Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

29
və s. kimi səbəblər vardır. 
Zeynəb xanım: 
– Bu faktorları bir az izah edə bilərsinizmi? – deyə soruşdu. 
Belə hesab edilir ki, panika pozuntusu olan insanlarda şəxsi xarak-
ter baxımından bəzi ümumi cəhətlər olur. Çünki bəzi insanlar panika po-
zuntusuna tutulduğu halda bəzilərində rast gəlinmir. Panika pozuntusu 
olan insanlarda təşvişə qarşı anadangəlmə bir həssaslığın olduğu bildirilir. 
Ümumi xüsusiyyətlər kimi bunları qeyd etmək olar: Uşaqlıqdan özünü 
həddindən artıq tənqid etmək, işlər yolunda getməyəndə özünü günah-
landırmaq, özünə qarşı tələblərin yüksək olması, başqalarının arzu və 
ehtiyaclarına əhəmiyyət verib öz ehtiyaclarını arxa plana atmaq, asılılığa 
meyillilik. – Həkim bir az fasilə verib: – Barış bəy, sizdə bunların olub-ol-
madığını nəzərdən keçirsəniz yaxşı olar, – dedi. 
Sonra sözlərinə davam etdi: 
– Uşaqlığın ilk illərində qorxulu hallar uşaqlara çox böyük təsir edibsə, 
bu xoşa gəlməyən hiss və fikirlərin yeniyetməlik dövründəki həyatına da 
təsir göstərə biləcəyi deyilir. Uşaqlar inkar edilməyi, hədələnməyi, həd-
dindən artıq xəbərdarlıq almanı təhlükəli vəziyyət kimi qiymətləndirə 
bilərlər. Uşaqların ən böyük qorxularından biri anadan ayrılmaqdır. Ay-
rılıq təşvişi adlandırılan bu vəziyyət uşaqlarda daha çox məktəbə getmə 
qorxusu kimi təzahür edir. Yeniyetməlik dövründə bu vəziyyəti xatırladan 
qıcıqlandırıcılar təşvişə səbəb ola bilər. Əhəmiyyət verdiyi bir adamı və ya 
dəstək sistemini itirmək də fərddə panika tutmaları üçün əlverişli bir və-
ziyyətə səbəb ola bilər. Təhlükəli hesab edilən bu halların mütləq şəkildə 
həqiqət olması elə də vacib deyil. – Həkim burada yenə fasilə verib – Barış 
bəy, bunlara da fikir verməyiniz yaxşı olar, xüsusilə ayrılıq təşvişinə. Uşaq-
lıq illərində olan fiziki və cinsi istismar da böyük yaşlarda panika tutmala-
rının ortaya çıxmasında vacib bir faktor ola bilər, – dedi.
Zeynəb xanım: 
– Stress də təsir edə bilərmi? 
– Stress, insanlarda gərginlik yaradan vəziyyətə verilən addır. Həyat-
dakı stressli hadisələrin panika tutmalarının başlanmasında mühüm təsiri 
olduğunu düşünürlər. Başqa evə köçmək, işsiz qalmaq, boşanmaq, böyük 
həcmdə borcların olması və bu kimi vəziyyətlər stressli hadisələrdir, bun-
lara stressor deyirlər.
PANİKA TUTMASI, PANİKA POZUNTUSU


PANİKA POZUNTUSU
30
Stressin təsirləri
* Toplanmış yağ və şəkər qana qarışır, 
* Tənəffüs tezləşir, 
* Nəbz və qan təzyiqi yüksəlir
* Qanda eritrositlərin miqdarı artır, 
* Qanın koaqulyasiya (laxtalanma) mexanizmləri fəa-
liyyətə keçir, 
* Əzələ gərginliyi artır, 
* Göz bəbəkləri genişlənir, 
* Həzm sisteminin fəaliyyəti yavaşıyır və ya dayanır, 
* Bədənin həssaslığı artır, 
* Tər vəziləri daha sürətlə çalışır, 
* Adrenalin və noradrenalin ifraz olunur.
– Barış bəy, stressli hadisələr xoşagəlməz, narahatlıq yaradan ha-
disələrdir. Görəsən xoş hadisələr də stress yarada bilərmi, yaddaşınızda 
belə nümunələr varmı? 
Barış bəy fikirləşməyə çalışdı, ancaq yadına sala bilmədi. Mütaliə et-
məyi çox xoşlamasına və üstəlik belə mövzularda ümumi məlumatının da 
olmasına baxmayaraq o an ağlına heç bir şey gəlmədi. Bütün fikrini indiki 
vəziyyətə yönəltmişdi: 
– Həkim, vallah, ola bilər, amma indi ağlıma heç nə gəlmir, – dedi. 
– Həyatdakı stressli hadisələr deyəndə ümumiyyətlə mənfi hadisələr 
ağla gəlir. Halbuki müsbət və xoş hadisələr də stress yarada bilər. Məsələn, 
işə başlamaq, evlənmək, istirahətə getmək müsbət olduğu halda stress 
yarada bilər. Barış bəy, yaxın zamanlarda stressli hadisələrlə qarşılaşmı-
sınızmı?
Barış bəyin ağlına Zeynəblə olan mübahisələri gəldi, amma bunun elə 
də əhəmiyyətli bir şey olmadığına qərar verdi: 
– Elə də əhəmiyyətli bir hadisə baş verməyib. 
– İndi isə problemləri həll etmək bacarığına keçək, – deyə həkim sözlə-
rinə davam etdi. – Bir az əvvəl qeyd etdiyim vəziyyətlərdən də daha vacib 
olan şey onlara necə reaksiya verməyimizdir. Əgər bir problemi həlletmə 
bacarığımız yetərli səviyyədə deyilsə, həyatda qarşılaşdığımız problemlərin 
öhdəsindən çətinliklə gələcəyik. Bunlar stress və vahimə yarada bilər, bu 
vəziyyət də panika tutmasını sürətləndirə bilər. Panika tutması ilə qarşıla-


31
şanlar sonrakı günlərdə “qaç və ya mübarizə apar” reaksiyası üçün şüural-
tı olaraq daim bir xəbərdarlıq gözləyirlər. Bu, fiziki əlamətlərə qarşı daha 
həssas vəziyyətə gəlmək deməkdir. Əgər siz nəfəs almağınıza və yaxud 
ürəyin döyünmə sürətinə fikir verməyə başlasanız, o zaman fikirləcəksiniz 
ki, daim ayıq olmalısınız. Bu ayıqlıq və ya səksəkəli vəziyyətdə olmaq fikri 
panika tutmasını başlada bilər. Bu əlamətlərin zərərsiz olduğunu da düşünə 
bilərsiniz, ancaq adətən ən pis ehtimal barədə fikirləşəcəksiniz. Bu isə təbii-
dir, çünki xəyalən belə olsa, özünüzü qorumağa çalışırsınız.
Barış bəy soruşdu: 
– Qaç və ya mübarizə apar reaksiyası nə deməkdir? 
Həkim: 
– Stress bütövlükdə bizim üçün bir təhlükə yaradır. Bədənimizdəki 
tarazlığın təmini və davam etməsi üçün bəzi sistemlər daha aktiv vəziy-
yətə gəlir. Bir az sonra haqqında danışacağım simpatik sinir sistemi bizim 
təhlükəyə qarşı daha hazırlıqlı olmağımızı təmin edir. Bədənimiz bir təh-
lükə siqnalı aldığında, bu sinir sistemi bizi qaçmağa və yaxud mübarizə 
aparmağa hazırlayır.
Barış bəy: 
– Hamı eyni reaksiyanı verir? – deyə soruşdu. 
– Bəli, hər kəsin reaksiyası eyni olur, avtomatik olaraq ortaya çıxar. 
Hansı reaksiyanın olacağı o andakı vəziyyətdən asılıdır. Təhlükə zəif və 
kiçikdirsə, o zaman bu amili ilə mübarizə aparırıq; təhlükə güclü və bö-
yükdürsə, qaçırıq.
Zeynəb xanım həkimə müraciətlə:
– Bu izah etdikləriniz bir çox adamda ola bilən şeylərdir. Bir çox 
adamlar bunlarla qarşılaşdığı halda niyə hamıda panika tutmasına rast 
gəlinmir? – deyə soruşdu.
– Zeynəb xanım, yerində verilən sualdır, – dedi həkim. – Burada va-
himəyə qarşı həssaslıq, insanın xarakteri və indi bəhs edəcəyim bioloji 
amillər rol oynayır. Həqiqətdə panika tutması bir faktorla bağlı ola bil-
məz. İki və ya daha çox faktorun birlikdə rol oynadığı bildirilir.
– Bəhs etdiyiniz xüsusiyyətlər həqiqətən fiziki əlamətlər yarada bilərmi? 
– Bəli, digər faktorlarla birlikdə yarada bilər. O mövzu ilə bağlı məlu-
mat verəcəyəm. İndi bioloji faktorları yekunlaşdırmaq istəyirəm. Bioloji 
faktorlar panika pozuntusu haqda məlumat versə də, simptomların va-
himə nəticəsində ola biləcəyini də unutmamaq lazımdır. Məsələn, pani-
PANİKA TUTMASI, PANİKA POZUNTUSU


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə