Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 40,83 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü40,83 Kb.
#23185


 

 

70



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

Humanitar elmlər seriyası    

2010 

 

 



 

 

MOSKVA  ÇARLIĞININ  XARİCİ  SİYASƏTİNDƏ BALTİK   

İSTİQAMƏTİNİN  FORMALAŞMASI 

 

S.B.HÜSEYNOVA 

Bakı Dövlət Universiteti 

sevda-huseynova@ìàèë.ðó

 

Məqalə XVI əsrin ortalarından etibarən Avropanın ən гüvvətli mərkəzləşmiş dövlətlə-



rindən  birinə  çevrilən  mərkəzləşmiş  Rus  dövlətinin  dənizlərə  çıxmaq  uğrunda  mübarizəsinin 

başlanması  probleminin  təhlilinə  həsr  olunmuşdu.  Burada  «Baltik  məsələsi»nin  beynəlxalq 

problemə çevrilməsi faktik materiallar əsasında geniş işıqlandırılmışdır. Müəllif həmçinin bü 

dövrdə Avropanın yeni siyasi və hərbi böhranı haqqında da maraqlı fikirlər irəli sürmüşdür. 

 

Artıq    XVI  əsrin  ortalarından  etibarən  mərkəzləşmiş  qüdrətli  bir  dövlətə  çev-

rilən  Moskva  çarlığı  Kazan  və  Həştərxan  xanlıqlarını  işğal  etdikdən  sonra  xarici 

siyasət sahəsində ciddi seçim qarşısında qaldı. O, üç əsas istiqamət arasında  ən uğur-

lusunu  seçmək  zəruriyyəti  ilə  üzləşmiş  oldu: 1) Litva  və  Polşa  feodalları  tərəfindən 

işğal olunmuş Ukrayna və Belorus torpaqları uğrunda mübarizə; 2) Krım xanlığının 

inadkar  və  getdikcə  güclənməkdə  olan  təzyiqinə  qarşı  qüvvələri  səfərbər  etmək; 3) 

Baltik  dənizinə  çıxmaq,  Baltikyanı  torpaqlar  uğrunda  mübarizəyə  başlamaq (2, 20) 

Məhz üçüncü istiqamətin seçilməsi İvan Qroznının adı ilə bağlıdır. Onun dövlət xa-

dimi kimi fəaliyyətinin əhəmiyyəti də rus dövlətinin iqtisadi  inkişafı üçün Baltikyanı 

regionun  birləşdirilməsinin  böyük  əhəmiyyətini  dərindən  başa  düşməsi  ilə  izah 

olunur. «O, Livoniyaya qarşı çıxmaq cəhdlərində inadlı idi. Bununla da şüurlu şəkildə 

Baltik dənizinə çıxmaq və Avropaya yol açmaq məqsədini qarşısına qoymuşdu. Məhz 

bu cəhəti I Pyotrun ona olan heyranlığının əsasını təşkil edirdi» (2, 30). 

Baltik uğrunda 1558-ci ildə başlayan müharibə çox tezliklə ümumavropa miq-

yaslı konfliktə çevrilmiş oldu. Müharibənin birinci ili zəif Livoniya Moskva dövlətinə 

müqavimət göstərmək gücündə olmadığını büruzə verdi. Baltikyanı torpaqlar uğrunda 

bütün  maraqlı  Avropa  dövlətləri  arasında  mübarizə  alovlan-mağa  başladı.  Litva, 

Polşa,  İsveç,  Danimarka  müharibəyə  birbaşa  qoşulmuş  oldu.  Litva  bir  sıra  ciddi 

məğlubiyyətlərdən sonra çox çətin vəziyyətə düşdü və polyak feodallarının birləşmə 

haqqındakı  təzyiqlərinə  tabe  olaraq 1569-cu  il  Lyublin  uniyası  ilə  Polşa  ilə  bir 

dövlətdə birləşdi. Bu dövlət Reç-Rospolita adı altında tarixə düşmüş oldu. 

1569-cu ildən sonra artıq Ukrayna və Belorus torpaqlarının da slyaxta-katolik 

ekspansiyası başlanmış oldu. 

Polşa-Litva ordusunun birgə hücumlarının uğur qazandığını görən İsveç ordusu 

da  hücum  əməliyyatına  başladı.  Artıq 1581-ci  ilin  sonlarına  yaxın,  demək  olar  ki, 

bütün  Fin  körfəzi  isveçlərin  əlində  idi.  Ən  ağır  itki  isə  Narvanın  isveçlərin  əlinə 



 

 

71



keçməsi  oldu.  Pribaltikada  isveçlərin  uğurları  artıq  Reç-Pospolitanın  da  şübhə  və 

narazılığına səbəb oldu. Bu baxımdan 1587-ci ildə kral Batori isveçlərdən qəti şəkildə 

Livoniyadan  imtina  etməyi  tələb  etdi.  İvan  Qroznı  bu  ziddiyyətdən  istifadə  edərək, 

təşəbbüsü yenidən ələ keçirmək üçün cəhdlər göstərsə də, uğurlu alınmadı. Belə ki, 

Batori  isveçlərlə  mübahisənin  həllinin  Rusiya  ilə  müharibənin  sonuna  qədər  təxirə 

salınacağını bəyan etmiş oldu (1, 105) 

Livoniya  müharibəsinin  sonuna  yaxın  Avropada  yaranan  belə  mürəkkəb  bey-

nəlxalq münasibətlər sistemi müharibənin iştirakçısı olan 3 əsas dövlət – Rusiya, Reç-

Rospolita,  İsveç  arasında  bağlanan  müqavilələr  əsasında  tənzimlənirdi.  Rusiya  ilə 

Reç-Rospolita  arasındakı  münasibətləri 1582-ci  ilin  əvvəllərində 10 il  müddətinə 

bağlanmış  Jam-Zapolski müqaviləsi müəyyən etmiş oldu (4, 29). IV  İvan Livoniya-

dan  imtina  etməli  oldu.  Polotsk  ərazisi  də  Reç-Rospolitanın  nəzarəti  altına  keçdi. 

Ancaq  başda  Velikaya  liqa  olmaqla  bir  sıra  işğal  olunmuş  şəhərlər  Rus  dövlətinə 

qaytarıldı (1, 106) 

İsveç ilə qarşılıqlı münasibətlər isə bir sıra qısamüddətli müqavilələr əsasında 

tənzimlənmiş  oldu.  Beləliklə, 1583-cü  ildə  Plusidə  bağlanmış  müqaviləyə  görə  Rus 

dövləti yenidən onun üçün zəruri olan Baltikə çıxışdan məhrum edildi. Ona yalnız Fin 

körfəzinin böyük olmayan bir hissəsi verildi. Jam, Koporye və İvanqorod kimi şəhər-

istehkamlar isə İsveçin əlinə keçmiş oldu (3, 56). 

Ancaq bu məğlubiyyəti son saymayan və inadla Rus dövlətini dəniz dövlətinə 

çevirmək  istəyən  İvan  Qroznı  Baltik  uğrunda  yeni  müharibəyə  hazırlaşmaq  qərarını 

qəbul etdi. 

Rus dövlətinin bu siyasətinin aktivləşməsinə Rusiya ilə Reç-Pospolita arasında 

1582-ci ilin yayında bağlanmış sülh müqaviləsi də dəstək vermiş oldu. Bu müqavilə-

yə görə Jam-Zapolski müqaviləsinin şərtləri yalnız İsveçin əlində olan Şimali Estoni-

ya  şəhərlərinə  şamil  edilirdi (6, səh.45).  Başqa  sözlə  bu  ərazilərə  hər  cür  müdaxilə 

Reç-Pospolita ərazisinə müdaxilə kimi qiymətləndiriləcəkdi. 

Ümumilikdə isə 80-ci illərin ortalarından etibarən Polşa kralı Stefan Batorinin 

xarici siyasəti antirus xarakteri daşıyırdı. Reç-Pospolita ilə daimi müharibə təhlükəsi 

şəraitində  Baltik  məsələsi  rus  xarici  siyasətində  arxa  plana  keçmiş  olur.  Rus 

hökumətinin  bütün  diqqəti  ölkəni  gözlənilən  Polşa-Litva  hücumundan  qorunmaq 

üçün  səfərbər  etməyə  toplandı.  Ancaq  tezliklə  Moskvaya  Stefan  Batorinin  ölüm 

xəbəri gəldi (4, 18). Reç-Pospolitada «kralsızlıq» dövrü yaranmış oldu. 

Belə bir fürsətdən istifadə edən Rus dövləti Polşa və Litva feodallarına Rusi-

yaya  birləşmək  təklifini  çatdırmaq  üçün  öz  nümayəndələrini – Jelizari  Rjevski  və 

Zaxari  Svyazev – Reç-Pospolitaya  göndərdi.  Varşavaya  isə  başda  boyar  Stepan 

Qodunov  olmaqla    «böyük  elçilik»  göndərildi.  Bu  nümayəndə  heyəti  seymdə  Reç-

Posrolita tacına çar Fyodorun namizədliyini təqdim etməli idi (1, 74).  

Söhbət iki dövlətin-Rusiya və Reç-Pospolitanın iki müstəqil dövlət olmaqla bir 

xüsusi  uniya  daxilində  birləşməsindən  gedirdi.  Xarici  siyasət  sahəsində  isə  hər  iki 

dövlət öz növbəsində müttəfiqinə köməklik göstərməli və onun ərazisini qorumalı idi. 

Xarici siyasət kursunda rus diplomatları 2 əsas problemin həllini ön plana çəkirdilər: 

birincisi,  Danimarka  və  İsveç  tərəfindən  işğal  olunmuş  Baltik  torpaqlarının  taleyi 

məsələsi,  ikincisi  isə  Krım  türklərinə  qarşı  birgə  müqavimət  planının  hazırlanması 

məsələsi. Bu ikinci problemin həllində Reç-Pospolita özü Rusiya qədər  maraqlı idi. 

Uniyanın layihəsinin son məqsədi isə Don və Dnepr boyu istehkamlar tikərək Krımı 




 

 

72



tabe etmək, sonra isə birlikdə (Rusiya və Reç-Pospolita) digər Avropa dövlətləri ilə 

ittifaqa  girərək  Osmanlı  imperiyasına  qarşı  hücuma  başlamaq  planını  həyata 

keçirməkdən ibarət idi (5, 45). 

Hadisələrin  belə  gedişi  isə  İsveç  diplomatiyasını  qane  etmirdi.  O,  Rusiya  ilə 

Reç-Pospolitanın siyasi birliyinə heç cürə yol verə bilməzdi. Çünki belə bir ittifaqın 

yaranması  İsveçin  böyük  dövlətçilik  iddialarına  tam  zidd  idi.  Ən  əsas  məsələ  isə 

Baltik  üzərində  nəzarətin  taleyi  məsələsi  idi.  Bu  faktorların  təsiri  altında  kral  III 

Juxan  (gələcək  kral  Sigizmundun  atası)  Reç-Pospolita  seyminə  nümayəndə  heyəti 

göndərərək,  Estoniyanı  ona  vermək  müqabilində  taxt-taca  oğlu  Sigizmundun 

namizədliyini vermiş oldu. Həmçinin İsveç dövlətinin seçki qabağı kompaniyası hər 

iki dövlətin  (İsveç və Reç-Pospolita) qüvvələrini Rusiyaya qarşı birləşdirməsi şüarı 

altında aparılırdı (5, 50). 

İsveçin  bu  addımlarının  nəticəsi  Rusiya  üçün  uğursuz  oldu.  Belə  ki, 1587-ci 

ildə İsveç hökuməti ilə Polşa-Litva feodal dairəsi arasında siyasi blok yarandı ki, bu 

da sonralar Rolşa-İsveç uniyasına çevrilmiş oldu (1, 98). 

Beləliklə,  rus  diplomatiyasının  Reç-Pospolita  ilə  uniya  yaratmaq  planı  uğur-

suzluğa düçar oldu. Bu nəticəyə ən önəmli səbəb Pribaltika ərazisinin birləşdirilməsi 

təklifi oldu (4, 26). Ancaq bunun əvəzində 1587-ci il avqustun 26-da hər iki dövlət 

arasında 15 illik  barışıq  müqaviləsi  imzalandı.  Bu  müqavilə  müəyyən  dərəcə  də 

Rusiyanın  maraqlarına  uyğun  gəldi.  Belə  ki,  uzun  müddətə  Reç-Pospolita  ilə 

müharibələrə  ara  verildi.  Həmçinin  müqavilə  Rusiya  ilə  İsveç  arasında  müharibə 

başlayacağı  təqdirdə  Reç-Pospolitanın  neytrallığını  təmin  edirdi.  Rusiya  həmçinin 

Baltik regionunda İsveç ərazilərinə qarşı hərəkət azadlığı alırdı (6, 163-166). 

Beləliklə,  rus  hökuməti  üçün  İsveçdən  Baltik  dənizinə  çıxış  hüququ  almaq 

imkanı yaranmış oldu. Bu məqsədlə o artıq sərhəddə toplanmış olan ordudan istifadə 

etmək niyyətində idi. Elə buna görə də danışıqlarda rus nümayəndələri ən zəruri şərt 

kimi Narvanın Rusiyaya verilməsi tələbini irəli sürdülər. Ancaq İsveç dövləti bundan 

imtina  etdi  və  çar  Fyodorun  başçılıq  etdiyi  rus  ordusu 1590-cı  ilin  yanvarında  Es-

toniyanın İsveç hissəsinə daxil oldu və Narvanı mühasirəyə aldı. Hərbi əməliyyatlar 

uzun  çəkmədi  və  fevralın  sonlarında 1 il  müddətinə  sülh  müqaviləsi  imzalandı.  Bu 

müqaviləyə görə rus ordusu tərəfindən tutulmuş Jam, İvanqorod və Koporye şəhərləri 

Rusiyaya keçmiş oldu. Narva isə yenə də İsveçin hakimiyyəti altında qaldı (3, 398) və 

yenə də bu dövrdə Rusiya öz əsas məqsədinə – Baltikə çıxmağa nail ola bilmədi. 

 

ƏDƏBİYYAT  

1.

 



Вернадский Г.В. Россия в середине века. Тверь-Москва: Просвещение, 2001, 119 с. 

2.

 



Заборовский Л.В. Россия, Речь Посполитая и Швеция в середине XVII в. М.: Наука, 

1981, 180 с. 

3.

 

Королюк В.Д. Ливанская война. М: Наука, 1954, 109 с. 



4.

 

Скрынников Р.Г.  История Российская IX-XVII вв. М.: Наука, 1997, 496 с. 



5.

 

Флоря Б.Н.  Русско-польские отношения и Балтийский вопрос в конце XVI – начале 



XVII вв. M: Наука, 1973, 223 с. 

6.

 



Флоря Б.Н. Бескоролевье 1587 г. в Речи  Посполитой  и  проблема анти-турецкой 

коалиции. Кишинев: Просвещение, 1973, 303 с. 

7.

 

Сахаров А. История России. С древнейших времен до наших дней. М.: Наука, 2010, 500 с. 




 

 

73



ФОРМИРОВАНИЕ БАЛТИЙСКОГО НАПРАВЛЕНИЯ  

ВО ВНЕШНЕЙ ПОЛИТИКЕ МОСКОВСКОГО ЦАРСТВА 

 

С.Б.ГУСЕЙНОВА 

 

РЕЗЮМЕ 

 

Статья посвящена проблеме начала борьбы за выход к морям централизованного 



Русского государства, превратившийся с середины XVI века в одну из самых сильных 

среди централизованных государств Европы. В статье на основе фактических материа-

лов подробна освещена проблема превращения «Балтийского вопроса» в международ-

ную  проблему.  Автор  выдвинул  также  интересную  мысль  о  политическом  и  военном 

кризисе в Европе в этот период. 

 

THE DEVELOPMENT OF BALTIC DIRECTION IN THE FOREIGN  



POLICY OF MOSCOW TSARDOM” 

                                                

 

    


S.B.HUSEYNOVA 

 

SUMMARY 

 

This article is dedicated to the analysis of the struggle of centralized Russian 

government, one of the most powerful and centralized states of Europe since the middle of the 

XVI century, for access to seas. Throughout the article, the significance of the “Baltic issues” 

as an international problem is profoundly interpreted based on actual materials. The author has 

also put forward interesting arguments about Europe’s political and military depression during 



that period. 

 

Yüklə 40,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə