Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar



Yüklə 61,89 Kb.
Pdf görüntüsü
tarix17.11.2017
ölçüsü61,89 Kb.
#11004


 

 

107



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

 

Humanitar 

elmlər seriyası    

2010 

 

 

 

 

 

CƏNUBİ AZƏRBAYCANDAN GƏLMİŞ MÜHACİRLƏRİN  

AZƏRBAYCAN SSR-DƏ ƏMƏK FƏALİYYƏTİ (1947-1991-Cİ İLLƏR) 

 

X.Ə.BALAYEV 

AMEA İnsan Hüquqları İnstitutu 

Xaqan28@gmail.com

 

Məqalə  Cənubi Azərbaycandan gəlmiş mühacirlərin Azərbaycan SSR-də  əmək fəaliy-

yəti məsələlərinə həsr olunmuşdur. Azərbaycan rəhbərliyi, partiya-sovet orqanları tərəfindən 

mühacirlərin böyük diqqət və qayğı ilə  xalq təsərrüfatının müxtəlif sahələrində  işlə  təmin 

olunmasına və onların  əmək fəaliyyətinə aid faktlar çoxlu arxiv sənədləri  əsasında açılıb 

göstərilir. Məqalədə, həmçinin, mühacirlərin böyük əksəriyyətinin fədakarcasına çalışmala-

rından, onların  əməyinin yüksək qiymətləndirilmələrindən, dövlət mükafatları ilə  təltif olun-

malarından bəhs edilir. 

 

1946-cı ilin dekabrında Cənubi Azərbaycandakı demokratik hərəkat İran silahlı 



qüvvələri tərəfindən məğlubiyyətə  uğradıldıqdan sonra minlərlə insan təqibdən qur-

tulmaq üçün  Azərbaycan SSR-ə keçməyə  məcbur olmuş  və SSRİ hökuməti buna 

icazə vermişdi. 1946-cı il dekabrın 12-dən 1947-ci il yanvarın 1-dək 5824 nəfər 

sərhədi keçmişdi (2). Mühacirlərin gəlişi sonrakı illərdə də davam etmiş və 1954-cü il 

aprelin 15- dək onların ümumi sayı 9022 nəfərə çatmışdı (3).  

Mühacirlərin məskunlaşmasından sonra Azərbaycan rəhbərliyinin qarşısında 

duran ikinci mühüm məsələ onların işlə təmin olunması, əmək fəaliyyətinə cəlb edil-

məsi idi. Azərbaycan K(b)P MK katibi Mir Cəfər Bağırov başda olmaqla Azərbaycan 

rəhbərliyi, mühacirlərin məskunlaşdıqları şəhər və rayonların partiya-sovet orqanları 

onların işlə təmin olunması üçün böyük səy göstərirdilər. 

Mühacirlərin əmək fəaliyyətinə cəlb olunması prosesində özünü aydın büruzə ve-

rən cəhətlərdən biri onların kənd təsərrüfatı işlərinə daha çox meylli olmaları idi. Müha-

cirətin ilk aylarında onların tələsik işlə təmin olunduqları bəzi sənaye sahələrində, xüsu-

sən tikintidə mühitə və iş rejiminə uyğunlaşmaq prosesi çətin keçdiyinə görə sonradan 

iş yerlərinin dəyişdirilməsi lazım gəlmişdi. “Zaqafqaziyasənayetikinti” trestində çalışan 

mühacirlərin həm işdə, həm də  məişətdə problemlərlə qarşılaşdıqları  məlum olanda, 

Azərbaycan K(b)P MK tərəfindən 10 may 1947-ci il tarixli qərarı ilə kənd təsərrüfatı və 

sovxozlar nazirliklərinə “onların Azərbaycan rayonlarında kolxoz və sovxozlarda işlə 

təmin olunması” haqqında tapşırıq verilmişdi (4). Əgər mühacirlərin iş sahələri üzrə  

məşğuliyyətinə aid aşağıda verdiyimiz “Cədvəl 1”-ə nəzər salınsa, onların ən az tikinti-

də çalışdıqları məlum olar. Həmin ilin oktyabr ayında Kirovabad şəhərinin kommunal tə-

sərrüfatı sistemində çalışan 20 nəfər mühacir də  bu minvalla kolxoza işə keçirilmişdi (5). 




 

 

108



Mühacirlər respublikanın kolxoz və sovxozlarında, sənaye müəssisələrində, 

neft sənayesində, səhiyyə, rabitə, xidmət və ticarət sahələrində  işləyir, böyük əksə-

riyyəti fədakar əmək nümunəsi göstərirdi. Mühacirlər cəm halda çalışdıqları Şamaxı 

rayonundakı Lenin adına sovxozda, Şamxor rayonundakı 10 nömrəli üzümçülük və 

şitillik sovxozunda böyük əmək uğurları qazanmışdılar. Lakin az sayda çalışdıqları 

təsərrüfatlarda da onlar öz əməkləri ilə fərqlənirdilər. Məsələn, 1953-cü ildə Ağdam 

üzümçülük sovxozunda işləyən 34 nəfər mühacirin hər biri min manatdan altı min 

manatadək mükafat almışdı. Həmin il Şamaxı rayonundakı 6 nömrəli sovxozda yarım 

milyon manat həcmində mükafat fondunun yarısından çoxu mühacirlərə verilmişdi 

(6). 1950-1952-ci illərdə Qubadakı 12 nömrəli meyvəçilik sovxozunda mühəndis 

işləyən Mir Mehdi Çavuşu  yeni texnologiya tətbiq edərək, dövlətə milyon manatlarla 

gəlir gətirmişdi. Azərbaycan KP MK onun əməyini qiymətləndirərək, 100 min manat 

mükafat vermişdi. Çavuşu həmin pulu uşaq evlərinə, uşaq bağçalarına paylamışdı (30, 

124). Ümumilikdə, doqquzuncu beşillik ərzində siyasi mühacirlərdən bir hissəsi əmək 

haqqından əlavə 1 milyon 940 min manat pul mükafatı almışdı (7). 

Mühacirlərin cəm halında çalışdıqları təsərrüfatlarda yüksək nailiyyətlər qaza-

nıldığını görən respublika rəhbərliyi müvafiq tədbirlər görürdü. ADF (Azərbaycan 

Demokratik Firqəsi) Komitəsi də mühacirlər arasında aparılan işin səmərəsinin artırıl-

ması, xahiş  və  təkliflərinə baxılmasının sürətləndirilməsi məqsədilə onların, imkan 

daxilində, bir yerə  cəmlənməsində maraqlı idi. 1955-ci il yanvarın 5-də  İ.Musta-

fayevin yanındakı geniş söhbət zamanı ADF MK sədri Çeşmazər və müavini Rəhim 

Qazi tərəfindən bu məsələ də qaldırılmışdı. Mingəçevir SES tikintisi idarəsinin yar-

dımçı təsərrüfatının genişləndirilərək sovxoza çevrilməsi, həmin sovxoza əsas etiba-

rilə demokratların işə  qəbul edilməsi haqqında fikir mübadiləsi aparılmışdı (8). Elə 

həmin gün ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiya öz iclasında 

respublikanın müxtəlif rayonlarında kiçik qruplar halında yerləşən demokratların bir 

yerə  cəmlənməsi haqqında ADF Komitəsinin təklifinə baxaraq belə  qərara gəlmişdi 

ki, Mingəçevirdəki təsərrüfatın bazası  əsasında yeni sovxoz yaradılarkən, ADF 

Komitəsinin bu təklifi nəzərə alınsın (9).  

Azərbaycan KP MK 1956-cı il avqustun 3-də mühacirlərin məsələləri ilə əlaqə-

dar Sov. İKP MK-ya göndərdiyi məktubda Azərbaycan SSR-də işçiləri və rəhbərliyi 

siyasi mühacirlərdən ibarət olan çoxsahəli bir sovxoz təşkil olunması haqqında SSRİ 

Sovxozlar Nazirliyinə tapşırıq verilməsini də xahiş etmişdi (10). 12 oktyabr 1956-cı il 

tarixli arayışda “sovxoz məsələsinin hələ həll olunmadığı” göstərilirdi (11). Arxivdə 

sonrakı prosesə aid sənəd yoxdur. Lakin mühacirlərin əmək fəaliyyətinə aid qərar və 

arayışlardan sovxozun yaradılmadığı aydınlaşır. 

Mühacirlərin məşğulluğunun statistikası üzrə ilk arxiv sənədi 1954-cü il aprelin 15-

ə olan məlumatlardan ibarətdir. Mühacirlərin ümumi sayının 9253 nəfər olduğu göstərilir. 

Məşğulluq haqqında məlumatlar tərtib etdiyimiz cədvəl 1-də əks olunmuşdur.  

Cədvəl 1 

                    Mühacirlərin  sahələr üzrə məşğulluğu haqqında məlumat 



                                                  (15 aprel 1954-cü il) 

Cəmi Kolxozlarda Sovxozlarda Tikintidə Neft 

sənayesində 

Digər  


sənaye      

sahələrində 

Mədəni-maarif 

müəssisələrində 

Ticarətdə 

3914 391 

1119  407  526 

1021 


523 

197 



 

 

109



                                                                                             

Həmin arxiv sənədində göstərildiyinə görə,  əmək qabiliyyətli mühacirlərdən 

148 nəfəri işlə təmin olunmamışdı. 43 nəfər əmək qabiliyyətini itirmişdi. 1838 nəfər 

təhsil alırdı, 609 nəfər evdar qadın, 2731 nəfər məktəbəqədər yaşlı uşaq idi (12). 

Mühacirlərin məşğulluğuna dair sonuncu səhih arxiv sənədi 1 mart 1985-ci ilə 

aid arayışdır (13). Təqdim olunan  cədvəl 2 həmin arayış əsasında tərtib edilmişdir. 



 

Cədvəl 2 

Mühacirlərin  sahələr üzrə məşğulluğu haqqında məlumat 

(1 mart 1985-ci il) 

 

Cəmi Sənayedə Tikintidə  Nəqliy-



yatda 

Kənd 


təsərrü-

fatında 


Səhiyyədə Elm, 

mədəniyyət 

və maarifdə 

Rabitədə Xidmət 

və ti-

carət 


sahə- 

sində 


5.426 964 

370  436  1.268  886 

630 

64  808 


Arayışda ilk dəfə olaraq əmək qabiliyyətli bütün mühacirlərin işlə təmin olun-

duğu qeyd edilmişdir (1954-cü ildən 1980-ci ilədək  bu cür ümumiləşdirici sənədlər 

tərtib olunmasa da, müxtəlif arayışlarda işləməyənlərin sayı göstərilmişdir. Azər-

baycan SSR Qırmızı Aypara Cəmiyyətinin Mərkəzi Komitəsində 1980-ci il yanvarın 

1-ə hazırlanmış ümumiləşdirici arayışda (14), apardığımız müqayisəli araşdırmanın 

nəticəsinə görə, bəzi rəqəmlərin düzgün olmadığı aydınlaşdı.  

Cədvəllərdən mühacirlərin  ən çox kənd təsərrüfatında və  sənayedə çalışdıqları 

görünür (Cədvəl 2-də - 41,2 %) Kənd təsərrüfatına aid təqdim etdiyimiz misallarda ol-

duğu kimi, mühacirlərin əksəriyyəti sənaye sahəsində də fədakar əməkləri ilə fərqlənir-

dilər. Onların çalışdığı bir sıra  kollektivlərə “Kommunist əməyi briqadası” adı veril-

mişdi. 

ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiya 22 may 1954-cü il 



tarixli iclasında “Azneft” sistemində işləyib fərqlənən siyasi mühacirlərin mükafatlan-

dırılması haqqında” məsələ müzakirə etmiş, neftçilər mükafatlandırılmışdılar (15). 

1974-cü il sentyabrın 30-da HTİ-nin (Hizbe Tucleyi İranın) Azərbaycan 

təşkilatı – ADF MK sədri Danişyan Azərbaycan KP MK-ya göndərdiyi məktubda 

yazırdı: “Gənc sosialist şəhəri  əzəmətli Sumqayıtın və möcüzələr adası Neft 

daşlarının 25 illik yubileyi qeyd olunacaqdır. Hər iki sənaye ocağının bina olduğu ilk 

günlərdən indiyə qədər iranlı siyasi mühacirlərdən bir çoxları öz qardaşları ilə çiyin-

çiyinə işləyib, qabaqcıllar sırasında olmaq əzmi ilə çalışmaqdadırlar. 

Həmin yoldaşlar getdikcə daha zəngin təcrübə alır və öz ixtisaslarını artırırlar. 

Onların əmək coşqunluğunu, təşəbbüskarlığını daha da artırmaq, işə həvəsləndirib on-

larda daha böyük ruh yüksəkliyi yaratmaq məqsədilə yubiley münasibətilə Sumqayıt 

və Neft daşları qabaqcıllarını  təltif edəndə iranlı siyasi mühacirlərin də  zəhmətinin 

nəzərə alınması xahiş olunur” (16). Mühacirlərin  əməyi qiymətləndirilmişdi. Onlar 

Qırmızı  Əmək Bayrağı ordeni, “Azərbaycan SSR-in neft ustası” fəxri adı, Azər-

baycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı  və s. mükafatlarla təltif 

olunmuşdular (17). 

  Sənaye sahəsində çalışan mühacirlərin də problemləri vaxtında və qayğı ilə 

həll olunurdu. ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiyanın 5 yanvar 




 

 

110



1955-ci il tarixli iclasında “Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin müəssisələ-

rində  işləyən demokratların vəziyyəti haqqında” məsələ müzakirə olunarkən  ADF 

MK sədri Çeşmazər məlumat vermişdi ki, onun Azərbaycan SSR neft sənayesi naziri 

Vəzirovla  şəxsi görüşləri zamanı demokratların  əmək və  məişəti ilə  əlaqədar bütün 

məsələlər müsbət həllini tapır. Komissiya onun məlumatının nəzərə alınması haq-

qında qərar qəbul etmişdi (18). Lakin həmin il 7 aprel tarixli iclasında həmin 

komissiya elə neft sənayesində  ştatların ixtisarı ilə  əlaqədar işsiz qalmış demokrat-

ların işlə təcili təmin olunması haqqında bir sıra nazirliklərə göstəriş verməli olmuşdu 

(19). Komissiya bundan sonrakı iclasında (25 iyul 1955-ci il) presedenti olmayan 

qərar qəbul etmişdi: “Komissiya Azərbaycan Neft Sənayesi Nazirliyi rəhbərliyinin 

diqqətinə çatdırır ki, hazırda nazirliyin müəssisələrində çalışan bütün demokratların, 

ştat ixtisarı aparıldıqda belə, öz iş yerlərində saxlanması, üstəlik də onlara istehsalat 

təlimi üçün bütün şəraitin yaradılması, onlardan ixtisaslı neftçi kadrlarının hazırlan-

ması  zəruridir (20). 

Mühacirlərin əmək sahəsində nailiyyətlər qazanmasının səbəblərindən biri onl-

arın peşə  və ixtisaslara yiyələnməsi üçün partiya və dövlət orqanlarının müntəzəm 

ciddi səy göstərməsi idi. Bununla da onlara adi (qara) fəhlə kimi yox,   mütəxəssis 

kimi çalışmağa  şərait yaradılırdı. Yaşlı mühacirlər bilavasitə müəssisələrdə, 

yeniyetmə  və  gənclər o zaman fəaliyyət göstərən sənət məktəblərində, sonralar 

texniki peşə  məktəblərində, həmçinin sənaye, nəqliyyat və inşaat yönlü orta ixtisas 

məktəblərində istehsalat peşələrinə yiyələnirdilər.  

1985-ci il martın 1-ə olan məlumata  əsasən 2012 nəfər mühacir texniki-peşə 

məktəblərini, 615 qadın tikişçi kurslarını bitirmişdi, 1627 nəfər orta ixtisas məktəblə-

rində istehsalat yönlü peşələrə yiyələnmişdi (21). Yuxarıda qeyd olunduğu kimi, 

mühacirlər arasında artıq işsizlik yox idi. Halbuki həmin vaxt İran  İslam Respubli-

kasında rəsmi məlumatlara görə 2 milyon işsiz vardı. Qeyri-rəsmi məlumatlarda isə 

onların sayının 5 milyon olduğu göstərilirdi.  İraqla müharibə aparıldığı  ərazilərdən 

əhalinin miqrasiyası da nəzərə alınsa, həmin rəqəmin 7 milyona çatdığını ehtimal 

etmək olardı (22). 

Qeyd etdiyimiz kimi, mühacirlərin əmək fəaliyyəti ilə əlaqədar yalnız Moskva-

nın tənzimləmədiyi məsələlər həllini tapmırdı. Belə məsələlərdən biri qanunvericilik 

yol vermədiyi üçün həmkarlar ittifaqlarının üzvü olmadıqlarına görə  əmək qabiliy-

yətini müvəqqəti itirən mühacirlərə  müavinətin verilməməsi idi.  

1947-ci il oktyabrın 21-də T.Quliyev, Ə.Əzizbəyov və M.İbrahimov tərəfindən 

mühacirlərin işi ilə əlaqədar M.C.Bağırova təqdim olunan arayışda təklif olunurdu ki, 

“dövlət idarələrində  və müəssisələrində, o cümlədən neft sənayesində çalışan 

mühacirlərdən  əmək qabiliyyətini müvəqqəti itirənlərə müavinət verə bilməkdən ötrü 

onların həmkarlar ittifaqı üzvlərinə  bərabər tutulması üçün Ümumittifaq Həmkarlar 

İttifaqları  Mərkəzi  Şurasının (ÜİHİMŞ) sədri Kuznetsov qarşısında vəsatət qaldırıl-

sın” (23). Arxiv sənədlərindən məsələnin 50-ci illərin ortalarınadək həll olunmadığı 

aydınlaşır (24).  

İlk illərdə mühacirlərin mühitə uyğunlaşması ilə  əlaqədar çətinliklər olsa da,  

sonrakı illərdə onlar artıq ölkənin əmək həyatının tərkib hissəsini  təşkil edirdilər. Öl-

kənin əmək ritmi ilə yaşayır, sosialist öhdəlikləri qəbul edir və əlamətdar ildönümləri 

və siyasi hadisələr (Böyük Oktyabr Sosialist Inqilabının, V.İ.Leninin anadan olma-

sının, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ildönümləri, Azərbaycan KP və 




 

 

111



Sov. İKP qurultaylarının keçirilməsi və s.) ərəfəsində onları artırır, daha artıq yerinə 

yetirməyə səy göstərir və əsasən buna nail olurdular. ADF MK dövriliyi ildə 6 dəfə,  

tirajı 2 min olmaqla “Əmək cəbhəsində” adlı bülleten nəşr edirdi.  

Mühacirlərin  əmək fəaliyyəti yüksək qiymətləndirilirdi.  Əmək qabaqcılları 

müntəzəm olaraq ADF MK-nın müraciətinə  əsasən Azərbaycan KP MK bürosunun 

qərarı ilə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə (ÜİXTNS) göndərilir-

dilər (25). Azərbaycan KP MK-nın qərarına  əsasən 1967-ci ildə Böyük Oktyabr 

Sosialist İnqilabının 50 illiyi münasibətilə mühacirlərin əmək fəaliyyətini əks etdirən 

iki kitabça (hərəsi 7 çap vərəqi həcmində olmaqla Azərbaycan və rus dillərində) çap 

olunmuşdu. 

Mühacirlərə fərdi pensiyalar verilirdi. Azərbaycan KP MK-da ideologiya kati-

binin başçılıq etdiyi Azərbaycan KP MK yanında siyasi mühacirlərə fərdi pensiyalar 

təyin olunması və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə ba-

xılması üzrə komissiya fəaliyyət göstərirdi (26). Arxiv sənədlərinin təxmini analizin-

dən, hətta adambaşına düşən fərdi pensiyaların sayına  görə mühacirlərin  yerli 

əhaliyə nisbətən daha üstün mövqedə olduğu görünür. Mühacirlər sanatoriya-kurort 

müalicəsi üçün vaxtaşırı putyovkalarla təmin olunurdular. 

Mühacirlərdən olan əmək qabaqcılları  ölkənin ən yüksək fəxri adları, mükafatları, 

orden və medalları ilə təltif olunurdular. 1991-ci ilədək 3 nəfər Sosialist Əməyi Qəhrəmanı, 

14 nəfər Lenin ordeni, 58 nəfər Qırmızı Əmək Bayrağı,  5 nəfər  Xalqlar Dostluğu, 21 nəfər 

Şərəf Nişanı, 11 nəfər Üçüncü Dərəcəli Şöhrət ordeni ilə, 30 nəfər Əməkdə fərqlənməyə 

görə, 26 nəfər Əməkdə igidliyə görə medalı ilə, 133 nəfər SSRİ XTNS, 840 nəfər Sosializm 

yarışının qalibi,  480 nəfər Lenin yubiley medalları ilə, 854 nəfər Kommunist zərbəçisi döş 

nişanı ilə  təltif olunmuş, 2884 nəfər nazirlik və idarələrin Fəxri fərmanlarını, 7922 nəfər 

Əmək veteranı adını almışdır (1, 12). Rəqəmlər tədqiqatımızın  əhatə etdiyi dövrdə 

mühacirlərin əmək fəaliyyətinin yekunlarını  aydın ifadə edir. 

                                                     

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan xalqının azadlığı yolunda mübarizlər. Bakı: Azərbaycan Demokrat Firqəsinin 

nəşri, 2005, 224 s. 

2.

 

Azərbaycan Respublikası Prezidentinin İşlər  İdarəsinin Siyasi Sənədlər Arxivi 



(ARPİİSSA): f.1, siy. 89, iş 196, v. 86  

3.

 



ARPİİSSA: f.1, siy. 89, iş 196, v. 75 

4.

 



ARPİİSSA: f.1, siy. 32, iş 51, v. 61 

5.

 



ARPİİSSA: f.1, siy. 32, iş 180, v. 63 

6.

 



ARPİİSSA: f.1, siy. 89, iş 196, v. 78 

7.

 



ARPİİSSA: f.1, siy. 64, iş 138, v. 59 

8.

 



ARPİİSSA: f 1, siy. 89,iş  138 v. 63 

9.

 



ARPİİSSA: f.1, siy. 89, iş 198, v. 156 

10.


 

ARPİİSSA: f.1, siy. 89, iş 203, v. 30 

11.

 

ARPİİSSA: f.1, siy. 89, iş 197, v. 111 



12.

 

ARPİİSSA: f.1, siy. 89, iş 196, v. 77 



13.

 

ARPİİSSA: f.1, siy. 74, iş 60, v. 61 



14.

 

ARPİİSSA: f.1, siy. 67, iş 60, v. 61 



15.

 

ARPİİSSA: f.1, siy. 89, iş 188, vv. 22-26 



16.

 

ARPİİSSA: f.1, siy. 62, iş 133, v. 80 



17.

 

ARPİİSSA: f.1, siy. 62, iş 133, v. 81 



18.

 

ARPİİSSA: f.1, siy. 89, iş 198, v. 156 




 

 

112



19.

 

ARPİİSSA: f.1, siy. 89, iş 198, v. 134 



20.

 

ARPİİSSA: f.1, siy. 89, iş 198, v. 93 



21.

 

ARPİİSSA: f.1, siy. 74, iş 60, v. 62 



22.

 

ARPİİSSA: f.1, siy. 74, iş 60, v. 61 



23.

 

ARPİİSSA: f.1, siy. 32, iş 180, v. 64 



24.

 

ARPİİSSA: f.1, siy. 89, iş 187, v. 228 



25.

 

Azəroğlu B. Xatirələrim. Bakı: Nurlan, 2008, 224 s. 



26.

 

Haşimi Ə. Mübarizələrdə keçən ömür. Bakı: Maarif, 2002, 226 s. 



27.

 

Nəmini Ə. Mühacirətdə. Bakı: Yazıçı, 2002, 344 s. 



28.

 

Tahir S. Ayrılıq // Əsərləri, 20 cilddə, XIX c., Bakı: Şirvannəşr, 2010, s.13-161  



 

ТРУДОВАЯ ДЕЯТЕЛЬНОСТЬ ЭМИГРАНТОВ ИЗ ЮЖНОГО АЗЕРБАЙДЖАНА  

В СОВЕТСКОМ АЗЕРБАЙДЖАНЕ (1947-1991 гг.) 

 

Х. А. БАЛАЕВ 

 

РЕЗЮМЕ 

 

В  статье  на  основе  обширных  архивных  материалов  обстоятельно  освещается 

многогранная  трудовая  деятельность  эмигрантов  из  Южного  Азербайджана  в  Совет-

ском  Азербайджане  и  отмечается,  что  вопрос  трудоустройства  эмигрантов  являлся 

вторым  по  своей  значимости    после  их  заселения.  Приводятся  многие  факты  о  пов-

седневной  заботе  руководства  Азербайджанской  ССР  к  вопросам  трудоустройства 

эмигрантов  и  об  их  самоотверженном  труде  на  различных  отраслях  народного 

хозяйства республики. 

         

LABOUR ACTIVITY OF SOUTH AZERBAIJAN IMMIGRANTS  

IN THE SOVIET AZERBAIJAN (1947 – 1991) 

 

Kh.A.BALAYEV 

 

SUMMARY 

 

Based upon a number of contemporary archieve papers, the article deals with the large 

number of labour activity of immigrants migrating from South Azerbaijan. After the im-

migration, the issue of provision of employment was of secondary importance. There are a lot 

of facts about the daily care of the leaders of Azerbaijan SSR to the immigration employment 

issue. Besides, many facts are illustrated on their labour in various agricultural branches of the 

Republic.   

 

 

 



 

Yüklə 61,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə