaq qablaşdırılma işləri görülməyə
başladı. Bəzən fabrikdə istifadə
müddəti çoxdan keçmiş şirniyyat də
qablaşdırılırdı. Bu ərazi və bina yerli
icmanın mülkiyyətindədir. Onlar binanı
təmizləmək istəyirdi, çünki onun hər
tərəfi dəyərsiz, köhnə şeylərlə və....
tonlarla, daha doğrusu 18 ton vaxtı
keçmiş şirniyyatla dolu idi. Təmizlik
və təmir işlərini ancaq iki ilə başa
çatdırmaq mümkün oldu.
Bünövrənin üstünü açmaq üçün binanın
ətrafını qazarkən aydınlaşdırdıq ki,
bünövrə layihədə göstərilən kimi deyil.
Konstruksiyalar üzərində işləyərkən
də çox sayda belə uyğunsuzluqların,
qüsurların olduğu meydana çıxdı.
Məsələn, elə pəncərələr vardı ki,
bağlanmırdı.
Fabrikin binasında mətbəxə bənzər
otaq vardı. Onun divarlarından su
borularının ucları çıxırdı. Bura əl-üz
Hətta ən yeni dövrlərdə tikilmiş binalarda belə
əvvəlki istifadəçilərin sizə “miras” kimi saxladığı
gizli çatışmazlıqlar, nöqsanlar ola bilər.
gizli qüsurlar
14
“OZU” mədəniyyət mərkəzi, Monteleone Sabino
33
34
Hündür tavanlar, hər iki qapının
açıldığı küçələrlə gediş-gəlişin asan
olması, girişdəki sahənin vestibül kimi
istifadəsinin mümkün olması, tualetlər,
bar, anbar otağı.
Sərt və çılpaq divarlara çırpılıb qayıdan
yüksək səs dalğalarına və tavanda
quraşdırılan yararsız texniki vasitələrə
tez alışırsan.
Toplaşmaq üçün ideal yerdir.
Anbar = məkan bolluğu
15
anbar
“Village Underground”, London
Dostları ilə paylaş: |