Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar



Yüklə 4,83 Kb.
tarix19.11.2017
ölçüsü4,83 Kb.
#11143

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.

1908.
Kişi
Durma, yıxıl yat hələ, Fahrat kişi!
Əsri görüb qalma belə mat, kişi!
İndi olub yorğanın üçqat, kişi!
Saqqalını bir-iki yırğat, kişi!
Çək başına yorğanını, yat, kişi!

Əvvəli-şəbdən uzanıbsan belə,


Rahəti yatmaqda qanıbsan belə,
Yaxşı da, əlhəq, inanıbsan belə,
Lakin inanmam, usanıbsan belə,
Çək başına yorğanını, yat, kişi!

Ömr ötüşüb, baş ağarıb un kimi,


Diş tökülüb, saqqal olub yun kimi,
Sinə çöküb, bel bükülüb nun kimi,
Gərçi olubsan qoca meymun kimi,
Leyk yenə rubəhi-məlun kimi,
Tez götürüb tiryakını at, kişi!
Qalyanını çağla, xoruldat, kişi!
Bir qədər öz sinəni toxdat, kişi!
Çək başına yorğanını, yat, kişi!



Balalar-Az.Com

Yüklə 4,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə