Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   2   3   4   5   6   7   8   9   ...   43

PANİKA POZUNTUSU
16
 Həqiqətən də bir neçə dəqiqədən sonra Barış bəy özünü daha yax-
şı hiss etməyə başladı. Başını yoxladı, yirğalanmırdı, firlanmırdı. Nəfəs 
alıb verməyi, ürəyinin döyünməsi də deyəsən qaydasına düşmüşdü. 
“Ax, nəhayət keçib gedir, Zeynəbə hər şeyi deməliyəm”, – deyə fikir-
ləşdi. 
Zeynəb xanım hələ də çaşıb qalmışdı, nə baş verdiyini anlamağa 
çalışırdı. Başa düşə bilmirdi. Belə bir vəziyyətlə ilk dəfə qarşılaşırdı. 
Bir şeyi dəqiq bilirdi, o da çox qorxmuşdu. Amma bunu Barış bəyə 
bildirməməliydi. Bir tərəfdən də ağlına infarkt olma ehtimalı gəlirdi. 
Bildiyi qədər Barış bəyin ürəklə bağlı bir problemi yox idi. “Görəsən 
ondan gizlətdiyi ciddi bir xəstəliyi var?” – ürəyindən keçirdi.
Yenə də mümkün olduğu qədər sakit olmağa çalışaraq: 
– Barış əzizim, birdən–birə sənə nə oldu? Bu gün bir şeyə əsəbləş-
misən, yoxsa çox yorulmusan? – deyə soruşdu. 
Narahat olma əzizim, – dedi. – Elə də mühüm bir şey deyil. La-
kin sənə bir şey deməliyəm.
Zeynəb xanım həyəcanlı və təlaşlı bir səslə soruşdu: 
– Nə deməlisən? – Yoxsa ağlına gələn şeylər düz idi? Barış bəy ca-
vab verənə qədər ölüb–dirildi. Ağlına pis fikirlər gəlirdi, bunları fikir-
ləşməməyə çalışdı. Heç bir mənası olmadı, sakit olmağa çalışaraq: 
– Barış əzizim, mənə nə deməlisən? – deyə yenə soruşdu. 
Barış bəy yerindən qalxdı, gedib pəncərəni bağladı. Özünü bir az 
yorğun və halsız hiss edirdi. Yavaş yavaş: 
– Zeynəb əzizim, bunun nə qədər vacib olduğunu deyə bilmərəm, 
ancaq bu, ikinci dəfədir tutur. Nə olduğunu bilmirəm, mən tutma 
deyirəm. Yadındadır, üç gün əvvəl səninlə bir mübahisəmiz olmuş-
du, onun səhəri buna bənzər şeylər gəldi başıma. Məktəbə gedəndə. 
Öz-özünə keçdi. Mən axşamkı mübahisəyə görədir dedim və fikir ver-
mədim. İndi də keçib getdi, narahat olma.
Bu sözlər Zeynəb xanımı rahatlatmaq yerinə, əksinə daha da 
qorxutdu. Yenə də narahatlığını bəlli etməməyə çalışaraq: 
– Barış əzizim, kaş ki deyəydin, o zaman yoxlatdırardıq. Bəlkə cid-
di bir şeydir. Mütləq yoxlatdırmalıyıq.
– Yaxşı, yoxlatdırarıq. – “Öz-özünə keçir də, bəlkə bir daha heç 


17
vaxt olmayacaq”– deyə ürəyində fikirləşdi. 
Zeynəb xanım: 
– Sən get yat, xeyirlisiylə səhər açılsın, baxarıq, – dedi. – Ancaq 
çox narahat idi: “Bəlkə qorxulu bir xəstəlikdir? Müalicəsi var görəsən? 
Sağalarmı? Keçib gedər, yoxsa qalıcıdır? Yoxsa Barış ondan nələrisə 
gizlədir?” Beynində bu suallar dönüb–dolaşır, ancaq bir cavab tapa 
bilmirdi. 
Barış bəy yatana qədər Zeynəb xanım bir az onun yanında oturdu, 
arada mətbəxə gedib–gəldi. Onu narahat etmək istəmirdi. Bu möv-
zunu araşdırıb Barış bəyin başına gələnləri anlamaq, aydınlaşdırmaq 
istəyirdi. 
Barış bəy yatdıqdan sonra tələbə vaxtı aldığı “Sağlamlıq ensiklope-
diyası”nı götürdü. Yoldaşının başına gələnləri araşdırmaq, bunların nə 
olduğunu və nəyə görə baş verdiyini öyrənmək istəyirdi. Fikirləşmişdi 
ki, sonra da internetdə baxar. Vaxt itirmək, gecikmək olmaz ...
***
Barış bəy səhər yuxudan duranda yoldaşı çoxdan ayaq üstə idi. 
Səhər yeməyini də hazırlamışdı. Səhər yeməyini yeyəndə Zeynəb xa-
nım dedi: 
– Barış əzizim, sən yatandan sonra mən araşdırdım. Həm “Sağlamlıq 
ensiklopediyası”na baxdım, həm də internetdən tapdım məlumatları. 
Barış bəy onun sözünü kəsərək: 
– Canım, başa düşürəm, xoşa gəlməyən bir vəziyyət idi, amma elə 
də mühüm bir şey deyil. Sən də gördün, öz-özünə keçir, – dedi. Bir 
tərəfdən də: “Əslində Zeynəb haqlıdır, şübhəsiz ki, bir şey var. Amma 
nə? Pis bir xəstəlik olarsa? Mən də çox qorxuram, ancaq bunları Zey-
nəbə deyə bilmərəm axı!” – deyə götür-goy edirdi. 
Zeynəb xanım təkidlə: 
– Xeyr, o an nə qədər pis olduğunu mən gördüm. Üstəlik bütün bu 
əziyyəti sən çəkdin, – dedi. – Mənim araşdırmalarıma görə, öyrəndim 
ki, bu əlamətlər ürək, ağciyər, nevroloji xəstəliklərdə və hormonlarla 
əlaqədar ola bilər. Başqa səbəblər də ola bilər. Sabah şənbədir, dərhal 
bir həkimin qəbuluna yazılacağam. 
– Həftənin axırıdır, necə olacaq? – deyə Barış bəy etiraz etdi. 
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI


PANİKA POZUNTUSU
18
Zeynəb xanım: 
– Dövlət xəstəxanasında müayinəyə düşmək həm çətindir, həm də 
kifayət qədər vaxt aparır, – dedi. 
Barış bəy bu dəfə yenə etiraz etdi:
– Bəs pul? – Əslində qorxurdu, lakin qorxduğunu deyə bilmirdi. 
Zeynəb xanım bu cür bir etiraza hazır idi və dərhal: 
 Belə vəziyyətdə pulu firkirləşmə, lazım olsa, kredit götürərik, –
dedi. 
Barış bəyin etiraz etmək üçün bir səbəbi qalmadığından susmalı 
oldu. 
***
“Gözləmə salonu elə də böyük deyil”, – deyə Barış bəy fikirləşdi. 
Zeynəb xanım Barış bəyin ürəyini müayinədən keçirmək üçün bir-
likdə həkimə gəlmişdilər. Şənbə günü olduğu üçün məktəblə bağlı bir 
problem yox idi. 
Barış bəy ətrafına baxdı. Divarlara yumşaq rəngli divar kağızı vurul-
muşdu. Katibə kompüterdə xəstələrin qəbul saatlarına baxır, telefonla 
danışırdı. Katibənin stolunun qarşısındakı mizin üzərində içində güllər 
olan gül qabı vardı. Barış bəy çiçəkləri çox sevirdi, amma əlbəttə ki, elə 
burada olduğu kimi canlı gülləri. Gözləmə salonunda onlardan başqa 
bir xəstə qohumu ilə oturmuşdu. Üzlərindən yorğunluq, ümidsizlik tö-
külürdü. “Hərənin özünə görə bir dərdi var, həyat davam edir” – Barış 
düşündü. 
“Yaxşı ki, az adam var, onsuz da balaca bir yerdir”, – deyə öz-özünə 
fikirləşdi. Qəbula vaxtından on dəqiqə tez gəlmişdilər, Barış bəy ge-
cikməyi heç xoşlamırdı. Zeynəb xanım onun əlindən tutmuşdu. Bu 
xoşuna gəlmişdi, sanki özünü daha etibarlı yerdə hiss edirdi. Qorxula-
rı da deyəsən azalmışdı? 
Qorxurdu ki, gözləmə salonunda yenə də tutması olsun, biabır 
olardı! Görəsən həkim onunla kifayət qədər maraqlanacaqdı? Başı-
na gələnləri izah edəndə bunun qəribə olduğunu deyib, lağ etsə necə 
olacaq? Və ya çox pis bir xəstəlik diaqnozu qoyularsa? Zeynəb xanım 
onun qorxduğunu bilməməliydi, yoxsa məyus olardı. Onun məyus ol-
masını istəmirdi. Yenə də bu suallardan və qorxulardan canını qurtara 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə