Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   2   3   4   5   6   7   8   9   ...   43

19
bilmirdi. Vaxt uzandıqca narahatlığı artırdı. Dərindən bir nəfəs aldı. 
– Barış əzizim, yaxşısanmı? – deyə Zeynəb xanım soruşdu. 
– Yaxşıyam, gözləməkdən bir az yoruldum. 
Zeynəb xanım Barış bəyin bir narahatlığının olduğunu bilirdi. 
Amma nə olmuşdu? Bax, bunu bilmirdi. Hər nədirsə bunu tez bir 
vaxtda müəyyənləşdirib müalicə etdirməliydilər. Vaxtında diaqnozun 
qoyulub qısa müddətdə müalicəyə başlamağın nə qədər əhəmiyyətli 
olduğunu bilirdi. Beləliklə, daha asan və daha qısa müddətdə nəticə 
əldə olunar, bu vəziyyətin ciddi fəsadı olmazdı. 
Zeynəb xanım da problemin fərqində idi. Qeyri–müəyyənlik, mə-
lumatsızlıq, tutma baş verən vaxt çarəsizlik təşvişini artırırdı. Hətta 
qorxurdu. Səhv diaqnozun qoyulmasından, bunun müalicəsinin 
olub-olmamasından narahat idi; pis ehtimallar onu qorxudurdu. 
Gözucu Barış bəyə baxdı. Dilxor görünürdü. Öz narahatlığını yol-
daşına bəlli etməməli idi. Barış bəyə dəstək olmaq istədiyini sezdir-
mək üçün əlindən daha möhkəm yapışdı. 
– Buyurun, içəri keçə bilərsiniz. Həkim sizi gözləyir, – onlara tərəf 
baxan katibənin sözləri ikisini də yüngülcə diksindirdi. Zeynəb xanım 
Barış bəyin əlini buraxdı, birlikdə otağa daxil oldular.
***
Barış bəy ilk dəfə idi bir kardioloqun müayinə otağını görürdü. 
Otağa daxil olanda diqqətini jalüzlərin yarıaçıq olması çəkdi. Həki-
min masası və stulu, xəstə və onu maşayiət edən şəxs üçün iki kreslo, 
onların arasında bir miz, mizin də üzərində jurnallar vardı. Otağın bir 
tərəfində müayinə yatağı, qarşısında yığcam pərdə; yatağın yan tərə-
fində rentgenə baxmaq üçün bir lövhə (negatoskop) vardı. 
– Xoş gəlmisiniz, buyurun oturun. 
Həkim onları dostcasına gülümsəyərək qarşıladı. Bu, Barış bəyin 
xoşuna gəldi, dərhal həkimə qanı qaynadı. 
– Barış bəy, əvvəl sizi tanıyaq, özünüz barədə məlumat verin. Yaşı-
nız, işiniz, ailəniz barədə?
Barış bəy bu barədə bir az danışdı. 
– Buraya gəliş səbəbiniz nədir? Nədən şikayət edirsiniz? – Həkim 
bunları səmimi bir şəkildə, mülayim və həlim bir səslə soruşdu. Barış 
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI


PANİKA POZUNTUSU
20
bəy qərara aldı ki, bu həkim onu başa düşə bilər. 
Hər iki tutma haqqında, tutma baş verəndə hiss etdikləri haqda 
danışdı. Həkimin dəqiqləşdirici suallarını da cavablandırdı. Sağlam-
lığı haqqında məlumat verdi. Hər hansı ciddi bir xəstəliyi olmadığını, 
hansısa ciddi stresli bir hadisə ilə qarşılaşmadığını dedi. Həkim onun 
ailəsində ürək və yaxud şəkər xəstəsinin olub-olmadığını soruşanda 
dedi ki, belə bir qohumu yoxdur. 
Həkim ikinci tutmaya şahid olan Zeynəb xanımdan da bəzi məlu-
matlar aldı. 
– Barış bəy, müayinə yatağına keçib paltarınızı çıxarın, sizi müa-
yinə edim. 
Həkim ürəyinə, ağciyərlərinə qulaq asdı; qarnını müayinə etdi. Ya-
taqdan endirib müvazinətini qoruyub saxlaması ilə bağlı bəzi hərəkət-
lər etdirdi. Gözlərini bağlatdırıb, bir xətt üzrə hərəkət etməsini istədi, 
qücünü yoxladı. Bəzi reflekslərinə baxdı. 
Müayinədən sonra həkim masasının arxasına keçdi. Barış bəy də 
paltarını geyinib kresloda əyləşdi. 
– Barış bəy, müayinənin nəticələrinə görə ürəyinizdə bir narahatlıq 
olduğunu deyə bilmərəm. Ürəyiniz çox sağlamdır. Yaxşı olar ki, saydı-
ğınız simptomlarla bağlı bəzi yoxlamalar aparılsın. Beləliklə sizə daha 
dəqiq və doğru məlumat verə bilərəm. 
Masanın üzərindəki kağızlardan birini görütüb bəzi şeyləri 
işarələməyə başladı. Bir tərəfdən də bunlarla əlaqədar ətraflı izahlar 
verdi:
– Elektrokardioqramma (EKQ) və ağciyərin rentgeni çəkilməli-
dir, bəzi qan analizləri verilməlidir. Məsələn, ac olanda qanda şəkərin 
miqdarı, bəzi elektrolit göstəriciləri, bəzi fermentlər, bəzi hormonlar 
kimi. Ac olanda qanda şəkərin miqdarını təyin etmək üçün yemək 
yeməzdən əvvəl, bazar ertəsi günü səhər məktəbə gedəndə bu analizi 
verə bilərsiniz, axşamçağı da nəticələri alarsınız, danışarıq.
Barış bəy gəldiyi üçün özünü daha rahat hiss edirdi. Beynində-
ki mənfi düşüncələr doğrulmamışdı. Həkim onunla maraqlanmış, 
əlamətlərin qəribə olduğunu deməmiş, lağ etməmiş, hətta olduqca 
nəzakətli davranmışdı. 


21
Təşəkkür edib çıxdılar.
***
Bazar günündən bazar ertəsinə keçən gecə Barış bəy şiddətli bir 
ağrıyla yuxudan oyandı. 
Sanki boğulurdu, kəsik–kəsik nəfəs alırdı. Pəncərəyə tərəf qaçıb 
onu açdı. Yox, yenə də havası çatmırdı. Ürəyi sürətlə döyünürdü, az 
qalırdı ölsün. Nə edəcəyini bilmirdi. 
Zeynəb xanımı oyandırmaq istəmədi, qanı qaralacaq, narahat 
olacaqdı. Yatağın kənarında oturdu, yavaş və dərindən nəfəs almağa 
çalışdı. Əvvəl qarşılaşdığı tutmalara bənzəyirdi. Başı hərlənən kimi 
oldu, bütün bədənində bir istilik hiss etdi, ürəyi sürətlə döyünürdü
yatağına uzandı. 
Bu narahatlığın neçə dəqiqə davam etdiyini bilmirdi, ancaq nə-
hayət, təsiri azalırdı. Əvvəlkilər kimi bu da keçirdi ... Çarəsizlik, zəif-
lik... Üstəlik, nə edəcəyini də bilmirdi. Divara söykənməyə çalışdı. 
Gözlədi, gözlədi ... və keçdi. Nə qədər uzun çəkdi? Bəlkə də ona elə 
gəlmişdi, bilmirdi. 
Barış bəy yarı yuxulu vəziyyətdə düşünməyə başladı: “Bir xəstəliyi 
vardı və artıq bunu qəbul etməli idi. Bunun müzakirəyə ehtiyacı yox 
idi. Ona bu qədər problem yaratdığına görə vacib bir xəstəlik olmalıy-
dı. Zeynəb haqlıydı. Dərhal diaqnoz qoyulmalı və müalicə olunma-
lıydı”.
Barış bəy bunları götür-goy edə-edə yuxuya getdi. Səhər yuxudan 
oyananda dünənki o xoşa gəlməz hadisədən əsər–əlamət qalmamışdı. 
Yenə də qorxurdu. “Yenə də bir tutma olarsa?” – gecə başına gələnlər 
barədə Zeynəb xanıma heç nə demədi. Qan analizi vermək üçün ev-
dən yemək yemədən və hər zamankı vaxtdan tez çıxdı.
***
Bazar ertəsi günü məktəbdən çıxıb birbaşa xəstəxanaya getdi. 
Zeynəb xanım da gedişatdan xəbərdar olmaq istəyirdi, ona görə də 
xəstəxanada görüşmək üçün vədləşmişdilər. 
Birlikdə laboratoriyada nəticələri aldılar. Zeynəb xanım nəticələri 
diqqətlə gözdən keçirdi. Nəticələrin yanında normal dəyərlər yazıl-
mışdı. 
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə