Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 61,58 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü61,58 Kb.
#2957


 

 

49



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

Humanitar elmlər seriyası    

2010 

 

 



 

 

TƏBRİZ YOLU – ORALIYAM MƏN... 

 

A.Y.ABUŞOVA 

Bakı Dövlət Universiteti 

faust_maks23@mail.ru 

 

Süleyman Rüstəm Sovet ideologiyasının buxovlarını qırmış, Cənub mövzusunda silsilə 

şeirlərlə bütöv Vətən ideyasıна sadiq qalmışdır. «Ağladı», «Laylay», …şeirlərində  Cənublu 

qardaş və bacılarınıн Vətən nisgili, kədəri, məhəbbəti əks olunmuşdur. 

 

Söz  şeiri yaratmır. Sözü Yaradan şeirdir. Bəs,  şeirin yaradıcısı olan ürək onu 



dünyaya bağlayanda yaranan ümumbəşəri varlığın adı sevgi deyilsə, nədir? Bəzən bir 

metodla yazan şairin, nasirin öz cığırından daha fərqli yolla getməsi o qədər qəlbəya-

xın, o qədər məhrəm, misilsiz və  qənirsiz olur ki, heç bir tərifə  əsas qalmır. Bu 

qəbildən fikirləri sadalamaq olar. Lakin onu da qeyd etmək lazımdır ki, hüdudsuzluq 

hüdud bildikdə nə qədər çərçivədə görünürsə, konkretdirsə, bir o qədər də haqqında 

danışılası olur. Sözü gedənlərdən, yazı metodunda zamanın tələbi ilə Sovet ideolo-

giyasına sadiq qalan Süleyman Rüstəmin “Cənub  şeirləri” silsiləsini yaratması 

yuxarıdakı qeydlərimizi əsaslandırır. Azərbaycanda Cənub şeirinin görkəmli  nüma-

yəndələrindən olan Süleyman Rüstəm hələ ilk ədəbi fəaliyyətində (1923-1924-cü 

illər) bu mövzuya öz yaradıcılığında geniş yer vermiş  və bu əsərlərini ilk şeirlər 

kitabçası olan “Ələmdən nəşəyə” də nəşr etdirmişdir. O böyük həyəcanla: 

Biz gülürük, amma uzaq ellərdə 

Ömründə bir kərə gülməyənlər var. (1, 260) 

deyərək xalqın hissini tərənnüm etmişdir. Cənubi Azərbaycan mövzuları, demək olar 

ki, şairlərimizin hamısından daha çox Süleyman Rüstəmi məşğul etmişdir. O, ardıcıl 

surətdə bu mövzunu izləmiş, müxtəlif  şeir və poemalarında  müxtəlif  şəkildə onu 

ifadə etmişdir. S.Rüstəm bəzən “Üsyan yarat, üsyan” deyə xalqın qurtuluş yolunu 

üsyanda görərək “bu əsrdə  məsud yaşamaq, haqq yolu bulmaq, üsyanladır, üs-

yanladır, üsyanladır ancaq” qərarına gəlmişsə, bəzən də bizim nailiyyətlərimizlə 

Cənubi azərbaycanlıların geriliyini müqayisə edib həyəcanlanmışdır. 

Hələ 1933-cü ildə yazmış olduğu “Yaxşı yoldaş” poemasında Süleyman Rüs-

təm Mil düzündə canlanan sosialist həyatını Arazın tayındakı  həyatla müqayisə 

edərək, oradakı geriliyə  kədərlənmişdir. Lakin şair Cənubi Azərbaycan xalqına 

ümidsiz yanaşmamış və xalqın ayılacağına böyük inam bəsləyərək demişdi: 

....Baxıram sonra Arazdan o taya,  

Nə deyim, ah, nə deyim mən bu çaya. 

Görürəm orda öküz, xış və kotan, 

Ayılar bir  gün o torpaqda yatan! (1, 261) 




 

 

50



Süleyman Rüstəm qabaqcıl bir şair gözü ilə, Cənubi Azərbaycandakı  həyatın 

geriliyini, ictimai zülmü, feodal-patriarxal münasibətlərin hakim olmasını, din, 

mövhumat və xürafatın xalqı əzib məhv etdiyini təsvir edir. Bütün bu saydıqlarımız  

onun təsvirində ona görə daha aydın və təsirli çıxır ki, şair mövzuya ehtirasla yanaşır 

və bədii ifadə vasitələrindən olan kontrastdan istifadə edir.  

“Yaxşı yoldaş” poemasını şair kənd təsərrüfatını, mədəni-texniki nailiyyətlərini 

Cənubi Azərbaycandakı  kənd təsərrüfatını primitiv lövhələri ilə müqayisə edərək 

başlayır. O, gözəl kontrast yaratmaq üçün öz boyalarını əsirgəmir. Gah təsvirdən, gah 

müqayisədən, gah da rica, nida və xitablardan istifadə edərək, öz ehtirasını oxuculara 

çatdırır. O, Araza xitabən deyir ki: 

Yaxşı bax, gör, nə olur bir o cənubunda sənin 

Yanır odlarda yazıq həmvətənin. 

Orda aclar, yalavaclar yığılırlar bazara, 

Dinləyirlər qoca dərviş babanı. 

Çoxunun qəlbi tutulmuş azara... 

Baba dərviş yığaraq pul, dolanır meydanı... 

Orda qurşun tökülür ağzına üsyançıların. 

Hələ də ağrısı var qamçıların- 

Qanlı çiynində həqiqət deyənin 

Qan soran xanlara nifrət deyənin. (1, 261) 

Cənubi Azərbaycan mövzusunda olmasa da, müxtəlif vasitələrlə şair bu möv-

zuya toxunmağı lazım bilmişdir. Bu nöqteyi-nəzərdən onun “Qaçaq Nəbi” pyesi də 

maraqlıdır.  

XIX əsrin sonlarında Azərbaycan xalqının çarizm və yerli mülkədarlar əleyhinə 

apardığı mübarizəni təmsil edən dastanı Süleyman Rüstəm  əsas götürərək tamamilə 

orijinal bir dram əsəri yaratmışdır. 1939-1940-cı illərdə başa çatdırılan bu pyesində 

dramaturq Cənubi Azərbaycan məsələsini də unutmur. Dastanda çar idarələrinin 

təqibindən qaçıb Təbrizdə gizlənən Nəbi haqqında  əhvalata Süleyman Rüstəm yeni 

məna vermiş və Nəbi ilə Musa kişi simasında xalqın qardaşlığını təmsil etmişdir. Dra-

mın axırında maraqlı bir finala rast gəlirik: Musa kişi  Şimali Azərbaycana gələrək 

həyəcanla xəbər verir ki, Arazın o tayında başlanan üsyan genişlənmişdir. Onu 

yatırtmaq üçün şah qoşunları hücuma keçmişlər: 

 Kömək etməsəniz, qardaşlar, bizə, 

Düşmən od vuracaq gözəl Təbrizə (2, 262) 

 

Bu məsələni eşidən Nəbi: 



 Atlanın, dostlarım, Təbrizə birbaş 

Köməyə çağırır qardaşı qardaş (1, 262) 

- deyə öz dəstəsini hərəkətə gətirir. Müasir tamaşaçı və oxucuların alqışına səbəb olan 

bu çağırışda böyük məna vardır.  

İllər keçdikcə  şairin yaradıcılığında Cənub mövzuları da genişlənir. O daha 

bədii, daha dolğun  əsərlər yazır.  Şair bu sahədəki yaradıcılığının yüksək nöqtəsinə 

Böyük Vətən Müharibəsi (II Dünya müharibəsi) illərində çatır. 

Böyük Vətən Müharibəsinin ilk aylarında Qızıl Ordu sıralarında Cənubi 

Azərbaycana gedən Süleyman Rüstəm illər boyu arzuladığı bir xalqın ağır həyatı ilə 

yaxından tanış olur. O, “Qızıl  əsgər” qəzeti, “Vətən yolunda” və yerli mətbuat 




 

 

51



səhifələrində fəal surətdə iştirak edərək öz təəssüratını bildirən, onlarca şeirini orada 

nəşr etdirir. Şair bu təəssüratı  hələ 13 oktyabr 1941-ci ildə yazmış olduğu bir lirik 

şeirində belə ifadə etmişdir: 

 

Sənin çiçəyinə, gülünə qurban, 



 

Mənə qardaş deyən dilinə qurban. 

 

Vətəninə qurban, elinə qurban, 



 Baxdıqca hüsnünə doymayır gözüm, 

Təbrizim, Təbrizim, gözəl Təbrizim (1, 263) 

Bu şeirdəki səmimiyyət və ondan doğan nəcib arzular elə ilk misradan özünü 

göstərir. Azad ellər, yüksək əməllər şairi, hüsn-rəğbət bəslədiyi böyük bir xalqın acı-

nacaqlı həyatına qətiyyən biganə qala bilmir. O, bir şair ehtirası ilə öz ürək sözlərini 

xalqa çatdırır, həm də açıq danışmaq istəyir. Xalq isə onun dərdinə qəlbdən alışıb ya-

nan bu şairin ürək sözlərini həvəslə dinləyir, onun sözlərində böyük xalqının dostluq 

və qardaşlıq münasibətinin bir nümunəsini oxuyur.  

Süleyman Rüstəmin  şair xəyalı  əhalinin qarşısında böyük vəzifələr qoyur. O, 

vəziyyətdən çıxış yolunu göstərir və bu yolun yalnız mübarizədə, həm də silahlı mü-

barizədə olduğunu bir şeirində təbrizli qardaşlarına müraciət edərək bildirir: 

 Böylə, qəhrəman oğullar gərək, 

 Qoy 

vətən eşqilə döyünsün ürək 



 Atıl cəbhələrə, gücünü görək, 

İgidlər əyilməz, qardaş, əyilmə. (1, 263) 

Süleyman Rüstəm gördüyü ağır həyatı dəyişdirmək üçün çalışır və bu qayədə 

ardıcıl hərəkət edir. Eyni mövzuda müxtəlif şeirlərin yazılması və bunların hamısında 

mübarizəyə çağırış ruhu fikrimizi təsdiq etməkdədir. Süleyman Rüstəm “Cənublu 

qardaşımın dərdidir mənim dərdim” deyərkən biz onun xalqın faciəsinə alışıb yandı-

ğını görürük. O başqa bir şeirini daha həyəcanlı şəkildə aşağıdakı misralarla başlayır. 

 

Qəlbimdə dəniz var yenə kindən, 



 Qan- 

yaş tökəcək el gecə-gündüz. 

Bu ölkə dəyişməzsə kökündən. (1, 264) 

Süleyman Rüstəm sadəcə təsvir və ya nida ilə kifayətlənmir. şahidi olduğu acı-

nacaqlı həyatın tərənnümündə bədbinləşmir də, əksinə, onun bütün şeirlərində bir nik-

binlik, qurtuluş ümidi nəzərə çarpır. Şair bu ümidini öz oxucularına da çatdırıb deyir: 

Səni qorxutmasın bu qəmli diyar, 

Gələcək bir gözəl səhər gələcək. (1, 264) 

Süleyman Rüstəmin Cənub şeirləri şəkli cəhətdən də maraqlıdır. Heca vəznində 

yazılmış yeni şeirlərin görkəmli nümayənlərindən olan Süleyman Rüstəmin Cənub 

şeirlərində bunlarla birlikdə əruz vəzninin müxtəlif bəhrlərində  yazılmış qəzəllərə də 

rast gəlirik. Süleyman Rüstəmə görə: 

Günah deyil nə qəsidə, nə də qəzəl yazmaq, 

Məharət istəyir ancaq bir söz yazmaq. (1, 264) 

Şübhəsiz, xalqın tez mənimsəyə biləcəyi bu janrdan istifadə edib, öz yeni fikir-

lərini deməklə  şair düzgün hərəkət etmişdir. Onun qəzəlləri heç də klassik ədəbiy-

yatımızdakı aşiqanə qəzəllərə bənzəmir. Bu qəzəllərdən birini nəzərdən keçirək: 

Araz, hər yaz şimalında, cənubunda çəmən birdir, 

Bu torpaqda, o torpaqda qərənfil, yasəmən birdir, 

Suya xəncər, bıçaq vursan da, ayrılmaz həqiqətdir. 




 

 

52



Uzaqdır ayrılıq bizdən, ürək birdir, bədən birdir. 

Araz tən ortasından qəlbinin axdıqca, ey Rüstəm, 

Haray sal, qoy bütün aləm eşitsin ki, Vətən birdir! (1, 265) 

Göründüyü üzrə şair ən səmimi ürək sözlərini yüksək bədii vasitələrlə qəzəl 

formasında ifadə etmişdir. Burada oxucunu formadan çox  məzmun  maraqlandırır. 

Şair özü də məzmun məsələsinə xüsusi fikir verir. O, bu şeirləri ilə oxucularında milli 

qürur, vətənpərvərlik hiss və duyğularını,  ən həyəcanlı ifadələrini vermək üçün 

qəzəldən istifadə edir: 

 

Qəmin, dərdin əlindən od tutub axır bədən yandı 



 

Süleyman qafil olma, yaxşı bax ətrafa şairsən, 

 Cinayət aşdı həddindən, haray sal ki, vətən yandı. (1, 265) 

Süleyman Rüstəm Cənub mövzusunda epik əsərlər də yazmışdır. Hələ Təbrizdə 

ikən yazdığı “Gülbahar” poeması bir Təbrizli qızın acınacaqlı həyatından unudulmaz 

və  kədərli lövhələr təsvir etməkdədir. Bu cür epik əsərləri içərisində “12-ci tüfəng” 

poeması  həm keyfiyyət, həm də  kəmiyyətcə xüsusi yer tutmaqdadır. “Bu diyarın 

dərdlərinə  mən hamıdan yaxınam” deyən  şair poemasında Cənubi Azərbaycanda 

şahidi olduğu bir hadisəni qələmə almış  və lirik-epik janrın nümunəsində bir əsər 

yaratmışdır.  

Cənubi Azərbaycanda milli demokratik hərəkatın yatırılması Süleyman Rüs-

təmi yenidən intiqam hissi ilə dolu siyasi lirik şeirlər yaratmağa vadar etmişdir. 1947-

ci ildə yazdığı “Cənub həsrəti” şeiri buna misaldır: 

 Yenə şair ürəyim döndü qana, 

 Yağır ətrafa dilimdən odlar. 

 Baxıram dərdli Arazdan o yana, 

 Görürəm qanla üzür cəlladlar. 

 Öldürürlər bacımı, qardaşımı, 

 Tökürəm bir daha mən göz yaşımı. 

 

İntiqam nəğməsi var könlümdə, 



 Xalqın ölməz səsi var könlümdə. (1, 265) 

Belə bir ağır vəziyyətə düçar olmuş xalqın bir gün intiqam alacağına şair əmin-

dir. O belə bir intiqam gününün gələcəyinə və düşmənlərə qarşı onun amansız olaca-

ğına əmindir.  

Süleyman Rüstəmin  şeirləri Cənubi Azərbaycan  şairlərinə  təsir edən ilk şeir 

nümunələri kimi orada yaranan yeni ədəbiyyatda silinməz izlər buraxmışdır. Təbriz 

şairləri onun şeirlərindən ilham və qüvvət alaraq bir sıra gözəl şeirlər yazmışlar.  

Müasir Cənubi  Azərbaycan  şeirində genişlənməkdə olan siyasi lirikanın 

inkişafında Süleyman Rüstəmin təsirini xüsusilə qeyd etməliyik. 

Süleyman Rüstəmin Cənub  şeirləri  Şimali Azərbaycan  şeirimizin  ən yaxşı 

nümunələri kimi bizim oxucular tərəfindən də hərarətlə sevilməkdədir. O bu mövzuda 

bu gün belə gözəl lirik və epik əsərlər yaratmaqdadır.  

Cənub mövzusu və İran irticasının ifşası adlarını çəkdiyimiz bu ədib və şairləri-

mizin yaradıcılığı ilə bitmir. Demək olar ki, bütün Azərbaycan yazıçılarının bu möv-

zuya həsr etdikləri  əsərlərini toplayan Azərbaycan Mədəni Rabitə Cəmiyyəti onların 

bir qismini “Vətən eşqi” adlı 190 səhifəlik bir kitabda nəşr etmişdir.  

Kitaba müqəddimə yazan yazıçı H.Mehdi haqlı olaraq deyir: 



 

 

53



“Ayrılıq dərdi, bacı və qardaş həsrəti, bu məcmuədəki bir çox parçaların əsas 

məzmununu təşkil edir. Qan qardaşlarının  dərdini həqiqi bir ürək ağrısı ilə duyan və 

təsvir edən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Əhməd  Cəmil və 

başqa şairlərin əsərlərində bu mövzu həqiqi şiddətlə ifadə olunmuşdur. Xüsusən, Os-

man Sarıvəllinin “Panamalı dilənçi” şeiri bu cəhətdən olduqca mənalı və qiymətlidir: 

Sənin yurdun da var, vətənin də var. 

Dünyada nə desən vətənində var. 

Burda kef çəkənlər ac deyil, yəqin 

Öz ana yurdunda sən ki, gülmədin... (1, 267) 

Bu sözü Sabirin  qəzəbli və ölməz satiraları ilə yanaşı qoysaq, heç də  səhv 

etmərik. O, Sarıvəlli Cənubi Azərbaycan yoxsulunun həyat lövhəsini, doğrudan da

böyük məharətlə yaratmışdır. Bu misralara diqqət edək: 

Boğdu fəryad səni, boğdu ah səni, 

Yaman günə qoydu Rza şah səni. 

Sönən gözlərində qaraldı cahan, 

Məhəl qoymadılar axan yaşına. 

Sən çörək istədin hökmdarından, 

O, panama qoydu sənin başına. (1, 267) 

Təbriz həyatını yaxından müşahidə etmiş müəllif başqa yazıçılarımızdan 

fərqli olaraq, bütün İran üçün səciyyəvi olan bir xüsusiyyəti və onun fəlsəfi mündə-

ricəsini, sərvətlə yoxsulluğun ziddiyyətli lövhəsini, xalqın faciəsini böyük məharətlə 

ifadə etməyi bacarmışdır”. 

Azərbaycan  şeirinin təravətlərini Cənuba aparan ilk şairlər sırasında Suley-

man Rüstəm Osman Sarıvəllinin adı vardır. Balaş Azəroğlu, Əli Tudə kimi şairlərin 

heca vəznində yazmaları işində bu şairlərin təsiri güclü olmuşdur.  

Süleyman Rüstəm yaradıcılığı üçün Cənub mövzusu yad görünə bilərdi. La-

kin əsil yazar incəliyi bütün qadağa və tabuları zərifcə sındıra bilmək qabiliyyətində 

cəmləşir:  

Çoxdandır toy-düyün görməyib obam,  

Xırmanda özgə üçün iş görür yabam. 

Səttarxandır babam, Babəkdir atam... (4, 49) 

Dövrün Sovet senzuralı vaxtı, igtişaşların sıcaq dönəmi, Vətən qeyrətinə 

arxalanıb yazmaq, susmamaq, qələmə bayraq kimi sancılıb Vətən önündə  şair kimi 

borcunu yerinə yetirmək şairə “Oralıyam mən” deməyə haqq verir:  

Harda alnıaçıq insan görsəniz, 

Harda ürəklərdə üsyan görsəniz, 

Harda məktəbdən çox zindan görsəniz, 

Bilin o yerliyəm, oralıyam mən. (4, 49) 

Təbii ki, burada sətiraltı  mənada müharibələrə, davaya, ikiyə bölünmələrə ik-

rah, müstəqim mənada nifrət, ifşa və tənqid öz əksini tapır. Şairə görə, “Araz deyir” – 

insan susur, “Araz deyir” – ürəklər riqqətə  gəlir, “Araz deyir” – məntiqlər heyran 

qalır, “Araz deyir” –  

Yox, yaranmamışam mən göz yaşından, 

Göyərçin dalğalı Arazdı adım. 

Ay ellər, qardaşı qan qardaşından  

Ayıran ayırdı, mən ayırmadım. (4, 49) 




 

 

54



 

Əslində “Nigaranam” deyən də  şairdir, qoca dünyanın  şöhrətinə, adına 

vurğun olmayan, əbədi olan da 

 Könlümdə müqəddəs bir həsrətim var, 

 

Ləkə götürməyən  həqiqətim var. 



 Görün, 

nə maraqlı bir qismətim var, 

 O 

taylı, bu taylı Süleymanam mən. (4, 50) 



O tay-bu tay, Cənub-Şimal, Güney-Quzey mövzuları dönəm-dönəm bütün 

Vətən həsrətli, batini Vətən, xarici Vətən, hər anı  Vətən olanın vücudunu, ruhunu 

titrətmiş, üşəndirmişdir. Bu zaman “Ağladı” deyən şair nə qədər də haqlıdır. Ona görə 

ki, Urmiya gölünə qan çilənib, baharı,  yazı ağlar qalıb, sonaları, nazlı gözəlləri sahi-

lindən gedib. Cənub şeirləri sırasında şairin “Könül mahnısı” şeirinin də özünəməxsus 

yeri vardır. Şeir simvolik olaraq Təbriz gözəlinə xitabən yazılmışdır. Əslində isə digər 

şairlərin (əsasən klassik şairlərin) istifadə etdiyi metod uyğunluğu görünür. Klassik 

ədəbiyyatda tez-tez rast gəlinən Gözəllik-Eşq, Eşq-İlahi-Gözəl, Vətən-Gözəl motivi 

ilə həmahəng şəkildə davam etdirilir. Onu da qeyd etməliyik ki, şair heç də “Ağladı” 

şeirindəki kimi hər  bir  şeirində bədbin deyil. Bunu aşağıdakı misralar təsdiqləyir: 

 

Gül kimi bəxtim açacaq, 



 Can 

sıxan həsrət köçəcək. 

 

Səslənəcək arzularım, 



 

Hər gün Arazdan keçəcək, 

 

Odlu könül mahnılarım! (4, 50) 



 Maraqlı  ədəbi situasiyadır ki, adətən, “Türkes-hünərəs” (Türk dili – hünər 

dilidir) deyilərkən heca vəzni də  nəzərdə tutulur. Lakin şairin patriot, vətənpərvər 

mahnılarına sanki heca vəzni də tab gətirmir, çərçivələrə sığmayan Süleyman Rüstəm 

vətənpərvərliyi heca, əruz  sərhədlərini aşır, hətta sərbəst vəznə də  yetişir: 

Dinlə məni, ey Təbrizli qan qardaşım, 

Bağrı yara can sirdaşım,  

Nə qədər ki, hicran kəsib yolumuzu, 

Sağımızı, solumuzu, 

Tələs,  qardaş, bircə ovuc torpaq göndər Bakıdakı qardaşına 

Səni səndən artıq sevən sirdaşına... 

 Paylaşmaq 

− sevinci paylaşmaq, sevgini paylaşmaq, uğrunda can qoyduğun 

torpağı paylaşmaq (təbii ki, qan qardaşınla, doğmanla) paylaşmaq  anlayışının ən ali 

şəklidir. Şairə görə, Cənubdakı hər kəs onun bacı-qardaşıdır. Odur ki, şair “Amandır, 

getmə”  şeirini “Təbrizdən ayrılarkən qardaşımdan eşitdiklərim” nidasıyla başlayır. 

Şeir quruluş etibarilə heca vəznində yazılmışdır. “Getmə” sözü rədifdir. Mükəmməl 

qafiyə uyarlığı, şifahi xalq ədəbiyyatı təməlləri üzərində qurulmuş rədif incəliyi şeirin 

ruhuna o qədər uyğun gəlir ki, “aşıq şeiri” şəklində “patriot şeir yazıla bilməz” tabusu 

aradan qalxır. Şair yenə bədbinliyə qapılmışdır. Lakin bu bədbinlik ötəridir, keçəridir: 

Sənə göz dikmişdir bu el, bu oymaq, 

Üzünə baxmaqla mümkünmü doymaq? 

Sən öz evindəsən, deyilsən qonaq, 

Bağrı bu ellərin al qandır, getmə. 

 “Laylay” şeiri də bu baxımdan çox təsirlidir. Vətən ikiyə bölünmüşdür, ana 

laylay deyir, ikiyə bölünmüş ana Vətənin bayatısını, ikiyə bölünməz ana dilində oxunur. 

Mən tanışam bu laylanın hər sözüylə, 




 

 

55



Təbrizdəki o daxmada beşiyi də görürəm. 

Qana dönmüş ürəyimin gözüylə 

Bu laylanın hər səsində, 

....Mənə doğma, bir mahnının sətri var. (4, 10) 

 

 Bu 


mahnı  Vətən marşıdır, hər notunda şəhid qanlarıyla “Azadlıq” yazılmış 

Vətən himnidir. Ümumən, Süleyman Rüstəm nikbin ruhlu şairdir. Demək olar ki, o, 

hər şeirinin sonunda ənənəsinə sadiq qalaraq nikbin əhval-ruhiyyəni əsirgəmir.   

Eşitsin ana Vətən,  

Bilirəm bu sirri mən, 

Körpə sabah öz əliylə, 

Xalqın böyük əməliylə, 

Quracağı dünyasından razıdır, 

Anasının laylasından razıdır. (4, 10) 

 

ƏDƏBİYYAT 

1.

 

Əliqızı A. Cənubi Azərbaycan məsələləri, Bakı, BDU, 2007, 261 s. 



2.

 

Xəndan Cəfər. Uğur yolu. Bakı: Azərnəşr, 1987, 281 s. 



3.

 

Müasir  Azərbaycan ədəbiyyatı. 2 cilddə, I c., Bakı: BDU, 2007, 482 s. 



4.

 

Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, II c., Bakı: BDU, 2007, 541 s. 



5.

 

Süleyman Rustəm. Seçilmiş əsərləri. 3 cilddə. I c., Bakı:  Şərq-Qərb, 2005, 320 s. 



6.

 

Süleyman Rüstəm. Seçilmiş əsərləri. 3 cilddə. II c., Şərq-Qərb, 2005, 320 s. 



7.

 

Süleyman Rüstəm. Cənub şeirləri. Bakı: Şərq-Qərb, 2005,318 s. 



 

ДОРОГИ ТЕБРИЗА – Я РОДОМ ОТТУДА 

 

А.Д.АБУШЕВА 

 

РЕЗЮМЕ 

 

Входящие в цикл Южные стихи Сулейман  Рустама “Agladi”, “Laylay”, “Oraliyam 

man”, “Araz deyir” и др. отражают   любовь к  родине  и тоску по родине южных сестёр 

и братьев.  



 

 

“THE WAY TO TABRIZ” - “I’m FROM THERE” (“ORALIYAM MAN”) 

 

A.Y.ABUSHOVA 

 

SUMMARY 

 

The poems «Agladi», «Laylay», «Oraliyam man», «Araz deyir» etc. by Suleyman 



Rustam reflect love to motherland and yearn for the country of southern sisters and brothers. 

 

 



 

 

Yüklə 61,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə