BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-siyasi elmlər seriyası
2009
PSİXOLOGİYA
HƏRBİ FƏALİYYƏTİN PSİXOLOJİ TƏHLİLİ
E.İ.ŞƏFİYEVA
e.mail: shafiyeva @ mail.ru
Məqalədə müəllif həm təlim, həm də döyüş şəraitində hərbiçilərin fəaliyyətini заклюю-
terizə etməklə yanaşı onların müqayisəli təhlilini aparır, hərbi fəaliyyətin bütün struktur
komponentlərinin təhlilini verir.
Fəaliyyət gerçəkliyi dəyişdirən, maddi və mənəvi
sərvətləri yaradan və təsdiq edən məqsədyönlü prosesdir.
Onun daxili strukturunun əsas komponentləri məqsəd,
motiv və icra üsullarından ibarətdir. Fəaliyyət bir-birinə
bağlı olan hərəkətlər sistemidir. Həmin hərəkətlərin kömə-
yi ilə aralıq məqsədlər icra olunur. Hər bir hərəkətin məq-
sədi, motivi və icra üsulu olur. İcra olunan hər bir hərəkət ümumilikdə son məqsədə
xidmət edir.
Fəaliyyətin ümumi
xarakteristikası.
Hərbi fəaliyyətin
məzmunu və
strukturu
Fəaliyyət şəxsiyyət və ya kollektiv vasitəsilə həyata keçirilir. Zahirən o, ictimai
tələblər, qanun və qaydalar əsasında nizamlanır. Xarici tənzimedicilər fəaliyyətə
şəxsiyyətin daxili aləmindən keçərək təsir göstərir. Fəaliyyətin daxildən tənzim
olunması psixi proseslərin, maraqların, tələbatların və sair hesabına həyata keçirilir.
Fəaliyyət prosesi tələbat və motivlərin əsasında məqsədin əmələ gəlməsindən başlanır,
sonra görülən işlərin planı, icra üsulları və s. planlaşdırılır. Daha sonra hərbçi
fəaliyyətə başlayır, fəaliyyətin üsul və vasitələrini tətbiq edir, aralıq məqsədlərin işini
son məqsədlə müqayisə edir, düzəlişlər aparır (12).
Komandir və zabit heyəti tabeliyində olanların yerinə yetirdikləri iş və
hərəkətləri sonradan təhlil edir və qiymətləndirirlər. Əgər məqsədə nail olunmayıbsa,
onun səbəbi müəyyən edilir.
Kollektivin fəaliyyətinin məhsuldarlığı və etibarlılığı, onun üzvlərinin bir-birinə
olan münasibətlərinin səviyyəsindən, mehribanlığından asılıdır. Kollektivdə konflikt,
bir–birinə şübhə ilə yanaşmaq, hər bir şəxsin öz işini və ya yerini düzgün bilməməsi
ilə əlaqədar olub, fəaliyyətin məhsuldarılığını aşağı salır. Kollektivin məqsədyönlü
şəkildə fəaliyyət göstərməsi, onun hər bir üzvündə «biz» hissini yaradır və fəaliyyətin
səmərəsini artırır.
Rəhbərlik, tərbiyəvi iş, həll olunan işin maddi–texniki cəhətdən təmin edilməsi
şəxsiyyət və kollektivin fəaliyyətinin səmərə və etibarlılığına təsir edir.
İnsanın əsas fəaliyyət növü oyun, təlim və əməkdir. Digər fəaliyyət növləri
101
ictimai–siyasi, pedaqoji, hərbi, idman və b. ictimai xarakter daşıyan əməyin hesabına
yaranmışdır. İstənilən fəaliyyət növü şəxsiyyəti və kollektivi formalaşdırır (13).
Hərbi fəaliyyət sözün geniş mənasında insanların ictimai fəaliyyət forması
olmaqla, sosial–siyasi xarakter daşıyır. Hərbi fəaliyyətin köməyilə xalqın və dövlətin
silahlı müdafiəsi həyata keçirilir. Azərbaycan əsgərlərinin hərbi fəaliyyəti Azərbaycan
Respublikası ərazisində yaşayan bütün insanların, eləcə də onun torpaq, su və hava
məkanının qorumasına xidmət edir (1).
Əsl mənada hərbi fəaliyyət – hərbi qulluqçuların hərbi texnikanı və silahı
öyrənməsi, döyüş növbəsini çəkməsi, düşmənlərə qarşı hərbi fəaliyyət aparmaqla bağlı
döyüş tapşırıqlarını yerinə yetirməsindən ibarət olan prosesdir.
Hərbi fəaliyyət öz strukturuna görə spesifikdir. Onun özünəməxsus məqsədi,
motivi, üsul və vasitələri, daxili və xarici siyasəti, şəraiti vardır. Hərbi fəaliyyətin sülh
vaxtı əsas məqsədi düşmən qüvvələrinin hücumuna qarşı hazırlıq və onların hərbi
potensialının analizini aparmaqdır. Müharibə zamanı isə təcavüskarın məhv
edilməsindən ibarətdir. Hərbi fəaliyyətin vasitəsi silah və döyüş texnikasıdır.
Sülh vaxtı hərbi fəaliyyətin nəticəsi qoşunların döyüş hazırlığı və döyüş
qabiliyyətindən, müharibə zamanı isə düşmənin məhv edilməsi və qələbə çalmaqdan
ibarətdir.
Hərbi fəaliyyət zamanı əsgərlərin motivləri içərisində vətənə, torpağa, xalqa,
dövlətə sədaqət, dərin məhəbbət hissi, düşmənə nifrət, hərbi şərəf və namus mühüm
yer tutur.
Hərbi qulluqçunun fəaliyyəti müxtəlif iqlim şəraitində həyata keçirilir: quruda,
suda, havada, su altında. Öz vəzifəsini döyüşçü müxtəlif şəraitdə, günün müxtəlif
saatlarında, gecə və gündüz icra etməli olur.
Özünün mürəkkəbliyi, çevikliyi və yüksək dağıdıcı qüvvəyə malik olması ilə
fərqlənən müasir hərbi texnika, əsgərin psixika və davranışına böyük təsir göstərir.
Hərbi fəaliyyətin konkret prosesləri özündə bunları birləşdirir: hərbi qulluqçunun
özünün borc və vəzifəsini dərindən başa düşməsi; qarşıda duran hərəkətlə bağlı plan
hazırlamaq və motiv formalaşdırmaq; fəaliyyətin üsul və vasitələrindən (texnika və
silah) istifadə etmək; qarşıda duran məsələ ilə bağlı hərəkətləri uzlaşdırmaq; əldə
olunan nəticələri nəzərdə tutulanlarla müqayisə etmək.
Hərbi fəaliyyət, onun fərdi və qrup şəklində olmasından asılı olaraq dəyişir.
Bütün hallarda hərbi fəaliyyətdə şəxsiyyət və kollektiv, onların təfəkkürü, hiss və
əhvalı, iradəsi, təcrübəsi, yönümü, qabiliyyəti hərtərəfli şəkildə təzahür edir.
Hərbi fəaliyyətin özünəməxsus ciddi reqlamenti var. Bunlar əsgərin təlim
fəaliyyətindən, məişət fəaliyyətindən, gündəlik xidmət fəaliyyətindən və döyüş
fəaliyyətindən ibarətdir. Həmçinin bura başqa döyüş növbəsi və uzaq hərbi – dəniz
yürüşləri də dixildir. Bunların içərisində ən mühüm hərbi fəaliyyət istiqaməti – döyüş
təlimi və döyüş fəaliyyətidir.
Hərbi fəaliyyətin məzmun və təşkilinin tarixi inkişafı silah və döyüş texni-
kasının təkmilləşməsi ilə şərtlənir (2). Əgər əvvəlki dövrlərdə döyüşçülərin hərbi fəa-
liyyəti adətən fiziki gücə əsaslanırdısa, müasir dövrdə intellektuallıq, idrak
proseslərinin və əqli qabiliyyətin dərinliyi, çevikliyi mühüm şərtdir. Müasir dövrdə
elmi–texniki tərəqqi nəticəsində hərbi qulluqçular kompüterin köməyilə real
obyektlərin modeli ilə tanış olurlar. Ona görə də onların fəaliyyəti daha çox
əməliyyatçı vəzifəsini xatırladır. Qavrayışın itiliyi, informasiyanın təhlil edilməsi, əqli
və təcrübi tapşırıqların vaxtında və dəqiq icra olunması, bütün bunlar müasir əsgərin
hərbi fəaliyyəti qarşısında duran tələblərdir (11).
102
Hərbi fəaliyyət döyüş şəratində daha mürəkkəb, çətin və gərgin formada
cərəyan etdiyi üçün, döyüşçüyə güclü motivlər, yaxşı inkişaf etmiş idrak prosesləri,
emosional–iradi dözümlülük, ustalıq lazımdır. Əsgərlərin fəaliyyətinə rəhbərlik
edənlər, öz işlərini optimallaşdırmaq və onun səmərəliliyini artırmaq üçün müxtəlif
vasitələrdən istifadə edirlər (əmr, xahiş, tərif, izahat, töhmət və s.).
Elmi–texniki tərəqqi sayəsində hərbi fəaliyyətin avtomatlaşdırılması və intel-
lektuallaşdırılması onun elmi təşkilini zəruri edir. Müasir hərbi fəaliyyətin səmərəli
düzgün icrası hər şeydən əvvəl döyüşçünün öz vəzifə borcunu yerinə yetirməsi üçün
yaradılan şəraitdən asılıdır. (Kollektivdə müsbət mənəvi–psixoloji mühitin yaradıl-
ması, əsgərlərin ixtisaslar üzrə düzgün bölüşdürülməsi, silah və döyüş texnikasının əs-
gərlərdə qavrayış, hafizə, diqqət və s. imkanları nəzərə alınmaqla konstruksiya edil-
məsi). Hərbi fəaliyyət əsgəri mükəmməl yetişdirir, onu dözümlü və cəsarətli edir (7).
Təlim-döyüş fəaliyyəti dedikdə, şəxsi heyətin mü-
haribə şəraitində döyüşə hazırlığını təmin edən hər-
bi fəaliyyət növü başa düşülür. Sülh şəraitində bu
fəaliyyət növü aparıcı rol oynayırsa, müharibə vaxtı döyüş fəaliyyəti ön plana keçir.
Təlim-döyüş fəaliyyətinin
xüsusiyyətləri
Müasir təlim- döyüş fəaliyyəti aşağıdakılarla xarakterizə olunur:
-
özünəməxsus məqsəd və nəticələrlə ordu və donanmanın döyüş hazırlığını
yüksəltmək, silah və döyüş texnikasına yiyələnməklə;
-
hərbi fəaliyyəti nizamnamə, əmr və təlimatlar əsasında planlı və dəqiq təşkil
etməklə;
-
döyüş şəraitində hərbçiləri döyüş fəaliyyətinə ruhlandırmaqla;
-
komandir və şəxsi heyətin bütün bilik, bacarıq və vərdişlərindən istifadə
etməklə.
Döyüşçülərin təlim-döyüş fəaliyyəti vətənin müdafiəsi üçün vacibdir.
Təlim–döyüş fəaliyyəti prosesində şəxsiyyət və kollektivin qarşılıqlı təsiri və
inkişafı baş verir. Lakin burada əsas məqsəd və vəzifə qısa müddət ərzində sülh
şəraitindən müharibə vəziyyətinə keçmək üçün lazım olan keyfiyyətlərin
uyğunlaşdırılmasını təmin etməkdən və istənilən şəraitdə, az müddət ərzində düşmən
qüvvəsini məhv etməkdən ibarətdir.
Sülh şəratindən müharibə şəraitinə keçidin ən əsas şərti şəxsiyyətin və
kollektivin müharibəyə hərtərəfli hazır olmasıdır. Belə hazırlıq olduqda onlar döyüş
şəraitinə tez bir zamanda uyğunlaşır və döyüş təcrübəsi əldə edirlər.
Müharibənin tələblərinə uyğun olaraq, döyüş-təlim fəaliyyəti prosesində
kollektivdə şəxsiyyətin formalaşması nədən asılıdır? Bu hər şeydən əvvəl onun təlimə,
yerinə yetirdiyi tapşırıqlara motivasiyasından və şüurlu münasibətindən asılıdır. Hərbi
kollektivin canlı qüvvəsini zabit və əsgərlər təşkil edir.
Əsgərlərin döyüş fəaliyyətinin səmərəsini artırmaq üçün süni yaradılan döyüş
şəraitində hərbi xidmətçinin qarşılaşacağı çətinlikləri tədricən çoxaltmaq məqsədəuy-
ğundur. Müşahidələr göstərir ki, çətinliklərin birdən-birə artırılması işlərin dəqiq
yerinə yetirilməsinə mənfi təsir göstərir (4).
Süni yaradılan döyüş şəraitinin sabit olaraq qalması da döyüşçülərin fəaliy-
yətinə heç də yaxşı təsir göstərmir. Əsgərin uzun müddət belə standart şəraitdə
tapşırıqları yerinə yetirməsi, onda dəyişməyən şərait üçün səciyyəvi olan şablon
vərdişlərin yaranmasına səbəb olur. Təbii ki, belə şablon şəraitdə hərəkət etməyə
öyrənmiş əsgər, bir qədər fərqli, mürəkkəb və yaxud qəflətən dəyişən döyüş
vəziyyətində aciz qalacaq və özünü itirərək məğlub olacaqdır.
Bundan başqa, döyüş şəraitinin həddən artıq gərginləşdirilməsi, çətinliklərin
103
həddən ziyadə artırılması da məsləhət deyil. Çünki belə şərait özü bəzən əsgərlərin
çevikliyini azaldır, tapşırıqların dəqiq yerinə yetirilməsinə pis təsir göstərir.
Ordunu idarə edən zabitin fəaliyyəti bilavasitə hərbi koollektivlə bağlı oldu-
ğundan “zabit-kollektiv”, “zabit-tabeçilikdə olan” və s. kimi qarşılıqlı münasibətlər,
onların ünsiyyəti, hərbi kollektivə rəhbərlik kimi sosial-psixoloji problemlər xüsusi
aktuallıq kəsb edir. Bu baxımdan zabit fəaliyyətinin əsas funksiyaları mövcuddur:
-təşkilatçılıq;
-mənəvi-siyasi;
-hərbi-psixoloji, hərbi-pedaqoji;
-hərbi-təsərrüfat;
-gündəlik xidmətə rəhbərlik və idarəetmə (9, 10-16).
1) Komandir kimi fəaliyyət göstərən zabit rəhbər kimi tabeçiliyində olanların,
döyüş sursatı və silah verilən bölmələrin fəaliyyətinin təşkilatçısıdır. O, zabitlərin,
gizirlərin, çavuşların işlərini planlaşdırır, idarə edir, istiqamətləndirir. Həmçinin o,
qərar qəbul edir, icra olunan işi yoxlayır və ona kömək edir. Bütün bunlar Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsində qeyd olunur.
Təşkilatçılıq funksiyası zabitin fəaliyyətində geniş yer tutduğuna görə onun
həyata keçirilməsi qarşıya qoyulan məsələnin həllinin müvəffəqiyyətli olmasını
müəyyən edir. Ona görə də, böyük kollektivin möhkəm və mehriban işi təşkilatçılıq
fəaliyyətindən çox asılıdır. Müstəqil qərar qəbul etmək, yerində əmr və sərəncamlar
vermək, ünsiyyətlilik, cəsarət və s. kimi müsbət keyfiyyətlər təşkilatçılığın əsas
xüsusiyyətləridir. Bundan əlavə, zabitdən dərin və hərtərəfli siyasi, texniki, fəlsəfi,
psixoloji, pedaqoji biliklər tələb olunur. Yalnız bu biliklərə yiyələnməklə zabit öz
əməyinin məqsədini, düşdüyü şəraiti və tabeçiliyində olan əsgəri dərk edib onları
düzgün idarə edə bilər. Rəhbərlik edən zabitin fəaliyyətində intellektual, emosional və
motivasiya prosesləri və keyfiyyətləri bir-birilə üzvü surətdə bağlı olur.
Zabit yalnız əmr və sərəncam vermir, həm də onların icrasına nəzarət edir.
Zabitin təşkilatçılıq fəaliyyətinin cüzi zəifləməsi bölmənin, hissənin döyüş hazırlığının
və döyüş bacarığının zəifləməsinə gətirib çıxara bilər.
Vətənin müdafiəsi zabitin qarşısında duran ən mühüm vəzifədir. Ona görə də,
bölmələrin, hissələrin döyüş hazırlığının daha səmərəli yollarının axtarılması bacarığı
onların öz təşkilatçılıq funksiyalarını yerinə yetirmələrindən asılıdır. Zabitin bu və
digər vəzifə borclarını N.A.Əliyev «Zabit əqidəsi» yaddaş kitabçasında aydın şəkildə
açıqlamışdır (3).
Zabit öz şəxsi heyətini qarşıya qoyulan tapşırıqların həllinə hazırlayır. O, bu
tapşırığın yalnız kəmiyyət yox, keyfiyyət baxımından da həllinə fikir verməlidir.
2) Zabitin mənəvi-siyasi funksiyasının icrası ondan dərin siyasi hazırlıq tələb
edir. O, daim şəxsi heyətə yüksək tələbkarlıq və prinsipiallıqla yanaşaraq əqidə,
məslək, vətənpərvərlik, cəsarətlilik tərbiyə edir, siyasi hazırlıqlar keçirir. Kütləvi,
idman və digər tədbirlər keçirməklə şəxsi heyəti daha da ruhlandırır və onlarda hərbi
xidmətə olan həvəsi artırır.
3) Zabit həm sülh, həm də müharibə dövründə pedaqoji-psixoloji funksiyasını
yerinə yetirməlidir. O, şəxsi heyətin hərbi, siyasi və psixoloji hazırlığına, təlim və
tərbiyəsinə cavabdehdir. Zabit təlimdə şəxsi heyətin bilik və bacarıqlarını forma-
laşdırır. Tərbiyə edərkən isə hərbi rəhbər məqsədyönlü tabe olanların şəxsiyyətinə
təsir göstərərək, onlarda milli xarakter əlamətlərini, tarixən formalaşmış döyüş
ənənələrini nəzərə almaqla lazımi vərdişlər formalaşdırır və hərbi kollektivə müəyyən
metodlar vasitəsilə optimal döyüş taktikası, emosional-iradi keyfiyyətlər aşılayır.
104
Siyasi və psixoloji hazırlıqları həyata keçirən zaman zabit ona tabe olanların
döyüş hazırlığını artırır.
Şəxsi heyətlə keçirilən təlim-tərbiyə işlərinin həcmi bəzən onun səmərəliliyi ilə
uyğunlaşmır. Praktikada elə faktlar ortaya çıxır ki, zabitlər çoxlu tədbirlər keçirir,
lakin bu müsbət nəticə vermir. Elmi tədqiqatlar göstərir ki, zabitin hərbi-pedaqoji
fəaliyyətinin qiymətləndirilməsi şəxsi heyətin nizam-intizamından, tərbiyəsindən
asılıdır. Təlim-tərbiyə işlərinin nəticələri və zabitin pedaqoji ustalıq səviyyəsi bu amil
ilə əlaqələndirilir.
Zabit hərbi-pedaqoji funksiyasını yerinə yetirərkən müəyyən incəlikləri və
çətinlikləri nəzərə almalıdır.
Biz bilirik ki, tərbiyəçi o zaman öz məqsədinə çatır ki, kollektivdə müsbət
dəyişikliklər baş verir, hərbçilərdə özünütərbiyə cəhdi çoxalır. Bunlarsız əldə edilən
nəticələr möhkəm ola bilməz. Məsələn, bir neçə il ən güclü olan manqada zabitin
gedişindən sonra şəxsi heyət geri qalmağa başladı. Deməli, hər şey zabitin
ciddiliyindən, tələbkarlığından, təcrübəsindən, işə can yandırmasından, təşkilatçılıq
məharətindən asılı idi.
Hərbi kollektivin formalaşması üçün insanların psixi inkişafının заклюю-
yətlərini, təlim şəraitini təhlil etmək, gələcəkdə müsbət amillərin yaranmasını bilmək
vacibdir. Eyni şəraitdə yaşayan hərbi kollektivlər ayrı-ayrı tempdə inkişaf edə bilərlər.
Hərbçi şəxsiyyətinin və hərbi kollektivin döyüş fəaliyyətinin səmərəliliyini
təmin edən mənəvi-siyasi və psixoloji keyfiyyətlər olan ideyalılıq, şüurlu və
məqsədyönlü fəaliyyət, intizamlılıq, borc hissi, davranışı şüurlu idarə etmək, idrak
proseslərinin yüksək səviyyəsi, döyüş tapşırığını yerinə yetirərkən aktivliyi düzgün
paylayaraq səhvsiz hərəkət etmək və s.
Döyüşə psixoloji hazırlıq istənilən hərbçinin təlim və tərbiyəsinin davamı,
dərinləşməsi kimi başa düşülməlidir. Hərbçilərin psixoloji hazırlığı konkret olaraq
döyüş şəraitinin onların psixikasına və döyüş fəaliyyətinin xüsusiyyətlərinə təsirini
nəzərdə tutur. Döyüş tapşırığının müvəffəqiyyətli həlli əqli, emosional, iradi, mənəvi
keyfiyyətlərdən, döyüş ustalığından, o cümlədən psixikanın möhkəmliyindən asılıdır.
Zabitin psixoloji dözümü, sabitliyi onun çətin şəraitdə şəxsiyyətinin müxtəlif
tərəflərinin məqsədəmüvafiq şəkildə təzahüründə və psixi proseslərinin normal
fəaliyyətində özünü aydın surətdə biruzə verir.
4) Zabitlər professional-hərbçi rolunu yerinə yetirirlər. Yüksək ixtisaslı mütə-
xəssislər hərbi nəzəriyyədən əlavə, silah və hərbi texnika ilə mükəmməl davranma
qaydalarını bilirlər. Ona görə də zabitin ən güclü cəhəti – öz işini mükəmməl
bilməsidir. Belə ki, silah və texnika gündən-günə təkmilləşir zabitlərin bu bilikləri
əldə etməsi, onların düzgün tətbiqi, texniki qaydalara riayət etməsi vacibdir. Taktiki və
çöl məşqlərində zabitlər döyüş texnikasını və çətin şəraitdə düzgün qərar qəbul etmə
və ona uyğun çevik hərəkət etmə və s. öyrənirlər. Zabitin hərbi ixtisasına uyğun bilik,
bacarıq və vərdişləri onun döyüş ustalığının əsasını təşkil edir. Bu zahirən zabitin
dəqiq, səhvsiz hərəkətlərində, hərbi silah və texnikanın istifadəsinə yaradıcı
münasibətinə aydın görünür. Lakin zabitin döyüş ustalığı peşəkar bilik, bacarıq və
vərdişləri ilə yanaşı onun mənəvi-psixoloji keyfiyyətlərinə də istinad etməlidir. Ona
görə də zabitin döyüş ustalığının məzmununa həm xarici, praktik, həm də daxili,
psixoloji fəaliyyəti aiddir. Zabit hazırlığı dövrü onların döyüş ustalığını artırmaq üçün
real döyüşü xatırladan şəraitin yaradılması çox vacibdir. Təlim şəraitini tədricən
mürəkkəbləşdirməklə, müəyyən risk elementləri olan tapşırıqlar verməklə tez qərar
qəbul etmək, cəld düşünmək kimi psixoloji keyfiyyətlər və bacarıqlar inkişaf etdirilir.
105
Məsələn, atəşaçma dərslərində təkcə partlayışların imitasiyası deyil, həmçinin
maqnitafon lentinə yazılmış döyüş səsləri, uçan təyyarənin uğultusu, uçan güllələrin
vıyıltısı, tank səsləri və s. verilməlidir. Bunların fonunda verilən tapşırıqların icrası
atəşaçma vərdişlərini möhkəmləndirir və əsgərləri döyüşə yaxşı hazırlayır. Belə
şəraitdə döyüş texnikasından istifadə edən hərbçi şüur və fəaliyyətini əsas məqsədinə,
ona nail olma yollarına, öz vəziyyətinə və silahına yönəldəcək. Bunlar psixoloji
hazırlığın xüsusi tədbirləri olsa da mənəvi, siyasi, döyüş hazırlığı ilə sıx əlaqədardır və
cəsarət, igidlik, daxili hazırlıq kimi keyfiyyətlərin aşılanmasında həlledici əhəmiyyət
kəsb edir. Hərbçiyə lazım olan ustalığın formalaşdırılması prosesi müntəzəm və
sistematik şəkildə aparılmalıdır. Belə təlimlərdə hərbçi elə şəraitə salınmalıdır ki, onun
diqqətinin paylanması baş versin, qorxudan, yorğunluqdan, gərginlikdən asılı
olmayaraq o, hərəkətlərini şəraitə uyğun tənzimləməyi bacarsın. Mürəkkəb taktiki
tapşırıqlar yerinə yetirərkən onların diqqətini cəmləmək üçün qarşıda duran
məqsədlərin dərkinə və onlara nail olma yollarına xüsusi fikir vermək lazımdır.
Həmçinin istənilən rəqibin silah və texnikasını, onun güclü və zəif tərəflərini, zərbə
endirən və manevr edən manqa və bölmələrini bilmək – zabitin ən vacib
vəzifələrindən biridir (8, 160-164).
Zabitin formalaşması prosesində təkcə ayrı-ayrı şəxsiyyətlər səviyyəsində deyil,
həm də hərbi kollektivdə ümumilikdə döyüş ustalığını təkmilləşdirmək vacibdir.
Bunun üçün aşağıdakıları etmək lazımdır:
- şəxsi heyəti vəzifə və ixtisasına uyğun şəkildə, onların bir-birinə psixoloji
uyuşmasını nəzərə almaqla, yerləşdirmək;
- manqalar, tağımlar və s. arasında qarşılıqlı münasibətləri yaxşılaşdırmağa
yönəlmiş tədbirlər aparmaq;
- döyüş tapşırığını yerinə yetirərkən tabeçiliyində olanların idarə edilməsi və
döyüşün təşkilini həyata keçirmək vərdişlərini təkmilləşdirməyə çalışmaq;
- taktiki təlimlərdə şəxsi heyətin birgə və əlaqələndirilmiş hərəkətlərini tələb
edən şərait yaratmaq;
- kollektivin əlbirliyini həmişə və hər yerdə möhkəmləndirmək.
Fərdi və kollektiv şəkildə döyüş ustalığının formalaşdırılmasının da əsas şərtləri
vardır:
- hərbçilərdə yüksək mənəvi keyfiyyətlər, əlbirlik, kollektiv dözüm, ideyalara
sadiqlik tərbiyə etmək;
- hərbçilərdə dostluq, yoldaşlıq keyfiyyətləri inkişaf etdirmək və ümumi
fəaliyyət nəticəsində yüksək nəticələr əldə etməyə yönəltmək;
- həbçilərin fərdi və kollektiv fəaliyyətinin səmərəliliyini təmin etmək etmək
məqsədilə onların bilik, bacarəq və vərdişlərini daim artırmaq;
- döyüş texnikası və silahının istifadəsinə yaradıcı münasibət bəsləyərək döyüş
aktivliyi, cəsarət nümayiş etdirmək;
- hərbi peşəsindən asılı olaraq vacib psixoloji keyfiyyətlərin inkişafını və
təkmilləşməsini təmin etmək;
- hərbçilərin təlim və tərbiyəsində temperament və xarakter xüsusiyyətlərini
nəzərə almaq;
- çətin fəaliyyət şəraitində öz bilik, bacarıq və vərdişlərini nümayiş etdirmək
üçün vacib olan emosional-iradi sahəni möhkəmləndirmək;
- döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə birgə və yaradıcı şəkildə
döyüşə hazırlıq tapşırıqlarını yerinə yetirmək;
- müəyyən hərbi hissənin fəaliyyətini təmin etmək məqsədilə zabitlərdə
106
komandir keyfiyyətlərini inkişaf etdirmək.
5) İnzibati təsərrüfat funksiyasını yerinə yetirərkən zabitlər əsgərlərin düzgün
yerləşdirilməsini təşkil edirlər, daxili qayda-qanuna ciddi riayət edirlər, tabe olanların
silah və texnikanı təmir edib, saz vəziyyətdə saxlamalarına diqqət yetirirlər. Bundan
əlavə, şəxsi heyətin ərazinin təmizliyinə riayət etmiəsinə, həmçinin onların təyin
olunmuş ərzaqla təminatına nəzarət edirlər.
Təlim-döyüş məsələlərinin həlli bu vəzifələrin düzgün yerinə yetirilməsindən
asılıdır.
6) Zabitlər növbətçiliyi, daxili və qaravul xidmətlərini təşkil edirlər. Hər hansı
bir manqadan çıxmış naryadın hazırlığı, yerbəyerin keçirilməsi, təlimatlandırılması və
xidmət yerinə göndərilməsi onun manqa zabitindən asılıdır.
Növbətçiliyi əla təşkil etmək üçün silah və texnikanı mükəmməl bilmək, eləcə
də kollektivizm, qarşılıqlı münasibət yaxşı səviyyədə olmalıdır. Hərbçilərin döyüşə
hazırlığı, vətənpərvərlik, mərdlik, əzmkarlıq hissələrinin inkişafı növbətçiliyin
təşkilindən asılıdır (6).
Beləliklə, zabit tərəfindən keçirilən bu tədbirlərin hamısı şəxsi heyətin təlim-
döyüş şəraitində müsbət nəticələr əldə etməsinə yönəlib.
Şəxsi heyətin gücünü qorumaq, onlarda gümrah əhval-ruhiyyə yaratmaq, fəal
olmalarına çalışmaq, yorulmalarının qarşısını almaq vacibdir, çünki əks halda onlar
qəflətən başlanan hərbi əməliyyatlara hazır ola bilməzlər.
Döyüş fəaliyyəti dedikdə müharibə şəraitində
həyata keçirilən hərbi fəaliyyət növü başa düşülür.
Döyüş fəaliyyəti prosesində hər bir xalqın psixologi-
yası, onun sərvət meyli, insanlara münasibəti, eləcə də
digər etnopsixoloji keyfiyyətləri təzahür edir. Məsələn, Qarabağ uğrunda gedən mü-
haribədə erməni əsgərlərinin döyüş fəaliyyəti, bizim döyüşçülərimizin fəaliyyətindən
əsaslı şəkildə fərqənmişdir. Belə ki, onlar azərbaycanlıları öldürərkən, əsasən fiziki
işgəncələr verməyi üstün tutublar, hətta meyidlər üzərində nekrofil hərəkətlər
etməkdən belə çəkinməmişlər. Azərbaycan əsgərləri isə düşmən qüvvəsini əsasən
güllə ilə məhv etmişlər. Bu fakt istər–istəməz millətin psixologiyasını üzə çıxarır.
Döyüş fəaliyyətinin
xüsusiyyətləri
Atanın öz oğluna nəsihətlərindən ibarət «Qabusnamə» əsərində (bəzi mənbələrə
görə, bu əsəri Ziyarilər xanədanının son hökmdarı Ünsürülməali Keykavus ibn
İsgəndər ibn Qabus ibn Vəşmgir ibn Ziya tərəfindən 475-ci hicri qəməri (1082-1083
miladi) ildə oğlu Gilanşaha bir «vəsiyyətnamə» kimi yadigar olaraq yazılmışdır)
döyüş haqda olan fəsildə deyilir: «Ey oğul döyüş meydanında olsan, orada yavaş
tərpənib süstlük göstərmək olmaz. Düşmən sənə üstün gəlib axşam xörəyi yeməmiş-
dən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. Döyüşün ortasına düşmüş olsan, özünü
itirib canından qorxma, gorda yatmalı olan Adam heç bir vəchlə evdə yata
bilməyəcəkdir. Başqa sözlə,
Açıq ya da gizli şir olsa düşmən,
Şirə sən şəmşirlə cavab ver həmən
Gorda tək yatmağa məhkum olsan sən
Evdə nigarınla yata bilməzsən!
Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri qoyma. Düşmən
tərəfindən mühasirəyə alınsan, vuruşu dayandırma, çünki yalnız vuruşla düşməni ram
etmək olar. Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə yerdə ölümü özün
üçün xöşbəxtlik hesab et. Heç vaxt qorxma, ürəkli ol. Qonaqların əlində qısa qılınclar
uzun görünər. Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min
107
canın olsun, birini də salamat apara bilməzsən. Ən alçaq adam sənə üstün gələr.
Beləliklə, öldürülsən rüsvayçılıq olar, bədnamlıqda şöhrət taparsan. Qəhrəmanlıqda
məşhur olsan, səndən bir səliqəsizlik baş versə də ziyan çəkməzsən, tay-tuşların içində
başıaşağı olmazsan» (5, 106-107).
Döyüş fəaliyyətinin obyekti – düşmən, onun canlı qüvvəsi, hərbi texnikası və
istehkamlarıdır. Düşməni məhv etmək, ona qalib gəlmək üçün müxtəlif maddi və
mənəvi vasitələrdən, ilk növbədə silah və texnikadan istifadə etmək lazımdır.
Döyüş fəaliyyəti, hər iki tərəfin planlaşdırdığı silahlı mübarizə şəraitində həyata
keçirilir. Ona görə də döyüş fəaliyyətini düşmənə qarşı bütün silah və hərbi
texnikadan istifadə etmək yolu ilə məqsədin əldə olunması prosesi kimi də müəyyən
etmək olar. Döyüş fəaliyyəti fərdi və qrup (kollektiv) formasında, eləcə də şəxsi
heyətə rəhbərlik yolu ilə həyata keçirilə bilər.
Döyüş fəaliyyətində əsas yeri məqsəd tutur. İnsan fəaliyyətində məqsədin
xüsusi əhəmiyyəti var. Məqsəd yaxın və uzaq ola bilər. Əsgərin döyüş fəaliyyətində
yaxın məqsədi onun taqım, dəstə tərkibində öz vəzifəsini dəqiqliklə yerinə
yetirməkdən, düşmən qüvvəsini döyüş cəbhəsində məhv etməkdən, uzaq məqsədi isə
düşmən qüvvəsi üzərində tam qələbə çalmaqdan ibarətdir. Yaxın və uzaq məqsəddən
başqa, əsgəri döyüş şəraitində fəallıq göstərməyə təhrik edən motivlər var. Bunlardan:
ideya, inam, tələbat, hiss, arzu, cəhd, maraq və s. qeyd etmək olar.
Döyüş fəaliyyətində ictimai motivlər daha güclü motivasiya rolunda çıxış edir.
İctimai motivlər dedikdə, vətənin müdafiəsi üçün məsuliyyət, hərbi borc hissi,
düşmənə nifrət, vətənə, torpağa məhəbbət və sair başa düşülməlidir.
Döyüş fəaliyyətinin bir sıra spesifik xüsusiyyətləri var. Bunlardan biri düş- mən
qüvvələrinə qarşı zərbə endirmək və onları qabaqlamaqdır. Döyüş şəra- tindən asılı
olaraq, özlərinin səmərəli fəaliyyəti sayəsində döyüşçülər vəziyyəti öz xeyirlərinə
dəyişdirməklə düşmən qüvvələrini məhv edə bilərlər (10).
Döyüşçünün fəaliyyətinin səmərəliliyi onun psixikasının döyüş şəraitinin və
tapşırığın yerinə yetirilməsinin tələblərinə uyğun şəkildə cərəyan etməsinə əsaslanır.
Əsgərin döyüş fəaliyyətinin səmərəsini şərtləndirən konkret psixoloji amillər
bunlardır: müsbət ictimai davranış motivləri, yüksək idrak imkanları, emosional –
iradi dözümlülük, döyüş ustalığı, stenik hisslər. Kollektivin döyüş fəaliyyətinin
məhsuldarlığı tapşırığın yerinə yetirilməsi uğrunda ümumi səy, iradə birliyi, ictimai
rəy, əhval-ruhiyyə, təcrübə və sairdən asılıdır. Yeni hərbi texnika və müasir silahların
istifadə olunması, müasir şəraitdə, əvvəlki dövrlərdən fərqli olaraq daha tez bir
zamanda uğur qazanmaq üçün əsgərlərin birgə fəaliyyətini zəruri edir.
Hərbi hissənin döyüş zamanı qazanacağı qələbə həll olunan məsələnin, döyüş
tapşırığının bütün şəxsi heyət tərəfindən eyni şəkildə qavranılmasından, onların bir-bi-
rinə inam və etibarından və sairdən asılıdır. Döyüş zamanı müxtəlif fəaliyyət səviy-
yələrinə rast gəlinir. Xüsusilə, fövqəladə şərait zamanı kifayət qədər emosional – iradi
qüvvəyə və döyüş fəaliyyətinə hazır olmayanların davranışına neqativ emosiyalar nə-
zarət edir, bu da onların döyüş tapşırığını yerinə yetirməkdə səhvlər buraxması ilə
nəticələnir.
Müharibənin başlanğıcında komandirlər əsgərlərin insanların vəziyyətini,
onların fəaliyyətindəki çətinlikləri nəzərə almalıdırlar. Hərbi əməliyyatlar başlayan
zaman əsgərlərə müsbət keyfiyyətləri aşılamaq, onlarda vətənpərvərlik, milli qürur,
düşmənə nifrət hissini oyatmaq lazımdır. Müharibə vaxtı şəxsi heyətə çatdırılan məlu-
mat operativ və sistemli şəkildə olmalıdır. Verilən məlumatlarda aparılan müharibənin
ədalətli məqsədlərə xidmət etdiyi inandırıcı faktlar əsasında izah edilməli, qələbəyə
108
inam hissi oyatmalı və qələbə çalmağa təhrik etməlidir.
İstər hücum, istərsə də müdafiə məqsədilə bağlı olaraq şəxsi heyət hərbi,
texniki, tibbi, psixoloji məlumatlarla tanış olunmalıdır. Bundan başqa qoşunların
cəbhədəki vəziyyəti, düşmən qüvvələrinin yerdəyişməsi, onların uydurduğu şaiyələr
barədə məlumat verilməlidir.
Ümumilikdə, hərbçi hansı ideal uğrunda mübarizəyə qoşulduğunu bilməyəndə,
nəyin uğrunda döyüşdüyünü anlamayanda o, bütün hallarda döyüşdə və ya təlimdə nə
qədər fiziki və psixoloji hazırlıqlı olsa da məğlub çıxır. Ona görə də zabit qarşısına
qoyulan tələblər istər təlimdə, istərsə də döyüşdə milli ideologiyaya, Azərbaycançılıq
məfkurəsinə söykənməli və zabiti də, əsgəri də buna hazırlamalıdır. Zabit və əsgərə
verilən tələblər hər şeydən əvvəl Vətənə, xalqa xidmətə, dövlətçiliyə sədaqətə, dövlət
atributlarına, dövlət rəmzlərinə hörmətə, bir sözlə bu ideallara xidmətə yönəlməlidir.
ƏDƏBİYYAT
1.
Əliyev N.A., Gözəlov S.S. Hərbi qulluqçu şəxsiyyətinin psixologiyası və hərbi intizamın
möhkəmləndirilməsi məsələsi» Bakı: BABKM, 2000, 47 s.
2.
Əliyev N.A., Gözəlov S.S. Hərbi qulluqçuların döyüş fəaliyyətinin və xidmətinin psixoloji
təhlili. Bakı: BABKM, 2000, 59 s.
3.
Əliyev N.A. Zabit əqidəsi. Bakı: BABKM, 1997, 29 s.
4.
Əliyev N.A., Gözəlov S.S. Şəxsi heyətin və hərbi kollektivlərin psixologiyasına döyüş
şəraitinin təsiri // Hərbi bilik jurnalı. Bakı: 2000, №6, s. 58-63.
5.
«Qabusnamə». B.: Azərbaycan SSR EA nəşriyyatı, 1963, 255 s.
6.
Şəfiyeva E.İ.Zabit hazırlığının sosial-psixoloji məsələləri. Bakı: Elm, 2006, 232 s.
7.
Барабанщиков А.В., Давыдов В.П., Феденко Н.Ф. Основы военной психологии и
педагогики. М.: 1988, 239 с.
8.
Дон Фуллер Управляй или подчиняйся! Проверенная техника эффективного
менеджмента. М.: 1992, 287 с.
9.
Дьяченко М.И., Осипенков Е.Ф., Мерзляк Л.Е. Психолого-педагогические основы
деятельности командира. М.: Воениздат, 1978, 295 с.
10.
Коробейников М.П. Современный бой и проблемы психологии. М.: Воениздат,
1972, 235 с.
11.
Марищук В.Л., Марищук Л.В. Психологические и познавательные процессы в
военной деятельности и в спорте. Санкт-Петербург: Питер, 1998, 216 с.
12.
Психологический словарь. М.: Наука, 1983, 431 с.
13.
Подоляк Я.В. Личность и коллектив: психология военного управления. М.:
Воениздат, 1989, 147 с.
109
ПСИХОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ВОЕННОЙ ДЕЯТЕЛЬНОСТИ
Э.И.ШАФИЕВА
РЕЗЮМЕ
В статье раскрывается структура и содержание военной деятельности, ее
специфические особенности как в мирное время, так и во время войны. Далее
характеризуется особенности учебно-боевой деятельности. Раскрывается роль мотива-
ционно-потребностной сферы, эмоциональный настрой воинов во время боя. Анали-
зируется деятельность как офицера-командира, так и солдата во время боя. Также в
статье дается психологическая характеристика деятельности воинов во время атаки и
обороны.
PSYCHOLOGICAL ANALYSIS OF MILITARY ACTIVITY
E.I.SHAFIYEVA
SUMMARY
The article analyzes the structure and content of military activity, its specific
particularities both in peace time, and during war. The author characterizes the particularities
of scholastic-combat activity, opens the role of the motivation requirements of the sphere,
emotional mindset of warriors during fighting. The activity of both the officer-commander, and
the soldier during fighting is analyzed and psychological features of the warriors’ during an
attack and defence are presented as well.
110
Dostları ilə paylaş: |